Ətraf müHİTİn monitoriNQİ


HAVA NÜMUNƏLƏRİNİN GÖTURÜLMƏSİ QAYDALARI



Yüklə 164,68 Kb.
səhifə6/38
tarix28.12.2022
ölçüsü164,68 Kb.
#98002
1   2   3   4   5   6   7   8   9   ...   38
ƏMM.müh.

3. HAVA NÜMUNƏLƏRİNİN GÖTURÜLMƏSİ QAYDALARI.
Atmosfer havasının monitorinqi — atmosfer havasının vəziyyətinin, çirklənməsinin, onda baş verən təbii hadisələrin öyrənilməsi, qiymətləndirilməsi və proqnozuməqsədi ilə müşahidə və nəzarətsistemidir.
Atmosfer havası təbii ehtiyat hesab edilmədiyindən, karbon iki oksid istisna olmaqla, atmosfer havasının komponentləri monitorinq zamanı nəzərə alınmır. Təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir.
Atmosferin öyrənilməsinin ilk cəhdləri M.V.Lomonosovtərəfindən edilmişdir. Rusiyada ilk hava xidməti 1872-ci ildəmeydana gəlmişdir. Çoxlu sayda eksperimentlərlə atmosferçirklənməsilə meteoroloji parametrlər arasındakı əlaqə
təsdiqlənmişdir.
Meteorologiya – yer atmosferi, onun quruluşu,xüsusiyyətləri və onda baş verən proseslər haqqında elmdir.Atmosferin xüsusiyyətlərinə və onda baş verən proseslərə səthörtüyünün ( quru və dəniz ) xüsusiyyətləri və onun təsiri ilə əlaqədar baxılır. Meteorologiyanın əsas vəzifəsi havanınmüxtəlifmüddətlərə proqnozlaşdırılmasıdır.
Meteoroloji stansiya– atmosferin vəziyyətininmüntəzəm müşahidəsinin əsas komponentidir. Aşağıdakılarıyerinə yetirir:
- havanın temperaturunun, vəziyyətinin və rütubətininölçülməsi;
- küləyin sürət və istiqaməti;
- buludluğa, yağıntıların səviyyəsinə, görünməyə,günəş radiasiyasına nəzarət.
Atmosferhavasının çirklənməsi 299 şəhərdə 687 stansiyada təyin edilir.
Meteostnsiyaların təhcizatları:
Havanın temperaturunu ölçmək üçün dahaçox civə və spirtli termometrlərdən istifadə də olunur.
Aktinometr – günəş radiasiyasının intensivliyiniölçülməsi üçün istifadə olunur.
Anemometr – küləyin və qaz axınının sürət vəistiqamətinin ölçülməsi üçündür.
Küləyin sürətinin ölçülməsi üçün ənsadə cihaz flügerdir.
Barometr – atmosfer təzyiqinin ölçülməsi üçündür.
Hüqrometr – havanın mütləq və ya nisbi rütubətininölçülməsi üçündür Bu cihaz rütubətin dəyişməsi ilə insan tükününuzunluğunun dəyişməsinə əsaslanır. Psixrometr – nəm və qurutermometrlərin temperaturunun müqayisəsi. Əgər cihaz
fiksəedici şkala ilə təhciz edilmişsə, onda o hüqroqraf adlanır.
Meteoqraf – temperaturu,təzyiqi və rütubəti kompleksölçmək üçün cihazdır.
Orta atmosferi öyrənmək üçün 80-100 km -ə kimiqaldırılan meteoroloji raketlərdən istifadə olunur. Onlar maye və bərk yanacaqla işləyirlər. Meteoroloji raketlərlə ölçülən əsasparametrlər bunlardır: təzyiq, temperatur, sıxlıq və havanın qaztərkibi. Tədqiqat proqramından asılı olaraq, digərxarakteristikalar da ölçülə bilər.Yuxarı atmosferi öyrənmək üçün 100-150 km –dən yuxarıqaldırılan güclü geofiziki raketlərdən istifadə edilir. Bu raketlərin köməyi ilə günəş və kosmik şüalanmanın
intensivliyi, havanın optik xüsusiyyətləri, onun termodinamik və elektrik xüsusiyyətləri, Yerin maqnit sahəsinin parametləriölçülür.
Exolokator – atmosferin səs dalğaları vasitəsilə zondlanmasıdır. Atmosfer sıxlığının irimiqyaslı dəyişməzonalarını müəyyən edir.
Atmosfer havasının sanitar –kimyəvi tədqiqi işində analiz nümünəsinin götürülməsi əsas etaplardan biridir. Analizin nəticəsinin dəqiqliyi nünunənin götürülmə mitodikasından çox asılıdır. Nümunələri adətən işçilərin daima və ya müəyyən müddət olduqları yerlərdə götürmək lazımdır. Bu zaman aşağıdakıları nəzərə alırlar: prosesin texnoloji xüsusiyyətlərini , temperatur rejimini, tullantıların miqdarını, zərərli maddələrin fiziki-kimyəvi xassələrini, onların havada aqreqat halını, atmosfer havasında çevrilmə qabiliyyətini, ətraf mühitin temperaturunu və nəmliyini, zərərli maddənin orqanizmə təsir etmə dərəcəsini.Əgər havada bir neçə zərərli maddənin qarışığı olarsa, onda ilk növbədə onları indentifikasiya etmək, sonra isə miqdarca çox və təsir effektinə görə təhlükəliliyini müəyyən etmək lazımdır. Zərərli maddənin miqdarını müəyyən etmək üçün ən azı 5 nümunə götürüb, orta qatılığı müəyyən etmək lazımdır.
C= ( C1 + C2 + C3 + C4 + C5 ) / 5 mq/m3

Analizin nəticəsinin etimad intervalı


ε = ( Cmax - Cmin) /C .100%
Əgər ε 40% olarca , onda C etibarlı hesab edilir. Əks halda əlavə olaraq nümunələr göturmək lazımdır. Əlavə olaraq götürülən nümunələrin sayı:
n = │5.8 (Cmax – Cmin ) C │- 5

Nümunə götürülən yerlər texnoloji prosesin, avadanlığın , ventilyasiya qurğularının vəziyyətinin nəzərə alınması ilə sanitar – gigiyenik nöqteyi nəzərdən ən qeyri - qənaətbəxş ərazilərdə seçilir. Bunun üçün zərərli maddələrin atmosfer havasına düşməsi yerləri müəyyən olunur. Bunlar aşağıdakılardır- ən gərgin proseslər gedən aparatların doldurulması və boşaldılması zonalarında, məhsul qablaşdırılan yerlərdə, materiallar üyüdülüb xırdalanan, qurudulan və nəql edilən yerlərdə, nasos və kompressor otaqlarında, texnoloji analiz götürülən yerlərdə, planlı təmir aparılan yerlərdə . Nümunələrin götürülməsi müddəti (periodikliyi) : Nümunələrin götürülməsi müddətini müəyyən edərkən aşağıdakıları nəzərə almaq vacibdir: texnoloji prosesin xarakterini, bioloji təsirin xarakterini, mühitin çirklənmə dərəcəsini, işçi personalın həmin zonada olması müddətini. İnsan orqanizminə kəskin təsiri olan zərərli maddələrin ehtimal olunduğu yerlərdə avtomatik daimi nəzarət vasitələrindən istifadə olunur. Bu cür vasitələr olmadıqda, müvəqqəti olaraq sanitar nəzarəti orqanları ilə razılaşdırılmış periodik analiz metodlarından istifadə edirlər.Digər maddələr üçün nümunənin götürülməsi müddəti zərərli maddənin təhlükəlik sinfindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir: İ sinif 10 gündə 1 dəfə; sinif - ayda 1 dəfə; Ш və İV sinif 3 ayda bir dəfə.


Bəzi zərərli maddələr üçün normativ göstəricisi kimi BBQ-in orta növbə göstəricisi müəyyən olunmuşdur.Bu halda, fərdi nəzarət cihazlarından istifadə edərək, bütün növbə ərzində və ya növbənin ən azı 75% müddəti ərzində nümunə götürülür. Əgər plçmələr işçi zonanın ayrı-ayrı nöqtələrində (birdəfəlik) aparılarsa, onda zərərli maddənin orta növbə qatılığı aşağıdakı kimi hesablanır.
Co.n = (C 1 t 1 + C2 t2 +... + Cn tn )/ ( t 1+ t 2 +... + t n )
Burada t1 ; t2 ; tn – prosesin ayrı-ayrı mərhələlərinin davamiyyəti müddətidir. Hal-hazırda zərərli maddənin orta növbə göstəricisini ölçmək üçün passiv dozimetr adlanan cihazdan istifadə edirlər.

Yüklə 164,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə