Ətraf müHİTİn monitoriNQİ



Yüklə 164,68 Kb.
səhifə19/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   15   16   17   18   19   20   21   22   ...   38
ƏMM.müh.

Mexaniki çirklənmə – əsasən səthi çirklənmə növlərinə xas olub, suyun tərkibində mexaniki qatışıqların artması ilə yaranır; çirkab sulaın mexaniki qarışıqlardan təmizlənməsi hidrosiklonlarda suyun mərkəzdən qaçma qüvvəsi təsiri ilə təmizlənir.
Kimyəvi çirklənmə - suyun tərkibində toksiki və qeyri-toksiki təsirə malik üzvi və qeyri-üzvi maddələrin mövcud olduğu zaman yaranır;
Bakterioloji və bioloji çirklənmə - suyun tərkibində müxtəlif patogen mikroorqanizmlərin, göbələklərin və xırda yosunların mövcud olması ilə yaranır;
Radioaktiv çirklənmə - yeraltı və səth sularında radioaktiv maddələrin olması ilə yaranır;
İstilik çirklənməsi – istilik və atom elektrik stansiyalarından qızdırılmış suların su tutumlarına axıdılması ilə yaranır.
İstilik elektrik stansiyalarında soyutma prosesində istifadə olunan suyun yenidən hövzəyə qaytarılması suyun termiki çirklənməsi adlanır.Su tutumlarının zibillənmə və çirklənmələrinin əsas mənbəyi sənaye və kommunal təsərrüfat müəssisələrinin, böyük heyvandarlıq komplekslərinin kifayət dərəcədə təmizlənməyən çirkab suları, yer altından çıxarılan filiz yataqlarının işlənməsi zamanı əmələ gələn tullantılar; mədən, şaxta və meşə materiallarının əridilməsi və emal olunması zamanı əmələ gələn sular; su və dəmir yol nəqliyyatı tullantıları; kətan, pestisidlər və sairənən ilkin emalı zamanı yaranan tullantılardır. Çirkləndirici maddələr təbii su hövzələrinə düşərək suyun keyfiyyət dəyişmələrinə səbəb olur – bu adətən, xoşagəlməyən qoxuların, dadların və s., meydana çıxması ilə təzahür edir; suyun kimyəvi tərkibinin dəyişməsi, adətən, su səthində zərərli və üzən maddələrin olması və onların su hövzələrinin dibində toplanması ilə meydana gəlir. Sənaye çirkab suları əsasən istehsal tullantıları ilə çirklənir.
Çirkab suları sənaye sahələri və onların texnoloji proseslərindən asılı olaraq kəmiyyət və keyfiyyət tərkiblərinə görə müxtəlif olur. Çirkab sular su hövzələrinə atılarkən suyun turşuluq həddi pH- 6,5-8,5 miqdarda olur.Çirkab sularını iki əsas qrupa bölürlər:
1) Tərkibində qeyri üzvi qatışıqlar və o cümlədən də toksiki maddələr saxlayan çirkab suları;
2) Tərkibində zəhərli maddələr olan çirkab suları.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə