Ətraf müHİTİn monitoriNQİ


TULLANTI SULARININ TƏMİZLƏNMƏSİ ÜSULLARI



Yüklə 164,68 Kb.
səhifə24/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   20   21   22   23   24   25   26   27   ...   38
ƏMM.müh.

9. TULLANTI SULARININ TƏMİZLƏNMƏSİ ÜSULLARI.
Çirkab sularm effektiv təmizlənmə üsullarının işlənilməsi və tətbiqi çox aktual və ekoloji cəhətdən mühüm məsələdir. Səthi suların çirkab sularla çirklənmədən müdafıəsinin ən təsirli üsulu susuz və tullantısız texnoloji proseslərin işlənilməsi və tətbiqidir ki, bunun da birinci mərhələsi dövrü su təchizatı sisteminin yaradılmasıdır.
Dövrü su təchizatı sisteminə bir sıra təmizləyici qurğu və avadanlıqlar daxildir. Bunlar istehsalat və məişət çirkab suları istifadəsinin qapalı dövrünü yaratmağa imkan verir. Çirkab suların tərkibinin müxtəlif olması ilə əlaqədar olaraq onlarm təmizlənməsi üçün mexaniki, fıziki-kimyəvi, kimyəvi, bioloji və digər üsullar mövcuddur. Çirkləndiricilərin zərərlilik dərəcəsi və xarakterindən asılı olaraq çirkab suların təmizlənməsi bir üsul və ya kompleks (kombinə olunmuş) üsullarla həyata keçirilə bilər. Təmizlənmə prosesində çirkab suları su hövzələrinə atmazdan öncə çöküntünün (və ya izafı biokütlənin) emalı və zərərsizləşdirilməsi nəzərdə tutulur.
İstehsalat çirkab sularmın mexaniki təmizlənməsi asılqan və dispers-kolloid hissəciklərin xaric olunması üçün tətbiq olunur. Mexaniki təmizlənməyə süzülmə, çökdürülmə, məsaməli materialdan fıltrləmə üsulları daxildir. Bu üsullarla sənaye çirkab sularındakı müxtəlif disperslik (qum, gil və d.) dərəcəsinə malik həllolmayan mexaniki qarışıqlar 90%, məişət çirkab sularından isə 60%-ə kimi çirkləndiricilər xaric olunur. Bu məqsədlə qum tutucuları (üfüqi və şaquli), çökdürücülər (fasiləli və fasiləsiz iş rejiminə malik, üfüqi, şaquli və radial), şəffaflaşdırıcılar, nefttutucuları və məsaməli materiallarla yüklənmiş fıltrlər tətbiq olunur.
Kimyəvi və fıziki-kimyəvi üsullar istehsalat çirkab sularının təmizlənməsi üçün ən effektiv üsullardır.
Kimyəvi üsullara əsasən neytrallaşdırma və oksidləşdirmə aiddir. Turşu və qələvilərin neytrallaşdırılması üçün çirkab sulara xüsusi reagentlər (əhəng, NaOH, KOH, Na2C03, NH4OH, СаСО3, MgCO2), oksidləşdirmədə isə müxtəlif oksidləşdiricilər (xlor, xlordioksidi, xlorlu əhəng, kalium permanqanat, havanın oksigeni, ozon və d.) əlavə olunur. Bu maddələrin köməyi ilə çirkab sular toksiki və digər zərərli komponentlərdən təmizlənir.
Çirkab suların fıziki-kimyəvi təmizlənməsində aşağıdakı üsullardan istifadə olunur:
koaqulyasiya - çirkab sulara koaqulyantlar (ammonium, dəmir, mis duzları) əlavə olunaraq lopa şəkilli çöküntülər əmələ gəlir, bunlar da sonra asanlıqla xaric olunurlar. Çirkab suların təmizlənməsində koaqulyasiya zərif dispers qarışıqların çökmə prosesini sürətləndirməkdən ötrü tətbiq olunur. Əmələ gələn lopalar kolloid asılqan hissəcikləri tutub aqreqat halına gətirmək qabiliyyətinə malikdirlər. Bu hadisə onunla əlaqədardır ki, kolloid hissəciklər zəif mənfı yükə, koaqulyant lopaları isə zəif müsbət yükə malik olduğundan onların arasında qarşılıqlı cəzb etmə baş verir.
Koaqulyasiyanın sürəti elektrolitin qatılığından asılıdır.
Flokulyasiya - çirkab suya yüksək molekullu birləşmələr əlavə olunduqda asılqan hissəciklərin aqreqasiya prosesidir. Bu birləşmələr flokulyantlar adlanır. Flokulyasiya prosesini alüminium və dəmir hidroksidlərinin lopa əmələ gətirmə prosesini intensivləşdirmək üçün və onların çökmə sürətini artırmaq məqsədi ilə tətbiq edirlər.
Flokulyantların istifadəsi koaqulyantların dozasını, koaqulyasiya prosesinin müddətini azaltmağa və əmələ gələn lopalarm çökmə sürətini artırmağa imkan verir.
Çirkab suların təmizlənməsi üçün təbii və sintetik flokulyantlardan istifadə olunur. Təbii flokulyantlara nişasta, dekstrin, efirlər və d. Sintetik flokulyantlara isə hal-hazırda geniş yayılmış poliakrilamid aiddir.Çirkab suların sorbsiya usulu ilə təmizlənməsi çirkabların sorbentin səthinə hohdurulması ilə aparılır.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə