Ətraf müHİTİn monitoriNQİ


SU EHTiYATLARININ ÇİRKLƏNMƏ MƏNBƏLƏRİ VƏ SU HÖVZƏLƏRİNİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN NORMALLAŞDIRILMASI



Yüklə 164,68 Kb.
səhifə18/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   14   15   16   17   18   19   20   21   ...   38
ƏMM.müh.

7.SU EHTiYATLARININ ÇİRKLƏNMƏ MƏNBƏLƏRİ VƏ SU HÖVZƏLƏRİNİN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN NORMALLAŞDIRILMASI.

Yer səthinin suyu 3 hissəyə bölünür:dünya okeanı,qitə suları,yer altı sular.Su – çox qiymətli təbii ehtiyatdır. Bütün canlı orqanizmlər üçün su yaşayış mühitidir. Onun insan, heyvan və bütün bitkilərin məişət ehtiyaclarında zəruri olduğu hamıya məlumdur. Su, həyatın əsasını təşkil edən maddələr mübadiləsi prosesində müstəsna rol oynayır. Su sənaye və kənd təsərrufatı istehsalatında böyük əhəmiyyət kəsb edir.Su ehtiyatlarınin 98%-i duzludur. Zavod və fabriklərdə, kənd təsərrü­fa­tının suvarma sistemində çoxlu miqdarda su işlədilir.


Şəhərlərin böyüməsi, sənayenin sürətli inkişafı, kənd təsərrufatının intensivləşdirilməsi, suvarılan torpaq sahələrinin xeyli genişləndirilməsi, mədəni-məişət şəraiti-nin yaxşılaşdırılması və bir sıra digər faktorlar su təchizatı probleminin daha çox çətinləşməsinə səbəb olur. Suya olan tələbat böyükdür və hər il artır. Yer kürəsində bütün su təchizatı növlərində suyun illik sərfi 3300-3500 кm3 təşkil edir. Bu halda cəmi su istehlakının 70%-i kənd təsərrufatında istifadə olunur. Kimya və sellüloza-kağız sənayesi, qara və əlvan metallurgiya sahəsində çoxlu su istifadə olunur. Habelə, energetikanın inkişafı da suya tələbatın kəskin artmasına səbəb olur. Suyun xeyli hissəsi maldarlıq sahəsində, həmçinin də əhalinin məişət ehtiyaclarına sərf olunur. Məişət-təsərrufat sahələrində istifadə olunan suyun böyük bir hissəsi işləndikdən sonra çaylara və su hövzələrinə çirkab sular kimi qaytarılır. Atmosfer suyunun tərkibi atmosfer havasının tərkibindən asılıdır.Şirin suyun defisit olması artıq indi dünya problemi olmuşdur. Dunyada şirin su ehtiyatlarının ən çox hissəsi Antraktidada yerləşir.Ölkələrin sənaye və kənd təsərrufatı sahələrində suya tələbatının getdikcə artması dünya alimlərindən bu problemin həlli üçün müxtəlif vasitələrin axtarılmasını tələb edir. Müasir dövrdə su ehtiyatlarından səmərəli istifadə istiqaməti də müəyyən edilir: şirin su ehtiyatlarından daha tam istifadə və geniş təkrar istehsal; su tutumlarının çirklənməsinin qarşısını almağa və təmiz su sərfinin minimuma çatdırılmasına imkan yaradan yeni texnoloji proseslərin işlənib hazırlanması. Su tutumlarına bərk, maye və qazşəkilli maddələrin atılması nəticəsində suyun fiziki, kimyəvi və bioloji xassələrinin hər hansı dəyişikliyi nəticəsində su ehtiyatlarının çirklənməsi baş verir. Təbii suların əsas çirklənmə göstəricilərindən biri suda həll olmuş oksigenin miqdarınin çox olmasıdır.Belə çirklənmiş sular xalq təsərrüfatına, əhalinin təhlükəsizliyinə və sağlamlığına zərər verir.
Çaylar,göllər,gölməçələr,nohurlar,bataqlıqlar hidrosferin yer üstü sularıdır.Yer üstü suların fiziki- kimyəvi xassələri müxtəlif olub atmosfer havasınin tərkibindən asılıdır.Səth və yeraltrı suların çirklənməsinin aşağıdakı növləri mövcuddur:

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə