Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə69/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   65   66   67   68   69   70   71   72   ...   101

 
143 
nə  yolla  olur-olsun  onu  sağaltmalıyıq.  Səlim  bəy  durbinlə  yola  baxırdı.  O,  araz 
tərəfdən gələn atlını gördü. 
 
   -Yəqin Əhməd xan göndərib. 
 
   -Qoy gəlsin görək təzə nə xəbər var.  
Çapar bəylərin dincəldiyi  çardağın altında atdan düşüb bəylərə salam verdi.  
 
   -Bağışlayın Səlim bəy hansınızsınız? 
 
   -Səlim bəy mənəm. 
 
   -Ağayı  səlim    bəy  mən  Əhməd  xanın  qəsidiyəm.  Xan  dedi  ki,  o  quldur 
Nəbini  üzümüzə  gələn  səhər  Alibəyli  kəndinin  yanındakı  ulumdan  addadıb  sizə 
təhvil verəcək. Siz öz adamlarınızla təyin olunan vaxtda orda olmalısınız. 
 
   -Səlim bəy: - Cənab axı mən dünən Əhməd xandan məktub almışam ki, o 
qulduru səhərə yaxın Xudafərin körpüsündə bizə təhvil verəcək. 
 
Şahhüseyn inandırıcı bir səslə cavab verdi: 
 
   -Ağayı  Səlim  bəy  Xan  o    fikirini  bu  gün  dəyişdi. Xana  xəbər  veriblər  ki, 
Şeyx  böyük  bir  dəstə  ilə  qaçaqlara  köməyə  gəlib.  Xan  istəmirki  onlarla  üz-üzə 
gələsən.  Şahhüseyn  bu  sözləri  elə  inamla  dedi  ki,  daha  Səlim  bəydə  şübhə  yeri 
qalmadı. 
 
   -Əhməd  xana  deyin  ki,  arxayın  olsun  dediyi  yerdə  onu  gözləyəcəyik. 
Şahhüseyn ədəblə baş endirdi.  
 
   -Bəçeşm, ağayı Səlim bəy icazənizlə gedə-bilərəmmi7 
 
   -Buyurun. Atın ayaqları altından toz qopdu.  Şahhüseyn diri dağa çatanda 
gün  batırdı.  Qaçaqlar  Şahhüseynin  gəldiyini  görəndə  sevindilər.  Səlim  bəyi 
azdırdığına görə Həcər xanım çox sevindi. 
 
GÖZLƏNĠLMƏZ ZƏRBƏ
 
 
Qaranlıq niyə düşmür? Hamı gecəni gözləyirdi. Qaçaqlara elə gəlirdi ki, günəş də 
bu  vuruşu  görmək,  bu  vuruşa  tamaşa  etmək  üçün  bir  yerdə  dayanıb.  Nəhayət 
qaranlıq  düşdü,  sonra  ay  göründü,  ulduzlar  işıldadı.  Araz  çayı  dağların  arası  ilə 
axırdı.  Qızıl  Arazın  qızıl  kəməri  sayılan  Xudafərin  körpüsünün  hər  iki  başında 
yenə  iki  bayraq  dalğalanırdı.  Birinin  üstündə  qəzəbli  şir,  o  birinin  üstündə  isə 
ikibaşlı qartal. Dişlərinə qədər silahlanmış şah və car əsgərləri yenə bu bayraqların 
keşiyini çəkirdilər. 
 
Zınqırov  səsi!  Yuxulu  dağlar  səksənir.  Qaçaqlar  dərhal  səngərə  yatdılar. 
Neçə  lülə  yol  tərəfə  tuşlandı.  Həcər  xanım  bu  qədər  səbri  haradan  almışdı?  O, 
özünü çox təmkinli aparırdı. Sanki bu ağır, təhlükəli döyüş onu gözləmirdi. Həcər 
xanım: - “odur mənim tərlanımı gətirirlər!!!”  Hazırlaşın!  
 
   -Qoy Əhməd xan bir gözümə dəysin!... 
 
   -Deyəsən oğlu kimi onunda Əcəli çatıb!  
 
Həcərin  gözləri  Nəbini  tez  seçdi.  Qandallarını  cingildədə-cingildədə  atların 
dəvələrin arası ilə addımlayırdı. Həbsxana  həyatı onu çox sıxmışdı, lakin o başını 
dik  tutub  atların,  dəvələrin  arası  ilə  məğrur-məğrur  addımlayırdı.  Əhməd  xan 
Əlində  tapanca  körpünün  üstündə  dəli-dəli  gəzirdi,  hərdən  qoltuq  cibindən  qızıl 
zəncirli saatını çıxarıb baxırdı. – İkiyə az qalıb bəs bu Səlim bəy hanı? Onlar xeyli 


 
144 
gözlədilər  Səlim  bəy  gəlib  çıxmadı.  Əhməd  xan  hövsələdən  çıxdı,  qaytarın  bu 
qulduru  Qaradağda  onu  özüm  güllələyəcəm.  Şah  bunun  üstündə  mənim  Xanlıq 
rütbəmi  əlimdən  alsa  da,  onu  güllələyəcəm.    Əhməd  xan  sərbazlara  əmr  etdi  ki, 
Qaçaq Nəbini geri qaytarsınlar. Elə bu vaxt qaçaqlar onları atəşə tutdular. Güllələr 
sərbazların başına hər tərəfdən ələndi. 
 
Sərhəddə  çaxnaşma  düşdü.  Atını  minən  körpüyə  çapırdı.  Nə  Əhməd  xanın 
sərbazları,  nə  də  sərhəd  keşikçiləri  qaçaqlardan  bu  cür  qəfil  zərbə  gözləmirdi. 
Xanın  sərbazları  keşikçilərlə  birləşib  qaçaqları    körpüyə  buraxmırdılar.  Hətəmin 
bacısı oğlu xanın adamlarını arxadan atəşə tutmuşdu. 
 
Qaçaqlar xanı, sərbazlar isə Nəbini nişan almağa cəsarət etmirdilər. Əhməd 
xan  Nəbini  körpünün  məhəccərinə  tərət  dartırdı.  Nəbi  az  qaldı  körpüdən  yıxılsın. 
Onun  qaşının  üstündəki  çapıq  şimşək  təki  çaxdı.  “Məni  körpüdən  salmaq 
istəyirsən!!” 
Qaçaq  Nəbi  gücünü  toplayıb  Əhməd  xana  bir  döş  vurdu.  Xan  körpünün 
məhəccərindən aşıb çaya düşdü. Nəbi özünü qamışlığa atdı. 
 
Keşikçilər hər iki səhildən qamışlığı gülləyə tutdular. Sonra onlar qamışlığa 
od  vurdular.  Nə  fayda!  Dostları  Nəbini  aradan  çıxartmışdılar.  Sərhədçilər  xeyli 
axtarışdan  sonra  qamışlıqda  atın  yəhərinə  sarınmış,  buğlar,  qaşları,  kirpikləri 
ütülmüş cəsusdan başqa heç kəsi tapa bilmədilər. 
 
Bu  hadisədən  sonra  el-obada  Qaçaq  Nəbinin,  Həcər  xanımın  qoçaqlığına 
neçə-neçə mahnılar qoşuldu. Bu mahnılar sərhəd bilmədi. Naxçıvanda, Ərzurumda 
oxundu.  Təbrizdə  də  Gəncədə  də  dillərə  düşdü.  İrəvanda  qanadlanıb  Həştərxana 
uçdu gecə-gündüz  aşıqların simli  sazında,  mügənnilərin  zəngüləsində,  qaraçıların 
qavalında    səsləndi.  Qaçaq  Nəbi  Həcər  xanımla  fürsət  tapan  kimi  çəmənyurd 
yaylağına  gedib  oğlu  ilə,  ata-anası  ilə,  el-obası  ilə  görüşdü.  Araz    böyüyüb 
şirinləşmişdi.  Atası  onu  Bozata,  Qəmər  daya  mindirib  gəzdirirdi.  Körpə  yetərə 
sarmaşır  düşmək  bilmirdi.  Həcərin  Qəmər  dayıda  Bozatdan  geri  qalmırdı.  Araz 
sifətcədə, xasiyyətcədə atasının  uşaqlığına oxşayırdı – dəcəl, çevik, həssas! 
 
Naxçıvanın,  Zəngəzurun,  Qarabağın  bir  çox  nahiyyələrində  hərc-mərclik 
başlanmışdı. Qaçaq Nəbiyə arxalanan yoxsullar höküməti tanımaq istəmirdilər. Zor 
göstərən onların üzünə qayıdırdılar.  
 
   -Gedərəm Ərzə qalaya ha! Indidə Qaçaq Nəbi Təbriz qazamatında deyil ki
bizi döyəsiniz! Dərini Qaçaq nəbiyə soyduraram!  
 
HƏCƏR XANIMIN YARALANMASI 
 
Sübh  qönçə  təki  hiss  olunmadan  açılır.  Günəş  qaranlığı  qovur,  ətraf 
aydınlaşır.  Ərzə qaya hələ bu qədər adam görməyib. Dağ və aran obalarından bura 
çoxlu  şikayətçi  gəlib.Hərənin  bir  dərdi  var.  Otlaq  üstə  bəylərlə,  xanlarla, 
dağbəyləri ilə davası düşmüş tərəkəmə atlıları da Qaçaq Nəbiyə pənah gətirib.Dağ 
yallarında, dağ cığırlarında, dağ keçidlərində şikayətçi əlindən tərpənmək olmur. 
 
Qaçaqlar iri bir daşın üstünə xalça sərmişdilər. Həcər xanım  əlində qələm-
kağızxalçanın  üstündə  əyləşmişdi,  Qaçaq  Nəbi  isə  əlinədə  möhürlü  şallaq  onun 
yanında  dayanmışdı.Ərzə  qayanın  dörd  böyrü  əli  ərizəli  şikayətçi  ilə  dolmuşdu. 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə