Ətraf müHİTİn monitoriNQİ


Nümunənin götürülməsi üsullarınin seçilməsi



Yüklə 164,68 Kb.
səhifə7/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   2   3   4   5   6   7   8   9   10   ...   38
ƏMM.müh.

Nümunənin götürülməsi üsullarınin seçilməsi: Nümunənin götürülməsi üsulunu seçərkən zərərli maddənin havada hansı qaz (NH3, C4H6SO3), bəziləri buxar ( qaynama t-ru 250 0 S- yə qədər olan mayelər, aromatik və alifatik karbohidrogenlər, üzvi spirt və turşular) və bəziləri aerozollar şəklində olurlar.Maddənin havadakı aqreqat halından asılı olaraq nümunənin götürülməci üsulunu seçirlər. Bundan ötəri zərərli maddənin uçuculuğunu bilmək çox vacibdir. Uçuculuğu aşağıdakı kimi hesablamaq olar.
L = 16 PM / (273 + t )
Burada P- zərərli maddənin müvafiq temperaturda doymuş baxar təzyiqi;m.m.c.s., M- molekula kütləsi; T – temperaturdur. Doymuş buxar təzyiqini hesablamaq üçün aşağıdakı formuladan istifadə etmək olar:

İğP = 2,763 - 0,019 tqay + 0,02 t


Burada -t qay zərərli maddənin qaynama temperaturudur.


Bu yolla hesablanmış uçuculuğun dəqiqliyi 60 – 70 % təşkil edir. Zərərli maddələrin uçuculuğu ilə yanaşı olaraq, onların BBQ –rı da nəzərə almaq çox vacib şərtlərdəndir. Məsələ burasındadır ki, uçuculuğu az olan bəzi zərərli maddələrin BBQ-rı da çox az olur. Məsələn , civənin qaynama temperaturu 3570S , butilasetatın isə 1260S- dir. Onların 200S tempereturda uçuculuqları müvafiq olaraq 15 və 20000 mq/ m3-dur. Lakin onların BBQ- rı isə müvafiq olaraq 0,01 və 200 mq/ m3 olduğundan eyni şəraitdə civənin havadakı miqdarı normanı 1500 dəfə, butilasetatın isə 100 artmış olur. Buna görə də maddənin havadakı aqreqat halını qiymətləndirmək üçün onun uçuculuğunun BBQ- a nisbətindən istifadə edirlər. Əgər maddənin 200S –dəki nisbi uçuculuğu onun BBQ- dan 10 və daha çox dəfə azdırsa, onda ancaq aerozolun havadakı miqdarını müəyyən edirlər. Əgər bu göstərici 50 –dən böyük olarsa, onda buxarları müəyyən edirlər. Xarici mənbələrə görə 50 L/ BBQ 0,05 olan hallarda həm buxar, həm də aerozolları, L /BBQ 0,05 olan hallarda isə ancaq buxarın miqdarı müəyyən edilməlidir.
Sanitar kimyəvi analiz üçün hava nümunələri aspirasiya üsulu ilə götürülür. Bundan ötəri analiz olunan havaya xüsusi uducu məhlullardan, ya da adsorbentlərdən, ya da filtrlərdən keçirilir. Buraxılan havanın miqdarı zərərli maddənin analiz edilməsi mümkün olan miqdarı ilə bağlıdır.Zərərli maddənin miqdarını təyin etmək üçün tələb olunan havanın optimal miqdarı aşağıdakı kimi hesablana bilər.
V = a V0 / Vn kC
V0 – analiz edilməsi nəzərdə tutulan havanın həcmi; a- analiz olunan havanın həcmində zərərli maddənin aşkar edilməsinin aşağı qatlıq həddi; V n - analiz üçün götürülmüş nümunənin həcmi; C – BBQ; K- müvafiq olaraq 1 /4 ; 1/ 2 BBQ –a uyğun əmsaldır. Analiz üsulunun təkmilləşdirilməsi və ya BBQ normasınin dəyişməsi ilə əlaqədar olaraq V dəyişə bilər. Nümunənin götürülməsi müddətinə gəldikdə isə, BBQ –in maksimal birdəfəlik miqdarını təyin etmək üçün nümunəni 15 dəqiqə müddətində götürürlər. Lakin son vaxtlar orta növbə qatılığının müəyyən edilməsinə üstünlük verilir .Bu üsul işçi personal tərəfindən hava vasitəsi ilə qəbul edilən zərərli maddənin dozasını birbaşa müəyyən etməyə imkan verir. Zərərli maddələrin həm sayının, həm də havada olan aqreqat hallarının çoxluğu ilə bağlı olaraq nümunələri götürərkən müxtəlif uducu sistemlərdən istifadə edirlər.



Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə