Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə80/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   76   77   78   79   80   81   82   83   ...   101

 
165 
 
   -A  kirvə, Bakıya  getmək  lazım  deyil. Qoca kişisən, elə bilirsən  fəhləliklə 
pul  çıxarmaq  asandı?  Burdan  birbaş  qayıt  evinə.  Hampa  Sərkisə  deynən  ki,  toy 
tədarükü görsün. Sənin oğlunun toyunda şəxsən özüm iştirak edəcəyəm... 
 
Arakel sevindiyindən ağladı. Bilmədi Qaçaq Nəbiyə necə razılıq eləsin.  
 
   -Başına pırlanım, qoysan, əlindən öpərəm! 
 
  -Yox, a  kirvə, lazim  deyil!  Dedim  ki, get, toy  tədarükü  gör. Göyçəli  Aşıq 
Ələsgəri də, qalalı xanəndə Hacı Hüsünüdə götürüb toya gələcəyik. 
 
   -Allah Həcər xanıma şəfa versin. Allah oğlunu saxlasın.  
 
...Arakel Kərimin verdiyi qovunları heybəsinə salıb ayağa qalxdı. O, heysiz 
qollarına,  taqətsiz  qılçalarına  sanki  tərlan  qanadı  bağladı.  Topdaş  yoxuşunu  quş 
təki çıxırdı. 
 
Gün  batanda  cuvarlarda  qoşa    söyüdün  altına  gəldilər.  Qaçaqlar  da  burada 
idi.  Söhbət  Ərzə  qayadakı  davadan  başlayıb,  Kəpəz  meşəsində  qaçaqların 
Canavarpapaq  Qara  Nəbi  ilə  Kərbəlayı  Cəfərin    başına  gətirdikləri  əhvalatda 
dayandı, sonra Həcər xanımın vəziyyəti ilə çözələnib Bərgüşad və Həkəri ellərində 
bəhanə  ilə  su  davası  eləyən  Məmməd  bəylə  Ala  Mahmud  bəyin  üstündə 
düyünləndi.  Qaçaq  Nəbi  cuvarlara  dönə-dönə  tapşırdı  ki,  bəyləri  bir  də  Mollu 
kəndinə buraxmayın; əgər cızıqlarından bir də çıxsalar, bizə xəbər göndərin.  
 
Cuvar  Kərim  qaçaqlara  şahidi  olduğu  qəribə  bir  əhvalat  danışdı.  Dedi  ki, 
dünən axşamüstü Kərbəlayı Xanalının bağını sulayıb kəndə gəlirdim. Gördüm ki, 
Kərbəlayı Cəfərin xarabasında iki atlı var. Tanıdım. Biri Kərbəlayı Cəfərin özü idi, 
biri  də  oğlu  Əbil  bəy.  Sindim  çəpərin  dibinə.  Onlar  məni  görmürdülər.  Bir  vaxt 
mənim  başıma  bir  quzunun  üstündə  müsibət  açan  ağanı  elə  bil  qoz  qabığına 
salmışdılar.  Yanıb  külə  dönmüş  həyətlərində  səssiz-səmirsiz,  xeyli  gəzindilər. 
Topal Kərbəkayı Cəfər o tərəf bu tərəfə baxıb yerə əyildi. Bağçalarından bir torba 
torpaq götürüb saldı atının tərkindəki heybəyə. Qaranlıq düşəndə hər ikis atlandı. 
Kərbəlayı Cəfər kəndin ayağında belə bir bayatı çəkdi. 
 
 
 
 
 
 
Əziziyəm bu dağ ilə
  El gedir bu dağ ilə. 
Qəbirə necə qoyarlar, 
Mən ölsəm bu dağ ilə. 
 
 
Kərim  susdu.  Aralığa  ağır  bir  süküt  çöktü.  Nəhayət  bu  sükutu  Qaçaq  Nəbi 
pozdu:  
 
   -Görünür, onlar çer Əhməd xana pənah aparıblar.  
 
Kərim çiyinlərini atdı: 
 
   -Bilmək  olmaz,  bəlkə  oradan  Türkiyəyə  addadılar.  Bəlkə  də  baş  götürüb 
Rusiyətə getdilər.  
 
   -Ailəsini görən harda qoyub? 
 
   -Deyirlər özləri ilə aparıblar. 
 
Səmanı ulduzlar bəzəyəndə qaçaqlar atlandılar. Nəbi Bozatını  yenə qabağa 
saldı. 
 
   -Dostlar,  Həcər  xanımdan  bərk  nigaranam.  Neçə  gündür  ondan  xəbərim 
yoxdur. Gərək sabah Çəmənyurdda olaq.  


 
166 
 
Kərim  yaxındakı bostandan iki qovun, iki qarpız dərdi. Onları çoban dostu 
Qaçaq Nəbinin heybəsinə qoyub ağzını bağladı: 
 
   -Həcər bacı üçün nübar apar. Öz atasının bostanındandır. Vallah, imkanım 
olsaydı  sizlə  gedərdim.  Qaçaq  Nəbi  dostuna  təşəkkür  etdi.  Bozatın  cilovunu 
dağlara tərət buraxdı. 
  
KƏBLƏ CƏFƏRĠN ALOYA MƏSLƏHƏTĠ
 
 
 
Hörmətli  oxucum  zülüm  ərşə  dirənmişdi.  Alonun  oğlu  Qaçaq  Nəbi  Kəblə 
Cəfəri hədələyir onun evini yandıracağı, bütün ailə üzvlərini qıracağı, var-yoxunu 
talan  edib  kasıblara  paylayacağı  ilə  qorxudurdu.  Iş  o  yerə  çatmışdır  ki,  Alo  kişi 
Kəblə Cəfərlə görüşüb vəziyyəti ona çatdırmış və ehtiyatlı olmasını xahiş etmişdi.  
 
Kəblə  Cəfər  gözüaçıq,  ayıq  uzaqgörən  kişi  idi.  O,  Alonun  ailəsinə  elədiyi 
pisliklərdən  peşman  olmuşdur.  Artıq  pislikdən  əl  çəkib  arada  sülh  yaratmaq 
istəyirdi.  Onunda  dörd  nəfər  dəliqanlı  oğlanları  var  idi.  Kəblə  Cəfər  oğlanlarına 
sakit davranmağı Alo kişinin ailəsinə toxunmamağı tapşırmışdı. Allahı arada görüb 
düzün desək Alo kişini axırıncı  dəfə Kərbəlayının oğlanları döyərkən Kəblə Cəfər 
evdə  olmamışdı,  o  işə  göstərişdə  verməmişdi.  O,  səfərdən  qayıdıb  hadisəni 
eşidəndə  oğlanlarına  danışmış,  onları  danlamış  və  səhv  etdiklərini  demişdir.  Indi 
isə  o  Alo  kişi  ilə  məsləhətləşib  bir  çarə  axtarırdı  ki,  bu  düşmənçiliyi  aradan 
götürsün.  Kərbəlayı  deyirdi:  -  Ay  Alo  səndə  məndə  ölüb  gedəcəyik,  ancaq  bu 
düşmənçilıik əsrlər boyu davam edəcəkdir.  
 
Alo  kişidə  cavabında:  -  Kərbəlayı  özün  yaxşı  bilirsən  ki,  mən  də 
düşmənçiliyin  əleyhinəyəm,  istəyirəm  barışıq  olsun.  Nəbi  sənin  nökərin  olub 
bilirsən  ki,  o  tərsin  biridir,  mənim  sözümə  qulaq  asmır,  məsləhətimi  eşitmir.  Sən 
dünyagörmüş savadlı adamsan yenə sən fikirləş yenə bir yol tap. Sən nə məsləhət 
eləsən  mən  ona  razıyam,  təki  bu  düşmənçiliyi  aradan  qaldıraq,  sülh  yaradaq, 
barışıq  olsun.  Kəblə Cəfərin oğlanlarının Qaçaq  Nəbiyə  gücləri  çatmasa  da onun 
ata-anasını, bacı-qardaşını öldürməklə hədələyirdilər.  
 
Bütün bunlara son qoymaq üçün Kərbəlayı çıxış yolu axtarırdı, ancaq çıxış 
yolu tapılmırdı ki, tapılmırdı. 
 
Nəhayət  Kəblə  Cəfər  çıxış  yolunu  öz  qızını  Qaçaq  Nəbinin  qardaşı 
Məhərrəmə  ərə  verməkdə  gördü.  O  özü  Alo  kişi  kilə  gəldi  fikirini  ona  söylədi. 
Dedi: - Hər ikimiz ağsaqqalıq gəl bu düşmənçiliyi aradan götürək, bu umu-küsüşə 
son  qoyaq.  Demirəm  mənim  səhvim  olmayıb,  mənimdə  səhvim    olub.  Mən 
dövlətin tapşırığını yerinə yetirmək üçün xalqı incitmişəm. Məni yuxarıdan məcbur 
edirdilər  ki,  töycü  yığ,  xalqı  biyara  göndər  məndə  məcbur    olub  hər  vasitəyə  əl 
atırdım.  Özümdə  öz  əməlimdən  peşman  olmuşam  olan  olu,  keçən  keçib.  Atalar 
deyir tökülən dolmaz. 
 
Alo kişi dedi: - Kərbəlayı məndə istəyirəm düşmənçiliyi aradan götürək bu 
dedi-qoduya  son  qoyaq.  Ancaq  sən  özün  Nəbiyə  bələdsən  bilirsən  ki,  o  dəlinin 
biridir,  dediyindən  dönmür.  Yenə  sən  yaxşısan  savadlı  dünya  görmüş  adamsan, 
müqəddəs Kərbala ziyarətinə getmisən, Allah evini ziyarət etmisən, bir şey fikirləş
bir çıxış yolu tap, sən nə desən mən ona razı. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə