Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə75/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   71   72   73   74   75   76   77   78   ...   101

 
155 
sınsın, günah özümdə oldu, axı niyə mən bu yolla gəldim? Neynim, bu yol kəsədi, 
cənazəni götürərlər, çatmaram”. 
 
   -Başına  dönüm,  bircə  dübürm  vardı,  apardım  bazarda  satdım,  pulunu 
verdim  kəfənə.  Ölünü  kəfənsiz  necə  dəfn  etmək  olar?!  Siz  də  müsəlmansınız. 
Qolsuz Əbülfəzil Abbas haqqı, indi camaat yasda məni gözləyir. 
 
Qara Nəbi barmağını qatırçıya silkələdi: 
 
   -Ey, Qoca, çərənləmə, rədd ol get! 
 
Yolçu  qatırını  məhmizlədi.  Qatır  gödək  quyruğunu  çala-çala  uzaqlaşdı. 
Qatırçı gözlərinəı inanmırdı: “Aman allah, mən bu quldurdan çox şey eşitmişdim, 
amma ölü kəfəni soyduqlarını eşitməmişdim, onu da gördüm”. 
 
Quldurlar ac-susuz yalquzaqlar təki yolun ortasında vurnuxurdular. Yenə səs 
gəldi. Yenə quldurlar şəkləndi. Yenə lülələr kolların arasından yola tuşlandı. Yenə 
bədheybət bir heyvan əlində tüfəng yolu kəsdi: 
 
   -Tez  gəl  görək,  səhər-səhər  qatırçıdan  bir  şey  çıxmadı  –  ölü  kəfəni.  Ha... 
ha... ha... Mən and içmişəm: lap dilənçidə gəlsə, onun acığına buraxan deyiləm. 
 
Kürən  atın  qulaqları  göründü.  Cavan  bir  oğlan  bəy  balası  kimi  yəhərdə 
oturmuşdu.  Buxara  papağını  peyserinə  endirib  bu  kimsəsiz  meşədə  bala-bala 
deyirdi: 
 
 
 
 
 
Bəylər, xanlar deyir: - Allah, amandı, 
 
 
 
 
Qaçaq Nəbi Koroğludan yamandı. 
 
 
 
 
Gəlin bir görüşək axır zamandı. 
 
 
 
 
Qoy sənə desinlər ay Qaçaq Nəbi
 
 
 
 
Divanı dalınca oynadan Nəbi. 
 
 
Quldurbaşı atlının qabağına şeytan təki atıla-atıla yüyürdü. 
 
   -Bu  axmaq  mənim  düşmənimi  tərifləyir?!  Gəl  görüm,  sənin  atanı  dalına 
şəlliyəcəyəm! 
 
Atlı  quldurbaşını  görcək  mahnısını  kəsdi.  “Aman  allah,  bu  Canavarpapaq 
harda bu meşəyə düşüb?!”. Cavan oğlan cəld atının başını geri döndərib qaçmaq 
istədi, lakin quldurlar onu tutdular. 
 
Atın  tərkində  iri  bir  xurcun  vardı.  Quldurbaşı  oğlanın  yaxasından  yapışıb 
tüfəngin qundağı ilə onun ağız-burnunu qızartdı. Oğlan yəhərdən yerə diyirləndı. 
Kürən  at  kişnəyib  yolun  ortasına  sərilmiş  sahibini  imsiləyirdi.  Quldurlar  isə 
oğlanın xurcununu qarət edirdilər: 
 
   -Bax, bu kəllə qəndə varam! 
 
   -Qoz, fındıq, alma, armud... 
 
   -Ay can, xurcunun dibində kişmiş də var! 
 
Qara Nəbi kişmişdən acgözlüklə ovuclayıb ağzına təpirti: 
 
   -Allah  müsəlmana  versin!  Köpəkoğlu  erməninin  hansının  xurcununu 
açırsan,  ya  kartof  ya  da  at kəlləsi  boyda  turp.  Budu  ha,  müsəlmanınkı    kişmişdi, 
qozdu, fındıqdı... 
 
Oğlan  elə  bil  qarışıq  yuxu  görürdü.  Ona  elə  gəlirdi  ki,  Kəpəz  meşəsindəki  
bütün  cinlər,  şeytanlar  üstünə  tökülüşüb,  onu  boğur.  Tər  üz-gözünün    qanına 
qarışmışdı. Oğlan güclə qalxıb atının yalından yapışdı. 


 
156 
 
Quldurbaşı ovurduna doldurduğu kişmişi çeynəyə-çeynəyə soruşdu: 
 
Ə, qoduq, hardan gəlirsən? 
 
   -Bazardan. 
 
   -Hım...  hansı bazardan? 
 
   -Gorusdan.  
 
   -Bunları almaqda olmaya xeyir işin var, hə? 
 
   -Elədir. 
 
Quldurbaşı qəhqəhə çəkdi: 
 
   -Ha...  ha...  ha...    Allah  mübarək  eləsin!  Demək,  yediyimiz  toy  şirnisidir, 
hə? 
 
Nişanlı oğlan başını sinəsinə endirdi. Quldurlar kənarda dayanmışdılar. Qara 
Nəbinin belə hərəkətləri onların heç birinin xoşuna gəlmirdi. O, bunu hiss etmişdi: 
 
   -Cavan oğlan, toy üstəsən, çıx get! 
 
Oğlan  payını  almışdı.  O,  yerindən  tərpənməyə  belə  qorxurdu:  “Birdən 
arxamca güllə atıb məni vurarlar! Bu qara əzrayıla e
,
tibar yoxdur. Bu şümür hardan 
gəlib  qabağıma  çıxdı?  Bəs  deyirdilər  bu  quldur  Qaçaq  Nəbinin  qorxusundan 
addayıb o taya? Bu heç qorxan məxluğa oxşamır. Elə bil çöl donuzudur. Əyninə 
paltar da geymir. Gör kişmişi necə üyüdür ey, elə bil min ilin acıdır”. 
 
Oğlan  istədi  yəhərə  qalxsın,  Nəbinin  ağlına  nə  gəldisə  atın  cilovundan 
yapışdı: 
 
   -Ə, qoduq, indi yadıma düşdü: Qaçaq Nəbidən oxuyan sən idin? And olsun 
atamın qəbrinə, boynunu şəmbələ kimi eşərəm! 
 
Oğlanın  qorxudan  ağzı  açıla  qalmışdı.  Qızıl  dişləri  görünürdü.  Quldurbaşı 
yoldaşlarını çağırdı:  
 
  -Ay uşaqlar, bura gəlin, qızıl xəzinəsi tapmışam! 
 
Qara  Nəbi  əl  atıb  oğlanın  qızıl  dişlərini  çıxarmaq  istədi,  lakin  möhkəm 
olduğundan  qopara  bilmədi.  Qara  Nəbi  qundaqla  vurub  oğlanın  qızıl  dişlərini 
ovcuna saldı. “Çoxdandır bu sarıya həsrət idim. Qənimətdir, dama-dama göl olar”. 
Quldurbaşı oğlanın qızıl dişlərini sevinə-sevinə cibində gizlətdi.  
 
Quldurlar pərt olmuşdular, lakin qorxudan dinmirdilər.  
 
Nişanlı  oğlanın  ağız-burnu,  pal-paltarı,  yəhəri  qan  içində  idi.  O, 
quldurbaşına qəzəblə baxırdı: 
 
   -Məni niyə bu günə qoydun? 
 
   -Sənə  hələ  bu  da  azdır!  Sən  də  mənə  qaraçı  Lotu  Kərim  deyilsən!  Bir  də 
ondan  oxusan,  səni  bundan  da  pis  günə  salacağam!  Di  rədd  ol  gözümün 
qabağından! 
 
Atlı bir anda meşədə yoxa çıxdı. Elə bil dəyirmanın boğazından darı getdi. 
 
Qab-qacaq  səsi  gəldi.  Qoca  bir  qalayçı  ağır  yüklü  bir  atın  quyruğundan 
yapışıb  yorğun  ayaqlarını  güclə  sürüyürdü.  Quldurlar  onu  da  saxladılar.  Qalayçı 
heç  keyfini  də  pozmadı.  “Belə  yerdə  zarafata  salıb  aradan  çıxmaq  məsləhətdir. 
Quldurlarla höcətləşsəm, işimi korlaya bilərəm: Əlbət bir dəfə Qaçaq Nəbi rastıma 
çıxacaq!  Ona  hamısını  danışaram.  Deyərəm  ki,  sənin  adını  məcməyiyə  mən 
yazmışam.  Istədim  o  vaxt  adını  Hacımurad  qoyam,  anan  razı  olmadı...      Sən, 
doğrudan  da,  mən  deyən  kimi  igid  oldun.  Deyərəm  ki,  bu  quldur  Qara  Nəbinin 
başını batır getsin, camaat sənə dua elər...” 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə