Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə73/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   69   70   71   72   73   74   75   76   ...   101

 
151 
qayada  oturub  ağzını  dağıdır.  Get  arvadının  dərdini  çək.  Səlim  bəy    güllə  ilə 
sinəsini deşdi...    Mən ki, indi sənə toxunmuram: İranda Əhməd xan Səlim bəyin 
tapşırığı ilə tacir Hacı Fərəcoğlundan min onluq qızıl mənə verirdi ki, sənin təpənə 
bir güllə ilişdirim. Əlimə keçmədin! Keçsəydin, atanı çoxdan yandırmışdım. Yox, 
aşna, daha səninlə gərək haqq-hesabı çürüdəm. Kərbəlayı Cəfər bir ətək qızıl pulla 
məni  əliyandım  axtarır.  Harda  olsam,  gəlib  məni  tapacaq.  Mən  sənin 
düşmənlərindən  qızılları  qoparıb  günlərin  birində  kəlləni  qatıq  kimi 
dağıdacağam!”. 
 
Ocaq  çırtaçırtla  yanırdı.  Alovun  zərli  dilləri  palıdın  alçaq  budaqlarını 
qızardırdı. Qara Nəbi özünü o ki var öyüb qurtarandan sonra dizləri üstə durdu və 
iri  bir  kösövlə  ocağın  qorunu  eşələyib  basdırdığı  kartofları  qabağına  çəkdi.  Ala-
yanıq  kartofları  bir-bir  iri  barmaqları  arasında  sıxıb  duzladı,  buğlu-buğlu  ağzına 
təpdi.  Dili  ilə  o  yan-bu  yana  ötürüb  soyutmadan  gözləri  ilə  yaşara-yaşara  tələsik 
udmağa başladı. 
 
“O  qaçaq  köpəkoğlunun  adını  tutan  kimi  qaşınıram.  Havalar  isinib  indi, 
paltar  geyməsəm    də  olar.  Bəs  qış  düşəndə  nə  edəcəyəm?  Adamda  çılpaq  gəzə 
bilər?! Çöl donuzuna dönmüşəm. Yox, o Qaçaq Nəbini öldürüb üzə çıxmasam, bu 
meşələrdə mənə dinclik olmayacaq...” 
 
Qara Nəbi öz-özünə deyindi və birdən qızmış dəvə təki nərildəyə-nərildəyə 
cod tüklü ayı dərisinin üstünə sərilib ağnadı: “Ox, canım dincəldi!” 
 
Ocağın  işığında  palıdın  koğuşu  aydın  görünürdü.  Qurdlar  koğuşun  bir 
tərəfini  deşik-deşik  eləmişdi.  Alovdan  qorxan  barmaq  boyda  ağ  qurdlar  ağacın 
çürük  koğuşundan  çıxıb  maral  buynuzuna  oxşar  budaqlarında  kütləşirdi. 
Qurdlardan bir neçəsi quldurbaşının böyrünə düşdü.  
 
   -Xoş gördük, igidlər! 
 
Quldurbaşı elə bil palıdın içini yeyib, onu qurudan bu eybəcər qurdlara qibtə 
edirdi. 
 
“Mən  ki,  bunlardan  böyüyəm.  Bəs  onda  niyə  Qaçaq  Nəbinin    başını  yeyə 
bilmirəm?! Niyə o, Ərzə qayada oturub məni hədələsin?! Niyə, niyə? Ona gücüm 
çatmaz?! Yox, mən o ağalardan qızılları hökmən alaçağam! Dedim ki, alacağam! 
Onlara  kişi  kimi  söz  vermişəm.  Qaçaq  Nəbini  cəhənnəmə  göndərəndən  sonra 
Arazın bütün yolları mənim üzümə açıq olacaq. Istədiyim kimi qaçaq malı gətirib 
satacağam. Eh, elə bilirlər ki, mən kefimdən quldur olmuşam. Daha demirlər ki, bu 
zəmanədə baş dolandırmaq çətindir. Mərdi qova-qova namərd edirlər. Qaçaq Nəbi 
tacirlərə  qənim  kəsilib.  O,  İranda  tacir  Hacı  Fərəcoğlunun  başına  nə  oyun  açdı?! 
Bir  vaxt  o  məni  də  onun  gününə  sala  bilərdi.  Ona  görə  də  tacirliyi  buraxıb, 
qurşandım  quldurluğa.  –  Balaca  bir  köz  ocaqdan  sıçrayıb  quldurbaşının    tüklü 
sifətinə yapışdı. Eh, bu zəhrimar məndən nə istəyir?! Quldubaşı közü cəld götürüb 
ocağa atdı və üzünü ovxaladı. 
 
Ocağın  yaxınlığında  iki  at  otlayırdı.  Atlar  hardansa  səs  eşidib  qulaqlarını 
şəklədi,  fınxırıb  hörüyü  dartdı.  “Birdən  Qaçaq  Nəbi  üstümü  alar  ha!  –  Atlar 
sakitləşəndə  o, yenə özünü öyməyə başladı. – Bunların sahibi Ərzə qayaya yox, a, 
İran  şahının  yanına  getsədə  faydası  yoxdur.  Mən  aldığım  şeyi  heç  vaxt  geri 
qaytarmaram”. 


 
152 
 
Atlar  yeyib  doyndan  sonra  bir-birinə  yaxınlaşıb  iyləşməyə  başladı.  Biri 
ağzını yerə uzatdı, yeri imsilədi, sonra başını göyə qaldırdı. Ağ iri dişlərinin hamısı 
ocağın işığında görünürdü. 
 
Qara Nəbi qımıldandı. Nəşəli monqol gözünü atlara zillədi: 
 
    -Hə, qalx görək!.. 
 
Maydan  kişnədi,  “əliuzunluq”  edən  yabanın  sinəsinə  bir  “sillə”  ilişdirdi. 
Quldurbaşı  pərt  oldu.  Hirsli-hirsli  ayağa  qalxıb  canavar  dərisindən  tikdirdiyi 
zəhmli  papağını  başına  keçirtdi,  sonra  isə  bütün  yarağını  çılpaq  bədənindən  asdı. 
“Hava,  deyəsən,  işıqlanır.  Gedim  görüm  uşaqlar  necə  oldu.  Bu  xaraba  Kəpəzin 
yolunu  elə  bil  kimsə  bağlayıb,dünəndən  bəri  nə  bir  gələn  var,  nə  bir  gedən.  – 
Quldurbaşı  atlara  yaxınlaşanda  hənirti  eşitdi.  –  Yəqin,  Kərbəlayı  Cəfərdi,  məni 
axtarır”. 
 
   -Kimsən? 
 
   -Mənəm,  atların  səsini  eşidib  gəldim.  Dedim  birdən  Qaçaq  Nəbigil  gəlib 
atları apararlar. 
 
Quldurbaşı yoldaşını səsindən tanıdı: 
 
   -Ay küçük, gələndə bir işarə eləməzlər?!  Kərbəlayı Cəfər gəlin çıxmayıb 
ki?! 
 
   -Yox hələ gəlməyib... 
 
Onlar birlikdə yola sarı endilər. Quldurbaşı hirslənmişdi:  
 
Hansı  cəhənnəmdə  itib-batmısınız?  Mən  sizə  at  güdənəm?!  Bilmirsiniz 
acam?!  Iki  kartof  yemişəm,  onun  üstündəyəm.  De  görüm  tora  bir  şey  sala 
bilmisiniz, ya yox? 
 
   -Hələlik bir şey yoxdur. 
 
   -Nə olub bu yola belə bağlanıb? 
 
   -Eşidiblər ki, biz Kəpəz meşəsindəyik, daha heç kəs Şirnux tərəfdən gəlib-
getmir. Bircə  hərif caynağımıza  keçmişdi, onu da  lüt, anadangəlmə  soyundurduq, 
lap ciblərinin astarlarına da baxdıq, tənbəki iyi verirdi. 
 
   -Yə
,
ni o köpəkoğlunun heç dişə dəyər bir şeyi yox idi? 
 
   -Olsyadı nə vardı ki...    Papağının içindən bircə qulaq kağız çıxdı. 
 
   -Nə kağız idi? Olmaya o da Qaçaq Nəbiyə məndən şikayət yazıb? 
 
   -Hə,  elədir.  Kağızı  Qaçaq  Nəbi  möhürləmişdi...      Başkəndin  koxası  ilə 
Naxçıvan naçalnikini yaman hədələyib.  
 
   -Hə...  o  çolaq  koxa  Kərbəlayı  Heydəri  yaxşı  tanıyıram.  Polkovnik 
Slavçinskinin  ən  yaxın  dostudur.  Koxa  keçən  il  Payan  gədəyinə  gəlib  məni 
tapmışdı.  Həcər  xanımın  əlindən  zəncir  çeynəyirdi.  Deyirdi  ki,  su  davasında 
mənim qolumu şikəst eləyib. 
 
   -Hə...   hə... həmən koxanın özüdür ki var. Həcər xanım ona yaman hədəli 
məktub yazıb. Yazıb ki, gəlib o biri qolunu da kəsərəm; camaatı az incit. 
 
Cavan  quldur  danışığından  əzazil  adama  oxşamırdı.  Görünür  hansı 
səbəbdənsə Qara Nəbinin çənginə keçmişdi.  Quldurbaşı yol boyu onu məzəmmət 
edirdi: 
 
   -Bilmirəm  sizi  nə  vaxtacan  başa  sala  bilməyəcəm.  O  ərizəbazı  naxaq 
buraxmısınız. Gərək onu gətirəydiniz yanıma, kartof kimi bişirəydim. 
 
   -Yazığım gəldi, ağlayıb gözünün qorasını axıtdı. Buraxdıq getdi. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə