Əyyub Abasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə97/111
tarix21.10.2017
ölçüsü5,01 Kb.
#6312
1   ...   93   94   95   96   97   98   99   100   ...   111

 
255
kommunistləri bir neçə  dəfə üstümə  gəliblər. Lakin onları meşələrə  çəkilməyə 
məcbur eləmişəm. Güman edirəm ki, bolşeviklər nə Kafanı, nə  də onun ətraf 
kəndlərini  əllərinə keçirə bilməyəcəklər…» - Njde nəfəsini dərib dedi: - Yaz ki: 
«Cənab general! Bu saat vətən böyük təhlükə qarşısındadır. Ermənistanı 
kommunistlər rus ordusuna, qırmızı bolşeviklərə satırlar. Biz onun parçalanmasına 
və satılmasına razı olmamalıyıq. Erməni millətini və erməni hökumətini 
bolşevizmdən müdafiə etməliyik. Bunun üçün hər ikimiz birləşməliyik. Daha 
doğrusu, siz Dərələyizdən, biz Kafandan Zəngəzurun mərkəzi Gorusa hücuma 
keçməliyik. Gorusun bizim əlimizdə olmasının hərbi və  mənəvi  əhəmiyyətini 
özünüz bilirsiniz. Bolşeviklər ordan hər tərəfə qol-qanad aça bilərlər». 
- Yazdınmı? – deyə Njde keşişə baxdı. 
- Bəli. Hamısını yazdım. 
Njde kağızı alıb oxudu və imza edib Karoya dedi: 
- Kağızı elə bu saat etibarlı bir adamla göndər. 
- Mən onu Samvellə göndərəcəyəm. 
- Ona tapşır ki, ehtiyatlı olsun. Yollar qorxuludur. 
- Baş üstə! – deyə Karo ayağa qalxıb getdi. 
Njde Mesropa dedi: 
-  İndi millətin dar günüdür. Onu ayaqlar altında tapdalanmağa qoymaq 
olmaz. Bu Qırmızı Ordunun sıralarında hər millətdən var. Demək, başqa millətlər 
yığışıb erməni millətini yer üzündən yox eləmək istəyirlər. Özləri də «bütün 
millətlər, xalqlar birdir, bərabərdir…» deyə təbliğat aparırlar… 
- Yalandır! – deyə Mesrop onun sözünü kəsdi. – Mənim millətim hamı 
millətlərdən alidir. Heç bir millətin tarixi ermənilərinki kimi qədim deyil. Hər daşı 
qaldırsan, altından bir erməni tarixi çıxar… 
- Bax, elə mən onu deyəcəkdim. İndi camaata erməni millətinin keçmişini və 
gələcəyini başa salmaq lazımdır. Sən gərək bu işdə böyük fəaliyyət göstərəsən. 
Əhali arasında bolşeviklərin  əleyhinə  təbliğat aparasan. Deyəsən ki, qırmızılar 
dinimizi, dilimizi, torpağımızı  əlimizdən alacaqlar. Kəndlərə get, mis mədəninə 
get, sözünü kəndlilərə, fəhlələrə de. Təkcə top-tüfənglə iş görmək olmaz, təbliğat 
lazımdır. Başa düşdünmü? 
- Bəli, bəli. 
- Camaat arasında danışanda deməlisən ki, Qızıl Orduya və Şura hökumətinə 
qarşı üsyan eləyən, Zəngəzur kəndliləri və Kafan fəhlələri özləridir. 
Mesrop nə isə fikirləşib dedi: 
- Axı buna inanmazlar. Çünki fəhlələrin və  kəndlilərin bizə qarşı üsyan 
elədiklərini bilirlər.  
Njde ona əyri-əyri baxdı. 
- Hamı bilmir, keşiş  ağa. Sən bilənlərin də ürəyinə girib fikrini 
dəyişdirməlisən.  Əsl hünər odur ki, sözlə, təbliğatla  şeytanı peyğəmbər sifətində 
göstərəsən. Başa düşdünmü? Bu gündən işinə başlarsan. 
 
Njde öz əli ilə yazdığı əmri Karoya verib dedi: 
- Al, surətini çıxartdır. Bizim ixtiyarımızda olan kəndlərin kəndxudalarına 
göndər. Kafanın küçələrinə vurdur. Əmrdə göstərmişəm ki, əsgərlikdən boyun 


 
256
qaçıranlar güllələnəcək, evi-eşiyi dağıdılacaqdır. Qırılan  əsgərlərin yerini 
doldurmaq lazımdır. Başa düşdünmü? 
Njdenin qabağında dik dayanmış Karo soruşdu: 
- Çağırış məntəqəsi harda olacaq? 
- Kafanda. Kəndxudalar adamları  gətirib qərargah rəisi Nersesyana təhvil 
verməlidirlər. Başa düşdünmü? Sən Nersesyanla əlaqə saxla. O, köhnə zabitdir, 
hərbi-təşkilat işini yaxşı bilir. Mən əmrdə göstərmişəm ki, qocalıq, təklik, xəstəlik 
və başqa bəhanələr nəzərə alınmayacaq. Bir evdə ayağı yer tutan beş kişi varsa, 
beşi də silah altına alınmalıdır. Başa düşdünmü? 
- Bəli. 
Njde sol əlini qurşağına keçirdib dabanları üstə qalxıb-enərək dedi: 
- Əhalidən ərzaq, at və ətlik qoyun, mal yığmaq üçün ikinci əmr hazırlamaq 
lazımdır. Bunu sənə tapşırıram. Amma bu işləri tez görmək lazımdır, vaxt təngdir. 
Karo çəkinə-çəkinə dedi: 
- Cənab xmbapet, ərzaq yığmaq bir az çətin olacaq… 
Njde bərkdən qışqırdı: 
- Necə? Çətin olacaq nədir? Yoxsa sən də yumşalıb muma dönürsən? 
- Yox, cənab, mən əvvəlkindən də möhkəməm. Ancaq onu demək istəyirdim 
ki, camaat nədənsə üzə durub. Bizim əmrimizə, sözümüzə tabe olmaq istəmir. Bu 
gün bir kəndli  şikayətə  gəlmişdi. Sənin yanına buraxmadım, özüm danışdırdım. 
Deyirdi ki, əsgərlər bizdə toyuq-cücə qoymadılar. Malımızı, qoyunumuzu zorla 
tövlədən çəkib aparırlar. Sizin əsgərlərin qorxusundan arvadlarımız, qızlarımız 
həyətə də çıxa bilmirlər. Deyirdi ki, kəndlilər məni vəkil seçib göndəriblər ki, bu 
sözləri Njdeyə çatdırım. 
- O kəndli nə oldu? 
- Cavabını verib yola saldım. 
- Nahaq yerə. O, bolşevik imiş. Güllələmək lazım idi. Bundan sonra, bu 
barədə  şikayətə  gələnlər olsa, de ki, Njdenin qoşununa çörək də lazımdır,  ət də, 
arvad da. Başa düşdünmü? Zəiflik bizi fəlakətə salar. Get, dediklərimi yerinə yetir. 
Kafanlılarla özüm danışacağam. 
- Baş üstə. – Karo rəsm-təzim edib getdi. 
Njde oturub öz-özünə fikirləşməyə başladı: 
«İravandan niyə kömək gəlmədi? Mən İran vasitəsilə Antanta dövlətləri ilə 
özüm  əlaqə saxlamalıyam…  İngilislər, amerikanlar Arazdan bizim tərəfə heç 
olmasa üç-dörd min qoşun keçirsələr, qırmızıların öhdəsindən gəlmək asan olar… 
Samvel içəri girdi. Njde başını yuxarı qaldırdı. 
- Aha, Samvel, gəldin? 
- Bəli, çox əziyyətlə gedib-gəldim. Sənə məktub gətirmişəm, buyur. 
- Bu, general Drodandırmı? Özünü görə bildinmi? 
- Bəli. 
Njde kağızı açıb oxudu: 
«Cənab polkovnik Njde! Məktubunuzu aldım. Fikrinizə  şərikəm. Erməni 
millətini müdafiə etməkdən müqəddəs bizim nə vəzifəmiz ola bilər?.. 
Özümü məğlub hesab etmirəm. Dağlıq Qarabağa yenə dönəcəyimə əminəm. 
Qırmızıları  məğlub eləmək üçün hər ikimiz birləşməliyik… Dərələyizə  gələndən 


 
257
müsəlman kəndlərində  əməliyyat aparmağa başlamışam. Hərçənd yerli binamus 
ermənilər əsgərlərimin qabağını kəsir, müsəlman kəndlərini dağıtmağa qoymurlar
mənə qarşı üsyan edirlər, ancaq yenə də mən öz işimi görürəm. 
Mən hücuma bu günlərdə keçəcəyəm. Gorus avqusta kimi mənim  əlimdə 
olmalıdır. Zənn edirəm ki, hər ikimiz birləşsək, bir hərəkət eləsək, qırmızıları 
Gorusdan, Sisyandan və başqa yerlərdən qova bilərik. 
Hücum edəcəyim günü sizə ayrıca bildirəcəyəm. 
 
 
 
 
 
 
   Hələlik. General Dro. 18/IV-20 il». 
 
- Çox gözəl! – deyə Njde kağızı qatlayıb cibinə qoydu. – Biz onun 
məlumatını gözləməli olacayıq. 
- Mən bir səhv eləmişəm, cənab xmbapet. Gərək Aşotu da özümlə bərabər 
aparaydım. Qalardı orada. Lazım olanda general Dronun göndərəcəyi xəbəri bizə 
gətirərdi. 
Njde güldü: 
- Aşot? Bilmirəm Karo o maymağı hardan tapıb bizə qapıçı götürüb? O ki, 
ağzının sözünü danışa bilmir. Onu hərbi hissələrdən birinə göndərmək lazımdır, 
döyüşlərdə ölər baxtına, qalar baxtına. Əgər erməninin hamısı onun kimi olsa idi, 
kül olardı bizim başımıza. 
Aşot içəri girdi. 
- Budur, özü də  gəldi. Qurd dedik, qulağı  çıxdı. Nə var, general Aşot? 
Cəbhədən baş gətirmisən, hə? 
Həmişə gözünə  cəllad sifətində görünən Njdenin zarafatına sevinən Aşot 
yastı-yastı dedi: 
- Xmbapet ağa istəsə, məni də böyük elər, hər şey onun əlindədir. Mən də, 
özünüz görürsünüz də, bacardığım kimi sizə qulluq edirəm. 
Njde üz-gözünü turşudub: 
- Yaxşı, yaxşı! – dedi. – Ağzını yayma! Nə istəyirsən? 
- Keşiş ağa adam göndərib ki, xmbapet ağa buyurub gəlsin. 
- Get xəbər gətirənə de, gəlirəm. 
Aşot qapıya tərəf gedib birdən geri döndü: 
- Bağışla, ağa, yadımdan çıxmışdı… Bayaqdan iki adam qapıda gözləyir. 
Yanına buraxım, ya yox? 
- Hardan gəliblər? 
- Deyirlər, Gorusdan gəlmişik. 
Njde təəccüblə çiynini atdı. 
- Gorusdan? De gəlsinlər… 
Aşot getdi. Njde keçib stolun arxasında oturdu. 
Qurgenlə Levon içəri girdilər. 
Onları görən kimi heyrətdən gözləri böyüyən Samvel özünü saxlaya 
bilməyib qışqıra-qışqıra dedi: 
- Bunlar ki, bolşevikdirlər. O Qurgen mənim  əmimdir, atam tutdurmuşdu. 
İravanda qazamatda yatdı. Gorusa gətirdilər. Gorus qazamatından da Hayk 
Aslanyan qaçırtdı. O biri Levon… 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə