Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn



Yüklə 96,24 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü96,24 Kb.
#41547


Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının 

qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn 

məsələlər sahəsində əlavə tədbirlər haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı

 

  

Ətraf mühitin



 

mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq 

konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra ətraf mühitin mühafizəsi 



sahəsində bir çox beynəlxalq konvensiyalara və sazişlərə qoşulmuş, bununla bağlı üzərinə 

götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atmışdır. Son illər bu sahədə 

beynəlxalq təşkilatlarla əlaqələr genişlənmiş, birgə layihələr hazırlanaraq həyata keçirilmiş, ekoloji 

tarazlığın təmin edilməsinə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına yönəldilmiş bir sıra 

dövlət proqramlarının icrasına başlanılmış, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və 

faunanın qorunub saxlanılması məqsədi ilə milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət 

yasaqlıqları yaradılmışdır. Bunlarla yanaşı, beynəlxalq konvensiyalardan və sazişlərdən irəli gələn 

öhdəliklərin tam həcmdə yerinə yetirilməsini təmin etmək üçün müvafiq dövlət orqanlarının səylərinin 

artırılması və bu sahədə işlərin daha da gücləndirilməsi zərurəti var. 

Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya 

və sazişlərdən irəli gələn məsələlərin həllini sürətləndirmək məqsədi ilə

qərara alıram:

 

1. «Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya 



və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər» təsdiq edilsin (əlavə olunur). 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən 

tədbirlərin həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaitini iki ay müddətində müəyyənləşdirib 

təsdiq etsin. 

3. Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, bu 

Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən tədbirlərin yerinə yetirilməsi üçün zəruri işlər görsünlər. 

4. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Prezidenti

 

İlham ƏLİYEV

 

Bakı şəhəri, 30 mart 2006

-

cı il

 

№ 1396

 

«Azərbaycan» qəzetində dərc edilmişdir (31 mart 2006

-

cı il, № 68)

 

 

 



Azərbaycan Respublikası

 

Prezidentinin  

2006-

cı il 30 mart tarixli,

 

1396 nömrəli sərəncamı ilə

 

təsdiq edilmişdir

 

Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq 



konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər

 

I. Beynəlxalq konvensiya və sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin mövcud 



vəziyyəti

 

«Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası 



Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr 

tarixli, 161 nömrəli Fərmanının 4-cü bəndinin doqquzuncu abzasının icrası ilə əlaqədar Azərbaycan 

Respublik

asının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi sahəsində 

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn öhdəliklərin 

yerinə yetirilməsinin mövcud vəziyyəti araşdırılmış və bu istiqamətdə həyata keçirilməsi tələb olunan 

tədbirlərə dair təkliflər hazırlanmışdır. 

Bu günədək Azərbaycan Respublikası ətraf mühitin mühafizəsi sahəsində 15 beynəlxalq 

konvensiyanı ratifikasiya etmişdir. Həmin sənədlərdən irəli gələn öhdəliklər üzrə görülmüş işlər 

əsasən aşağıdakılardan ibarətdir: 

1. BMT-

nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasını Azərbaycan Respublikası 1995-ci ildə 



ratifikasiya etmişdir. 

1997-


ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Konvensiyadan irəli 

gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə İqlim Dəyişmələri üzrə Dövlət 

Komissiyası yaradılmışdır. Konvensiyanın milli əlaqələndiricisi təyin edilmiş və əlaqədar təşkilatların 

ekspertlərindən ibarət işçi qrupu yaradılmışdır. 

Ko

nvensiyadan irəli gələn öhdəlik və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Qlobal Ekologiya 



Fondu (QEF) və BMT-nin İnkişaf Proqramının maliyyə yardımı ilə «Azərbaycan Respublikasının 

Birinci Milli Məlumatları» hazırlanmış və Konvensiyanın Katibliyinə təqdim edilmişdir. 

«Birinci Milli Məlumatlar» layihəsinin birinci fazasında iqlim dəyişmələrinin təsirinin minimuma 

endirilməsi üçün müvafiq tədbirlər planı hazırlanmış, ikinci fazada isə iqtisadiyyatın prioritet 

sahələrində istilik effekti yaradan qaz tullantılarının azaldılması üçün ekoloji cəhətdən təmiz 

texnologiyalara dair tələbatlar qiymətləndirilmiş və həmin texnologiyaların tətbiqinə dair təkliflər 

hazırlanmışdır. 

Hazırda «Azərbaycan Respublikasının İkinci Milli Məlumatları» hazırlanır. Bu mərhələdə əsas diqqət 

insan sağlamlığı, ekosistemlərə təsir, təmiz inkişaf mexanizmi üzrə layihələrin seçilməsinə 

yönəldiləcəkdir. 

Konvensiyanın Kioto Protokolunu Azərbaycan Respublikası 2000-ci ildə ratifikasiya etmişdir. 

Azərbaycan Respublikası Kioto Protokolu üzrə konkret olaraq kəmiyyət öhdəlikləri götürməmişdir və 

yalnız həmin Protokolun Təmiz İnkişaf Mexanizmində iştirak edir. Bu məqsədlə konkret pilot 

layihələrinin həyata keçirilməsi üçün Kanada, Danimarka, Fransa, Yaponiya kimi inkişaf etmiş 

ölkələrlə müvafiq danışıqlar aparılır. 2004-cü ildə Kioto Protokolunun həyata keçirilməsi sahəsində 

əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında 

Anlaşma Memorandumu imzalanmışdır. 



Fransa Hökuməti ilə karbonun udulmasına dair meşə sahələrinin genişləndirilməsi layihələrinin 

həyata keçirilməsi məqsədi ilə ilkin texniki-iqtisadi qiymətləndirmə hesabatı hazırlanmışdır. 

Hazırda Avropa İttifaqının TACİS Proqramı çərçivəsində Cənubi Qafqaz ölkələrinə və Moldovaya 

texniki dəstək layihəsi və istilik effekti yaradan qazların kadastrına dair Qlobal Ekoloji Fondun 

yardımı ilə Azərbaycanda regional layihə həyata keçirilir. 

2. «Ozon qatının qorunması haqqında» Vyana Konvensiyasını, «Ozon qatını dağıdan maddələr üzrə 

Monreal Protokolu»nu və Protokola aid olan müvafiq düzəlişləri Azərbaycan Respublikası 1996-cı 

ildə ratifikasiya etmişdir. 

Ötən müddət ərzində ölkədə illik istifadə edilən ozondağıdıcı maddələrin (ODM) miqdarı 

müəyyənləşdirilmiş və həmin maddələrin istifadəsinin mərhələlər üzrə azaldılmasını nəzərdə tutan 

Azərbaycan Respublikasının Ozon Strategiyası hazırlanmışdır. Strategiyaya uyğun olaraq 

Azərbaycanda ODM-in istifadəsinin mərhələlər üzrə azaldılması qrafiki tərtib edilərək Konvensiyanın 

Katibliyinə göndərilmişdir. 

Protokol üzrə götürülmüş öhdəliklərə görə artıq ölkədə xlorflüorkarbon tərkibli ODM-in istifadəsi və 

onların idxalı dayandırılmalıdır. Hazırda bu istiqamətdə və ümumiyyətlə ODM-in idxalı və ixracının 

tənzimlənməsi üzrə müvafiq tədbirlər görülür. 

Azərbaycanda Qlobal Ekologiya Fondunun maliyyə yardımı ilə ODM-dən istifadə edən 

müəssisələrdə (Bakı «Çinar Soyuducuları» və Sumqayıt kompressor zavodlarında) rekonstruksiya 

işləri aparılmış və həmin müəssisələrdə ozondağıdıcı sayılmayan alternativ maddələrdən istifadə 

etmək nəzərdə tutulmuşdur. 

3. «Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında» Konvensiyanı Azərbaycan 

Respublikası 2002-ci ildə ratifikasiya etmişdir. Konvensiyanın Milli Əlaqələndiricisi təyin olunmuş və 

bu sahədə işlərin aparılması üçün işçi qrupu yaradılmışdır. Azərbaycan Respublikası üzrə atmosfer 

havasına atılan tullantılar barədə 2002-ci il üzrə məlumatların Konvensiyanın Katibliyinə verilməsi 

təmin olunmuş və sonrakı illər üzrə belə məlumatların hazırlanması davam etdirilir. 

Konvensiyanın «Ağır metallar», «Davamlı üzvi çirkləndiricilər» və «Turşululuğun azaldılması, 

evtrofikasiya və yerin ozon qatının bərpası» Protokollarını ratifikasiyaya hazırlamaq üzrə işçi qrupu 

tərəfindən müvafiq tədbirlər görülür. 

4. «Sənaye qəzalarının transsərhəd təsiri haqqında» Konvensiya Azərbaycan Respublikası 

tərəfindən 2004-cü ildə ratifikasiya edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii 

Sərvətlər Nazirliyi Konvensiya üzrə səlahiyyətli orqan təyin edilmişdir. 

Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə kömək məqsədi ilə Almaniyanın Təbiətin 

və Ətraf Mühitin Mühafizəsi, Nüvə Reaktorlarının Təhlükəsizliyi üzrə Federal Nazirliyinin maliyyə 

dəstəyi ilə «Kür çayı hövzəsində qəza vəziyyətlərinin xəbərdarlıq edilməsi üçün tədbirlərin 

hazırlanması və tətbiq edilməsi» layihəsi həyata keçirilir. Layihəyə əsasən Cənubi Qafqaz 

dövlətlərində Kür çayı hövzəsində qəza vəziyyətlərinin xəbərdarlıq edilməsi məntəqələrinin 

yaradılması və müvafiq avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulmuşdur. 

5. BMT-ni

n «Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət 

haqqında» Bazel Konvensiyasına Azərbaycan Respublikası 2001-ci ildə qoşulmuşdur. 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bazel Konvensiyası üzrə 

səlahiyyətli orqan təyin edilmişdir. 




«Təhlükəli tullantıların pasportlaşdırılması» Qaydası və «Azərbaycan Respublikasında təhlükəli 

tullantıların idarə olunmasının Dövlət Strategiyası» təsdiq edilmişdir. 

Həmçinin təhlükəli tullantıların basdırılması üçün beynəlxalq standartlara uyğun poliqon inşa edilmiş 

və 2004-cü ildən təhlükəli tullantıların saxlanılması üzrə Milli Mərkəz fəaliyyətə başlamışdır. 

6. BMT-

nin Ciddi quraqlıq və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə Afrikada səhralaşma 



ilə mübarizə üzrə Konvensiyasını Azərbaycan Respublikası 1998-ci ildə ratifikasiya etmişdir. 

Ötən müddətdə Konvensiyanın Azərbaycanda həyata keçirilməsi haqqında Milli Məruzə hazırlanmış, 

Milli Fəaliyyət Planının hazırlanması üçün məlumatlar təhlil edilmiş, ölkənin müxtəlif bölgələrində 

Konvensiyanın məqsədləri mövzusunda seminarlar keçirilmiş və digər işlər görülmüşdür. Hazırda 

səhralaşma problemləri ilə əlaqədar Meşələrin Bərpası Proqramının əməli həyata keçirilməsinə 

başlanmış, proqram üzrə ildə 3,9 min ha meşə əkini və 5,9 min ha təbii bərpaya kömək tədbirləri 

nəzərdə tutulmuşdur. 2004-cü ildə «Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin 

səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı» təsdiq 

edilmişdir. Texnogen təsirlər nəticəsində çirklənmiş torpaqların reabilitasiyası və rekultivasiyası üzrə 

də bir sıra layihələr həyata keçirilir. 

Konvensiyanın yerinə yetirilməsi üzrə aidiyyəti nazirliklərin və idarələrin, eləcə də qeyri-hökumət 

təşkilatlarının nümayəndələrindən ibarət Koordinasiya Şurası yaradılmışdır. 

7. «Davamlı üzvi çirkləndiricilər haqqında» Stokholm Konvensiyası Azərbaycan Respublikası 

tərəfindən 2003-cü ildə ratifikasiya olunmuşdur. Konvensiya üzrə səlahiyyətli orqan kimi Azərbaycan 

Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilmişdir. Nazirlikdə Konvensiya ilə 

bağlı geniş məlumatlar toplanmış, aidiyyəti təşkilatların mütəxəssislərindən ibarət işçi qrup 

yaradılmış və müvafiq təkliflər planı hazırlanmışdır. 

Konvensiyanın qüvvəyə minməsi ilə əlaqədar 2004-cü ildə Azərbaycan Respublikasının Ekologiya 

və Təbii Sərvətlər Nazirliyində müxtəlif nazirliklərin, idarələrin, qeyri-hökumət təşkilatlarının və kütləvi 

informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə «Pestisidlər, ətraf mühit və əhalinin sağlamlığı» 

mövzusunda geniş toplantı keçirilmişdir. İşçi qrupun üzvləri tərəfindən ölkənin regionlarında keçirilən 

görüşlərdə davamlı üzvi çirkləndiricilər barədə məlumatlar verilmiş və bu maddələrin ətraf mühit və 

sosial sahə üçün təhlükəsi barədə maarifləndirmə işləri aparılmışdır. 

2005-


ci ilin iyul ayından etibarən Qlobal Ekoloji Fondun və BMT-nin Sənaye İnkişafı Təşkilatının 

dəstəyi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Fəaliyyət 

Planının hazırlanması prosesinə başlanılmışdır. 

8. BMT-


nin «Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə» 

Konvensiyasını Azərbaycan Respublikası 2000-ci ildə ratifikasiya etmişdir. Eyni zamanda, 22 

oktyabr 2002-

ci ildə Azərbaycan Respublikası Konvensiyanın «Su və Sağlamlıq» Protokoluna 

qoşulmuşdur. Protokol 2005-ci ildən hüquqi qüvvəyə minmişdir. 

Konvensiya çərçivəsində 2002-2003-cü illərdə TASİS Proqramının xətti ilə maliyyələşdirilən 

«Çayların birgə idarə olunması» layihəsi yerinə yetirilmişdir. Layihənin əsas məqsədi transsərhəd 

çirklənmələr sahəsində müşahidələr aparmaq, onları qiymətləndirmək və daim nəzarətdə saxlamaq, 

çirklənmənin aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməkdir. 

Layihənin yerinə yetirilməsi zamanı 4 transsərhəd çayın, o cümlədən Kür çayının monitorinqi 

aparılmışdır. 



Konvensiya çərçivəsində, eyni zamanda, beynəlxalq göllərin monitorinqi və qiymətləndirilməsi üzrə 

pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda Candar gölü beynəlxalq təşkilatlar 

tərəfindən tərtib olunmuş 15 prioritet gölün siyahısına daxil edilmişdir. 

Transsərhəd çaylarda çirklənmənin monitorinqinin müntəzəm olaraq aparılması üçün Qazax və 

Beyləqan rayonlarının ərazilərində müasir tələblərə cavab verən analitik tədqiqat laboratoriyaları 

yaradılmış və müvafiq avadanlıqla təmin olunmuşdur. 

9. «Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında» Beynəlxalq Konvensiyaya 

(MARPOL) Azərbaycan Respublikası 2004-cü ildə qoşulmuşdur (5 əlavəsi ilə birlikdə). 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq struktur bölmələri 

tərəfindən həyata keçirilən Xəzər dənizinin mühafizəsi, o cümlədən dənizin gəmilər vasitəsilə 

çirklənməsinin qarşısının alınması istiqamətində fəaliyyəti sözügedən Konvensiyanın tələblərinə 

uyğun aparılır. 

10. BMT-

nin «Bioloji müxtəliflik haqqında» Konvensiyası Azərbaycan Respublikası tərəfindən 2000-

ci ildə ratifikasiya olunmuşdur. 

Azərbaycan Respublikasının ərazisində bütün vacib ekosistemlərin, nadir və nəsli kəsilmək təhlükəsi 

qarşısında olan flora və fauna növlərinin qorunub saxlanılması istiqamətində bir sıra tədbirlər həyata 

keçirilmişdir. Belə ki, son iki il ərzində Azərbaycan Respublikasında 6 Milli Park (Ordubad, Şirvan, 

Ağ-göl, Hirkan, Altıağac, Abşeron Milli Parkları), 2 Dövlət təbiət qoruğu (Şahbuz, Eldar şamı) və Qax 

Hirkan və Arazboyu Dövlət Təbiət Yasaqlıqları yaradılmış, 5 Dövlət təbiət qoruğunun (Türyançay, 

Pirqulu, İlisu, İsmayıllı, Qarayazı) ərazisi genişləndirilmişdir. 

Hazırda xüsusi mühafizə olunan təbiət əraziləri 604,5 min hektarı əhatə edir ki, bu da ölkə ərazisinin 

7 faizini təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikasında bioloji müxtəlifliklə bağlı BMT-nin 

İnkişaf Proqramı, Qlobal Ekoloji Fond, Almaniyanın İnkişaf Bankı (KfW) və digər beynəlxalq 

təşkilatlarla birgə müxtəlif layihələr hazırlanır və həyata keçirilir. 

11. YUNESKO-

nun «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-

bataqlıq yerlər haqqında» Beynəlxalq Konvensiyası (Ramsar Konvensiyası) və ona əlavə edilmiş 

dəyişikliklər haqqında Protokol və düzəlişlər Azərbaycan Respublikası tərəfindən 2000-ci ildə 

ratifikasiya olunmuşdur. Konvensiya üzrə işçi qrupu yaradılmışdır. 

Ramsar Siyahısına daxil edilmiş Qızılağac Dövlət Təbiət Qoruğu və Ağ-göl Milli Parkının informasiya 

sənədləri 2004-cü ildə yeniləşdirilərək, Konvensiyanın Katibliyinə göndərilmişdir. Ağ-göl Dövlət 

Təbiət Qoruğunun bazasında 17 924 ha sahədə Ağ-göl Milli Parkı yaradılmış, xüsusi mühafizə 

olunan təbiət ərazisi statusu qazanmış ətraf ərazilərdə ümumilikdə biomüxtəlifliyin qorunması təmin 

edilmişdir. 

12. «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti 

haqqında» Konvensiya (CİTES Konvensiyası) Azərbaycan Respublikası tərəfindən 1998-ci ildə 

ratifikasiya olunmuşdur. 

1999-

cu ildə CİTES üzrə İnzibati Orqan kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii 



Sərvətlər Nazirliyi təyin edilmişdir. Ötən müddət ərzində İnzibati Orqan tərəfindən idxal və ixrac 

əməliyyatlarını tənzimləyən 110 icazə sertifikatı verilmişdir. CİTES Katibliyi tərəfindən tələb olunan 

hesabatlar mütəmadi olaraq tərtib edilmiş və qarşı tərəfə çatdırılmışdır. CİTES Katibliyi ilə İnzibati 

Orqan arasında məlumat mübadiləsi təşkil edilmişdir. Onun tövsiyəsi əsasında Xəzəryanı ölkələr 

arasında ilk dəfə olaraq Azərbaycan Respublikasında «Nərə cinsli balıq ehtiyatlarının istifadəsinin və 

dövriyyəsinin tənzimlənməsi Qaydaları» hazırlanmışdır. 




13. YUNESKO-

nun «Ümumdünya mədəni və təbii irsin qorunması haqqında» Konvensiyasını 

Azərbaycan Respublikası 1998-ci ildə ratifikasiya etmişdir. 

Azərbaycan Respublikasının ərazisində yerləşən 4 təbii abidə (Hirkan Dövlət Qoruğu, «Bakı 

mərtəbəsi» dağı, Lök-Batan palçıq vulkanı və Binəqədi dördüncü dövr fauna və flora qəbiristanlığı) 

YUNESKO-


nun Ümumdünya Mədəni və Təbii İrs Fondunun siyahısına daxil edilmək üçün təqdim 

olunmuşdur. 

Hirkan Dövlət Qoruğunun daha əhəmiyyətli olduğunu nəzərə alaraq, onun layihə-smeta sənədləri 

hazırlanıb Ümumdünya İrs Mərkəzinə göndərilmişdi. Lakin Hirkan Dövlət Qoruğunun ərazisi 2906 ha 

olmaqla nadir Hirkan meşələrini tam əhatə etmədiyindən, 2004-cü ildə Azərbaycan Respublikası 

Prezidentinin Sərəncamı ilə 21435,0 ha ərazidə Hirkan Milli Parkı və 2005-ci ildə 2252 ha ərazidə 

Hir

kan Dövlət Təbiət Yasaqlığı yaradılmış və beləliklə, nominasiya üçün yuxarıda qeyd olunan ərazi 



Hirkan Meşələri adını almışdır. 

14. BMT-


nin «Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qərar qəbul edilməsində 

ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında» Orxus Konvensiyasını 

Azərbaycan Respublikası 1999-cu ildə ratifikasiya etmişdir. 

Konvensiyanın müddəalarının yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və 

Təbii Sərvətlər Nazirliyinin inzibati binasında Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının 

Bakıdakı nümayəndəliyinin yardımı ilə Ətraf Mühitə dair İctimai Məlumat Mərkəzi (Orxus İctimai 

Ekoloji İnformasiya Mərkəzi) yaradılmışdır. 

Lazımi texniki imkanlara malik olan Mərkəz ətraf mühitə dair informasiyadan istifadə və qərar qəbul 

edilməsində ictimaiyyətin iştirakının təmin edilməsi, ətraf mühit məsələlərində şəffaf ictimai mühitin 

yaradılması və uğurlu idarəçiliyin bərqərar edilməsinə yardım məqsədi daşıyır. Bu baxımdan qeyri-

hökumət təşkilatlarının, dövlət orqanlarının, beynəlxalq təşkilatların nümayəndələri və ətraf mühit 

məsələləri ilə maraqlanan hər bir şəxs Mərkəzin fəaliyyətindən maneəsiz istifadə etmək imkanına 

malikdir. 

15. «Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Konvensiya (Espo 

Konvensiyası) Azərbaycan Respublikası tərəfindən 1999-cu ildə ratifikasiya edilmişdir. 

Konvensiya üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün işçi qrupu təşkil olunmuşdur. İşçi 

qrupu tərəfindən ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı bir sıra təlimatların layihələri 

hazırlanmışdır. 

Hesabat dövründə dövlət ekspertizasına təqdim olunan irimiqyaslı layihələr (bp tərəfindən işlənilən 

Azəri-Çıraq-Günəşli yatağının Faza-3 mərhələsi, Lukoyl şirkətinin D 222 kontrakt sahəsi, Ekson-

Mobil şirkətinin Zəfər-Məşəl kontrakt sahəsi) haqqında geniş məlumat Azərbaycan Respublikası 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və sifarişçinin elektron səhifələrində yerləşdirilmiş, Orxus 

mərkəzində, kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. 

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2004-cü ildə ətraf 

mühit ilə bağlı 20-dən çox normativ-hüquqi akt beynəlxalq tələblərə uyğun hazırlanaraq, müvafiq 

orqanlarla razılaşdırılmışdır. 



II. Beyn

əlxalq konvensiya və sazişlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün 

həyata keçiriləcək tədbirlər

 

Tədbirlər 



İcraçılar 

İcra müddəti 

BMT-nin «İqlim dəyişmələri haqqında» Çərçivə Konvensiyası 


İqlim dəyişmələrinin təsirinin 

qiymətləndirilməsi və gözlənilən 

itkilərin minimuma endirilməsi üçün 

adaptasiya tədbirlərini özündə ehtiva 

edən Milli İqlim Proqramının 

hazırlanması 

ETSN, İİN, AMEA, TN, 

KTN, FHN 

2006-cı il 

Qərar qəbul edən şəxslər üçün iqlim 

dəyişmələrinin mövcud və gözlənilən 

təsiri, bu sahədə yeniləşən tədqiqatların 

nəticələri haqqında məlumat 

kitabçalarının hazırlanması 

ETSN, İİN, AMEA, TN, 

KTN 


2006 — 2007-ci illər 

Gözlənilən təsirlərin miqyası və onun 

fəsadlarının qiymətləndirilməsi məqsədi 

ilə daha həssas sahələr üzrə elmi-

tədqiqat işlərinin aparılması 

ETSN, AMEA, SN, KTN, 

FHN 

2006 — 2008-ci illər 



«Ozon qatının qorunması haqqında» Vyana Konvensiyası 

Ozondağıdıcı maddələrin 

əvəzedicilərindən istifadə olunması 

məqsədi ilə müəssisələrdə 

rekonstruksiya işlərinin aparılması 

İİN, SEN, müvafiq 

müəssisələr, ETSN 

2006 — 2010-cu illər 

Monreal protokolunun Pekin düzəlişinin 

ratifikasiya olunmaq üçün hazırlanması 

ETSN, XİN 

2006 — 2007-ci illər 



«Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında» Konvensiya 

Konvensiyanın 9 protokolunun 

ratifikasiya olunmaq üçün hazırlanması 

ETSN, XİN 

2006 — 2007-ci illər 

Atmosfer havasının monitorinq 

sisteminin təkmilləşdirilməsi məqsədi ilə 

müvafiq cihazlarla təchiz olunmuş 

müşahidə məntəqələrinin yaradılması 

ETSN, DƏİEDK 

2006 — 2008-ci illər 

«Sənaye qəzalarının transsərhəd təsiri haqqında» Konvensiya 

Sənaye qəzaları zamanı xəbərdarlıq və 

qarşılıqlı yardım məqsədləri üçün 

müvafiq avadanlıqlarla təmin olunmuş 

daimi fəaliyyət göstərən rabitə 

məntəqəsinin yaradılması 

FHN, ETSN, DƏİEDK 

2006-cı il 

Sənaye qəzaları haqqında xəbərdarlığın 

alınması və ötürülməsi məqsədi ilə ölkə 

ərazisində səmərəli xəbərdarlıq 

sistemlərinin yaradılması 

FHN, ETSN, DƏİEDK 

2006 — 2008-ci illər 



BMT-nin «Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət 

haqqında» Bazel Konvensiyası 

İstehsal proseslərində və xidmət 

sahələrində əmələ gələn təhlükəli 

tullantıların inventarlaşdırılması 

ETSN 

2006 — 2008-ci illər 




«İstehsalat və məişət tullantıları 

haqqında» Azərbaycan Respublikası 

Qanununun Bazel Konvensiyasının 

tələblərinə uyğunlaşdırılması 

ETSN, İİN, SEN 

2006-cı il 

Təhlükəli tullantı istehsalçılarının 

qeydiyyatı və Təhlükəli tullantıların 

saxlanılması qaydalarının layihələrinin 

hazırlanması 

ETSN, İİN, SEN 

2006-cı il 



BMT-nin Ciddi quraqlıq və yaxud səhralaşma baş verən ölkələrdə, xüsusilə Afrikada 

səhralaşma ilə mübarizə üzrə Konvensiyası 

«Azərbaycan Respublikasında meşələrin 

bərpa edilməsi və artırılmasına dair Milli 

Proqram» və «Azərbaycan 

Respublikasında yay-qış otlaqlarının, 

biçənəklərin səmərəli istifadə olunması 

və səhralaşmanın qarşısının alınmasına 

dair Dövlət Proqramı» üzrə nəzərdə 

tutulmuş tədbirlərin yerinə yetirilməsinə 

nəzarətin gücləndirilməsi 

ETSN, İİN, KTN, DTXK, 

AMEA 


2006 — 2010-cu illər 

BMT-nin İnkişaf Proqramı xətti ilə 

həyata keçirilən «Torpaqların davamlı 

idarə edilməsi üçün imkanların 

yaradılması» layihəsinin yerinə 

yetirilməsi 

ETSN, DTXK, KTN, AMEA 

2006 — 2008-ci illər 

Abşeron yarımadasında texnogen təsirlər 

nəticəsində pozulmuş torpaq sahələrinin 

reabilitasiyası 

ETSN, SEN, YİHO, 

Bələdiyyələr 

2006 — 2010-cu illər 



«Davamlı üzvi çirkləndiricilər haqqında» Stokholm Konvensiyası 

Qobustan ərazisində xüsusi poliqonda 

mövcud olan davamlı üzvi çirkləndirici 

siyahısına daxil olan pestisid qalıqlarının 

yenidən inventarlaşdırılması, 

çeşidlənməsi, quyuların bərpası və 

sahənin mühafizəsinin təmin edilməsi 

ETSN, KTN, SN, YİHO 

2006 — 2007-ci illər 

BMT-nin Sənayenin İnkişafı Təşkilatı 

xətti ilə həyata keçirilən «Milli Fəaliyyət 

Planı» layihəsinin yerinə yetirilməsi 

ETSN, KTN, SN 

2006 — 2007-ci illər 



BMT-nin «Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi 

üzrə» Konvensiyası 

Su obyektlərinin, xüsusilə Kür çayının 

çirklənməsinin qarşısını almaq məqsədi 

ilə mövcud təmizləyici qurğuların bərpa 

edilməsi və yenilərinin tikintisi üzrə 

təkliflərinin hazırlanması 

İİN, «AMST» ASC, 

«Azərsu» ASC, YİHO 

2006-cı il 

Transsərhəd çayların monitorinq 

sisteminin təkmilləşdirilməsi məqsədi ilə 

ETSN, İİN, DƏİEDK 

2006 — 2008-ci illər 



müvafiq cihazlarla təchiz olunmuş 

laboratoriyaların yaradılması 



«Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında» Konvensiya 

Xəzər dənizinin həssas ərazilərinin 

xüsusi rayon elan edilərək, 

Konvensiyanın 1-ci qoşmasına daxil 

edilməsi istiqamətində tədbirlərin 

görülməsi 

ETSN, DDA 

2006 — 2007-ci illər 



BMT-nin «Bioloji müxtəliflik haqqında» Konvensiyası 

Bioloji müxtəliflik sahəsində 

qanunvericilik bazasının 

təkmilləşdirilməsi üzrə təkliflərin 

hazırlanması 

ETSN, ƏN 

2006 — 2008-ci illər 

Xüsusi mühafizə olunan təbiət əraziləri 

sisteminin genişləndirilməsi 

ETSN 


2006 — 2008-ci illər 

Nadir və nəsli kəsilmək təhlükəsi 

qarşısında olan flora və fauna növlərinin 

bərpası, artırılması və onların keçmiş 

areallarına köçürülməsi 

ETSN, AMEA 

2006 — 2009-cu illər 

YUNESKO-nun «Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-

bataqlıq yerlər haqqında» Beynəlxalq Konvensiyası 

Ramsar Siyahısına yeni su—bataqlıq 

ərazilərinin daxil edilməsi istiqamətində 

işlərin aparılması 

ETSN, AMEA, KTN 

2006 — 2007-ci illər 

Su-bataqlıq ərazilərində monitorinqin 

aparılması məqsədilə maddi-texniki 

bazanın gücləndirilməsi 

ETSN, KTN 

2006 —2008-ci illər 

Su-bataqlıq ərazilərində ornitoloji və 

elmi-kütləvi tədbirlərin həyata 

keçirilməsi 

ETSN, AMEA, KTN 

2006 — 2007-ci illər 



«Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti 

haqqında» Konvensiya (CİTES Konvensiyası) 

Kökünün kəsilməsi təhlükəsi olan vəhşi 

fauna və yabanı flora növlərinin 

beynəlxalq ticarəti sahəsində 

qanunvericilik bazasının 

təkmilləşdirilməsi üzrə işlərin aparılması 

ETSN, ƏN 

2006 — 2008-ci illər 

Sahələrarası əlaqələndirmənin 

gücləndirilməsi 

ETSN, DGK, AMEA 

2006 — 2007-ci illər 



YUNESKO-nun «Ümumdünya mədəni və təbii irsin qorunması haqqında» Konvensiyası 

Azərbaycan Respublikasında mövcud 

olan nadir təbiət abidələrinin 

YUNESKO-nun Ümumdünya mədəni 

ETSN, XİN, MTN, AMEA 

2006 — 2007-ci illər 




və təbii irs Fondunun siyahısına 

salınması istiqamətində tədbirlərin 

həyata keçirilməsi 

Hirkan Milli Parkında təbiət muzeyinin 

yaradılması 

ETSN, AMEA, MTN 

2006 — 2007-ci illər 

BMT-nin «Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qərar qəbul edilməsində 

ictimaiyyətin iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında» Orxus Konvensiyası 

Konvensiyanın müddəalarının ölkə 

ərazisində icrasını təmin etmək məqsədi 

ilə müxtəlif regionlarda Orxus İctimai 

Ekoloji İnformasiya Mərkəzlərinin təşkil 

edilməsi 

ETSN, İİN, DƏİEDK, TN 

2006 — 2008-ci illər 

Əhalinin Konvensiya barədə 

məlumatlandırılması məqsədi ilə ölkənin 

müxtəlif bölgələrində dövlət orqanları və 

ictimaiyyət üçün iclasların, seminarların 

və digər tədbirlərinin keçirilməsi 

ETSN, TN 

2006 — 2008-ci illər 

«Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında» Konvensiya 

(Espo Konvensiyası) 

Konvensiya üzrə milli qanunvericilik 

bazasının beynəlxalq standartlara 

uyğunlaşdırılması işlərinin davam 

etdirilməsi 

ETSN, XİN, ƏN 

2006 — 2008-ci illər 

İxtisarlar:

 

ETSN 



— Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 

İİN — Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi 

AMEA 

— Azərbaycan Milli Elmlər Akademiyası 



TN 

— Azərbaycan Respublikasının Təhsil Nazirliyi 

KTN 

— Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 



ƏN — Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 

FHN 


— Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 

SN 


— Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 

SEN 


— Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi 

XİN — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 

MTN 

— Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 



DGK 

— Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi 

DƏİEDK — Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi 

DTXK 


— Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 

DDA 


— Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası 


YİHO — Yerli icra hakimiyyəti orqanları 

«AMST» ASC — «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyəti 



 

Yüklə 96,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə