Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə74/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   70   71   72   73   74   75   76   77   ...   101

 
153 
 
   -Bir  də  belə  iş  eləməyin!..    Yaxşı,  o  ərizəbazdan  bir  şey  öyrənə 
bilmədinizmi?  Həcər  xanımı  kim  vurub!  Ərzə  qayada  qaçaqlarla  dava  necə 
qurtarıb? 
 
   -Öyrəndik. O kişi çox şey danışdı. Dedi ki, Səlim bəyin dəstəsi az qalıbmış 
qaçaqların  hamısını  qıra.  Qaçaq  Nəbi  yaralı  Həcəri  güclə  götürüb  aradan  çıxıb. 
Dava zamanı üç qaçaq ölüb, yeddisi də ağır yaralanıb. Ölən kimdi, yaralanankimdi, 
düzünü  hələ  bilən  yoxdur.  Ancaq  o  kişi  dedi  ki,  naçalnikin  dəstəsindən  ölən, 
yaralanan  daha  çoxdur.  Dedi ki,  sofulu  Əsəd  yüzbaşının, xocahanlı  Nəftalı bəylə 
oğlu Məcid bəyin meyitlərini gözümün qabağında apardılar. Ərzə qayada qan dizə 
çıxıbmış.  
 
Cavan  quldur  Ərzə  qayadan  gələn  kişidən  nə  eşitmişdi,  hamısını  Qara 
Nəbiyə danışdı. Quldurbaşı özünü o erə qoymasa da daxili bir sarsıntı onu narahat 
edirdi: 
 
   -Demək,  o  yenə  yaxasını  ələ  verməyib.  Eyb  etməz,  əlbət  bir  dəfə  üz-üzə 
gələcəyik!... 
 
Qara  Nəbi  əllərini  irəliyə  uzadıb  yolunu  kəsən  budaqları  aralaya-aralaya 
donquldanırdı.  Cavan  quldur  isə  daha  danışmırdı.  Hələ  el  yoluna  çox  qalmışdı. 
Quldurlar yumşaq ayıdöşəyini yara-yara gedir, hərdən budrəyib yıxılır, qalxıb daşı, 
ağacı  söyür,  yenidən  yollarına  davam  edirdilər.  Qara  Nəbini  qərarsız  fikirlər 
götürmüşdü.    Eşitdiyi  təzə  xəbərlər  onun  ürəyindən  deyildi.  Iş  belə  getsəydi, 
quldurbaşını dinc günlər gözləmirdi... 
 
   -Deyirlər  ki,  Qaçaq  Nəbi  dəstəsi  ilə  Gəncə  qubernatorunun  evinə  hücum 
edib.  Deyib  ki,  qubernator  Topal    Kərbəlayı  Cəfəri    də,  onun  oğlu  Əbil  bəy  də 
harda  gizlədib  versin,  yoxsa  ailəsini  qıraram!  Qubernatorun  keşikçiləri  qaçaqları 
şəhərdən  çox    çətinliklə  çıxara  biliblər.  Topal  Kərbəlayı  Cəfər  oğlu  Əbil  bəylə 
qaçıb  qubernatorun  çarpayısının  altında  gizlənib.  Həcərin  yaralanması  Qaçaq 
Nəbini yaman amansız eləyib. O, and içirmiş ki, düşmənlərimin hamısından gərək 
intiqam alam! 
 
   -Demək, o qoçaq məni də hədələyirmiş? 
 
   -Elədir. 
 
 
Səhər  kirpiklərini  incə-incə  çalır.  Günəş  üfüqdə  görünəndə  meşənin  çətri 
qızarır. Ətrafın gözü get-gedə açılır. Şehli yamaclarda quşlar oxuyur. Ağacdələnlər 
naşı  nağaraçılar  təki  qurumuş  qabıqları  hey  taqqıldadırdı.  Ulas,  palıd,  şam 
ağaclarının    hündür  budaqlarında  alabaxtalar  quruldaşır.  Qara  Nəbinin  əlacı 
olsaydı, səs salan quşları dimdiyindən qara çəkər, günəşin qabağına pərdə tutardı. 
 
Hava  axını  sıx  dumanı  döşləyib  dağın  başından  meşənin  üstünə  yayırdı. 
Qara  Nəbi  el  yolunda  gəzişirdi,  böyründə  də  beş  quldur.  Quldurbaşı  hərdən 
dayanıb çənli yollara baxır, səs-səmir eşitmədiyi üçün hövsələdən çıxırdı: 
 
   -Görəsən, hansı  mərdüməzar oğlu qabağımıza çıxıb? 
 
Quldurların heç biri cavab vermədi. Arabir qaş-gözlə danışıb bir-birinə Qara 
Nəbidən narazı olduqlarını bildirirdilər. 
 
Bu  vaxt  Şirnuxu  tərəfdən  səs  eşidildi.  Quldurbaşı  dinşədi:  Kim  isə  bayatı 
deyirdi: 
 
 


 
154 
 
 
 
 
 
Şirnuxunun dağı var. 
 
 
 
 
 
Çıxma yola yağı var. 
 
 
 
 
 
Dindirmə qan ağlaram, 
 
 
 
 
 
Məndə qardaş dağı var. 
 
 
Qara Nəbinin gözləri ət qaçırmış pişik gözləri təki parıldadı. 
 
   -Ov gəlir, ov! Keçin kolların dalına! 
 
Quldurlar özlərini kolluğa atdılar. Beş lülə birdən yola tuşlandı. Qara Nəbi 
yolun içində vurnuxur, bal yemiş adamlar təki qalın dodaqlarını dili ilə yalayırdı. 
“Qoy gəlsin görək o kimdir. Atamın goru haqqı, onun açığına dilənçi də qabağıma 
çıxsa, soyacağam! O kimdir ki, məni hədələyir?! Filankəsin şalvarını çıxarmışam 
sənə  nə?!  Filankəsin  vurub  dişini  tökmüşəm  sənə  nə?!  Bu  dünyanın  ağasısan?! 
Axmağın  başından yekə qələt eləməsinə bir bax! Mən onu iki yerə şaqqalayaram!” 
 
Gələn  üst-başı  cındır,  çəlimsiz  bir  qoca  idi.  Şalvarının  dizləri,  pencəyinin 
dirsəkləri  süzülmüşdü.  O,  çal  bir  qatırın  belinə  minib  dörd  gözlə  həndəvərə 
baxırdı:  “Deyirlər  Canavarpapaq  bu  meşədədir.  Birdən  məni  soyar  ha!  Allah 
eləməsin,  o  quldur  qabağıma  çıxsın.  Indi  qəbri  qazıb  qurtarmış  olarlar.  Camaat 
məni gözləyir... Meyiti kəfənsiz basdırmaq olar?!” 
 
Qara Nəbi canavar papağını tüfəngin lüləsinə keçirib qatırı ürkütdü. Qatır az 
qaldı sahibini yıxsın... “Ya rəbbim, mənə kömək ol!” 
 
Yolun  ortasında  çılpaq,  qıllı  bədəni  çalı-çarpaz  qatarlı,  qulaqları  sırğalı, 
yastıgöz,  eybəcər  bir  canlı  dayanmışdı.  O,  çırtıq  çala-çala  qatırçının  qabağında 
oynayırdı:  
 
   -Axtardığım  yar  idi,  yetirdi  pərvərdigar...  Əşi,  gəl  çıx  də!  Bayaqdan 
yolunu gözləyirdik. Xurcundakı nədir?  
 
Yolçu  qatırı  saxladı.  Quldurbaşı  qatırın  noxtasından  yapışıb  xurcunu 
əlləşdirməyə başladı: 
 
   -Deyəsən, aşna, yaxşı bazarlıq eləmisən ha!.. 
 
Qatırçı kəkələdi, istədi dərdini danışsın, bacarmadı. Qara Nəbinin vahiməsi 
onu basmışdı. Quldurlar da kolluqdan çıxıb qatırçını dövrəyə almışdılar.  
 
Qara Nəbi xurcunu qocanın tərkindən aldı: 
 
   -Boy.... a kişi, bu nədir? Bu ağı neynirsən? – O, xurcundan hirslə çıxartdığı 
bir  qucaq  ağı  quldurların  üstünə  atdı.  –  Alın  bu  ağı  gizlədin.  Bəlkə  lazım  oldu. 
Qaçaq Nəbiyə kəfən eləyərik. Onsuz da onun ölümü yaxınlaşıb. 
 
Quldurlardan biri ağı aldı xeybesinə  basdı. Qatırçı yavaş-yavaş özünə gəldi. 
Yatağından güclə qalxan xəstə təki zarıdı: 
 
   -Başına  dönüm,  kəfəni  qardaşımdan  ötrü  almışam...        Şamsız  kəndində 
bütün camaat indi məni gözləyir.  
 
Quldurbaşı kinli-kinli qocanı süzdü: 
 
   -A kişi, bəs sən niyə ölməmisən, damazlıqsan yoxsa? 
 
   -Mən... mən... mən... 
 
   -Hə, sənə deyirəm! Bəlkə adın allahın dəfətrindən düşüb?  
 
Qatırçı elə bil Alonun baltasını sındıran qarağac düyününə düşmüşdü.  O, bu 
yarıçılpaq,  sırğalı,  yastığöz  quldurbaşıya  baxmağa  belə  cür
,
ət  etmirdi.    “Boynum 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə