Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə41/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   37   38   39   40   41   42   43   44   ...   101

 
86 
 
Kərbəlayı  atinin  belinə  sıçradı.  Tez  olun  arxamca  gəlin,  Nəbigil  harda 
olsalar, gərək tutaq! 
 
Qayalara  dəyən  güllələr  iri  çarpanaqlar  qoparıb  vıyıltı  ilə  hara  gəldi 
çovururdu. Ala Mahmud bəy atının cilovunu döndərib qorxa-qorxa dedi: 
 
   -Kərbəlayı, tərəkəmə atlıları qabağımızı kəsiblər! 
 
Kərbəlayı Cəfər atına acı bir qamçı çəkib qabağa cumdu. 
 
   -Qurddan  qorxan  qoyun  saxlamaz!    Bilmirəm  siz  niyə  belə  ağciyər 
olmusunuz! 
 
...Qəmər  day  vəfalı  sahibinin  hənirtisini  almışdı.  Atın  kişnərtisi  Qaroun  
dərəsinin qayalarında əks olunurdu. Nəbi bulanıq sularda üzə-üzə Papaqlı qayanən 
yanına çıxdı. Mehdi, Məhərrəm, Karapet onu burda gözləyirdilər. 
 
Mehdi qardaşını qucaqladı. Karapetin sevincdən gözləri parladı. Məhərrəm 
uşaq kimi gülümsədi. Qəmər day ayaqlarını yerə döyüb sahibinin üzünü imsilədi. 
Karapet Nəbini tələsdirdi: 
 
   -Qardaşım, yubanmaq vaxti deyil, Gözəl xala dedi ki, tufan sovuşan kimi 
Səlim bəy Həcəri Şuşaya aparacaq, beş yüzdən çox atlısı var.  
 
   -Necə?!  –  Nəbi  əlini  Qəmər  dayın  yalında  gəzdirdi.    “Sağalıb.  Sağ  olsun 
Ələkbərin arvadı Giləni. Indi Qəmər dayla bir qoşunun qabağını saxlaya bilərəm”. 
– Gedək. 
 
 
Mehdi qardaşının üzəngisini basdı.  
 
   -Nəbi,  bəyləri  Gəyən  düzündə  haxlaya  bilsəydik...    Tərəkəmə  atlıları  bizi 
gözləyirlər. Tələsmək lazımdır. 
 
Nəbi  Qəmər  dayın  gözündən  öpüb  yəhərə  qondu.  At  kişnəyib  qanadlandı, 
küləyə döndü.  
 
   -Kəsə yolla! 
 
Nallar daşları alışdırırdı. Nallar çınqıllı yolları qığılcımlandırırdı. Nallar nəm 
torpağa saysız-hesabsız möhürlər vururdu. 
 
Kərbəlayı  Cəfərin  dəstəsi  Papaqlı  qayaya  çatanda  Nəbigilin  dəstəsi  gözdən 
itmişdi.  
 
   -Məmməd bəy, necə olursa-olsun biz o qulduru tutmalıyıq!   
 
   -Kərbəlayı, hara deyirsən gedək. 
 
Kərbəlayı Cəfər atını muşqurdu. 
 
   -Qaçaqlar kəsə yolla gediblər. 
 
Bəylər nəbigilin izinə düşüblər. 
 
    -Toy  atlıları  həcəri  ordu  kimi  müşayiət  edirdilər.  Qara  zurnanın  qoşa  
nağaranın  səsi  Gəyən  düzünü  oynadırdı.  Cavanlar  yol  boyu  gah  at  çapır,  gah  da 
nişan alırdılar. Güllələr Dağtutmasın qayalarını dəlik-deşik etmişdi. 
 
Göylər ləkəsiz, yollar təmiz, hava küləksiz...   Çiçəkli Gəyən düzü tufandan 
yenicə çıxıb. Üfüq Həcərin boyun-boğazı kimi odlanmışdı.  
 
Nəbigil  toy  atlılarını  İncə  kəhrizin  yanında  haqladı.  Kəhrizin  ətrafını  yaşıl 
pöhrəlik  bürümüşdü.    Qaçaqlar  atlarını  pöhrəlikdə  gizlədib  özlərini  qayaların 
dalına verdi. 
 
Qabaqda dəvə karvanı qatarlanmışdı. Şələpapaq sarbanlar qumaşa bürünmüş 
nərlərin 
üstündə  yırğalanırdılar.  Hacabud  mayalar  nərildəyə-nərildəyə 
zınqırovlarını  çalır,  yovşan  iyi  hopmuş  Gəyən  düzü  ilə  asta-asta  irəliləyirdi. 


 
87 
Dəvələrin birinin üstünə Həcərin cehiz xalçası sərilmişdi. Xalçadakı şəkillər təkcə 
tacir Hacı Fərəcoğlunun yox, çox sarbanları dilə gətirmişdi. Sarbanlar yol boyu bu 
xalçadan danışırdılar.  
 
Qabaqda  iki  atlı  çapırdı.  Şüşaya-bəy  evinə  müjdə  aparırdılar.  Cavanlardan 
birinin  əlində  qırmızı  şal  var  idi.  Kim  ötdü  dərhal  şalı  rəqibinidən  alırdı.  Gəlinin 
gəlməsini birnici xəbər verən adam xələt alacaqdə.  
 
Qaçaqlar  hazır  dayanmışdılar.  Durbin  şal  aparan  atlıları  çəkib  Nəbinin 
gözünə yaxınlaşdırırdı.  
 
   -Qoy dərəyə ensinlər! 
 
Aynalı  açılanda  atlıların  ikisi  də  yəhərdən  aşdı.  Birinin  ayağı  üzəngiyə 
ilişmişdi.  At  onu  sürüyə  sürüyə  dərə  aşağı  aparırdı.  O  biri  isə  yerdə  sərilib 
qalmışdı:  külək  qırmızı  şalı  onun  əlindən  üfürüb  alır,  göyə  qaldırır,  Nəbiyə  tərəf 
uçururdu.  
 
Cəngi  çalınır,  nağara  gumbuldayır,  nallar  cingildəyirdi.  Atlılar  qıy 
vururdular.  Sanki  onlar  Yazıda  yarımçıq  qalmış  cıdırı  Gəyən  düzündə  davam 
etdirirdilər. 
 
Atlılar  pöhrəliyə  yaxınlaşmaqda  idilər.  Karapet  istədi  atəş  açsın,  Nəbi 
qolundan yapışdı:   
 
   -Tələsmə, qoy yaxına gəlsinlər. 
 
Səlim  bəyin  dünyadan  xəbəri  yox  idi.  O,  papağını  gözünün  üstünə  endirib 
Kürənini qırmızı qanovuza bürünmüş Həcərin gah sağında, gah solunda səyirdirdi. 
Qız  isə  oğrun-oğrun  onun  bütün  hərəkətlərini  izləyir,  hərdən  köhləninin  cilovunu 
yığıb  ətrafa  göz  gəzdirirdi:  “Bunlar  bəs  harda  qaldılar?!  Yox,  necə  olursa-olsun 
onlar  gəlib  çıxmalıdır”.  Birdən  qızın  nəzəri  pöhrəlikdə  qeyri  adi  bir  qızıl  çubuğa 
sataşdı: “Aman allah, bu, suca ilandır. Qırmızı paltarımı görüb gəlib, bu məndən nə 
istəyir, onsuzda ilanların içindəyəm də...” 
 
Qaçaqlar toy atlılarını lap yaxına buraxdılar. Nəbi birdən nərə çəkdi: 
 
   -Vurun!... 
 
Sərrast  güllələr  bəyləri  bir-bir  atdan  endirdi.  Dəstə  pərən-pərən  düşdü.  Toy 
atlıları pöhrəlikdə gizlənən qaçaqları mühasirəyə almağa çalışdılar. Lakin tərəkəmə 
atlıları onlara imkan verədi. Nəbigil köhlənlərinin belinə sıçrayıb meydana girdilər. 
Toy  atlıları  vuruşa  davam  gətirməyib  qaçmağa    başladılar.  Səlim  bəy  əlində 
tapanca onların qabağını kəsdi: 
 
   -Hara, qorxaqlar! Bu imiş sizin kişiliyiniz?! 
 
Kərbəlayı  Cəfərgil  özlərini  yetirdilər.  Ürəklənən  bəylər  yenidən  qaçaqların 
üstünə cumdular. Lakin bu dəfə də niyyətləri baş tutmadı. Hərə bir tərəfə qaçırdı... 
 
Nəbi  Səlim  bəyi  diri  tutdu.  Qaçaqlar  bəyin  bığının  bir  tayını  və  kürənin 
quyruğunu dibindən qayçıladılar.  
 
   -Tez ol min atına, yoldaşların getdi, çata bilməzsən. 
 
Nəbi Səlim bəyi qırxıq atına tərsinə mindirdi.  
 
   -Hə...    hə...    hə    cənab  bəy,  eşitdiyimə  görə  məni  toya  yallı  oynamağa 

,
vət  etmisən.  Buyur  gəlmişəm.  Birlikdə  oynaya  bilərik.  Gərək  bağışlayasan, 
təzəbəyin toyunda bundan artıq oynamağı bacarmıram.  
 
   -Bu sənə baha oturacaq, Nəbi!  Biz yenə görüşəcəyik! Bu, namərdlik oldu, 
qəfldən üstümüzə basqın etdiniz!  


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə