Ətraf müHİTİn monitoriNQİ


Torpaq resuslarının istifadəsi və analiz üsulları



Yüklə 164,68 Kb.
səhifə27/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   23   24   25   26   27   28   29   30   ...   38
ƏMM.müh.

11. Torpaq resuslarının istifadəsi və analiz üsulları.
Litosfer Yer kürəsinin torpaq örtüyüdür.Yer kürəsinin daş örtüyünə litosfer deyilir.Yer səthində litosferin mineral və biosferin üzvi maddələrinin təkamülü prosesi nəticəsində əmələ gələn törəməyə torpaq deyilir.İnsanın həyatı, torpaqla bilavasitə bağlıdır. Bitkilər yalnız torpaqda inkişaf edərək insanları öz məhsulları, heyvanlar aləmini yem, sənayeni xammal ilə təmin edir. Bu təbii sərvət əsrlər, min illər ərzində formalaşdığından ona qarşı xüsusi həssaslıq tələb edilir. Lakin məhsuldarlıq torpağın yalnız bir xüsusiyyətidir. Min illər ərzində bəşəriyyət torpağı yalnız əkinçilik, bağçılıq və maldarlıq obyekti kimi qəbul etmiş, ona istismarçı mövqedən yanaşmışdır. Yalnız XIX əsrin sonlarından etibarən torpağa ondan istifadənin xarakterindən asılı olmayaraq xüsusi bir təbii cisim münasibəti formalaşmağa başladı. Torpaq minerallar, bitki və heyvanlar aləmi kimi tədqiqat obyektinə çevrildi. Elmi dildə torpaq adlanır..
Torpaq – müxtəlif materiallar, üzvi maddələr, müxtəlif qazlar, mayelərin qarışığı və meyarlarla orqanizmlərin məcmusudur. Bu təbii cisim 5 mühüm funksiya həyata keçirir. O:
Bitkilərin inkişaf mühitidir;
Su ehtiyatlarını saxlayan, təmin edən və təmizləyən vasitədir;
Atmosferə təsir edir;
Digər orqanizmlər üçün zəruri maddələr hazırlayan, onlarla həyat mühiti yaradan orqanizmlərin yaşayış mühitidir. O, bütün quru canlılarını biofil maddələr və atmosfer rütubəti ilə təmin edir. Yerin biokütləsinin 99%-i torpaqla bağlıdır.

  • Torpaq haqlı olaraq “yerin dərisi” hesab edilir. O, litosfer, hidrosfer, atmosfer və biosferin qarşılıqlı münasibətlərini tənzimləyir, onlara təsir edir. Torpaq minerallar və üzvi maddələrdən ibarət olan bərk faza, qazlardan ibarət olan məsaməli faza və su fazasından ibarətdir.

Torpaq maddələrin bioloji və geoloji dövranı arasında əlaqələndiricidir. Yer səthi, atmosfer, hidrosfer arasındakı maddələr və enerji mübadiləsi torpaq vasitəsilə baş verir. Torpağın insan həyatına təsiri çox önəmlidir. Onun ən vacib ekoloji funksiyası olan, bioloji məhsuldarlıq kənd təsərrüfatı və meşə təsərrüfatında geniş istifadə edilir. İnsan ona lazmı ərzaq məhsullarının 98%-ni torpaq məhsuldarlığından istifadə etməklə (əkinçilik, maldarlıq) alır.
Torpaq daima inkişaf edir. Və dəyişir, bunun nəticəsində də onun çox müxtəlif tipləri mövcuddur.
Torpaq bərk,maye,qaz fazadan ibarətdir. Torpaqda hümusun olması onun tərkibində dəyişiklik yaratmır.Humusun artıqlığı yaxud çatışmamazlığı torpağın münbitliyini müəyyən edir, çünki onda mürəkkəb mübadilə prosesləri baş verir, bunun sayəsində bitkilərin qida elementləri yaranır. Torpağın çox mühüm fiziki xassələrindən biri – onun mexaniki tərkibidir, yəni müxtəlif ölçülü hissəciklərin tərkibidir (qum, gil). Torpaqların kimyəvi xassələri onda olan mineral maddələrin miqdarından asılıdır. Bu maddələr həll olmuş ion şəklindədir. Torpaqda hidrogen ionlarının konsentrasiyası (pH) neytral qiymətə yaxındır. Belə torpaqların florası adətən çoxlu növlərə malik olur. Əhəngli və duzlaşmış torpaqlarda pH=8-9, torf – 4 olur. Belə torpaqlarda spesifik bitkilər inkişaf edir.
Torpaqda çoxlu miqdar bitki və heyvan növləri yaşayır ki, bunlar torpağın fiziki-kimyəvi göstəricilərinə təsir edir.
Mineral maddələr və üzvi maddələr torpagın kimyəvi xassələrini müəyyən edir.Məhz torpaq böyük dərəcədə çirklənməyə məruz qalır, bu da onda baş verən fiziki, kimyəvi və bioloji proseslərin pozulmasına səbəb olur. Torpağın çirklənməsi atmosferin və suların çirklənməsi ilə bilavasitə əlaqədardır.
Torpaq örtüyü yer səthini örtən torpaqların məcmuudur. Yerin əksər rayonlarında torpaq örtüyünün qalınlığı cəmisi 150-300 mindir ki, bu da qida məhsullarının çox hissəsinin alınmasını təmin edir.
Ümumiyyətlə, litosferin əsas kimyəvi çirkləndiriciləri neft və neft məhsulları, ağır metallar, bərk qarışıqlar, zəhərli kimyəvi preparatlar, AES, nüvə partlayışlarının və s. radioaktiv tullantıları və başqaları.
Torpaq resursları insanın fəaliyyətsiz sahələrində ən geniş istifadə edilən ehtiyatlar sayılır. Kənd və meşə təsərrüfatında torpaq ehtiyatları istehsalın əsas mənbəyini ifadə edir. Torpaq resursları başqa ehtiyatlarla əvəz oluna bilməzlər, təsərrüfat fəaliyyəti nəticəsində öz keyfiyyətlərini itirə bilərlər. Məhsuldar torpaqlar təkrar yaranan, bərpa olunan ehtiyatlara aiddir, onlar səmərəli istifadə edilməsi nəticəsində öz məhsuldarlıqlarını yüksəldirlər. Torpağın məhsuldarlığı: təbii (torpaq əmələ gətirən proses nəticəsində) və effektiv (insan fəaliyyəti nəticəsində) ola bilər. Torpağın effektiv məhsuldarlığı texniki-iqtisadi səviyyədən və əkinçiliyin intensivliyindən asılıdır. Kənd təsərrüfatının inkişafı üçün əsas istiqamət torpaqların effektiv işlənilməsi və məhsuldarlığıdır. Burada əsas rol mineral qidanın payına düşür.
Torpağı kimyəvi çirklənmədən qorumaq və onun mühafizə edilməsi əsas məqsədlərindən biridir. Kənd təsərrüfatı məhsullarının artırılması mineral gübrələrdən çox asılıdır. Torpağa, suya, qidaya və qidadan insana keçən və sağlamlığına böyük mənfi təsir göstərən pestisidlərdən kənd təsərrüfatında istifadə olunur.
Atmosferə atılmış radioaktiv aerozollar torpagı çirkləndirən mənbələrdən biridir.Bunlardan başqa, sənaye tullantıları, nəqliyyat qazları və s. torpağa mənfi təsir göstərir. Torpaq üçün ən təhlükəli radioaktiv çirklənmə sayılır. Bitki və heyvan aləminə təsir edən çirkləndiricilər də təhlükəlidirlər. Bitkilər üçün SO4, Ni, Cl və başqa maddələr zəhərli sayılır. Əsasən ən toksiki SO4 sayılır.
Bitki və heyvan aləminə insanın böyük təsiri var. İldən ilə insanın təsərrüfat fəaliyyətinə bioehtiyatlar daxil olur. Əsas rol yaşıl bitkilərə aiddir, çünki fotosintez prosesində 177 mlrd. Ton üzvi maddələr ayrılır. Biosferin bir hissəsi sayılan bitkilər, heyvan aləminə və iqlimə təsir göstərir.
Güclü rütubətli rayonlarda torpaqların bataqlıqlaşması baş verir. Misal olaraq Rusiyanın qeyri qara torpaq zonaları, daimi buzlaqla zonasını göstərmək olar.
Torpaqların bataqlıqlaşması biosenozlarda deqradasiya prosesləri ilə müşahidə olunur, torpağın aqronomik xassələrini pisləşdirir və meşələrin məhsuldarlığını azaldır.
Torpaq itikisində səhralaşma hadisəsi müstəsna rol oynayır. Səhralaşma, torpaq eroziyasını formalaşdıran amillərlə sıx əlaqədar olan prosesdir. Səhralaşmada bitki örtüyünün bu və ya digər səbəbdən seyrəkləşməsi, otlaq-çəmənliklərin “tapdalanması” əsas amil sayılır.
Torpaqdan qeyri kənd təsərrüfatı məqsədləri üçün istifadə edildikdə aqrosistemin torpaq örtüyü dönməz olaraq pozulur. Misal üçün sənaye obyektlərinin tikintisi, şəhərlərin, qəsəbələrin salınması, yol, boru qazıntı yataqlarının açıq işlənməsi zamanı torpaqlar kənd təsərrüfatı istifadəsindən çıxarılmış hesab olunur.
Biosferin tərkib hissəsi kimi litosferin çirklənməsinin qarşısının alınması və mühafizə edilməsi günün əsas məsələlərindən biridir.
TORPAQ NÜMUNƏLƏRİNİN GÖTÜRÜLMƏSİ QAYDASI VƏ ANALİZİ ÜSULLARI:Torpaq ətraf mühitin ən mühüm obyektlərindən biri olub, qida məhsullarının 90% və istehsal olynan məhsullar üçün xammalın 90%-ni verir. Torpağın tərkibi çox mürəkkəbdir. Torpağın tərkibində qeyri- üzvi mineral birləşmələr, üzvi maddələr, su, hava, müxtəlif mikroorqanizmlər, göbələklər, bakteriyalar və s. vardır. Torpaqda mürəkkəb fiziki-kimyəvi, bioloji və digər başqa proseslər baş verir. Məsələn, bir qisim mikroorqanizmlərin iştirakı ilə, çox kiçik sürətlə də olsa, CO →CO2-ə oksidləşir, başqalarının iştirakı ilə insektisidlər parçalanırlar və s. Ətraf mühitin digər mühüm obyektləri olan hava və sudan fərqli olaraq, torpağın öz-özünü təbii yolla təmizləməsi prosesi çox yavaş sürətlə gedir. Bəzi maddələr üçün isə. məsələn, ağır metallar üçün torpaq tutumlu akseptor (qəbuledici) rolunu oynayır.Ağır metallar torpaqda toplanaraq qumusla qarşılıqlı təsirdə olub, cətin həll olan birləşmələr əmələ gətirirlər. Nəticədə ağır metalların torpağın münbit qatında toplanması baş verir. Bununla yanaşı olaraq, torpağa düşən zərərli maddələr müxtəlif faktorların təsiri altında uzaq məsafələrə miqrasiya edirlər. Torpağa düşən zərərli maddələrin miqrasiya etməsini aşağıdakı kimi izah etmək olar.Zərərli maddələr( suda yaxşı həll olan) yeraltı qurunt sularına, oradan bitkilərin kök sistemi ilə bitkilərin gövdəsinə, yarpaqlarına , meyvələrinə, bunlardan da bilavasitə heyvanların və insanların orqanizminə keçir. Zərərli maddələr qrunt sularında həll olduqdan sonra onlarla birlikdə də miqrasiya edirlər. Bundan başqa, küləyin sovurduğu tozla, qurumuş yarpaqlarla da zərərli maddələr miqrasiya edir.Torpağı çirkləndirən zərərli maddələrin insanlara vurduğu zərərin səviyyəsi bu zərərli maddələrin bitkilər tərəfindən mənimsənilmə dərəcəsindən asılıdır.
Torpağın çirklənməsi mənbələrinə gəldikdə isə bunlar bilavasitə xüsusi kərxanalara atılan sənaye v ə məişət tullantıları,atmosfer yağıntıları ilə atmosfer havasından yuyulan zərərli maddələr ola bilər.Atmosfer yağıntıları ilə birlikdə torpağa nitrat və sulfat turşuları,sulfatlar,nitratla düşə bilər ki,bunun da nəticəsində torpağın turşuluğu artır. Bəzi hallarda isə torpağın qələviliyinin artması müşahidə olunur. Bu əsasən metallurgiya müəssisələrinin, xüsusilə də alüminium zavodlarının ətrafında , istilik elektrik stansiyaları ətrafında hiss olunur. Çirklənmə zonasının radiusu 10÷12 km çatır. Bu ərazilərdə torpağın çirklənməsi tüstü qazları ilə birlikdə atmosferə atılan toz aerozollarının çökməsi ilə izah olunur. Bundan əlavə gübrələrlə və suvarma üçün istifadə edilən suların tərkibindəki zərərli maddələrlədə çirklənə bilər. Ümumiyyətlə, torpağın zərərli maddələrlə çirklənməsi səviyyəsi müxtəlif faktorlardan asılıdır. Bunlara misal olaraq ərazidəki müəssisələrin istehsal etdi diyi məhsulu və istehsal həcmini, nəqliyyatın intensivliyini, ərazinin geomorfoloji strukturunu göstərmək olar. Ümumiyyətlə, torpağın çirklənməsinin əsas sənaye obyektləri qara və əlvan metallurgiya, kimya və neft kimyası müəssisələri, energetika obyektləridir.
Torpağın çirklənməsi dərəcəsini öyrənmək üün ilk növbədə bu ərazidə həyata keçirilən istehsal prosesinin texnologiyası araşdırılmalı, istifadə edilən xammalın və alınan tullantıların tərkibi öyrənilməli, təmizləyici qurğuların işi nəzərdən keçirilməlidir. Məsələn, əlvan metallurgiya müəssisələri torpağı Cd, Pb,Ni, Zn, Hg, Cu, Fe, Mo, Sn və s. maddələrlə çirkləndirirlər. Qara metallurgiya müəssisələrinin tullantıları içərisində Ni, Mn, Cr, Cd, Cu, Mo, Sn, Pb, Zn üstünlük təşkil edir. Metalların torpaqdakı maksimal qatılığı müəssisədən 1÷5 km məsafədə olur. Burada qatılıq BBQ həddi normaya düşür. Torpağın çirklənməsi dərəcəsi çox olarsa, bu halda metalla 160 sm-ə qədər dərinliyə keçə bilər.
Ən çox miqrasiya qabiliyyətinə malik olan metallar Hg və zn-dir. Bu metallar torpağın 20 sm-lik qatında bərabər paylanırlar . Pb adətən torpağın üst 2,5 sm qatında toplanır. Bundan başqa Pb, Cd, Hg torpağın münbit qatı olan qumusda toplanır. Bundan əlavə ,metallurgiya və superfosfat gübrəsi istehsalı müəssisələrinin tullantılarının tərkibində florlu birləşmələr də olur. Bu birləşmələr torpağın qələviliyini artırır.
Torpağı analiz etmək üçün müxtəlif nöqtələrdən nümunələr götürüb, onları birləşdirərək orta nümunə hazırlayırlar. Zərərli maddələrin dərinlik boyu paylanmasını tədqiq etmək üçün isə 0; 5; 20 son dərinliklərdən nümunələr götürülür. Uçucu və qeyri- stabil üzvi maddələri təyin edəkkən isə torpaq profilinin bütün dərinliyi boyu nümunələr götürülür və ağzı kip bağlanan qablarda yerləşdirilir.Götürülmüş torpaq nümunələrini elə həmin gün analiz edirlər.Tərkibində pestisidlər olan nümunələri plastmass qablarda saxlamaq olmaz. Nümunəni uzun müddət saxlamaq üçün xüsusi konservantlardan istifadə edirlər.
Torpağı analiz edərkən ilk növbədə onun nəmliyini təyin edirlər. Bunun üçün 15÷20 qram torpaq nümunəsi götürüb onu 105 0S temperaturda qurudurlar. Qumsal torpaqlarl 3 saat, gilli torpaqları isə 8 saat qurudurlar və analitik tərəzidə çəkirlər.Sonra qurutmanı sabit çəki alınana qədər hər dəfə bir saat olmaqla təkrar edirlər.
Torpağın nəmliyi:
W =
Burada m1- n’m torpağın stəkanla birlikdə kütləsidir;
m0 - qurudulmuş torpağın stəkanla kütləsidir;
m – stəkanın kütləsidir.
Zərərli maddənin torpaqdakı qatılığı:
C = , mq/ kq
Burada – a - analiz nəticəsində zərərli maddənin müəyyən edilmiş miqdarıdır;
b - nümunənin kütləsidir.
Alınan nəticəni mütləq quru nümunəyə aid etmək üçün ifadəyə “K” kəmiyyəti əlavə edilir.
C =
K =
Əgər torpaqdakı zərərli maddəni maye həlledicilərlə ekstraksiya edərək qatılaşdırarlarsa, bu halda zərərli maddənin qatılığını aşağədakı kimi müəyyən edirlər:
C =
Burada: a - analiz üçün götürülmüş məhlul nümunəsində zərərli maddənin miqdarıdır.
V1 – məhlul nümunəsinin ümumi həcmidir;
V - analiz üçün götürülmüş məhlul nümunəsinin həcmidir;
b- tətbiq edilən torpaq nümunəsinin kütləsidir.
Əgər məhluldakı zərərli maddə miqdarı qatılıq formasında ifadə edilibsə, bu halda zərərli maddənin torpaqdakı qatılığı:
C =
Burada: a - zərərli maddənin məhluldakı qatılığıdır, mq/ml;
V - məhlul nümunəsinin ümumi həcmidir, mi;
b - torpaq nümunəsinin kütləsidir, qram.



Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə