94
Qaçaq Nəbiyə elə gəlirdi ki, igid dayısı İldırımın cənazəsini məzara indi
sallayırlar. Həcər də, Mehdi də, Məhərrəmdə də, Karapet də qəmgin halda
dayanmışdılar. Həcərin solğun yanaqlarında iki damcı ağarırdı. Sanki ağzı
qıfıllı xurcunlardakı quru kəllələr baş qaldırıb onlardan imdad istəyirdi: “Bizə
də kömək edin!... Sağlığımızda hər birimiz bir aləmə sığmırdıq. Indi isə Çovuş
Kərbəlayı Pirverdi bizim hərəmizi bir kiçik xurcuna yığıb dəvə ilə kim bilir
hara aparır”.
Qaçaqlar yükləri açıb düşürdüklərinə peşman olmuşdular. Sanki hər dəvə
yükündən min insan baş qaldırmışdı: ac insanlar!.. Üsyankar insanlar!... Elə bil
İsmayıl da onların arasında idi. Əlində dəhrə Kərbəlayı Cəfərin, Məmməd bəyin,
Ala Mahmud bəyin, Səlim bəyin üstünə yeriyirdi: Cənablar biz heç hara
getməyəcək! Öldü var, döndü yoxdur! Torpağı biz yenidən böləcəyik, ac qılıncı
çapar!
Qaçaq Nəbi bayaqdan sinəsinə enmiş başını qaldırdı, qəddini düzəltdi.
Qaçaqlar da onun yanında cərgələndilər. Lakin Həcərin kəlağayısının ucu hələ
də gözündə idi.
-
Dəvələri yükləyin !- deyə Nəbi təəssüflə dilləndi.-Qoca kaftar, bu əmanətləri
hardan gətirmisən ora da qaytararsan, hamsını ata-baba adətimizlə dəfn
edərsən. Eşidirsənmi nə deyirəm, ata-baba adətimizlə! Bir də hər əmanət
üçün kimdən nə qədər pul almısan, hamısının sahibinə verərsən!
Karvan geri döndü...
... Süsən meşəsində səhərin gözünü odlu güllələr açırdı... Səlim bəy öz dəstəsi
ilə qaçaqları dövrəyə almışdı. Mühasirəni yaratmaq çox çətin idi.
HƏCƏR XANIM OĞLAN DOĞDU
İnsan doğulur!.. At üstündə doğulur!.. Su üstündə doğulur!.. Odlar-alovlar
içərisində doğulur!..
Həcər at Belində ağrı çəkir. Səlim bəyin dəstəsi subhdən onları qovub haldan salır.
Gözəl xala da dəstədədir. O təlaş edir:
-
Namərdlər, boylu qadını hara qovursunuz?!
-
Güllələr tez-tez ananın səsini qırır. Yollar daşlı, yollar odlu, yollar qanlı…
Qaçaqlar onları təqib edən bəylərə atəş aça-aça atlarının çapırlar. Nalların,
üzəngilərin səsi güllələrin vıyıltısına qarışıb. Qaçaq Nəbi atını Həcərin atı ilə
qoşa sürür.
-
Özünə toxtaqlıq ver, Həcər, Araza az qalır. O taya addasaq qorxu yoxdur.
-
Mən yaxşıyam Nəbi anandan müğayət ol, o belə ütülərə düşməyib.
Həcər hərdən cilovu yığıb Səlim bəyin dəstəsinə güllə yağdırırdı.
-
Al, namərdlər!
Kişi olan, qadını belə vaxtda qovmaz!
Qaçaq Nəbi də aynalısını üzünə alıb bəyləri geri oturdurdu.
-
Hara cumursunuz, alçaqlar! Hələ Qaçaq Nəbi ölməyib. Alın, bu bir…. bu
iki… bu üç.
Aynalı hər dəfə açıldıqca atlar başı üstə aşır, dəstənin nizamə pozulurdu.
Düşmənlər yenidən sıralanıb qaçaqları qovurdular. Səlim bəy bu gün bayram
95
etmək fikrinə düşmüşdü. Ona elə gəlirdi ki, Qaçaq Nəbi Həcəri Arazdan addada
bilməyəcək.
Gözəl özünü yəhərdə güclə saxlayırdı. Onun oğluna bərk acığı tutmuşdu:
-
Nəbi, günah sənindir, gərək o faytonçu xəbər gətirən günü Həcəri İrana
addadaydın! İndi boylu gəlini hara aparırsan?
-
Keçib, ana, atın üstündə möhkəm dur, az qalıb. İndicə o taya keçəcəyik. Bu
həşəratlar hara soxulurlar? Alın, alçaqlar!..
Aynalı gurlayır… Qaçaqlar atışır… Ancaq düşmən səngimək bilmir. Səlim bəy
atını çapa-çapa qaçaqları hədələyir:
-
Dayanın, kafirlər! Biz sizə Çovuş Kərbəlayı Pirverdi deyilik!
Məmməd bəy də səsinə güc vermişdi:
-
Hara qaçsanız, sizi tutacağıq! Arazı sərhədçilər kəsiblər!..
Düşmənlər hərəsi bir tərəfdən pişik təki, qurd təki əcayib səslər çıxarırdı. Səlim
bəyin qəzəbli nidası eşidilirdi:
-
Ey qorxaq tülkü, hara?! Onsuz da yaxan əlimizdədir! Mən sənə mayor
Əliyev deyiləm… Ağlın Ordubada getməsin, bura Zəngəzurdur.
Gözəl az qalırdı atdan yıxılsın. O, yəhərin qaşından bərk-bərk yapışıb oğlunu
yenə danlayırdı.
-
Ax sənə nə deyim, ay Nəbi, Səlim bəyi Gəyəndə tutanda öldürsəydin, axırı
belə olmazdı.
- Ana, mən qatil deyiləm!
Gözəl üzünü Həcərə çevirdi:
-
Ağrın kəsibmi, qızım?
-
Məndən qorxma, Gözəl xala
-
Başına dönüm, Nəbi, gəlinin bənizi qaçıb atları saxlayın!
-
Boylu qadına
belə əzab verməzlər, allahın adama qəzəbi tutar!
-Ana, belə vaxtda atları necə saxlayaq? Görmürsən səlim bəy necə edir?!
-Aman allah, çarə elə! Vallah, bu bəladan qurtarsaq, kəmərimi də, əyin-
başımı da seyidə nəzir verəcəyəm.
Gözəlin fəryadı cana yanğın salırdı. Tüfənglərin ağzından, atların nalından
od səpələnirdi. Yaralı köhlənlər kişnəyir, güllələr vıyıldayır, bəylər bağırır, sarı
gilizləri axır, qan sızırdı.
Səlim bəy aslana dönmüşdü:
-Dayanın, başkəsən kafirlər! Dedim ki, mayor Əliyevin qanını sizdə
qoymayacağıq! Hara qaçsanız, tutulacaqsınız! Qabaqda beş yüz kazak atlısı sizi
gözləyir!
-Naçalnik, uşaqları tələsdir, indicə o quldurlar özlərini vuracaqlar Araza.
-Məmməd bəy, vura bilməzlər, sərhədçilərə tapşırmışam. Görmürsən
onları haxlamışıq?! Kərbəlayı Cəfər hanı?
-Arxamızca gəlir!
-Qoy gəlsinlər, bu toyu Qaçaq Nəbinin başına açan odur... Burda neçə qola
ayrılan arazın qırağını qamış, civir və ilğım örtmüşdü. Çayın sahilləri cəzirəlik idi.
Qaçaqlar özlərini cəzirəyə vurdular. Kazak atlıları sərhədçilərlə birlikdə Nəbigilin
qabağını kəsmişdilər. Atışma şiddətləndi...