Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   6   7   8   9   10   11   12   13   ...   111

 
26
Arakel yalnız öz ixtisası  çərçivəsində qalmayan, təbiətdən, bədii 
ədəbiyyatdan zövq alan bir həkim idi. O, erməni şifahi ədəbiyyatına da yaxşı bələd 
idi. Uşaq vaxtında atası ona çox nağıl, qoşma, atalar sözü, tapmaca söyləmişdi. 
Gimnaziyanı əla qurtaran Arakel, Moskvaya gedib Lazarev institutuna daxil 
olmaq, şərqşünaslıq ixtisası qazanmaq fikrinə düşmüşdü. Lakin atası buna razılıq 
verməyib oğluna demişdi: «İstəyirəm ki, həkim olasan, həm camaata qulluq 
eləyəsən, həm də məni qocalanda, naxoşlayanda özün sağaldasan». 
Gənc Arakel hörmətini çox saxladığı atasının sözündən çıxa bilməmişdi. 
Həkimliyi qurtarıb kəndə gəldiyi il atası vəfat etmişdi. Böyük torpaq, mülk 
sahibi olan, ancaq heç kəsi incitməyən, yeri düşdükcə yoxsula, dilənçiyə əl tutan 
Baqdasarın ölümündən sonra, ailəyə Arakel başçılıq etməli olmuşdu. Ancaq o, 
mülkədar olmaq, mal-dövlət yığmaq eşqinə düşməmişdi. Atasından qalan hər nə 
varsa, özü ilə qardaşlarının arasında bölmüş, payına düşən pulu götürmüş, əkin və 
biçənək yerlərini kəndlilərə bağışlamışdı. 
«Arakel dəli olub, mal-dövlətini dağıdır» deyə onu məzəmmət edən 
kəndlilərə  və öz doğma qardaşlarına cavab vermişdi: «Mənə torpaq, meşə, mal-
dövlət lazım deyil. Kotanın dəstəsindən tutub yer əkən də deyiləm. Amma, bir 
çanaq darı  səpmək üçün bir parça torpaq həsrətində olanlar çoxdur. Əsl dövlət – 
savaddır, həkimlikdir. Onu mənim  əlimdən heç kəs ala bilməz. Mən onun 
vasitəsilə hər yerdə çörək tapacağam…». 
Arakel  əvvəlcə  kənddə ambulatoriya açıb camaatı pulsuz müalicə eləmək 
fikrinə düşmüşdü. Bu fikir onda, hələ institutda oxuduğu zaman əmələ  gəlmişdi. 
Lakin kənddə  şərait olmadığı üçün ambulatoriyanı Gorusda açmaq qərarına 
gəlmişdi. Bu məqsədlə  də 1915-ci ildə Gorus şəhərinə köçmüşdü. Lakin cahan 
müharibəsi dövründə lazımi avadanlıq, dava-dərman ala bilmədiyinə görə arzusu 
ürəyində qalmışdı. Elə o zamandan Gorusda yaşamağa, həkimliklə məşğul olmağa 
məcbur olmuşdu. 
…Birdən sakit otağı aydın bir səs götürdü: «Haradasan, Suren? Ay bivəfa… 
Yaxşı, küsmə, gəl…».  
Həkim dərhal kitabı büküb xəstəyə diqqətlə baxdı, onun hərəkətlərinə fikir 
verdi… 
Dünyada ən çox sevdiyi, həsrətindən sanki ürəyi yanıb kül olduğu bir adamı 
bağrına basmaq istəyirmiş kimi, Siranuş qollarını geniş açıb yenə sayıqlamağa 
başladı: 
«Mən etibarsız deyiləm, Suren. Gəl, tez gəl!» 
Qızın bəzən günəş kimi gülümsəyən, bəzən bulut kimi qaralan simasına 
tamaşa edən həkim öz-özünə fikirləşdi: «Onun yuxuda «gəl, gəl» deyə çağırdığı 
Suren kimdir?» 
Siranuş o biri yanı üstə çevrildi. 
Arakel yenə kitabı oxumağa başladı. 
Nvard içəri girdi. Həkimə salam verib, Siranuşun yatağının yanında oturdu. 
Əlini qızının alnına qoydu. 
- Balam od içində yanır, - deyə qoynundan bükülü kağız çıxarıb yastığın 
altına qoydu və ürəyində dedi: «Ey dua sahibi, özün qızımın dadına yet!» 
Siranuş yenə sayıqlayıb Surenin adını çəkdi. 


 
27
- O gədənin adı yenə  qızın dilindən düşmür. Pərvərdigara, mən necə 
eləyim?! – Nvard başını  əyib Siranuşun atlas kimi qızarmış üzünə baxdı. – Sənə 
dua yazdırmışam ki, sağalasan, yuxuda sayıqlamayasan, qızım. Atan bu gün sənə 
qurban kəsəcək, bala! Anasını bədbəxt eləyən gözəl, göyçək bala!.. 
- Xəstəliyə qurban neyləsin?!. 
- Elə demə, həkim, mənim oğlumu dua qurtardı. Yefremverdiyə 
baxdırmışam. Siranuş dualıqdır. Bir az yaxşılaşan kimi Şinətəkdağı «Surp 
hovanes
1
» vankına aparacağam. 
Nvardın sözlərinə əhəmiyyət verməyən Arakel soruşdu: 
- Suren kimdir ki, Siranuş yuxuda tez-tez onun adını çəkir? 
- Dərənin bir tulası. Dünən həyətdə gördüyün o dəli Araksinin oğludur. 
- Bəs Siranuşun onunla nə əlaqəsi? 
- Nə deyim vallah, xalqa it hürəndə, bizə  də çaqqal hürər. Belə, Allahdan 
gizlin deyil, bəndədən nə gizlin: guya, bizim qız o gədəyə, o da bizim qıza bənd 
olub. Necə deyərlər, itin qələt eləməyidir ki, qayğanaqdan pay uma. Allaha qurban 
olum ki, Sureni evindən-eşiyindən didərgin saldılar, xəbərini indi heç qarğalar da 
gətirmir. Qızın nişanlısı, o axmaq gədəni tapsa, təpəsinə birgə güllə çaxacaq. 
- Siranuşun nişanlısı kimdir? 
Nvard təəccüblə soruşdu: 
- Mahalın böyüyünü tanıyırsan? 
- Karo Hamparsumyan? 
- Daha ondan başqa kim olacaq. 
- Bəs general-nahankapetin Surenlə nə işi var? 
- Mənim başım çıxmaz. Giyəvimiz Karo, elə bizim kişi də, deyirlər ki, Suren 
bolşovoydur. Onu bilirəm ki, bizim dövlətimizi, yerimizi alıb, ayağı çarıqlı-
patavalı  kəndlilərə vermək istəyirdi. Xudavənd elə  iş  işlədi ki, öz yurdu-yuvası 
tarmar oldu. 
Arakellə Nvard xeyli söhbət elədilər. Karonun adamları  həbs eləməsini, 
evləri dağıtmasını bir qəhrəmanlıq sanan və bir qaynana kimi, onun bu 
hərəkətlərini özünə  şöhrət bilən Nvarddan Arakel çox şey öyrəndi. Armenakın, 
Anahidin öldürülməsinin, Araksinin dəli olmasının səbəbini bildi. Baqratın 
ailəsinin daxilinə bələd oldu. Lakin bir söz demədi. 
Hər ikisi susdu. Arakel pəncərədən bayıra baxanda Baqratı və onun yanında 
tanımadığı qoca bir kişini gördü. İkisi də eyvana çıxıb, o biri otağa getdilər. 
 
Arakel bir saat idi ki, Baqratla Arzonun danışığına diqqətlə qulaq asırdı. 
Söhbət alver barədə gedirdi. Arzo var-yoxu bir parça əkin yerini Baqrata satmağa 
gəlmişdi. Lakin onlar qiymət üstündə razılığa gələ bilmirdilər. 
Özünü stula yayıb, qıçını qıçının üstünə aşıraraq, tuluq kimi şişmiş qarnını 
qabağa verən Baqrat: 
- Hə, Arzo kişi, razısanmı? – dedi. 
- Çox ucuz qiymətə istəyirsən, az verirsən, Baqrat ağa. Mənim əlacımı Allah 
kəsib, yoxsa, kəndli də torpağını satarmı?.. Amma, gərək sən də elə eliyəsən ki, nə 
                                                 
1
 Ocaq adıdır (ermənicə). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə