Ətraf müHİTİn monitoriNQİ


MONİTORİNQİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 164,68 Kb.
səhifə29/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   25   26   27   28   29   30   31   32   ...   38
ƏMM.müh.

13.MONİTORİNQİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ.

Ətraf mühitin mühafızəsi fəaliyyətində hər hansı bir prosesin həyata keçirilməsi üçün, istər milli, istərsə də beynəlxalq səviyyədə mükəmməl işlənib hazırlanmış inkişaf göstəriciləri lazımdır. Bu da öz növbəsində fəaliyyətin planlaşdırılması, yəni proqnozlaşdırılması (monitorinq yaradılması) üçün dürüst, etibarlı və sadə informasiyadan istifadə etməklə əsaslandırılmalıdır.


Dünyada monitorinq (nəzarət) ideyası 70-ci illərin əvvəllərindən genişlənməyə başlamışdır. Ətraf mühitin təbii dəyişikliklərinin vəziyyəti bir çox ölkələrdə ən çox hallarda geofıziki xidmətlər (hidrometeoroloji, seysmoloji, ionosferoloji, qrafmetroloji, maqnitometroloji və s.) sahəsində öyrənilmiş və nəzarət edilmişdir.
Keçmiş SSRI ölkələrində də bir neçə monitorinq Konsepsiyası irəli sürülmüşdür. Birinci konsepsiya akademik Y.A.İsrael tərəfindən işlənmişdir. O, qeyd etmişdir ki, «monitorinqi düzgün olaraq nəzarət sistemi adlandırmaq olar, bu da öz növbəsində insanın fəaliyyətinin təsiri altında biosferin vəziyyətində gedən dəyişiklikləri seçməyə imkan verir». Konsepsiyaınn müəllifı monitorinqi «nəzarət sistemi, ətraf mühitin vəziyyətinin proqnozu və qiymətləndirilməsi» kimi ifadə etmişdir.
Bizim ölkəmizdə, Azərbaycanda da 1996-1997-ci illərdən başlayaraq monitorinq sisteminin yaradılması məsələsinə geniş yer ayrılmışdır.
1992-ci ildə BMT-nın XVП Baş Məclisində ekoloji inkişaf və təbiətin mühafizəsi qətnaməsi qəbul edildi.Ətraf miihitin mühafızəsi məsələsi insanların həyatı və sağlamlığı ilə qırılmaz tellərlə bağlıdır. Təbiətdə baş verən müxtəlif hadisələr, fəlakətlər, texnogen qəzalar və xəstəliklərlə, geniş yayılmış epidemiyalarla mübarizə aparmaq üçün elmi cəhətdən işlənib hazırlanmış, həm dövlət, həm də müxtəlif strukturlar tərəfındən qəbul edilmiş «vahid mərkəzdən idarə edilən nəzarət (monitorinq) sistemi» nin qurulması lazımdır.
Respublikamızda fövqəladə halların proqnozlaşdırılması üçün əsas şərtlərdən biri odur ki, səpələnmiş halda olan müşahidə və nəzarət qüvvələrinin vahid bir qurumda cəmləşdirmək və monitorinq sistemini yaratmaqdır.
Beləliklə, monitorinq sisterninin hazırlanması imkan verəcək ki, fövqəladə hal törədən səbəblər aşkar edilsin. Yəni baş verə biləcək fövqəladə hadisəyə yol verməmək üçün monitorinq sistemi yaradılması inkaredilməzdir.
Təbii mühitin vəziyyəti durmadan dəyişir. Geoekosistemin və bisoferin vəziyyəti haqqında informasiya almaq üçün ekonəzarat keçirilir. Əsasən iki yerə bölünür:

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə