Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə101/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   97   98   99   100   101   102   103   104   ...   111

 
267
- Adın, familiyan nədir? 
- Adım Sumbat, familiyam Hayrapetyandır. 
Nersesyan üzünü Şahmərdana tutdu. 
- Bəs səninki? 
- Mənim adım Markar, familiyam Papyandır.  
Cavan oğlan yazdı. 
- Bizim adımızı niyə yazdınız? Doğrudan iş verəcəksiniz? – deyə Vahan 
soruşdu. 
- İş yox, sizə tüfəng verəcəyik… Başa düşdünüzmü? Sizi əsgər götürürəm… 
- A başına dönüm, biz iş üçün gəzirik,  əsgərlik nədir? – deyə Vahan 
gülümsündü. – Biz özümüzü tələyə saldıq ki… 
- Sən  əsgərliyi tələ hesab eləyirsən? – deyə Nersesyan Vahana diqqətlə 
baxdı. – Bəlkə əsgərliyin qorxusundan kəndinizdən qaçmısınız? 
- Cənab zabit, Allah xatirinə, bizi şərə salma! Adamı zorla əsgər apararlar? 
Ə, Markar, yeri gedək!.. 
Nersesyan onları buraxmayıb dedi: 
- Adınız siyahıya düşdü, bu gündən oldunuz əsgər. Sizin kimi bikar 
adamların yeri əsgərlikdir. Bundan başqa, qeyrəti olan erməni bu saat evdə 
oturmaz, silah götürər, vətənini düşməndən müdafiə eləyər. 
- Kimdir o düşmən? 
- O düşmən – qırmızılar! 
- Erməni qoşunları qırmızıları elə qovmadı ki, bir də geri qayıdalar. 
- Qayıdacaqlar! Bizim əlacımız olsaydı, ağacdan da adam qayırıb əlinə silah 
verərdik. Amma siz bunu başa düşmürsünüz… 
Vahan fikrə getdi, sonra üzünü Şahmərdana tutdu. 
- Bir tərəfə baxanda, zabit ağa düz deyir. İndi qeyrət zamanıdır. Mən də razı 
olmaram ki, erməni torpağı  əldən getsin… Ancaq, cənab zabit bizə evə getmək 
üçün iki-üç günlük icazə versin… 
Nersesyan onun sözünü kəsdi: 
- Yox! Sizin burdan birbaş hərbi hissəyə göndərəcəyəm… 
Erməni əsgərlərinin içinə düşmək üçün yol axtaran Vahanla Şahmərdan daha 
dillənmədilər, ürəklərində belə təsadüfün üz verməsindən xoşhal oldular. 
 
 
Günəş Üçtəpəni aşdı. Onun zəif  şüaları uca zirvələrdən də  çəkildi. Hava 
qaralmağa başladı.  Ətrafa ürəksıxıcı bir axşam qəribliyi çökdü. Çox keçmədi ki, 
gündüzdən səmada dolaşan qapqara buludlar meşənin üstündə  sıxlaşdı.  İldırım 
çaxdı, şimşək bir neçə dəfə əyri qılınc kimi üfüqdə parlayıb söndü, göy guruldadı, 
şıdırğı yağış yağmağa başladı. 
Təlimdən yorğun-arğın və islanmış halda qayıdan  əsgərlər çadırlara 
doldular. Hər kəs tüfəngini öz yanına qoydu, kimin nəyi vardısa, başının altına atıb 
quru yerdə uzandı. 
Vahan,  Şahmərdan, onlarla bərabər hərbi hissəyə  gətirilmiş Mixitar və üç 
başqa əsgər bir çadırda idi. 


 
268
Yorğun adamlar tez yuxuya getdilər. Lakin bir-birilə yanaşı uzanmış 
Vahanla Şahmərdan yatmadılar, uzun müddət oradan-buradan söhbət elədilər. 
Vahanın sağ tərəfində yatan əsgər ufuldayıb yuxudan ayıldı, öz-özünə nə isə 
mızıldandı. 
- Ə, Aruşan, niyə ufuldayırsan? – deyə Vahan onu qəsdən danışdırdı. – Niyə 
qoymursan yataq? 
Aruşan Vahana sarı çevrildi və başını onun başına yaxınlaşdırıb yavaşdan 
dedi: 
- Qıçlarım yaman sızıldayır, Sumbat kişi. Səhərdən axşama kimi çöldə ayaq 
döymək, gecə də paltarsız-palazsız, nəm torpağın üstündə yatmaq məni əldən salıb. 
Vallah, bir ay da bu çöl-biyabanda qalsam, ayaqlarım tamam tutulacaq. Yağış 
olanda atam lap yanır… 
- Niyə həkimə göstərmirsən, müalicə elətdirmirsən? 
- Eh, ay pir olmuş, sən nə danışırsan… Burda müalicə  nə  gəzir.  Əsgərliyə 
təzə gəlmisən, bir az qal, dadını görərsən… Hələ yaxşıdır ki, yaydır, payızda, qışda 
əsgərin günü itin günü olur. – O, yenə ufuldadı. – Sağ qıçım lap betər sızıldayır. 
- Ə, niyə xmbapetə demirsən ki, səni evinə buraxsın. 
- Gülməli söz danışırsan, ay Sumbat kişi. Ona elə söz demək olar? Çoxdan 
bəri üzünü görmədiyim uşaqlarımdan ötrü burnumun ucu göynəyir… Amma 
neynəyim… Əsgərəm. Deyərəm, o saat güllələyərlər. 
- Uşaq-uşaq danışma, niyə güllələyərlər?.. 
- Sparapet Njde çox zabitəli adamdır. Xmbapetlər də ondan zağ-zağ əsirlər. 
O, əmr verib ki, qoşundan bir əsgərə, bir saatlığa da getməyə icazə verilməsin, lap 
atası-anası da ölsə, ev idə uçsa… Əmri əsgərlərə oxudular. 
- Elə də iş olar? 
- Olur də… Deyirlər qırmızılarla dava eləmək lazımdır. Nə ev? Nə arvad-
uşaq? Nə azar? 
- Qırmızılar kimdir, Aruşan? 
Aruşan astadan güldü. 
-  Əşi, elə bil, sən bu dünyanın adamı deyilsən… Eyib olmasın soruşmaq, 
haralısan? Savadın-zadın varmı? 
- Adımı yaza bilirəm. Necə ki? 
- Acığına gəlməsin, avam adama oxşayırsan.  İndiyə kimi qırmızı 
bolşevikləri də tanımırsan? 
- Mən qırmızı, ağ, göy tanımıram. Qoca əsgər babayam. Dur deyirlər 
dururam, otur deyirlər otururam. – Vahan bir an susub sonra soruşdu: - Sənin necə
savadın varmı? 
- Mən də az-çox yazıb-oxuyuram… Hə, indi başa düş ki, bizi qırmızılarla 
dava eləmək üçün hazırlayırlar. 
Bayırdan ayaq səsləri gəldi. Aruşan astadan dedi: 
- Ayaq səslərini eşidirsənmi? Yəqin ki, növbətçi zabitdir. Çadırları yoxlayır 
görsün oyaq qalan, danışan kimdir. Biz də söhbətimizi kəsək. – Aruşan susub o biri 
üzü üstə çöndü. Çox keçmədi ki, xoruldamağa başladı. 


 
269
Gecə yarı oldu. Vahan Aruşanın yatmış  ya oyaq olduğunu bilmək üçün bir-
iki dəfə onu yavaşdan səslədi. Ancaq cavab almadı. Vahan Şahmərdana tərəf əyilib 
pıçıldadı: 
- Vaxt deyil? 
- Vaxtdır… 
Şahmərdan yerindən qalxdı, pəncələri üstə yavaş addımlarla bayıra çıxdı. 
Vahan qoynundan bir vərəqə  çıxardıb ehmalca Aruşanın pencəyinin cibinə 
qoydu. 
Şahmərdan gəlib öz yerində uzandı, Vahanın qulağına dedi: 
- Mən öz işimi gördüm… 
- Mən də… İndi yataq… 
«Ayağa qalx! Düzlən!» deyə komanda verildi. 
Hər gün səhər verilən bu komandaya alışmış əsgərlər yerlərindən dik qalxıb 
çadırlardan bayıra çıxdılar. Lakin Aruşan yerindən tərpənmədi. 
Yarım saat keçməmişdi ki, peysəri qat-qat, qırmızı yanaq bir zabit içəri girdi. 
- A heyvan, sən niyə sırada yoxsan, niyə ayağa qalxmırsan? – deyə Aruşanı 
ayağı ilə tərpətdi. 
- Dura bilmirəm, zabit ağa, qıçlarım ağrıyır. 
- Özünü tülkülüyə vurma, qalx! – deyə zabit onun qolundan tutub çəkdi… 
- A kişi, vallah, ölürəm, inanmırsan? Axşamdan bəri sümüklərim sızıldayır 
Bərk xəstələnmişəm. Budur e, qıçım şişib, dönüb tuluğa. 
Zabit Aruşanın dizdən aşağı şişmiş sağ qıçına baxıb dedi: 
- Qurban olasan qıçının şişinə, yoxsa səni bir kökə salardım ki, atanın toyu 
yadına düşərdi. Bir günlüyə icazə verirəm, yat! 
Zabit getdi. Aruşan onun dalınca nifrətlə baxdı, yavaşcadan deyinə-deyinə 
yenə başını yerə atdı. Ancaq nə  qədər çalışdısa, yuxuya gedə bilmədi. Ürəyi 
papiros istədi. Cibindən tənbəki kisəsini çıxardanda, dörd qat bükülmüş bir kağız 
yerə düşdü. «Bu nədir?» deyə götürüb oxumağa başladı. 
«Erməni əsgərləri! 
Njde sizi zorla evinizdən-eşiyinizdən ayırıb silah altına alıbdır. O, sizi 
təzədən Qızıl Ordu ilə döyüşə hazırlayır. Halbuki, fəhlələr, kəndlilər Qızıl Ordunun 
köməyi ilə  İravanda daşnak hökumətini yıxıblar.  İndi Zəngəzurdan başqa 
Ermənistanın hər yerində  Şura hökuməti qurulmuşdur. Amma siz bundan 
xəbərsizsiniz, çünki həqiqəti sizdən gizlədirlər. Zabitlər deyirlər ki, guya siz vətəni 
müdafiə edirsiniz. Vətən təkcə Zəngəzurdan ibarət deyil, bütün Ermənistandır. Sizə 
deyirlər ki, guya erməni kommunistləri Ermənistanı  Şura Rusiyasına satıblar. Bu 
yalana inanmayın. Rusiya fəhlələri, bolşevikləri bütün Ermənistanı daşnak 
zülmündən qurtarmaqda bizə qardaşlıq köməyi edirlər. Şura Rusiyası Ermənistana 
taxıl, parça, qənd, kotan göndərir. 
Zabitlər sizi aldadırlar ki, azərbaycanlılar ermənilərin düşmənidir. Bu 
iftiraya inanmayın. Azərbaycan fəhlə-kəndli hökuməti Ermənistan zəhmətkeşlərinə 
taxıl, neft, benzin və duz verir. 
Erməni  əsgərləri! Ailənizin yanında, dinc yaşamaq istəyirsinizsə, Njdenin 
əmrlərinə tabe olmayın. Onu ölkədən qovun! Erməni zəhmətkeşləri ilə birlikdə, 
Zəngəzuru azad etməyə  gələn Qızıl Ordunun hücumuna qarşı durmayın. Öz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə