Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə72/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   68   69   70   71   72   73   74   75   ...   101

 
149 
qalmışdı. Nəbi kürd, fars və türk dillərini də gözəl bilirdi. O, hər şikayətçini öz ana 
dilində dindirməyi, öz ana dilində dinləməyi xoşlayırdı. 
 
Təəssüf  ki,  erməni  ilə  Nəbinin  söhbəti  yarımçıq  qaldı.  Ərzə  qayanın  
başından atılan güllələr qaçaqları silaha sarılmağa məcbur elədi. Səlim bəyin, Ala 
Mahmud  bəyin,  Məmməd  bəyin  yırtıcı  dəstələri  birləşib  Ərzə  qayaya  qəflətən 
hücuma keçmişdilər.  
 
Şikayətə  gələn  camaat  pərən-pərən  oldu.  Qaçaqlar  bir  anda  atlanıb  Ərzə 
qayaya  gələn  cığırları,  keçidləri,  yolları  kəsdilər.  Şiddətli  bir  döyüş  başlandı. 
Güllələrin səsi qayaları titrədirdi.  
 
Birdən Şahhüseynin bağırtısı eşidildi: 
 
   -Nəbi, özünü tez yetir, Həcər xanımı vurdular! 
 
Qaçaq  Nəbi  Laçın  təki  səs  gələn  tərəfə  şığıdı.  Həcər  xanım  sinəsindən 
yaralanmışdı.  Nəbi  Həcərin  yarasını  sarıyandan  sonra  istədi  onu  döyüş 
meydanından çıxarsın, lakin Həcər razı olmadı: 
 
   -Yox, Nəbi, düşmənin qabağından qaçmayacağam!  
 
Sanki qayanı boyayan qızıl qan Həcərin deyildi. O, sol əlinin baş barmağını 
yarasına  sıxıb,  iri  bir  qayaya  söykənmişdi.  Sağ  əlində  möhkəm  tutduğu 
tapancasından dalbadal güllələr atırdı... 
 
Səlim  bəy  Həcər  xanımın  yaralanmasından  xəbər  tutduğu  üçün 
azğınlaşmışdı.  Gülləni  üstünə  yağdırırdı.  Qaçaq  Nəbi  Həcər  xanımın  yarasını 
yaylığı ilə nə qədər möhkəm sarıyırdısa da, qan kəsilmirdi. 
 
Qaçaqalar  dəlicəsinə  hücuma  keçmişdilər.  Səlim  bəy  bağırıb  geri  qaçan 
bəyləri,  kazakları,  yasavulları  təzədən  döyüşə  qaytarırdı.  Onlar  ürəklənib  irəli 
cumuxurdular. Səlim bəy lovğa-lovğa qaçaqları hədələyirdi: 
 
   -Təslim  olun!..  Təslim  olun!..      Qaçmağa  yeriniz  yoxdur!  Bu  davada  iki 
general-qubernatorun  silahlı  atlıları  döyüşsə  də  qaçaqları    nə  düşmənlərin  sayı 
qorxudurdu,  nə  də  onların  azğınlığı.  Qaçaqları  mə
,
yus  edən  Həcər  xanımın 
yaralanması  idi.  Onu  tə
,
cili  aradan  çıxarmaq  lazımdı.  Lakin  Ərzə  qayadan  çıxan 
bütün yollar, rizlər kəsilmişdi. Bircə çarə qalmışdı: ölümdən qorxmamaq! 
 
Həcər  xanım  çox  qan  itirdiyindən  artıq  özündə  deyildi.  Nəbinin  qolları 
arasında sayıqlayırdı: “Qoymayın gəlsinlər! Vurun onları! Hara soxulursunuz?!” 
 
Qaçaq Nəbi Bozatın belinə qalxıb yaralı şahinini köksünə sıxdı: 
 
   -İgidlər, düşmən üstünə!.. 
 
Qaçaq Nəbinin nə
,
rəsi  Ərzə  qalanı  silkələdi. Bu  əzəmətli  səs  qaçaqlara  yüz 
min qəhrəmanın qüvvəsini verdi. Onlar qoşunun üstünə qığılcım təki səpələndilər. 
Aynalı  susmaq  bilmirdi.  Nəbi  atışa-atışa  dostlarına  yol  açırdı.  Güllələrdən  od 
almaq olardı. Qaçaqlar mühasirəni çox çətinliklə yarıb Ərzə qayadan uzaqlaşdılar. 
Lakin düşmən qaçaqlarla yenə üz-üzə gəldi: 
 
   -Nəbi, yolumuzu kəsiblər! 
 
   -Onda körpüdən addayaq! 
 
Bələdçilik edən Mehdi atının başını çaya tərəf döndərdi. Bədbəxtliyə bir bax 
ki, dağ çayının üstündəki yeganə daş körpünü düşmən partlatmışdı. O taya başqa 
yerdən  addamaq  mümkün  deyildir.  Hər  tərəf  sıldırım  qayalarla  əhatə  olunmuşdu. 
Qaçaq  Nəbinin  başqa  əlaçı  yox  idi,  geri  dönə  bilməzdi;  arxadan  böyük  qoşun 
gəlirdi.  O,  Bozatının  cilovunu  çəkib  muşqurdu.  At  sanki  qanadlandı;  uçuq 


 
150 
körpünün  üstündən  atlanıb  o  taya  düşdü.  Bu  vaxt  qarşıdakı  qayalıqdan  Qaçaq 
Nəbini  yenidən  gülləyə  tutdular.  Daha  Həcər  xanımı  atın  üstündə  saxlamaq 
mümkün  deyildi,  onun  vəziyyəti  anbaan  ağırlaşırdı.  Qaçaqlar  da  çayın  o  tayında 
qalmışdıalr.  Səlim  bəy  öz  dəstəsi  ilə  Mehdigili  sıxışdırıb  çaya  tökürdü... 
Mehdidildə atlarını çaya vurub Qaçaq Nəbinin yanına getdilər. 
 
 
 
 
 
QARA NƏBĠ VƏ ONUN QULDUR DƏSTƏSĠ 
 
Təbiətin  gözləri  didədən  düşürdü.  Axşamın  qara  ləçəyi  hiss  olunmadan  açılıb, 
Kəpəzin  yaşıl  köbəsi    sayılan  çunqur  meşələrə  sərilirdi.  Hanı  bəs  odlu-alovlu 
günəş?  Hanı  bəs  çalpapaq dağlara  qalxan  qıvrım  yollar?  Hanı  bəs  gündüzün  göz 
oxşayan  xoş  mənzərələri?  Üfüqdəki  buludlar  Həcər  xanımın  gündəlik  paltarı  təki 
alışıb-yanırdı. Səma yenə okean təki nəhayətsiz, kimsəsiz görünürdü. Nə gecələrin 
çırağı  ay  gözə  dəyirdi,  nə  də  onun  dövrəsində  şö
,
lələnən  şamlar.  Qaranlıq 
tündləşdikcə    Kəpəz  daha  məğrur  göründü,  fikirli,  müdrik  şərq  ağsaqqallarını  
xatırladırdı.  Adama  elə  gəlirdi  ki,  bu  dağ  bir  vaxt  nəhəng  bir  gəmi  imiş,  hansı 
dəryada isə fırtınaya düşüb, qərinələrin sərt, sıldırım dağları qayalara dönüb, Kəpəz 
isə göydən asılı qalıb. 
 
Kəpəzin mavi gözü sayılan Çilli çəməni qaranlıq çoxdan oğurlamışdı. Lakin 
hərdən  çəmənin  gözündən  alov  qalxırdı.  Qonur  ayı  dərəsinin  üstündə  yarıçılpaq, 
qulağı qızıl sırğalı bir məxluq uzanmışdı. O, gözlərini qırpmadan qarşısında yanan 
ocağa  baxırdı.  Onun  əynində  bircə  şalvar  vardı.  Bu    qabana  oxşar  adamın  tüklü 
sinəsində  xəncər  çapığı  görünürdü.  Çapıq  yerinə  əl  girsəydi  gizlənərdi.  Sol 
çiynində  isə  şahı  boyda  güllə  yeri  qalmışdı.  Yastı  monqol  gözlərindən  qığılcım 
yağırdı. 
 
   -Ocaq  da  qaralır,  bu  it  uşaqları  bəs  harda  qaldılar?!  –  O,  yerindən 
qalxmadan ocağa bir yarmaça atdı. Köz dağılanda  ətrafa çoxlu qığılcım səpələndi. 
Qığılcımlardan    bir  neçəsi  quldurbaşının  tüklü  sinəsinə  düşüb  cızıldadı.  Ocağın 
dörd  böyrü  çubuqdan  qayırılmış  yanıq  şişlər,  dişə  çəkilmiş  quru  qabırğalar, 
bomboş qalmış iri qovurma qazanları, bir-birinə qısılmış yağ, pendir, şor motalları 
ilə dolu idi.  
 
Ocaq  dilimləndikcə  quldurbaşının  açıb  böyrünə  qoyduğu  kəmərdəki  sarı 
güllələr  işıldayır,  durbininin  şüşəsi  parıldayır,  tüfəngin  lüləsi  göz  qamaşdırırdı.  
Quldurbaşını  bu  meşənin  içində  saxlayan  da  həmin    silahlar  idi.  O,  bu  silahların 
gücü ilə çox baş kəsmiş, bir çox fağırların tikəsini boğazından çıxarmışdı. 
 
Quldurbaşı darıxırdı. O, baxışlarını ocaqdan çəkmədən sallaq bığlarını eşib 
qulaqlarına  sarımaqla  vaxtını  öldürməyə  çalışır,  lakin  onu  bu  “əyləncə”  də 
yorurdu.  Elə  bil  qotura  tutulmuşdu-hərdən  qıllı  canını  üstündə  uzandığı  ayı 
dərisinin  cod  tüklərinə  sürtür,  hərdən  də  xəncərinin  dəstəyi  ilə  qaşına-qaşına 
ürəyində Qaçaq Nəbini hədələyirdi: “Qaçaq Nəbi kimdir? Qorxaq tülkünün biri! O 
gün Ərzə qayada dalımca asıb-kəsirmiş. Buna bax, mən ölüm! O axmaq elə bilir 
ki, mən də ona Topalam. Mən ona nə Səlim bəyəm, nə də Əhməd xan! Mənə İranlı 
Canavarpapaq  quldur  Qara  Nəbi  deyərlər.  Mən  qurd  ürəyi  yemişəm,  qurd!  Özüm 
də  qurdam.  Kimin  atını  aparıram,  kimin  öküzünü  könnəyirəm...  sənə  nə?!  Kimin 
vurub dişlərini ovcuna tökürəm... sənə nə?!  Naçalniksən?! Axmağa bir bax, Ərzə 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə