Eylül 2016 İstanbul/Türkiye



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə61/238
tarix14.06.2018
ölçüsü4,91 Mb.
#48762
1   ...   57   58   59   60   61   62   63   64   ...   238

182  

Geçmişten Geleceğe Hoca Ahmed Yesevî

dövrdə Əmin Abid Əhməd Yəsəvinin dini nəfəslərinin ümumtürk ədəbiyyatının inki-

şafına güclü təkan göstərdiyindən söz açırdı. 

Sovetlər Birliyinin rəsmi sənədlərində dindarların heysiyyatına toxunmamaqdan 

söz açılırdısa əməldə onlar hər cür alçaldılır, təqib edilir, həbsxanalara və sürgünlərə 

göndərilir, güllələnirdilər. Rəsmi sənədlərdə belə dindarların heysiyyatına toxunma-

mağın ardınca ona tamam əks olan fikirlər gəlirdi. Bunu Sov.İKP Proqramında da 

aydın görmək olar. Orada yazılıb: “Partiya adamları, dünyanı elmi-materialistcəsinə 

anlamaq ruhunda tərbiyə etmək və dindarların heysiyyatına toxunmadan dini möv-

humatı  aradan  qaldırmaq  üçün  ideya  təsiri  vasitələrindən  istifadə  edir.  Müntəzəm 

surətdə  geniş elmi-ateizm təbliğatı aparmaq... dini etiqadın əsassızlığını səbrlə izah 

etmək lazımdır” 

(Sov.İKP Proqramı, 1973:108).

Ali və orta ixtisas məktəblərində “Elmi ateizmin əsasları” fənni tədris edilirdi. Sov.

İKP MK yanında  İctimai Elmlər Akademiyası tərkibində Xüsusi Elmi Ateizm İnsti-

tutu yaradılmışdır (1964). Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda elmi 

ateizm şöbəsi vardı. 1968-ci ildə Azərbaycan Dövlət Ateizm Muzeyi yaradıldı

(ASE, 

1976: 460, 1 cild).

“SSRİ-nin  bütün  dünyada  bənzəri  görülməmiş  nəhəng  təbliğat  maşını  vardı  və 

modernizmdən güc alan, zəkanın gücünə inanan, elmlə, maariflə hər şeyin dəyişəcəyinə 

iman gətirən kommunistlər islama qarşı qılıncla yox, sözlə mübarizə aparırdılar. Mi-

sal üçün 1948-ci ildən 1976-cı ilə qədər Azərbaycanda islam əleyhinə 96 kitab çap 

edilmişdi, Mərkəzi Komitənin xətti ilə hər il Azərbaycanda islam əleyhinə 15 min 

mühazirə oxunurdu ( http://kulis.lent.az/m/news/2060).

Sovetlərin təbliğat maşınının var gücü ilə işləməsinə, dindarları məhvetmə siyasəti 

yürütməsinə baxmayaraq, Sovetlər çökdükdən sonra islam dininə güclü axın başladı. 

Yeni məscidlər tikildi, ilahiyyat təhsili verən mədrəsələr aşıldı. 

Əhməd Yəsəvi və onun ardıcıllarının əsərləri kütləvi tirajla çap olunub yayılmağa 

başlandı.  Əmin Abidin də Əhməd Yəsəvi haqqında yazdıqları dəfələrlə nəşr edildi.




Geçmişten Geleceğe Hoca Ahmed Yesevî 

 183


QAYNAQLAR

Abid Əmin.(1926) Azərbaycan ədəbiyyatında türkcənin təkamülü. “Maarif və  mədəniyyət” 

dərgisi, , sayı 2-3, s.20.

Abid Əmin.(1927) Heca vəzninin tarix. “Maarif işçisi” dərgisi, , sayı 3,4, 6-7.

Abid Əmin.(1929) Zərərli tənqidlər. “İnqilab və  mədəniyyət” dərgisi, sayı 10, s.31.

Abid  Əmin.(1930)  Türk  xalqları  ədəbiyyatında  mani  nevi  və  Azərbaycan  bayatılarının 

xüsusiyyəti. (5000 bayatı-mani üzərində yazılmış bir tətəbönamədir) “Azərbaycanı öyrənmə 

yolu” dərgisi, , sayı 4-5.

ASE (Azərbaycan Sovet Ensiklopediyası), 1976, Bakı, 1 cild 

Azərbaycan Milli Elimlər Akademiyası Azərbaycanda Elmi İrsin Toplanması ve Sistemleş-

dirilmesi Merkezi Arşivi (AMEA  AEİTVSMA), fond 39, siyahı 374, Əhmədov Əmin Abidin 

qovluğu.


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivi. Ə.A.Əhmədovun istintaq işi,  N  32796.

BABAYEV Nizaməddin. (1988).Ədəbi mübahisələr, “Yazıçı” nəşriyyatı, Bakı. 

CƏFƏROĞLU  Əhməd.(1932)  Azərbaycan  ədəbiyyatında    istiqlal  mücadiləsi  izləri. 

“Azərbaycan yurd bilgisi” dərgisi, sayı 8-9. (Məqalə həmin il İstanbulda kitabça kimi çap edil-

mişdir).

GÜLTEKİN - ƏMİN Abid. Buzlu Cehennem.  “Günəş” nəşriyyatı, Bakı, 1999. s.90.

HÜSEYİNOĞLU Eli Şamil. Emin Âbid’in H. Ahmed Yesevî hakkındaki makalesine dair. 

Aylık Sevgi Dergisi “Yesevî”, 2002,  sayı 100, (9 yıl), Nisan, səh. 40

Sovet  dövründə  Azərbaycanda  İslam  dini:  loyallar  və  radikallar  (http://modern.az/

articles/45732/1/#gsc.tab=0)

Sov.İKP (Sovet İttifaqı Kommunist Partiyası) Proqramı.(1973). Azərnəşr, Bakı.

Qan  Turalı.(2012)  SSRİ-nin  islamı  ləğv  etmək  projesi  necə  iflasa  uğradı?,  Bakü,  16 

iyul, http://kulis.lent.az/m/news/2060

Фитрат  Абдурауф.(  2000)  Танланган  асарлар,  (Болтабоев  Ҳамидулла  нашрга 

тайёрлаган.) ,”Маънавият” нашриёти,  2 жилд, Тошкентпроф,Toşkent.

http://az.azvision.az/news.php?id=12459)




ƏLİŞİR NƏVAİNİN “NƏSAİM ÜL-MƏHƏBBƏT” TƏZKİRƏSİNDƏ

XOCA ƏHMƏD YƏSƏVİ İZLƏRİ

Almaz ÜLVI (BINNATOVA)

1

1.Yəsəvi və Yəsəvilik Nəvai dövrünə qədər

Qədim zamanlardan səslənən “Mədinədə Məhəmməd, Türküstanda Əhməd”  xalq 

deyimi təsadüfən yaranmamışdı. Bu fikri XI əsrin məşhur mütəfəkkiri Xoca Əhməd 

Yəsəvinin sufi görüşləri, Allaha ilahi eşqlə bağlılığı, islamiyyət, iman, ixlas, insana 

sevgi, bərabərlik və halallıq kimi haqqa söykənən prinsipləri doğurmuşdu.

Xoca  Əhməd  Yəsəvi  haqqında  əsrlərdir  ki,  tədqiqatlar  yazılır  və  yazılacaqdır.

Çünki o, elə bir elmi, fəlsəfi, irfani miras qoyub gedib ki, ona müraciət etməyə bü-

tün  əsrlərin  nəsilləri  ehtiyac  duyur.Müasir  dövrümüzdə  türkçülük  məsələlərinin 

təbliğində  böyük  rolu  olan,  türk  xalqları  ədəbiyyatlarının  yayılmasında,  nəşr 

təbliğində,  araşdırılmasında, Türkiyənin  tanınmış  yazıçısı  və  tədqiqatçısı Yrd.Doç.

Dr. 

Yaqub  Dəliöməroğlu  tarixi  mənbələrə,  mənkibələrə  əsaslanaraq  “Türküstan: 

Yəsəvinin şəhəri Yesiyə dair” (6)adlı bir kitab yazmışdı. Azərbaycana da gəlib çatan 

bu əsər məzmununa, tarixiliyinə, oxunaqlı yazı dilinə görə elm-ədəbiyyat adamları, 

tədqiqatçılar arasında sevilərək çox tez yayıldı.Həmin kitabdan bir neçə sətir: “Qul 

Xoca Əhməd Qazıqurd dağının ətəklərində salınmış Türküstandan təxminən 200 km 

məsafədəki Sayram şəhərində 1103-cü ildə dünyaya gəlib. Atası İbrahimin və anası 

Karasaçın məzarları bu gün Sayramın dağa söykənən hissəsindədir.Onun Türküsta-

na ilk gəlişi kiçik yaşlarına təsadüf edir və ilk təhsilini də burada Arslan Babadan 

alır.Mənkibəyə görə, Arslan Baba Peyğəmbərin əshabələrindəndir və kiçik Əhmədə 

Peyğəmbər əmanəti xurmanı gətirmişdi.Dostları ilə birlikdə oyun oynayan Əhməd 

Arslan Baba yoldan keçərkən ona doğru qaçır və “səndəki əmanətimi ver,”  -deyir. 

Arslan Baba xurmanın sahibinin bu balaca uşaq olduğunu anlayır” (20,8).

1

 



Prof.Dr., Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan-

Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” bölümünün müdiri; almazulvi1960@mail.ru




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə