Ətraf müHİTİn monitoriNQİ



Yüklə 164,68 Kb.
səhifə37/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   30   31   32   33   34   35   36   37   38
ƏMM.müh.

Ekoloji ekspertiza:Ekoloji ekspertizanın əsas məsələsi təsərrüfat obyektinin layihələndirilməsin­də və təbiəti mühafizə qanunlarının texniki sisteminin izlənilməsinə hərtərəfli nəzarət, eyni zamanda təbii ekosistemin bərpa edilməsi baxımından qiymətlən­dirilməsin­dən ibarətdir.
Ərazi baxımından miqyasına görə ekspertiza dövlətlərarası, respublika, regional və lokal növlərə bölünür.
Ekoekspertiza bir neçə tiplərə bölünür:

  1. Dövlət ekoloji ekspertizası;

  2. Regional (idarə, müəssisə) ekoloji ekspertizası;

  3. İctimai;

  4. Elmi ekoloji ekspertiza.

Dövlət ekoloji ekspertizası. Dövlət ekoloji ekspertizası dövlət və ekspert komissiyaları tərəfındən müxtəlif layihələri, layihə-smetaları, normativ-texniki və normativ-hüquqi sənədlərin, həmçinin yeni texnika, texnologiya, material və maddələrin ekoloji norma, qayda və normativlərə uyğunluğunu müəyyən edən bir təşkilatdır.
Dövlət ekoloji ekspertizası dövlət büdcəsi və sifarişi tərəfindən maliyyələşir.Dövlət ekoloji ekspertinin çrxardığı nəticələrə aidiyyatı olan orqanlar mütləq riayət etməlidirlər.
Müvafiq idarələr tərəfindən aparılan ekoloji ekspertiza. Bu komissiyanın çıxardığı nəticələr Dövlət ekoloji ekspertizasının nəticələrini inkar etmirsə o, həmin idarə nəzdində qüvvədə olur.
İctimai ekoloji ekspertiza. İctimaiyyətin öz istəyi ilə təşkil olunmuş qeyri-dövlət strukturudur. Onlarm çıxardıqları nəticələr məsləhət (təklif) xarakteri daşıyır.
Elmi ekoloji ekspertiza elmi tədqiqat və ya tədrıs müəssisələri tərəfındən aparılır. Onların çrxardıqları nəticələr informasiya (ideya) xarakteri daşıyır.
Ekoloji ekspertiza öz fəaliyyətində faktları, elmi prinsipləri və qüvvədə olan qanunvericiliyi əldə rəhbər tutur. O, ayrı-ayrı şəxslərin və ya müəssisələrin yox, ətraf mühitin mühafizəsi prinsipini güdməlidir. Ətraf mühitin ekspertizası təsərrüfat,layihə və planları reallaşdlran əvvəl keçirilməlidir.Ekoloyi ekspertiza dedikdə siyasi və hüquqi xarakterli tədbirlər sistemi nəzərdə tutulur.
Ekspertizaya təqdim olunan layihə materialları müxtəlif mərhələlərə bölünür:

  1. texniki-iqtisadi əsaslandırılmış (TİƏ);

  2. texniki-iqtisadi hesab (ТİH);

  3. layihə;

  4. iş layihəsi.

Amma hər bir layihənin materialında «Ətraf mühitə təsirin qiymətləndiril­məsi» bölməsi olmalıdır.

ƏDƏBİYYAT


1.Əhmədov Ş.Ə., Ağayev F.G., Şəfiyev M.Ə., Mirzəyev F.Ə. Ümumi ekologiya. “Müəllim”,2005. 100s.
2.Əhmədov Ş.Ə., Muradov N.M. Ekologiya. Atmosferin çirklənməsi.Bakı, 2008, 825.
3.Муртазов А.К.Экологический мониторинг.Методы и средства. (Учебное пособие) Рязань, 2008, 149 с.
4.Тарасов В.В. , Тихонова И.О., Кручинина Н.Е.Мониторинг атмосферного воздуха. Москва,2008,128с.
5.Бузмаков С.А., Костарев С.М. Введение в экологический мониторинг.Перм,2009.178с.
6.A.S.Sadıqov., İ.B.Xəlilov. Ekologiya və ətraf mühitin mühafizəsi.Dərs vəsaiti.Bakı-2009.
7.Ə.Ə.Məmmədov və başqaları.Ətraf mühitin monitorinqi.Bakı, “Təhsil” NRM,2005.
8.N.Ə.Səlimova, B.Ş.Şahpələngova., Ə.İ.Babayev.Mühəndis ekologiyası.Dərslik.Bakı, Azadlıq prospekti 20.


Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə