23
münasibətlərində müsbət irəliləyişlərin olduğunu bildirmişdirlər. Valideynlərin, müəllimlərin və
direktorların müşahidə etdikləri daha bir dəyişiklik hisslərin ifadə edilməsi sahəsində baş vermişdir.
Tipik uşaqların valideynləri də ƏU-ın təhsil almalarını dəstəkləyirlər. Onlarla aparılan HQM-in
nəticələrinin təhlili ona göstərir ki, bu valideynlərin çoxu (xüsusilə rayonlarda) hər uşağın təhsil
almaq hüququna malik olduğunu və bütün uşaqların, o cümlədən ƏU-ın mütləq təhsil almalı
olduqlarını hesab edirlər. Onlar hesab edirlər ki, əlilliyi olan uşaqlara təhsil almaq imkanı
yaratmaqla, onların cəmiyyətə qaynayıb-qarışmasına kömək etmək olar. Yevlax rayonundan olan
valideynlər bildirdilər ki, inkluziv təhsil bütün məktəblərdə icbari qaydada tətbiq edilməlidir, çünki
o, uşaqların bir-birinin fərqli cəhətlərini qəbul etmələrinə və bir-birinə uyğunlaşmalarına kömək
edir
29
. Lakin az sayda tipik uşağın valideyni hesab edir ki, ƏU-ın kütləvi surətdə ümumtəhsil
məktəblərə getmələri yalnız onların diaqnozu əsasında həyata keçirilməlidir və yalnız digər
şagirdlərin təlim fəaliyyətinə mənfi təsir göstərməyən ƏU ümumi məktəblərə qəbul edilə bilərlər.
Həmin valideynlər hesab edir ki, ƏU sinif otağında pozucu amilə çevrilə bilərlər.
Tipik uşaqların valideynlərinin əksəriyyəti ƏU-a müraciət edərkən “xəstə uşaqlar” kimi ifadələrdən
istifadə edirdilər. Bu yanlış təsəvvür əsasında sonradan valideynlər belə qənaətə gəlirlər ki, “xəstə
uşaqlar” “sağlam uşaqlar” ilə bir yerdə təhsil ala bilməzlər. Buna baxmayaraq, tədqiqatın daha bir
nəticəsi ondan ibarət idi ki, bütün valideynlər bu və ya digər şəkildə ƏU-ın təhsilə dair tələbatlarını
qəbul edirlər.
3.5. Bilik və cəmiyyətdə biliyə münasibət
Bütün tədqiqat boyunca bir məqam aşkar görünürdü: bir çox insan hesab edirdi ki, cəmiyyət ƏU
üçün təhsil imkanlarının yaradılmasına dair yeni yanaşmanı qəbul etməyə hazır deyildir. Müsahibə
verən ekspertlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, məktəb kollektivinin əksəriyyəti hesab
edirdi ki, inkluziv təhsil tədbiri əlilliyi olan uşaqların təhsilində əsaslı dəyişiklik deməkdir. ƏU-ın
sorğuda iştirak edən valideynlərinin və müəllimlərinin yalnız yarısı bildirdi ki, cəmiyyətdə əlilliyi
olan uşaqlara müsbət münasibət göstərilir. Onların 10%-dən az hissəsi ƏU-a göstərilən münasibətin
mənfi olduğunu, əksəriyyəti isə bu barədə heç bir münasibət bildirməmişdir.
Tipik uşaqların anaları ilə aparılan HQM nəticəsində məlum oldu ki, valideynlər əlilliyi olan
uşaqların ümumi məktəbə qəbul edilməsi haqqında məhdud bilik və təsəvvürə malikdirlər.
Valideynlərin əksəriyyəti hesab edir ki, yalnız orta əlillik dərəcəsinə və ya fiziki əlilliyə malik olan
ƏU ümumtəhsil məktəbə qəbul edilə bilərlər. HQM-in nəticələri ona dəlalət edir ki, tipik uşaqların
valideynləri (xüsusilə rayonlarda) hesab edirlər ki, ciddi əqli əlilliyi olan uşaqlar məktəbdən
kənarda saxlanmalı və xüsusi məktəblərə qəbul edilməlidirlər. Eyni zamanda ƏU-ın sorğuda iştirak
edən valideynlərinin 20%-i öz əlilliyi olan uşaqlarının ümumi məktəbə getmələrinə razı
29
Yevlax İnkluziv təhsili sınaqdan keçirən dörd rayondan biridir. Valideynlərin bu cür fikirləri ictimai münasibətlərdə ciddi
dəyişikliyin baş verməsi kimi qəbul oluna bilər.
ƏU məktəbə getdikdən sonra onlarda hansı müsbət dəyişikliklərin
baş verdiyini müşahidə etdiniz (1 = az, 5 = çox)?
Valideynlər Müəllimlər Direktorlar
Valideynlərə münasibət
3.8
4.0
Həmyaşıdlara münasibət
3.8
3.9
Hissləri
ifadə
etmək
bacarığının
inkişaf etməsi
3.6
3.8
Gündəlik həyat bacarıqları
3.5
3.6
Müstəqil təfəkkür
3.4
3.5
Səhhət
2.6
2.8
24
olmadıqlarını bildirdi
30
. Digər tərəfədən sorğuda iştirak edən müəllimlərin yalnız 58%-i ƏU-ın
ümumi məktəbə qəbul edilmələrini dəstəklədi. Onlar tipik uşaqların öz əlil həmyaşıdları ilə pis
davranacaqlarından və ya pis rəftar edəcəklərindən ehtiyat edirlər. Bundan əlavə, müsahibə verən
bir çox müəllim hesab edir ki, ƏU-ın tipik uşaqlarla bir yerdə təhsil almaları müəyyən çətinliklərin
yaranmasına səbəb olacaqdır. (Məsələn; dərs keçmək üçün daha çox vaxta ehtiyac olacaqdır və ya
tədrisin keyfiyyəti aşağı düşəcəkdir, çünki ƏU-a dərsi izah etmək üçün daha çox vaxt lazımdır və
s.
31
.) Nəhayət, müəllimlərin əksəriyyəti hesab edir ki, cəmiyyət (xüsusilə valideynlər) inkluziv
təhsili qəbul etməyə hazır deyildirlər. Ekspertlər bu cür fikirləri ƏU üçün nəzərdə tutulan təhsil
tədbirlərinin həyata keçirilməsinə mane olan ciddi amillər hesab edirdilər, və onlar bu sahədə
islahatları səmərəli şəkildə həyata keçirmək üçün həmin fikirləri aradan qaldırmaq məqsədilə
ictimaiyyətin məlumatlandırılması kampaniyalarını keçirməyi təklif edirdilər Bir qisim
respondentin fikrincə, inkluziv təhsil islahatlarına başlamazdan əvvəl, əlilliyi olan uşaqlara qarşı
cəmiyyətdə tolerant münasibət formalaşdırılmalıdır.
Lakin yuxarıda göstərilən tədqiqat nəticələri cəmiyyətin əlilliyi olan uşaqlara münasibəti ƏU-ın
təhsilinə mane olacaq dərəcədə mənfi olmadığını göstərir. Tipik uşaqların valideynləri ilə keçirilən
HQM nəticəsində məlum oldu ki, onlar bütövlükdə ƏU-ın ümumtəhsil məktəblərə getmələrinə
müsbət yanaşırlar. Bundan əlavə, Cədvəl 10-da göründüyü kimi, ƏU-ın valideynlərinin əksəriyyəti
bildirdi ki, onların uşaqları məktəb haqqında xeyli müsbət təəssürata malikdirlər. Yeganə maneənin,
ciddi əqli çatışmazlığa malik olan uşaqların sinif otağında digər uşaqlar üçün təhlükəli ola
biləcəkləri ehtimal edilirdi. Belə məlum olur ki, ƏU-ın ümumtəhsil məktəblərə getmələrinə
cəmiyyətin münasibəti o qədər də mənfi deyildir və ola bilsin ki, əlilliyin ciddiliyi barədə xüsusi
biliklərin olmaması hazırkı yanlış təsəvvürlərin yaranmasına səbəb olmuşdur.
30
Sorğu vərəqəsində bu məsələ daha dərindən tədqiq edilmirdi, buna görə də sorğuda iştirak edən valideynlərin fikirləri arasında olan
böyük ziddiyyətlərin səbəbini izah etmək çətindir. Aydındır ki, bu məsələ
daha çox tədqiq edilməlidir; buna baxmayaraq, mümkün
səbəblərdən biri ƏU-ın valideynlərinin utanc hissidir və ya əvvəllər uğursuz cəhdlər göstərməsidir.
31
Əlbəttə ki, bu, utanc hissinin əlamətidir. 2006-cı ildə müstəqil təhlilçinin İnkluzivinkluziv təhsil proqramının sınaqdan
keçirilməsini qiymətləndirməsinin nəticələri haqqında hesabatdan məlum oldu ki, “müəllimlərin 86%-i əlilliyi olan uşaqların sinif
otağında olmasının təhsilin ümumi keyfiyyətinə müsbət təsir göstərdiyini və ya heç bir təsir göstərmədiyini bildirdi.” (Əlilliyi olan
uşaqlar – İnkluziv təhsil layihəsi: ikinci ilin qiymətləndirilməsi haqqında hesabat, 2006-cı il, Təhsildə yeniliklər mərkəzi, Əyyub
Hacıyev, sosial təminat üzrə mütəxəssis).
Qrafik 10.
ƏU
-
ın məktəb təəssüratları
85.8
96.9
88.1
14.2
3.1
11.9
ƏU məktəbdə
özlərini yaxşı hiss
edirlər
ƏU
-
ın məktəbdə
tipik dostları var
ƏU məktəbə
getməyi
xoşlayırlar
Hə
Yox
Suallar:
Sizin uşağınız məktəbdə özünü necə hiss edir
?
Sizin uşağınızın məktəbdə tipik dostları vardırmı
?
Sizin uşağınız məktəbə getməyi xoşlayırmı
?