Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə68/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   64   65   66   67   68   69   70   71   ...   101

 
141 
atışma getsə də cəhdləri boşa çıxmışdı.  Əhməd xan bir necə dəfə Həcər xanımın 
izinə düşsədə bələdçilər qəsdən xanı azdırmışdılar. 
 
Müstəntiq  kefi  istəyəndən-istəyənə  qazamata  gəlib  Qaçaq  Nəbini  sorğu-
suala  tuturdu.  Belə  sorğu-suallar  Q.Nəbini  təngə  gətirmişdir.  Son  vaxtlar  o, 
müstəntiqi  eşitmək  belə  istəmirdi.  –  Mən  Şah    dustağıyam,  danışsam  şaha 
danışacağam, siz kimsiniz. 10 il zindanda qalsam da sizə cavab vermərəm.
 
 
 
 
 
 
 
ZƏMĠ BĠCĠNĠNDƏ 
 
Yazı düzündə, qızılsaç zəmilərə çin çəkiləcəkdi.  
 
Hərə  təzə  dişədiyi  çinini  götürüb  ala-qaranlıqdan  düzə  çıxmışdı.  Günəş 
beşiyində  gülümsəyəndə  “Allah  Məhəmməd  ya  Əli”  deyib  zəmi  biçininə 
başladılar. Bir azdan günəş yazını təndirə döndərdi. Elə bil aləm bir alışqana bənd 
idi. Kölgələr qovulur. Cırcıramaların səsi beyinlərə düşürdü. Bərgüşad və Həkəri 
tərəfdən meh əsəndə biçinçilər sevinirdi.  
 
Dağların  sərin  havasına  öyrəşmiş  erməni  biçinçiləri  aranın  bürküsündə 
boğulurdular, lakin heç birinin əli işdən soyumurdu. 
 
Kərbəlayı Cəfər dostu koxa Ala Mahmud bəylə oğlu Əbil bəylə süb tezdən 
zəmiləri  gəzmişdilər.  Erməni  və  müsəlman  biçinçilərini  zəmiyə  salandan  sonra 
üçüdə  saqqız  ağacının  altında  uzanıb  dincəlirdi.  Nəbi  mənim  torpağımın  bir 
hissəsini atası Aloya verib. Indi Alo həmin sahədə zəmi biçir. Neynək, qoy biçsin, 
mən  hazır  dərzi  atlara,  qatırlara  yükləyib  daşıtdıracam  öz  xırmanına.  Koxa  Ala 
Mahmud  bəy  dostunun  bütün  tədbirlərini  bəyənirdi.  –  sənin  başına  dönüm, 
Kərbəlayı bu lütlərə nə qədər zülm eləsən, yeri var.  O it südü əmmiş Qaçaq Nəbi 
indi açıqlıqda olsaydı, biz yazıda belə rahat oturub taxıl biçdirə bilməzdik. 
 
Kərbəlayı  Cəfər  nökərinə:  -  Ə  de  görüm  o  quldurun  atası  Alonu  zəmidən 
döyüb çıxartdınmı? 
 
   -Ağa,  neyləyim  öldürməyəcəm  ki,  Alo  deyir  bu  zəmi  İsmayılın  külfəti 
Zəhranındır. Zəhrada ağır xəstədir, evdə bir girvənkəndə olsun unu yoxdur. Yazıq 
acından ölür. 
 
   -Görürəm, it itin ayağını basdamır. Bir azdan mən özüm gedib o lüt Alo ilə 
haqq-hesabı kəsərəm.  
 
Gözəl xala xörək hazırlayır balaca Arazda onun yanında babası ona tutuduğu 
dovşanla  oynayırdı.  Alo  naharaqayıtdı.  Gözəl  cürdəyin  suyunu  ərinin  boynuna 
axıtdı.  –  ox...  ay  Gözəl,  başına  dönüm,  tök,  hamısını  tök.  Gör  boyun-boğazımda 
qılçıq  qalıbsa  təmizlə.  Gözəl  –  a  kişi,  səhər-səhər  o  əzrayılın  nökəri  sənə  nə 
deyirdi.  Alo  ətəyi  ilə  üz-gözünü  silə-silə  dedi:  -Nökər  dedi  ki,  ağam  deyir  ki,  o 
zəmi  mənimdir,  biçməyin,  biçsənizdə  dərzi  mən  öz  xırmanıma  daşıdacam.  Yeri 
neçə  dəfə  bölərlər?  O  vaxt  Vasili  bu  yeri  İsmayıla  verib.  Arazın  başı  dovşana 
qarışmışdı. Bala dovşan ora-bura hoppanır, Araz tutur.  
 
  -Alo  ay  Gözəl,  ora  bax  bunu  bizə  verən  Allaha  qurban  olum.    Uşaqların 
iyini ondan alıram.  Araz olmasaydı çoxdan ölmüşdüm. Gör böyüyəndə necə igid 
olacaq.  Kərbəlayı  cəfər  onu  görəndə  az  qalır  partlaya.  Alo  çörəyini  yeyib 
qurtarandan sonra eşşəyini minib bəndəm biçməyə getdi.  


 
142 
 
Alo  gedəndən  sonra  Kərbəlayı  Cəfər  Gözələ  yaxınlaşdı.  –  Ağız,  o  lüt  ərin 
hardadı? 
 
   -Gedib bəndəm biçməyə. – bəndəmi neyniyirsiz? 
 
   -Dərz  bağlayacağıq.  –  Məkər  sizin  burda  zəminiz  var?  –  Bəs  bu  zəmi 
kimindir? 
 
   -Zəmi  mənimdir,  biçsənizdə  mən  aparacam.  O  Gözəli  şallaqlamağa 
başladı,  balaca  Araz  ağlayıb  nənəsinə  tərəf  gedəndə  onu  da  döyüb  Gözələ  qatdı. 
Gözəl Kərbəlayının üzünə tüpürdü: 
 
   -Alçaq!!! Körpə ilə nə işin var. O samavarı qaynar-qaynar Gözəlin belinə 
şəlləşmək istədi. Biçinçilər onun üstünə atıldı. Xanalı Arazı ayaq altından götürdü. 
Samavar aşıb Gözəlidə, Kərbə Cəfəridə yandırdı. 
 
 
          
HƏCƏR XANIM SƏLĠM BƏYĠ ALDATDI 
 
Qaradağdakı  qaçaqların  başçısı  Mehdi  idi,    Diridağdakı    qaçaqların  başçısı  isə 
Həcər.  Şeyxdə  on  beş  atlı  ilə  Həcərin  köməyinə  gəlmişdi.  Qaçaq  dəstəsi  xeyli 
güclənmişdi.  Indi  böyük  bir  qoşunun  qabağına  çıxa  bilərdilər.  Həcər  xanım  bir 
anda olsun gözlərini yollardan çəkmirdi. 
 
   -Ey azad quşlar, uçub mənim Nəbimə  xəbər verin ki, mən neçə aydı onun 
yolunu gözləyirəm.  Onun gözü yollarda idi. O Xudafərin körpüsündən keçən bir 
atlını  müşahidə  edirdi.  Atlı  onların  bərabərinə  çatanda  Həcər  xanım  əmr  etdi  ki, 
atlını tutub onun yanına gətirsinlər.  
 
Tünc Vəli ilə Telli Qara yola enib naməlum adamı tərk-silah edib düşərgəyə 
gətirdilər.  Naməlum  adam  Həcər  xanımı  görəndə  özünü  yığışdırdı:  “Bu  xallı 
mələyi mən yaxşı tanıyıram. Əri Nəbidəndə qoçaqdır”. Sorğu-sual başlandı.  
 
   -Sən nəçisən hara gedirsən? 
 
   -Tacirəm,  mal  dalınca  Şuşaya  gedirəm.  Həcər  xanımın    bir  işarəsi  ilə 
İsmayıl onun belini qanaranda aman istədi. Canının qorxusundan hər şeyi boynuna 
aldı.  Demə  o,  Əhməd  xanın  adamıdır,  Səlim  bəyə  xəbər  aparır.  Qaçaq  Nəbini 
gətirirlər.  Səlim  bəy  öz  dəstəsi  ilə  Alıbəyli  kəndində  cəsusun  son  məlumatını 
gözləyir. Qaçaqlar tez o taya adam göndərib  əhvalatı Mehdiyə çatdırdılar. Özləri 
isə  xəlvətə  çəkilib  məsləhətləşdilər.  Necə  edək  ki,  Nəbini  xilas  edək?  Səlim  bəyi 
aldatmaq lazımdır. Şeyx belə məsləhət etdi ki, Səlim bəyin yanına öz adamlarını 
göndərsinlər. 
 
   -Şahhüseyn, bu işi sənə tapşırıram! 
 
   -Baş üstə Həcər xanım! 
 
Şahhüseyn  belə  bir  mühüm  əməliyyatın  ona  etibar  edilməsinə  sevinirdi. 
Tərg-silah  etdikləri  qasidin  paltarını  Şahhüseynə  geyindirib  onu  əsl  İranlı 
qiyafəsinə saldılar. Şahhüseynin əyin-başını isə İranlıya verdilər. 
 
Bildiyimiz kimi zəmi bicinində Kərbəlayı Cəfərin bədənin qaynar samavarın 
suyu  yandırmışdı.  Üz-gözünü  isə  biçinçilər  pis  günə  qoymuşdular.  Koxa  Ala 
Məmməd  bəy  Səlim  bəyə:  -  Naçalnik  canına  sağlıq  Kərbəlayı  Cəfərin  vəziyyəti 
yaxşı deyil. Qaynar samavar bütün bədənini pörşələyib. Onu güclə aparıb Salvartı 
yaylağına  çıxartmışam.    Səlim  bəyin  kürən sifəti közərdi.  Kərbəlayı  varlı  kişidir, 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə