Ətraf müHİTİn monitoriNQİ


SUYUN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN NORMALLAŞDIRILMASI



Yüklə 164,68 Kb.
səhifə21/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   ...   17   18   19   20   21   22   23   24   ...   38
ƏMM.müh.

SUYUN KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN NORMALLAŞDIRILMASI.
Tullantı sularını iki qrupa ayırırlar:
1.Məişət tullantı suları.
2. İstehsalat tullantı suları.
Məişət tullantı sularının miqdarı adambaşına sutkada 200 litrə qədər təşkil edir. Məişət tullantı sularının tərkibindəki zərərli maddələrin əksəriyyəti üzv mənşəli olduğu üçün onlar tam bioloji parçalanmaya məruz qalır. İstehsalat tullantı sularının isə həm üzvi, həm də qeuri-üzvi mənşəlidir və əksəriyyəti bioloji parçalanmaya məruz qalmır. Buna görə də əksər hallarda məişət və istehsalat tullantı sularını ayrılıqda təmizlənməyə uğradırlar. Tullantı sularının keyfiyyətini ilk növbədə insanın duyğu üzvləri vasitəsi ilə qiymətləndirmək olar.Bunlar iy, dad və rəngdir. İnsanın duyğu üzvləri vasitəsi ilə tullantı sularının keyfiyyətinin qiymətləndirilməsi orqanoleptik adlandırılır. Bundan əlavə tullantı suları aşağıdakı keyfiyyət göstəriciləri ilə də xarakterizə olunurlar:
1.Bulanıqlıq.
2.Kobud dispers hissəçiklərin miqdarı.
3.Mineral qalığın və quru qalığın təyini.
4.Tullantı sularının əsaslığı.
5.Tullantı sularının turşuluğu.
6.Həll olmuş oksigenin miqdarı.
7.Qeyri-stabil üzvi maddələrin miqdarı.
8.Oksigenə olan bioloji tələbat.
9.Oksigenə olan kimyəvi tələbat.
Su keyfiyyət göstəricilərinin normalaşdırılması 2 kateqoriya üzrə aparılır: I – içməli su və mədəni-məişət suları; II – balıq təsərrüfatı hövzələrinin suları. Bu zaman “Yerüstü suların çirklənmədən qorunması üçün sanitar qaydaları və normaları” sənədindən istifadə edilir. I kateqoriyaya aid olan axar su hövzələrində istifadə edilən obyektdən 1 km məsafədə, axmayan hövzələrdə isə istifadə edilən obyektdən 1 km radiusda suyun keyfiyyəti və tərkibi normalara uyğun gəlməlidir. II kateqoriyaya aid olan balıq təsərrüfatının su hövzələrində onun normaları çirkab suların hövzəyə töküldüyü yer üçün qəbul edilir. Suyun aşağıdakı parametrləri müəyyən edilir – üzən və asılı qalmış qarışıqların miqdarı, iy, dad, rəngi və suyun t0 ; hidrogen ionlarının sayı (pH), mineral qarışıqların tərkibi və qatılığı, suda həll olunmuş oksigenin miqdarı, suyun oksigenə olan bioloji ehtiyacı, zəhərli və zərərli maddələrin və bakteriyaların tərkibi və buraxıla bilən qatılıqları (BBQ). Mədəni-məişət və icməli su hövzələrində aşağıdakı zərərliyiyin limit göstəriciləri normalaşdırılır: - sanitar toksiki normalar; - ümumi sanitariya normaları; - orqanoleptik normalar (dad, iy, rəng). Bakı su təsərrüfatı hövzələrində həmçinin toksikoloji və balıq təsərrüfatı normaları müəyyən edilir. Su hövzəsinin sanitar vəziyyətinin normalara uyğunluğu aşağıdakı düsturla təyin edilir.



Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə