Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə64/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   60   61   62   63   64   65   66   67   ...   101

 
132 
 
Sərbazlar  hər  tərəfdən  həyəti  gülləyə  basdılar.  Kim  hara  gəldi  atırdı.  Həcər 
xanım  fövqəladə  bir  cəldliklə  oğlunu  kürəyinə  şəlləyib  qaynanası  ilə  tövlədən 
qonşu həyətə çıxdı. 
 
Bozat quş təki qanadlandı. Sərbazların bundan xəbəri olmadı. At Araza tərəf 
uçurdu.  
 
   -Belimdən bərk yapış, Gözəl xala! 
 
   -Ay aman, deyəsən gəlirlər! 
 
   -Qorxma, Gözəl xala, Bozata çata bilməzlər. 
 
   -Uşaq açılacaq. 
 
   -Qorxma, şəlləyi bərkdir. 
 
Gecə  sanki  həm  sevinc  doğmuşdu,  həm  kədər.  Şadlıqdan  az  qala 
qəbristanlıqdakı  ölülər  də  baş  qaldırıb  hadisə  yerinə  qaçacaqdı.  Xan  oğlunun 
üstündə  şivən  qopmuşdu.  Ata-anası,  yaxın  qohumları  üz-gözlərini  cırır,  saçlarını 
yolurdular.  Əhməd  xan  ovurdunu  dişləri  arasına  alıb  qanını  həcəmət  təki 
sümürürdü.  
 
   -Ey....  maymaqlar,  niyə  durmusunuz?  Tapın  o  cadugünü!  Onu  tutub 
saçından atın quyruğuna bağlayacam! Atamın goruna and içirəm: onun körpəsini 
gözündən dirəyə mıxlayacağam!  
 
Yoxsullar isə həyətin bir küncünə çəkilib bir-birinin əlini sıxırdılar. 
 
   -Görüm Həcər xanım min yaşasın! Gərək o quduz iti çoxdan öldürəydi! 
 
   -Allah  onun  ərini  də  dardan  qurtarsın.  Gün  o  gün  olsun  ki,  Qaçaq  Nəbi 
qazamatdan xilas olsun.  
 
Əhməd  xan  böyük  bir  dəstə  ilə  Həcərin  arxasınca  düşdü.  Atların  ayaqları 
yollarda çaxmaq çalırdı... 
 
  
 
 
 
 
 
DOST DAR GÜNDƏ TANINAR 
 
Araza gedən el yolu çaylaq daşlarından tikilmiş, üstü qamışla örtülmüş xosma 
evləri  olan  bağ-bağatlı  Kəleybər  kəndinin  ortasından  millənirdi.  Həcər  xanımgil 
kəndə  girən  kimi  nalların  səsinə  oynamış  köpəklər  onlara  cumuxurdu.  Bozat 
təpiklə vurub köpəkləri şil-küt edirdi.  
 
Həcər  xanım  atın  başını  həyətində  üç  gözlü  hündür  çardaq  olan  kərpic 
hasarlı, ikimərtəbəli daş evə sarı döndərdi.  
 
   -Gözəl  xala,  bu,  Şeyxin  malikanəsidir.  Hava  az    qalır  işıqlana,  Arazacan 
kənd yoxdur. Şeyxin evində daldalanmalıyıq. 
 
   -Ay gəlin, birdən... 
 
   -Yox,  Gözəl  xala,  ürəyinə  başqa  şey  gətirmə,  Şeyx  çox  e,tibarlı  adamdır. 
Neçə dəfə bizi ölümdən qurtarıb.  
 
   -Özün  bilən  məsləhətdir.  Sən  bu  yerlərin  adamlarına  məndən  yaxşı 
bələdsən.   
 
Şeyx  yaşadığı  əsri  boğazlayıb  dizlərinin  altına  qoymuşdu.  Lakin  dağ 
təkəsindən  cəld,  qamçıya  bənzər  bu  qocaya  heç  kəs  altmış  beş-yetmiş  yaş 
verməzdi.  Kitab  təki  yığcam  bədənində  igidlərin  gücü  gizləmişdi.  Ətsiz  üzü,  enli 
alnı, ağıllı gözləri həmişə qayğılı görünərdi. Qəribə qaşları vardı. Elə bil kimsə ağ, 


 
133 
yoğun  bir  sapı  gözlərinin  bulağından  başlayıb  gözünün  üstü  ilə  qulağınacan 
çəkmişdi. Şeyx həmişə saqqalını qırqovul qanadıtək qızardıb qurşağacan uzadardı. 
Dodağına düşmüş noxud boyda ziyilini bircə dəfə görən adam onu əlli ildən sonra 
belə tanıya bilərdi. 
 
Şeyx itlərin səsini eştcək özünü alt tuman-köynəkdə eyvana atdı. Bu zaman 
Həcərgil atdan təzəcə düşmüşdü.  
 
Şeyx  cəld  evə  döndü.  “Xeyir  olsun,  xeyir  olsun!”  Uzun  əbasını  geyə-geyə 
qonaqların qabağına çıxdı: 
 
   -Xoş gəlmisiniz... 
 
Şeyx  hadisədən  xəbər  tutandan  sonra  vəziyyətin  çox  qorxulu  olduğunu 
anladı. O, tez oğlunu o taya – Qaçaq Nəbinin dostu Ələkbərin arxasınca göndərdi. 
Bozatı  qonşuluqdakı  kahaya  salıb  qapını  qıfılladı.  Arazı  isə  anasının  qucağından 
şirin  dillə  qoparıb  zahı  gəlinin  yatağına  saldı.  Gözələ  də,  Həcərə  də  e
,
tibarlı  yer 
tapdı:  onları çürük pilləkənlə yuxarıya-çardağın son gözünə çıxarıb otun içərisində 
gizlətdi.  
 
   -Bax,  beləcə,  səssizcə  uzanın!  Mən  işarə  eləməsəm,  yerinizdən 
tərpənməyin!` 
 
   -Tərpənmərik, Şeyx ağa, sən tez ol düş aşağı, gəlirlər! 
 
   -Qoy gəlsinlər qızım , belə hücumları çox görmüşük... 
Mən öskürəndə bilin ki, düşmən hələ burdadır. 
 
Kəndin  girəcəyində  Əhməd  xanın  sərbazlarının  qabağını  qanıq  çoban  itləri 
kəsmişdi. Sərbazlar itləri güllə ilə susdurub hay-küylə kəndə girdilər.  
 
Həcər xanımın barmağı Aynalının tətiyində idi: 
 
   -Qoy gəlsinlər... Gülləyə basacağam! Namusu itə atıblar itdə yeməyib! 
 
   -Ay bala, sən kimlə danışırsan, eşidərlər.  
 
Həcər  xanımın  qəzəbi  hələ  soyumamışdı.  Nəbi  onu  görsəydi,  tanımazdı; 
ceyran gözləri yuvasında oynayırdı. 
 
Şeyx  tələm-tələsik  soyunub  yatağına  girdi.  Bir  xorna  çəkdi  ki,  hindəki 
toyuqlar bir-birinə qısılıb cükküldəşdi.  
 
Kəndin ortasında bir neçə güllə atıldı. Yatanlar oynadılar.  
 
Əhməd xan dəstəsi ilə Şeyxin həyətinə soxuldu. 
 
Şeyx  həyətə  bu  dəfə  də  alt  paltarında  çıxdı,  baxdı.  Əhməd  xanın  bütün 
hərəkətlərini gözləri ilə tərəzidə çəkirdi.  
 
  -Nə olub belə, xan? 
 
Əhməd  xanın  çer  gözləri  bir  az  da  qıyıldı.  O,  hirslə  xromçəkməsinin 
boğazına sancdığı qamçısını çəkib Şeyxin baş-gözünə doladı: 
 
   -Hiyləgər  iblis!  Sən  din  adı  ilə  çox  işlər  görürsən!  Tez  ol,  o  cadukun 
hardadır yerini göstər, yoxsa sənin boğazına qurğuşun  əridib tökdürərəm! 
 
Şeyx  geri  səndirləyib  çardağın  dirəyinə  söykəndi.  Üzünə  dəyən  şallaq 
yerlərini ovuşdura-ovuşdura xanı hədələdi: 
 
   -Mən  səninlə  Şeyxul-İslamın  huzurunda  danışaram!  Sənin  nə  haqqın  var, 
günahsız yerə məni bihörmət eləyirsən?! 
 
Səs-küyə  evdəkilər  həyətə  töküldü.  Ağlaşma,  qarğış-nalə...  Şeyx  arvad-
uşağa acıqlandı: 
 
   -Keçin içəri! 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə