Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə51/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   47   48   49   50   51   52   53   54   ...   101

 
106 
 
   -Ay can!... 
 
   -Qoşun gəlir! 
 
   -Deyəsən, Səlim bəyin qoşunudu! 
 
   -Kazaklar bax, gör necə zırpıdırlar?! 
 
   -Atlarını hələ demirsən! 
 
   -Görəsən, bu atlar Gəlin qayasından hoppana bilər? 
 
   -Lap Arazdan da hoppanar. Göy ayaqları nə yekədir?! 
 
   -Gedək, onlara baxaq! 
 
Uşaqların bir yarısı atlıların qabağına yüyürürdü, bir yarısı isə yenə həvəslə 
qaraçı Kərimə qulaq asırdı. Səlim bəy onun mahnısını eşirmişdi. 
 
   -M əmməd bəy, deyəsən. Qaçaq Nəbidən oxuyurlar. 
 
   -Elədir, naçalnik. 
 
   -Tanımırsan bu kimdir? 
 
   -Qaçaq Nəbinin dostu Lotu Kərimdir.  Ya onun sifəti, ya da çaylaq daşı – 
təfavütü  yoxdur.  Neçə  dəfə  ağzını  yummuşam,  öhdə  olmur  ki,  olmur.  Bu  dəfə 
həmişəlik yumarıq! 
 
Səlim bəy cilovu çəkib atını çadırlara tərəf məhmizlədi. Dəstə onun dalınca 
axdı.  Köçə  qarışıqlıq  düşdü.  Uşaqlar  çalağan  görmüş  cücələr  kimi  həyətlərə 
dağılmışdılar.  Səlim  bəy  əlində  qaval  olan  cavan  oğlandan  sün,i    mülayimliklə 
soruşurdu: 
 
   -O oxuyan sən idin? 
 
Bəli, bəy. 
 
Səlim bəy kinayə ilə gülümsündü: 
 
Ay  zalım,  nə  yaman  səsin  varmış.  Sən  şuşalı  xanəndə  Hacı  Hüsüdən  də 
yaxşı oxuyursan... 
 
Qaraçı işin düyünə düşə biləcəyini anlayıb udqundu: 
 
   -Nə bilim, bəy... 
 
Səlim  bəy  başını  əyib    Çopurun  qulağına  pıçıldadı:    “Məmməd  bəy,  belə 
həyasızlara  həddini  bildirmək  lazımdır!  Tez  olun  bu  məddahların  ev-eşiyini 
axtaran, silah tapsanız hamısını həbs edəcəyəm! Bunlar qaraçı deyil, quldurdular!” 
 
   -Bu saat, naçalnik. Ey, kazaklar, atdan enin! 
 
Kazaklar  qaraçı  çadırlarına  doluşdular.  Hay-küy  qopdu.  Dağdağan 
ağacındakı  qarğalar  havaya  qalxdı.  Onların  qarıltısı  qaraçıların  şivəninə  qarışdı 
Səlim bəy qaraçı Kərimin qulağından yağışıb onu yuxarı qaldırdı: 
 
   -Ə,  lotu, bəs səni Zəngəzurdan qovmamışdılar?! Ağac göbələyi təki yenə 
hardan  çıxdın?!  Əgər  silah  tapsaq,  səni  boğazından  asacağam!  Sən  qaraçı  niyə 
olursan, quldurbaşısan! 
 
Kərim qızarmış qulağını Səlim bəyin əlindən güclə xilas etdi: 
 
   -Bəy,  mən  quldurbaşı  deyiləm.    Çalıb-oxuyanam,  bir  də  ki,  sənətimiz 
camaata  xəlbir,  şadara  qayırıb  satmaqdır;  ələk  saçaq  satmaqdır.  Bundan  başqa 
bizim özgə bir peşəmiz yoxdur. 
 
   -De görüm bundan sonra da o qulduru tə
,
rifləyəcəksən?  
 
   -Bəy, mənim çörəyim ordan çıxır. Bir də Qaçaq Nəbinin mahnılarını təkcə 
mən  oxuyuram  ha,  bütün  el-oba  oxuyur.  Aşıqlar  oxuyur,  xanəndələr  oxuyur. 
Neynəsinlər, Qaçaq Nəbidən oxumayanda camaat adama bir qara qəpik də vermir. 


 
107 
Heç  bilmirsən  Qaçaq  Nəbidən  deyəndə  el  ona  necə  qulaq  asır?  Lotu  Kərim 
qaraçılara  məxsus  inadkarlıqla  qavalını  qızarmış  qulağına  söykədi.  –  İstəyirsən 
oxuyum, siz də qulaq asın.  
 
   -Oxu, qaraçı padşahı, oxu görək! – Səlim bəy yarızarafat – yarıciddi icazə 
verdi. –  Belə  getsə, Aşıq  Ələsgərin  çörəyini  əlindən  alacaqsan. Lap  Şuşanın  adlı-
sanlı xanəndələrinin də...   ha.. ha.. Əgər bu dəfə də Hacı Hüsü kimi oxusan, sənə 
qiymətli bir hədiyyə verəcəyəm. 
 
Uşaqlar  qaratikan  və  qaramıx  çəpərlərinin  dibinə  doluşub  heyrətlə  
qaraçılara baxırdılar. 
 
   -Bu əclaf bəylər hardan gəlib çıxdılar? 
 
   -Rədd  olub  getsələr,  “cütcüyə”  bir  də  tamaşa  edərik.  Məmməd  bəyin 
zəhmli səsi az qala qarının qulağının pərdəsini yırtacaqdı: 
 
   -Güp qarısı, bu qədər at quyruğunu neynirsən? 
  
   -Ələk qoxuyacağam! 
 
Lotu  Kərim  də  anası  kimi  belə basqınları,  belə təhqirləri  çox  görmüşdü. O, 
obadakı çığırtıya,  bağırtıya əhəmiyyət vermirdi; gah qavalı şəstlə fırladıb, gah da 
atıb-tutdu; 
 
 
 
 
 
Mən bir qoç igidəm, düşmüşəm qaçaq,  
 
 
 
 
 
Qardaşım Mehdidir-özümdən qoçaq. 
 
 
 
 
 
Naçalnik deyirlər, qaçaqdır Nəbi, 
 
 
 
 
 
Həcəri özündən qoçaqdır Nəbi. 
  
 
Səlim  bəy  atın  belində  yanpörtü  oturub  qəribə  bir  baxışla  Lotu  Kərimi 
süzüdü.  Silahlı  kazaklar,  bəylər,  yasavullar  isə  yun  darağına  dönüb  çadırlarda 
əllərinə keçən şeyləri didirdilər: 
 
   -Bu güzəm kimindir? 
 
   -Bu köşə ilə neçə adam boğmusunuz? 
 
   -Bir belə xəlbiri neynirsiniz? 
 
Bəylər  elə  bil  Qaçaq  Nəbinin  intiqamını  bu  yurdsuz-yuvasız,  köməksiz 
qaraçılardan  alırdılar.  Itlər  hürür,  ayılar  donquldanır,  meymuinlar  çığırışırdı.  Bu 
vahiməli səslər qatırın üstündə zarıyan Ala Mahmud bəyi hövsələdən çıxarmışdı:  
 
   -Tuğay,  baş-qulağım  getdi,  sən  atanın  goru,  tez  olun  bu  qaraçı  köçündən 
uzaqlaşın. 
 
Koxa Ala Mahmud bəy qaraçı Lotu Kərimin səsindən tanımışdı. Bir vaxt o 
Səlim  bəyin  tapşırığı  ilə  dostu  Kərbəlayı  Cəfərlə  birlikdə  Kərimi  Yazı  düzündən 
qovmuşdu. Indi düşməninin  yanında bu cür gülünc  görünmək istəmirdi. 
 
Kürədən çıxan dəmiri görmüsünüzmü?   Bax, Səlim bəy də indi həmin dəmir 
kimi  qızarmışdı.  Lakin  özünü  sındırmayıb  Kərimə  “meydan”  vermişdi:  “Bu 
lotunun ölümü yaxınlaşıb. Amma mən qaraçıya əl qaldıra bilmərəm”. 
 
Axtarış başa çatdı. Çopur Məmməd bəy bir neçə at quyruğu, bir neçə dəri və 
bir neçə  xəncərə oxşayan bıçaq tapmışdı. Bu şeylər hamıda ola bilərdi. 
 
Qarı həyətə səpələnmiş şeylərini çadıra daşıyır və qarğıyırdı. 
 
Səlim bəy barmağını qarıya hirslə silkələdi: 
 
   -Ey, küp qarısı, orda az gombuldan! Bu oğlan sənin nəyindir? 
 
Qarının qəzəbli üz-gözü lap tündləşdi: 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə