Ətraf müHİTİn monitoriNQİ



Yüklə 164,68 Kb.
səhifə28/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   24   25   26   27   28   29   30   31   ...   38
ƏMM.müh.

12.Torpağın muhafizəsi

Planetimizin 510 milyon kvadrat kilometr sahəsi vardır. Bunun 149mln.km2 quru, 361 mln km2 isə sudur. Diametri isə 40 min km – ə yaxındır. Yer 3qatdan ibarətdir: bərk qabıq hissə, mantiya və nuvə. Yerin qabıq hissəsi planetin0,8 % - ni, yerin umumi kutləsinin 41 % - ni isə mantiya təşkil edir. Nuvəninradiusu 35000 km – ə yaxındır. Yerin ust bərk qabığı litosfer (litos – yunanca daş deməkdir) və su ortuyu hidrosferdən (hidro – yunanca su deməkdir) ibarətdir.


Gunəş və yerin qarşılıqlı təsiri və ilk canlılar əmələ gəldikdən sonra onların
fəaliyyəti nəticəsində yerin qaz ortuyu – atmosfer yaranmışdır. Yerin icərisinə doğru getdikcə, temperatur orta hesabla hər 100 m – də 3°S artır.
Litosferin ust munbit qatı torpaq adlanır. Torpaq xarici muhitin əsas
amillərindən biri olmaqla, təbiətin başlıca nemətidir. Torpaq insanın muhiti deyil,uzərindəgəzdiyi substratı, məkanı və istifadə etdiyi sərvətidir. Qədim zamanlarda,insanlar torpağı sağlam və sağlam olmayan torpaqlara bolmuşlər. Hava və suyu asan kecirən qrut suları dənizdə yerləşən torpaqları sağlam torpaqlar, su və havanıkecirməyən və ya pis kecirən, rutubətli torpaqları isə sağlam olmayan torpaqlar adlandırmışlar. Torpağın insanların, heyvanların və bitkilərin sağlamlığında və
məhsuldarlığında əhəmiyyətini dərk etmək ucun onun mexaniki tərkibini,
struktrunu və uduculuq qabiliyyətini, fiziki, kimyəvi və bioloci xassələrini,
cirklənməvə xarab olma səbəblərini, torpaq ehtiyatlarını, onun istifadə və muhafizə tədbirlərini bilmək lazımdır.
Torpaq yer səthində litosferin mineral və biosferin uzvi maddələrinin
təkamul nəticəsində birləşməsindən əmələ gəlmiş, ozunəməxsus xassələrə malikolan təbii torəmədir. Muasir elmi dildə torpaq – yerin biokos hissəsi (janlı və cansızların qarışığı) adlanır.
Torpağın yaranmasını təmin edən səbəblərə torpaqəmələgəlmə amilləri
deyilir. V.V.Dokucayevin fikirincə torpaq beş amilin (torpaqəmələgətirən suxurlar,bitki və heyvan orqanizmləri, iqlim, relyef və ərazinin yaşını bildirən zaman)təsirindən yaranır. İnsan əmələ gəldikdən sonra bu səbəblər qrupuna insanıntəsərrufat fəaliyyəti də əlavə edilir.

Torpaqlarımızdan 48 % bataqlıq, su, meşə, kolluq, yol, şəhər və qəsəbələr


altındadır.
Torpağın xassələri və muhafizəsi təbii şəraitlə əlaqədardır. Lakin insan oz fəaliyyəti ilə təbii şəraitə təsir edir, onun mexaniki təsirini fiziki, kimyəvi və bioloji xassələrini pozur. Buna gorə də torpağın muhafizəsi onun fiziki xassələrinin, kimyəvi, bioloji tərkibinin saxlanmasına yonəldilməlidir.
„Torpağın mexaniki tərkibi” torpağı əmələ gətirən muxtəlif olculu torpaq
hissəciklərinin miqdarını gostərir. Torpağın ayrı – ayrı hissəcikləri isə torpağın mexaniki elementləri adlanır. Torpağın mexaniki elementləri birləşərək onun quruluşunuəmələ gətirir ki, bu da torpağın məhsuldarlığı və munbitliyi ucun əsas əlamətdir.
Stukturlu torpaqlarda aerarsiya yaxşı gedir, nəmlik yaxşı saxlanılır və atmosfer nəmliyi udulur. Məhsuldarlıq yuksək və mohkəm olur.
Struktursuz torpaqlarda (qumsal, torflu) su və hava bir – birinə antaqonist olur.
Belə torpaqlar suyun təsirindən tez dağılır, ona su və hava kecə bilmir, tez bataqlaşır.
Torpağın fiziki xassələrinətorpağın məsaməliliyi, su, hava və istilik rejimi aiddir.
Bu xassələr torpağın məhsuldarlığını, bitkilərin inkişaf şəraitini və sanitariya vəziyyətini xarakterizə edir.
Torpağın plastikliyi dedikdə, yaş halda muəyyən formanı saxlamaq qabiliyyəti anlaşılır. Torpağın yapışma qabiliyyəti onun plastikliyi ilə əlaqədardır.
Yapışqanlığın artması torpaqda iş prosesini cətinləşdirir.
Torpağın nəmlik tutumu dedikdə, ozundə muəyyən miqdarda su saxlama
qabiliyyəti anlaşılır. Torpaq nə qədər narındırsa, nəmlik tutumu bir o qədər yuksək olur. Torpağın suyu ust qatlarından aşağı qatlara kecirməsinə torpağın su sızdırma
qabiliyyəti deyilir. Narın və gilli torpaqların su sızdırması zəifdir.Əksinə, torpaq
hissəcikləri iri olduqda suyu ozundən bir qədər asan və tez kecirir. Torpağın su sızdırma qabiliyyəti onda su – hava recimini, bioloji proseslərin gedişini, uzvi maddələrin və cirkab suların nə dərəcədə zərərsizləşdirilməsini xarakterizə edən əlamətdir. Yer qabığının kimyəvi tərkibi cox murəkkəbdir.Torpaq ozu mineral və uzvi maddələrdən ibarətdir. Torpağın mineral hissəsi 90 – 99 % , uzvi hissəsi isə 1
– 10 % təşkil edir. Mineral hissə dağ və ana suxurların parcalanmasından əmələ gəlir, qumsal və qumluca torpaqlar isə kalsium duzlarından, gips
vəs. ibarətdir.
Yer qabığının əsas kutləsi oksigen və silisumdan ibarət olub, butun elementlərin 75% - ni təşkil edir. Torpaqda bitki və heyvanların həyatında muhum rol oynayan mineral maddələrdən kalsium, fosfor, mis, dəmir, yod, manqan və s. gostərmək olar.
Eroziya suyun, kuləyin, digər təbii və antropogen amillərin təsiri nəticəsində də baş verir.Eroziya prosesi torpaqların dağılması, yuyulması, sovrulması, hətta bir cox hallarda torpaqəmələ gətirən suxurların da parcalanması ilə nəticələnir. Eroziyanı torpağın
xərcəngi də adlandırırlar. Eroziya prosesini torədən səbəblərə gorə o muxtəlif cur adlanır.Məsələn su, kulək eroziyası (və ya deflyasiya), antropogen eroziya, texnogen eroziya və s.
Eroziya torpağa cox ziyan vurduğu ucun ona qarşı mubarizə umumdovlət
əhəmiyyətli problemdir. İnsan bitki ortuyunu məhv edir, meşələri qırıb yerində əkin sahəsi yaradır.Meşələr getdikcə seyrəkləşir, muhafizəedici funksiyasını itirir və torpaq eroziyaya uğrayır.Yağıntı qeyri – bərabər paylandıqda və ya leysanyağışlar yağdıqda torpaqlarda eroziya guclənir.
Torpağın eroziyasının qarşısını almaq ucun uc istiqamətdə tədbirlər aparılmalıdır:
1. Eroziyanı torədən səbəbləri aradan qaldırmaq.
2. Eroziya prosesinə qarşı bilavasitə mubarizə tədbirləri və vasitələri tətbiq etmək.
3. Eroziyanın yaranmasına səbəb olan iqtisadi təsirinin mənfi nəticələrini aradan qaldırmaq.
Torpağın cirklənmə mənbələri muxtəlifdir: inşaat materialları, istehsalat
tullantıları, dəmir – beton məmulatları, neft və digər qazıntı işləri zamanı dağılan maddələr məişət tullantıları və s.
Tullantılar torpaqda zəhərli maddələrin əmələ gəlməsinə səbəb olur.Nəticədə insanlərin və heyvanların zəhərlənməsi baş verir.Muxtəlif xəstəlikləri torpaqdaolan potagen mikroorqanizmlər torədir.
Torpaq təbii hadisələr nəticəsində də cirklənir: quraqlıqlar, cox şaxtalı havalar, yanğınlar, fırtınalar, vulkan puskurmələri, qar və qum „hucumları”, daşqınlar, zəlzələlər.
Torpağın kəskin cirklənməsi pestisidlərin kəşfindən və onların geniş
tətbiqindən sonra təzahur etmişdir.
Butun muasir pestisidlər suni surətdə sintez edilən murəkkəb uzvi
birləşmələrdəndir.
Pestisidlər aşağıdakı kateqoriyalara bolunurlər:
1. İnsekdisidlər – ziyanverici həşəratları məhv etmək ucun;
2. Funqisidlər – bitkilərdə xəstəliktorədən gobələklərə qarşı tətbiq olunur;

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə