Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə62/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   58   59   60   61   62   63   64   65   ...   101

 
128 
 
Cıqqırını çıxaran yox idi. Dodaqlar şirinliyindən partlayan qovun təki açıla 
qalmışdı. Ağaran dişlər qovun tumuna oxşayırdı. 
 
Qoca dərviş səsinin gur yerinə salıb, təbərzinini yenə başının üstünə qaldırdı:  
“Yahu!... Ya Əli!.. Əli yolunda!” deyə-deyə hərəyə bir reyhan yarpağı payladı.  
 
Kimin cibində nə vardısa...  Kimin gümanı nəyə  gəlirdisə... Kimin səxavəti 
nəyə  çatırdısa...  Mis  pullar  dərvişini  kəşkülündə  cingildəyirdi.  Dərviş  getdikcə 
şirnikirdi, elə bil toruna qızıl balıq düşmüşdü. Təzə-təzə əfsanlər danışırdı. Hərdən 
əfsanənin şirin yerində dayanıb yenə camaata reyhan paylayırdı... 
 
Cavad xan  atını düz dərvişlərin  yanına  sürdü.  Xan oğluna  yenə  fikir verən 
olmadı.  Dərviş  müsəlmanların  başını  elə  qarışdırmışdı  ki,  onları  “cənnət 
aləmindən”  məngənə  ilə  də  qoparmaq  çətin  idi.  Cavad  xan  istədi  dərvişlərə 
açıqlasın. Lakin axşamkı görüşün xatirinə o, heç kəsin nəşəsini pozmaq istəmədi: 
“Müsəlmanın tənbəli dərviş, rusunku keşiş olar. Qoy nə qədər Əlidən deyir, desin. 
Əlbət axşam rədd olub çıxıb gedərlər”. 
 
Xan oğlu köhlənin başını  öz evlərinə tərəf döndərdi. Bu saat ona səssiz bir 
yerdə  axşamı  gözləmək  lazım  idi.  Çəpərlərə  qonan  sərçələr  belə  xan  oğlunu 
əsəbləşdirirdi. Bir neçə hallac isə ərbablardan birinin həyətində qəlib salırdı. Qol-
qılcadan qüvvətli cavanlar oxa sarınmış çiy qəlibi “puf-puf” eləyə-eləyə həyətin bu 
başından  o  başına  təpirdilər.  Hallaclardan  ikisi  də  eyvanda  yun  atırdı.  Yay-oxun 
cingiltisi  Cavad  xanın  başına  düşmüşdü.  Onun  imkanı  olsaydı,  əvvəlcə  çəpərdə 
civildəşən  sərçələri  qırar,  sonra  isə,  hallacların  oxunu  alıb  başlarını  qarpız  təki 
partladardı. Xan oğlunun düşməni bu gün səs salanlar idi. “Bu uşaqlar niyə atılıb-
düşürlər?!”  Bir neçə ayaqyalın, başıaçıq uşaq yoxsul bir evin sarı palçıqla təzəcə 
suvanmış  eyvanında  oynayırdı.  Uşaqlar  bir  ayaqlarının  üstündə  eyvanın  bu 
başından o başına səkirdilər. 
 
   -Ay vurun, başmaq yırtılsın! 
 
   -Başmaq alan sağ olsun!   
 
Ağzı  əjdaha  ağzına  bənzəyən  komalarında  adamlar  görünürdü.  Sanki 
saqqallı  uşaqlar  üstü  qamışla  döşənmiş  damlardan  sərçə  balası  düşürürdülər. 
Amma  onların  dərdi  başqa  idi.  Axşamkı  güclü  külək  damların  köhnə  qamışını 
süpürüb  həyət-bacalara  səpələmişdi.  Ev  sahibləri  damlarına  təzə  qamış 
döşəyirdilər.  Buludlar  qaradağın  başına  ox  atan  gündən  yoxsul  öz  qara  gününü 
qabaqlamışdı. Xan oğlunun onlara da acığı tuturdu: “Elə bil bayquşdular, çıxıblar 
damın üstünə”. 
 
Yenə kişilər, yenə səs-küy salan uşaqlar, yenə qızlar-gəlinlər... Yenə kəndin 
avara  cavanları...  Bir  dəstə  adam  ilan  oynadan  sofunun  başına  yığışmışdı.  Üz-
gözünü çal tük örtmüş kökburun, axsaq sofu böyründən asdığı ağac qutudan qara 
ilanları  bir-bir  çıxarıb  ovsunlayır,  sonra  şərf  kimi  boyun-boğazına  dolayırdı. 
Uşaqlar bir-birinə sığınıb sofunun boynundan asdığı ilanlara  tamaşa edirdilər. 
 
   -Birdən kişini vurar ha!.. 
 
   -Ay allah, bu sofu qorxmur??.. 
 
Sofu  isə  uşaqları  daha  da  həyəcanlandırırdı.  O,  çırtma  ilə  ilanın  başına 
vururdu: 
 
   -Ey allahın heyvanı, tərpənmə! Yoxsa səni daşa döndərərəm! 


 
129 
 
Sofu qara ilanlardan birini burnuna salıb başını ağzından çıxartdı. Ilan haça 
dilini çıxarıb yalmandı, sanki uşaqlardan imdad istəyirdi. 
 
Bu  əyləncə  hamını  ofsunlamışdı.  Baxanlara  elə  gəlirdi  ki,  yuxu  görürlər. 
Xan oğlu sofunun yanından keçərkən dabanı ilə atının böyrünü “isitdi”. 
 
   -Mazandaranda  eşşək  az  idi,  biri  də  gəmi  ilə  gəldi.  Kənddən  xeyli  aralı, 
sarı  yelpicləri  seyrəlmiş  ağacların  arasında  xan  evinin  qırmızı  taxtapuşları 
görünürdü.  Kəndin  girəcəyindəki  hündür,  sarı  yarğanlarda  tülkü  yuvasına  bənzər 
çoxlu külfələr gözə dəyirdi. Qoca bir qarı qara, çarşaba bürünmüş bir uşağı yerin 
altından  keçirirdi.  Qarının  yanında  cavan  bir  gəlin  durmuşdu.  Gəlinin  yanı 
işıldayan gözləri görünürdü. At külfədən çıxan əliuşaqlı qarını görcək qulaqlarını 
şəklədi. Xan oğlu şallağını qarıya silkələdi: 
 
   -Cadugün, çıx yoldan! At az qala məni yıxmışdı! 
 
Çarşablı qarı uşağı taxta sinəsinə sıxıb yalvardı: 
 
   -Başına  dönüm,  acıqlanma,  bilmədim,  bizim  qonaqın  uşağını  cin  vurub, 
yerin altından keçirirdim.  
 
Xan  oğlu  gülümsədi:  “Belə  de!...”  Əlini  kisəsinə  salıb  bir  qızıl  onluq 
çıxartdı: 
 
   -Al, qarı nənə, bu da sənin zəhmət haqqın. 
 
Onun  eşqi  yenə  coşdu.  Əzbərlədiyi  qəzəli  yəhərdə  oxuya-oxuya  atını 
evlərinə sarı məhmizlədi.  
 
Xan  oğlu  yenə  istəmədiyi  adamlara  rast  gəldi:  yolun  ortasında  beş    qız 
dayanmışdı. Bir qaraçı qarısı onları dilə tutmuşdu: 
 
   -Ay su pəriləri, bir nəzir verin, bəxtinizi açım. 
 
   -Vallah heç nəyimiz yoxdur; təzək yığmaqdan gəlirik.  
 
   -Saqqız istəyirsən? Çoxlu saqqız tutmuşuq. 
    
   -Saqqız? Dişim var ki çeynəyəm?! Canı yanmışlar mənə sataşır ha!.. 
 
Qızlar gülüşdülər. 
 
Qarının dili dinc durmadı: 
 
   -Neynək, oğlum çeynəyər. Saqqızı verin bəri, falınıza baxım. 
 
Birdən Cavad xan böyürdən çıxdı. Qızların hərəsi bir tərəfə qaçdı. Kəndə üz 
tutdular. Sanki kəklik qaraquş görmüşdü. “Aman allah, bu şorgöz hardan gəlir?”  
 
Qarı özünü sındırmayıb xan oğlunun qabağını Ərəbzəngi təki kəsdi: 
 
   -Ey gözündən şeytan, ürəyindən düz oğlan, əlini ver bura görüm... – Qarı 
Cavad xanın ətli, isti əlini qurumuş ovcuna aldı. – Cavan oğlan, sənin bu Qaradağ 
mahalında  düşmənin  çoxdur.  Bir  dəfə  ölüb  ölümdən  qayıtmısan...  İranın  qızları 
sənin dərdindən dəli-divanə olublar. Sən isə heç kəsi bəyənmirsən... 
 
Tərifdən  xan  oğlunun  çil  sifəti  xınaya  döndü,  dodaqları  çəkişdi,  yaraşıqlı 
bığlarının altından ağappaq, nizamlı dişləri göründü: “Bu nə bilici qarıdır, hamısını 
düz deyir!”. 
 
Falçı  sanki  dilotu  yemişdi.  Bir  az  bundan  əvvəl  bir  çeynəm  saqqıza  fala 
baxan qarı indi yağlı bir müştəri tapdığına sevinirdi: 
 
   -Cavan  oğlan,  sənin  meylin  xallı  bir  mələkdir.  Işin  düyünə  düşə  bilrə.  O 
mələk sənə naz satır. Bu qoca xalana bir nəzir ver, düyünü açsın. 
 
Xan  oğlu  əlini  şəstlə  kisəsinə  saldı.  Qarının  çuxura  düşmüş  alıcı  gözləri 
civəyə  döndü.  Dişsiz  ağzı  eymə  ağzı  kimi  özündən  xəbərsiz  açıldı.  Cavad  xan 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə