Ətraf müHİTİn monitoriNQİ


Zərərli maddənin desorbsiya edilməsi və qatılaşdırılmasi üçün doymuş buxar fazasının xromatoqrafik analizi üsulundan da geniş istifadə edilir



Yüklə 164,68 Kb.
səhifə15/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   11   12   13   14   15   16   17   18   ...   38
ƏMM.müh.

Zərərli maddənin desorbsiya edilməsi və qatılaşdırılmasi üçün doymuş buxar fazasının xromatoqrafik analizi üsulundan da geniş istifadə edilir. Bu üslun mahiyyəti qapalı sistemdə uducu maye və ya adsorbentin tərkibindəki uçucu zərərli maddəni termodinamiki tarazlıqda olan buxar fazanı xromatoqrafik üsulla miqdarının təyin edilməsinə əsaslanmışdır. Başqa sözlə, doymuş buxar fazanı analiz etməklə zərərli maddənin maye uducu və ya adsorbent daxilindəki miqdarını təyin etmək olar. Ekstraksiya üsulundan fərqli olaraq, doymuş buxar fazasının analizi üsulunda nümunənin su buxar ilə, yüksək qaynama temperaturuna malik olan mayelərlə qarışması ehtimalı aradan qalxmış olur.
Doymuş buxar fazanın analizi üsulunu həyata keçirmək üçün istənilən kiçik həcmli şüşə qabdan istifadə etmək olar. Şüşə qabın içərisinə 2-3 qram nümunə yerləşdirilir və ağzı yumşaq rezin tıxacla bağlanaraq termostata qoyulur. Termostatın temperaturu zərərli maddənin qaynama temperaturuna və uçuculuğuna müvafiq olaraq tənzimlənir. Analiz üçün doymuş buxar faza nümunəsi qızdırılan şpris vasitəsi ilə götürülür.
Zərərli maddələrin təyin olunması üçün istifadə olunan instrumental analiz metodlarının dəqiqliyini artırmaq üçün analiz edilən nümunələri qatılaşdırmaq lazımdır. Bunun üçün buxarlandırma və ekstraksiya üsullarından istifadə edirlər.
Ən sadə qatılaşdırma üsulu buxarlandırmadır. Buxarlandırma yolu ilə qatılaşdırmanın mahiyyəti eyni miqdar zərərli maddənin böyük həcmdən kiçik həcmə keçirilməsinə əsaslanmışdır . Zərərli maddələri xromatoqrafik üsulla analiz edərkən buxarlandırma metodundan daha çox istifadə edilir.Buxarlandırma prosesi ya adi şəraitdə farfor kasada, ya da vakuum altında rotorlu buxarlandırıcıda həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, buxarlandırma üsulundan qaynama temperaturu 180 ÷ 200 0S –dən yüksək olan zərərli maddə nümunələrinin qatılaşdırılması üçün istifadə etmək olar.
Ekstraksiya üsulu da qatılaşdırmanın effektiv üsullarındandır. Ekstraksiya üsulu ilə qatılaşdırmanın mahiyyəti zərərli maddənin maye həlledicidən həmin həlledicidə həll olunmayan mayenin az miqdarda absorbsiya olunmasına əsaslanmışdır. Ekstraksiya üsulu ən sürətli qatılaşdırma üsuludur. Bu üsuldan istifadə etmək və zərərli maddələri hətta bir neçə yüz dəfə qatılaşdırmaq mümkündür.
Analiz üçün götürülən hava nümunələrinin tərkibində adətən bir deyil, bir neçə zərərli maddə olur. Götürülmüş nümunənin tərkibində məhz hansı zərərli maddələrin olmasının müəyyən edilməsi əməliyyatı identifikasiya adlanır. Zərərli maddələrin identifikasiyası üçün ekstraksiya, xromatoqrafiya üsullarından, rəng effekti verən reaksiyalardan, effektiv dedoktorlardan istifadə etmək olar.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə