Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə39/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   35   36   37   38   39   40   41   42   ...   101

 
82 
TOY GÜNÜ 
 
   -İndicə dəyəcəklər yerə! 
 
Yazıda  bu vaxtacan belə  cıdır görünməmişdi. Cavanlar Səlim  bəyə  hörmət 
naminə  daha böyük qoçaqlıq, igiddlik göstərməyə can atırdılar. 
 
Mollu  kəndində  o  toy  olmazdı  ki,  Nəbi  iştirak  etməsin.  O,  həmişə  Qəmər 
dayla  cıdıra  çıxardı.  “Kim  mənimlə  çapışmaq  istəyir  buyursun!”  O  vaxt  söhbət 
ancaq Qəmər daydan gedirdi.  
 
   -Ədə, o at deyil, tərlandır! 
 
   -Qəmər day şahindir, şahin! 
 
Kərbəlayı  Cəfər  belə  tə
,
rifi  eşidəndə  taytıya-taytıya  camaatı  yarıb  özünü 
qabağa verərdi: 
 
   -Qəmər  day  mənim  ilxımdandır,  mənim!  Kəhər  madyanın  balasıdır. 
Lələşinin ilxısında belə tərlan çoxdur! 
 
Nəbi əlində Aynalı, atın boynunun altından keçib yenidən yəhərə qalxardı: 
 
   -Nişan göstərin, nişan göstərin! 
 
Nəbi  Aynalısını  üzünə  alar,  aralıda  çomağa  sancılmış  qızıl  almanı  vurub 
yerə salardı. Cavanlar Nəbini alqışlayardılar.  
 
   -Afərin!...Afərin!.. 
 
Cıdır vaxtı Nəbi tay-tuşları ilə mərc qoşardı: 
 
   -Gəlin papaq üstə nişan qoyaq. Görək kim vurur! 
 
O  zaman  dağlılar  arasında  bu  igidlik  sayılırdı.  Neçə-neçə  günahsız  cavan 
belə “qoçaqlığın” qurbanı olardı. 
 
Bir dəfə Həcərin qardaşı Lətifin toyunda cavanlar belə şərt qoydular:  “Kim 
yüz  addımlıqda  nişan  qoyulmuş  fərə  yumurtasanı  birinci  güllədə  vursa,  oğlan 
evindən bir əzimi çuxa alacaq”. 
 
Nəbi hamıdan qabaq irəli çıxdı: 
 
   -Kim istəyirsə, buyursun meydana!  
 
Cavanlar  bir-birinin  üzünə  baxıb  susurdular.  Əbil  bəy  haçadil  atını 
meydanda  süzdürdü.  Əbil  bəyin  gülləsi  boşa  çıxdı.  Nəbi  yumurtanı  atın 
qaçaracağında nişan aldı.  Aynalı açılanda  yumurta  Xanalının papağının üstündən 
yoxa çıxıb. Topalın üzünə yapışdı, Cavanlar pıqqıldaşdılar: 
 
   -Sağ ol, Nəbi! 
  
   -Bax, belə vurarlar! 
 
Həcər də oğlanlarla cıdıra çıxmışdı. Nəbi Həcərə zarafatla göz vurdu: 
 
   -Hə, qoçaq, necəsən? Mənimlə çapışa bilərsənmi? 
 
Həcər atını Nəbinin köhləni ilə qoşalaşdırdı: 
 
   -Çapaq! 
 
   -Yox, Həcər, sən yüz addım qabağa çıx. 
 
   -Mənə dədəboyu lazım deyil, qoşa çapacağıq. 
 
Bu dəfə şərt başqa cür idi, cavanlardan ikisi sapandla köyə daş atdı. Aynalı 
da açıldı, Həcərin tüfəngi də. Hər iki daş göydə toza döndü. 
 
Gözlər  bərələ  qaldı.  Başqa  şərt  qoydular.  Çomağın  üstünə  qıyıq  sancdılar, 
yüz addım ara verdilər. Atlılar çapışanda iki güllə açıldı. 
 
Bir  vaxtlar  Nəbi  Yazıda  Koroğlu  tək  at  oynadırdı, indi  isə  düşmənlər  onun 
oylağında cıdıra çıxmışdılar. 


 
83 
 
Cıdırın qızğın yerində bir çapar atını qamçılıya-qamçılıya özünü Səlim bəyə 
çatdırdı: 
 
   -Naçalnik,  Mehdi  bir  dəstə  ilə  bəyləri  mühasirəyə  alıb!  Kömək  lazımdır, 
yoxsa hamısını qırıb Nəbini Qartal yuvasından çıxaracaqlar. 
 
Səlim bəy atının başını yığıb, üzünü cıdıra çıxanlara tutdu. 
 
   -İgidlər, arxamca! 
 
Toy atlıları bir birinə dəydi.  
 
...Nəbi göyün bu yeddi qatında da ümidlə yaşayırdı. “Qaçacağam! Hökmən 
qaçacağam! Mənə ürək verən bircə yoldaşım olsaydı...” 
 
Yalqızlıq  Nəbiyə  e
,
dama  aparılan  məhbusun  iztirablarından  da  ağır  gəlirdi. 
Əlacı olsaydı, qartallardan qanad alardı. 
 
Toya  gələnlərin  çoxu  Mehdinin  hücumundan  xəbərsiz  idi.  Xanalıgildəki 
mağar onların huşunu başqa aləmə aparmışdı. Aşıq Ələsgər telli sazı sinəsinə basıb 
Koroğludan deyirdi: 
 
   -Bəli,  Bəlli  Əhməd  Nigar  xanımın  naməsini  Koroğluya  verdi.  Koroğlu 
naməni açdı, oxuyub gördü ki, xotkar qızı yazır: 
 
 
 
 
 
 
 
 
 
 
 
Başına döndüyüm, ay qoç Koroğlu
 
 
 
 
 
Əgər igidsənsə, gəl apar məni! 
 
 
 
 
 
Həsrətindən yoxdur səbrim,qərarım, 
 
 
 
 
 
İncidir sərasər ahu-zar məni. 
 
 
 
 
 
 
Mən xotkar qızıyam, Nigardır adım, 
 
 
 
 
 
Şahlara, xanlara məhəl qoymadım. 
 
 
 
 
 
Bir sənsən dünyada mənim muradım. 
 
 
 
 
 
Istərəm özünə eylə yar məni.   
 
 
Elə ki, Koroğlu naməni alıb əhvalatdan hali oldu, mehtəri çağırıb dedi: 
 
Qıratı yəhərlə, mən İstanbula gedəsi oldum... 
 
Xanımlar  isə  Həcəri  zərə  tutulmuş  qızıl  qotazlı  pərdənin  dalında 
bəzəyirdilər. Aşıq Ələsgər elə bil onun ürəyindən xəbər verirdi. “Hardasan, mənim  
Nəbim, Qəmər dayı yəhərlə, gəl çıx, məni sabah aparacaqlar”. Həcərin qara saçları 
qızılı  rəngə  çalır,  dırnaqları  kəklik  dırnağı  təki  qızarırdı.  O,  qaş-daşlar  içində 
alovlanırdı.  Ətrafına  düzülmüş  xonçalarda  rəngarəng  şamlar  şö
,
lələnirdi.  Şamlar 
sanki  əriyib  xonçaya  yox,  qızın  ürəyinin  başına  tökülürdü.  Yanağındakı  qara  xal 
göz rənginə düşmüşdü. 
 
Gəlini bəzəyən xanımlar gülüşür, yengə yenə öz zarafatından qalmırdı: 
 
   -Ay  qəşəng  qız,  sözümə  qulaq  as,  gecə  yatanda,  hə...  hə...  nə  deyirəm 
yadında saxla. 
 
Sazəndələr  çalır,  qız-gəlinlər  qol  götürüb  sındırırdılar.  “Bu  yengə  nə 
danışır?.. Mənə nə olub?!  Elə bil oda düşmüşəm”.  Boynuna dolanan mirvarilər, 
barmaqlarında  yanan  brilyant  üzüklər,  belindəki  qızıl  kəmər,  paltarına  düzülən 
qızıl pullar sanki alov idi, alışıb Həcəri yandırırdı. “Mənə bu qızıl buxovlar gərək 
deyil!”  Həcər üstündəki qaş-daşları  dartıb qopartdı, yengənin başına çırpdı... 
 
Günəşin qurub göylərində qırılıb qalan sarı saşları hələ də işıldayırdı. Hava 
qaşqabağını  tökmüşdü.  Çalpapaq  dağlardan  qovulmuş  qara  buludlar  get-gedə 
Yazının  üstündə  sıxlaşırdı.  Şişmək  çaxdıqca  göy  alışır.  Qaroun  dərəsi  üşütməli 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə