Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə58/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   54   55   56   57   58   59   60   61   ...   101

 
120 
... Şeytanlı dərəni təbiət sıldırım qayalara hasarlamışdı. Qaçaqlar dərənin dibi ilə 
gedən  cığırla  üzü  sıldırıma  qalxırdılar.  Cığır  cəhənnəmi  qıl  körpüsündən  də 
qorxulu idi. Dağ keçiləri belə burada ehtiyatla yeriyirdi. 
Qaçaqlar  dərəyə  sallandılar,  dərənin  içində  xırman  boyda  bir  düzənlik  ağarırdı. 
Cığır bu xırmanın ortasından keçirdi. 
Gözəlin boğazı tutulmuşdu, əl-qolu ilə Həcəri xəbərdar edirdi: 
-
 
Ay gəlin, uşaq amanatı!... Bay allah, biz yenə bəlaya düşdük... 
Qaçaq Nəbinin dəstəsi düzənliyə yenicə çatmışdı ki, Cavad xanın qoşunu onları 
haxladı.  Qaçaqlar  atdan  tökülüşüb  qayaların  dalına  doluşdular.  Onların  qaçası 
yerləri  qalmamışdı;  sərbazlar  iri  qayaları  uçurur,  qaçaqların  başına  tökürdülər. 
Qayalar göydə fırlanır, qayalara çırpılıb  çarpaqlanır, elə bil göydən çınqıl yağırdı. 
Qaçaq  Nəbi  çıxılmaz  vəziyyətdə  qalmışdı.  Əgər  qoca  anası,  birdə  zahı  arvadı 
olmasaydı  Əhməd  xan  onun  başına  belə  oyun  aça  bilməzdi.  Orda-burda  iri 
qayalardan  ağ  tüstü  qalxırdı,  sanki  kimsə  qayaların  üstünə  çoxlu  yaş  kösöv  
sancmışdı.Həcər həmin kösövləri görəcək təəccüblə soruşdu: 
-
 
O nədi Nəbi? 
-
 
Görünür, çeytanların kələyidir. 
Birdən  kösövlər  alışdı.  Müdhiş  bir  gurultu  qopdu,  Dinamit  iri  qayaları  göyə 
sovurmuşdu Şeytanlı dərə isitməli qocalar təki titrəyirdi. 
Qaçaqlar  kahalara  sığındılar.  Dağ  xırıldaya-xırıldaya  uçub  dərədəki  cığırı  da 
qapadı. Gözəl yenə allahı köməyə çağırırdı: 
-
 
Ya gözəgörünməz, bizi darda qoyma! Bizə yazığın gəlsin! 
Nəbigil  yenidən  atlanıb  xanın  sərbazları  ilə  vuruşa-vuruşa  düzənliyə  endilər. 
Düzənlikdən dərin çalaların, dərin quyuların ağzı şir ağzı təki açılmışdı. 
-
 
Nəbi, uşaq getdi!... 
Qaçaq  Nəbi  Bozatdan  sıçradı.  Dört  gözlə  ətrafı  gəzdi,  oğlunu  tapmadı.  Birdən 
ağzı açıq bir quyu gördü, Aynalını Həcərə verib quyuya endi. Uşaq yumuşaq otun 
üstündə çabalayırdı. Taleyə bir bax! Körpəyə heç bir şey olmamışdı. O, anasının 
oynatmaq üçün verdiyi sarıbaş tapanca gülləsini ovcunda bərk-bərk sıxmışdı. Nəbi 
oğlunu  bağrına  basıb  quyudan  çıxarmaq  istədikdə  gördü  ki,  divarlarda  tutaq  yeri 
yoxdur. Amma quyudan hər iki tərəfə lağım atılmışdı. 
Bir yandan Əhməd xanın, o biri yandan Cavad xanın dəstəsi qaçaqları dirsəkləyib 
düzənliyə  tökürdü.  Lakin  qaçaqlar  onları  yaxına  buraxmırdılar.  Üç  yüzdən  çox 
silahlı  sərbaz  hücum  çəkib  quyunu  dövrəyə  aldı.  Gözəli,  Həcəri  tutdular.  Cavad 
xan  Həcər  xanımın  qollarını  özü  zəncirlədi.  “Allah  bu  xallı  gəlini  əlimə  göydən 
saldı!”  –  deyə  sevinirdi.  Qoşun  gəlinlə  qayınananı  dövrələmişdi.  Tacir  Hacı 
Fərəcoğlu  Əhməd  xanın  sağında,  Kərbəlayı  Cəfər  isə  solunda  idi.  Həcər  xanım 
düşmənlərini görəndə daha da qeyzləndi: 
-
 
Açın qollarımı, namərdlər!... 
-
 
Azğınlar, arvad-uşağnan nə işiniz var?! 
Qaçaq  Nəbi  quyunun  dibindən  anasının,  arvadının  fəryadını  güclə  eşidirdi.  O, 
qəfəsə salınmış pələng təki vurnuxurdu: “Ax... Əhməd xan, əlbət əlimə keçərsən!” 
Başının  üstünü  qəfildən  alan  bu  ölümdən  qaçıb  qurtarmaq  lazım  idi.  Əhməd 
xanla Cavad xan bir tərəfdən, tacir Hacı Fərəcoğlu ilə Kərbəlayı  C əfər də o biri 
tərəfdən əllərində qılınc quyunun ağzını kəsdirmişdilər. Xan bağırırdı: 


 
121 
-
 
Tez olun quldurbaşını daş-qalaq eləyin!  
Nəbi  lağıma  çəkildi.  Uşaq  sanki  təhlükəni  hiss  etmişdi,  daha  ağlamırdı.  Ata 
oğlunun əlindəki gülləni də alıb tapancasını doldurdu: “Bircə bu gülləyə gümanım 
gəlir!” 
-
 
Quyuya düşün! 
Mehdi dostları ilə döyüşür, son gülləri quyunu dövrələyən düşmənlərinin üstünə 
yağdırırdı. Kim başını quyuya sallayırdı-başsız qalırdı.  Kim əlini quyuya uzadırdı-
əlsiz qalırdı. Əhməd xan qəzəblənmişdi: 
-
 
Quyuya od yandırıb tökün! Onu donuz çoşkası kimi ütəcəyəm! 
Tacir Hacı Fərəcoğlunun dili açılmışdı: 
Çıx bayıra quldur! Sən mənim mal-dövlətimi talan edirdin?! Adamı quyuya belə 
salarlar! 
Kərbəlayı Cəfər də qılıncını oynadırdı: 
-
 
Düşməndən belə intiqam alarlar! Mənim torpağımı zorla əkənin anasını bax 
belə ağladaram, belə! Sən idin mənim  ev-eşiyimi odlayan?! 
Əhməd xan qalalar fəth edən sərkərdələr təki özünü çəkmişdi. Sərbazlar quyuya 
od tökürdülər. Qaçaq Nəbi vəziyyəti təhlükəli görüb quyudan çıxmağı qərara aldı: 
-
 
Dayanın!.. 
Qaçaq  Nəbi  oğlunu  yapıncısına  büküb  onu  od  almış  quyudan  çox  çətinliklə 
salamat çıxartdı. 
Əhməd xan tacir Hacı Fərəcoğlu ilə məsləhətləşdi: 
-
 
Onu  diri-diri  tutub  şahənşaha  peşkən  aparacağam.  Qoy  başına  döndüyüm 
şah özü o quldurun dərisinə saman təpdirsin! 
Nəbinin alnındakı çapıqdan qan sızırdı. Tacir Hacı Fərəcoğli ilə Kərbəlayı Cəfərə 
elə  bil  dünyanı  bağışlamışdılar.  Əhməd  xanın  çer  gözləri  kinayəli  gülüşlə 
dolmuşdu: 
-
 
Aaa...  Xoş  gördük,  cənab  Nəbi!  Ey,  qoçaqlar,  bu  quldurbaşının  qollarını 
zıncirləyib onu birbaş Təbriz qazamatına aparın! 
 
QAÇAQ NƏBĠ ZĠNDANDA  
 
 
Dəmir  darvazanın  girəcəyində  şişpapaq,  sallaq-bığ,  boyun-boğazını  ət 
basmış silahlı keşikçilər gəzisirdilər. Cavad xan onları səslədi: 
 
   -Ey! Qoçaqlar, qazamat siçovulunu bura çağırın! 
 
Qazamatın dəmir qapıları şaqqıltı ilə açıldı. Əlində bir qom paslı açar olan 
baş qazamat keşikçisinin buz bağlamış zəhmli, ovurtdağ sifəti göründü. O qaz təki 
yan basa-basa gəlib Cavad xanın huzurunda baş əydi: 
 
   -Ağa, qulluğunda hazıram. 
 
   -Bu  kafiri  lap  o qaranlıq  zindana  sal!  Qoy  bir  az  siçanlarla  söhbət  eləsin. 
Üst-başını yoxla, içəri bir şey aparmasın. Eşitdinmi? 
 
   -Eşitdim, ağa! 
 
Cavad xan sərbazlarla geri dönən kimi baş qazamat keşikçisi açarları Qaçaq 
Nəbinin qulağının dibində cingildətdi: 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə