Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə25/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   21   22   23   24   25   26   27   28   ...   107

Ata-anası da onun evə tez gəldiyini görüb heyrətləndilər:
- Nə əcəb,  səndən,  yoxsa  təzə xəbər  var, -anası  üstüörtülü  olsa  da
Teymurla danışmış olduğunu etiraf edirdi:
- Nə təzə xəbər!  Deyəsən,  ağrıdan  səsinin  tonunu  qaldırmışdı. –
Özündən  asılı  olmadan  anası  ilə qəzəblə danışırdı: - Bəs  Kəmalənin
dalınca getməmisiz?
- Kəmaləni Teymur gətirəcək, - atası yataq otağından bildirdi.
- Bu  nə biabırçılıqdır, - indi  də atasına  acığı  tutdu, - mən  səni  tanıya
bilmirəm, ata.  Dəfələrlə sizə deməmişəm  ki,  qızı  məktəbdən  özünüz
gətirin. Bu nə saymamazlıqdır, yoxsa sözümü qulaqardına vurursuz, -
tərs-tərs onunla üz-üzə dayanan atasına baxdı.
Kişi  özünə xas  olmayan  günahkar  görkəm  almışdı,  çox  aciz
görünürdü.
- Teymur  özü  belə
istəyir,  qızım.  Dedi  bu  yaxınlarda  nigah
bağlayacaqsız. Kəmaləni qızlığa götürəcək. Artıq bir ailə olacaqsız.
- Ata, sən nə danışırsan?! – Nə nigah, nə ailə. Sən məndən soruşmadan
buna necə qərar vermisən?
- Qorxma, qızım, yaşımız az deyil, adamlardan başımız çıxır. -O, gözəl
insandır, nəcibdir, əlindən xəta çıxmaz.
Anası da dilləndi:
- Ailə qur, qızım. Bu adamdan qaçma. O, bizim ürəyimizə yatır. Evinə
apara bilmirsə, mənzil kirayə edin, lap bizimlə yaşayın. Teymur bizə o
qədər əziz olub ki!
- İlahi,  mən nələr eşidirəm. Buna deyirlər oğlan evinin xəbəri yox, qız
evində toydur. Ana, sən görmürsən ki, Teymur mənim tayım deyil.
- Kim  deyir,  sən  ondan  yaşlı  görünürsən.?  Elə onun  da  saçlarına  dən
düşüb.  Uşağı  istəyir,  bizə hörmət  edir.  Kişiyə nə qədər  bahalı
dərmanlar tapıb.  Xəstəxanaya  atanın  yanına  bizdən  çox  o  gedirdi.
Belə qismət hər adama nəsib olmur.
- Ayıbdır,  ana.  Bu  barədə danışmağı  sizə qadağan  edirəm.  Onun
valideynləri görmürsüz qapımıza gəlmirlər. Bu nə deməkdir, bilirsiz?!
– yəni  bizim  barəmizdə bilmək  istəmirlər. - Gedirəm    uzanmağa.
Başım  partlayır.  Uşağı  gətirəndə Teymuru  evə buraxmayın.  Mənim
tez  gəldiyimi  bilməsin. – Eşitdiz,  səsini  qaldırdı,  yoxsa  bir  də təkrar
edim.
Kəmalə ilə danışmaq Mədinə üçün ata-anasından da çətin oldu:


- Kəmalə, o, uşağın başını sığallayır, nədən, necə başlayacağını bilmirdi.
Sənə vacib  söz  demək  istəyirəm.  Bax  aa,  ancaq  bir  dəfə deyəcəyəm,
təkrar etməyəcəyəm. Bu, çox mühümdür. Sən bunu başa düşməlisən.
– Teymur  gözəl  insandır.  Amma  onun  nişanlısı  var,  tezliklə toyları
olacaq,  uşağı  olacaq.  Yəni  onun  öz  həyatı  olacaq,  o,  bizə aid
olmayacaq. Sən daha ona zəng etmə. Bunu səndən çox xahiş edirəm.
O  zəng  edəndə dəstəyi  as,  danışma.  Məktəbə gələndə yanına  getmə.
Eşitdin?! Daha bu barədə heç vaxt danışmayacağıq.
Anasını  belə görməyən  Kəmalə bərk  qorxdu.  O,  nə isə ciddi
hadisənin  baş  verdiyini  hiss  etdi.  Anasının  gözləri  qızarmışdı.  Elə bil
ağlamışdı.
Kəmalə də yorğan-döşəyə düşdü.  Bir  həftə qızdırma  içində
sayaqladı.  “Məktəbdə hamı  Teymurun  onun  atası  olduğunu  bilirdi.
Teymur  özü  demişdi.  Məktəbdən  çıxanda  hamı  onun  qabağına  gələn
atasına  baxırdı.  Teymur  onlariın  sinfində oxuyan  oğlanların  hamısının
xoşuna  gəlirdi.  Onlar  Teymura  görə Kəmaləyə çox  hörmət  edir,  ona
“  atana  çox  oxşayırsan”, - deyirdilər.  İndi  hamı  yenidən  onun  atasının
olmadığını başa düşəcəkdi”.
Bu söhbətdən sonra Kəmalə bir ay yataqdan qalxmadı. Mədinə çox
narahat  olsa  da  dözümlü  olmağa  çalışırdı.  Sonralar  Mədinə Kəmalənin
məktəbini də dəyişdirməli oldu.
Artıq  hər  şey  Mədinə üçün  mənasını  itirmişdi.  Teymur  indi
Mədinəyə Bakıdan birdəfəlik başqa şəhərə getməyi təklif edirdi.
Mədinəni  Teymurun  bacısından  çox,  Rufiyyə qəzəbləndirirdi.
Mədinə onun yalan danışdığını bilsə də ona baş qoşmaq istəmirdi. Belə
şeylər  onun  xasiyyətində deyildi.  O,  Teymura  görə bu  qadınlarla
“müharibə
etmək”  fikrindən  uzaq  idi.  Teymurun  bacısının  da,
Rufiyyənin  də məğlub  olması  aydın  idi. Ancaq  Mədinə bunu  qələbə
hesab etmirdi.
Evdə də işlər  yaxşı  getmirdi.  Atasını  ikinci  infarktla  xəstəxanaya
aparmalı  oldular.  Kəmalə onunla  danışmırdı.  Uşaq  özünə qapılmışdı.
Gözünün altında kölgələr əmələ gəlmişdi. Anası acığından Mədinəni hər
gün danlayırdı:
- Bu  nə xasiyyətdi  səndə, – atanı  da,  məni  də,  uşağı  da  xəstə elədin.
Teymura necə qıyırsan. Zəng edirəm, heç kefi yoxdur. Kişinin yanına
hər  gün  sən  olmayanda  gəlir.  Soruşuram:  “  A  bala,  nə üçün  belə
oldu?”  “Mənlik  heç  nə yoxdur. Əsas  Mədinədir,  onu  yola  gətirmək


lazımdır”, - deyir.  Kişini  də yorğan -döşəyə sən  saldın.  Teymura
“oğul”  gözü  ilə baxırdı.  Arzularımızı  gözümüzdə qoydun.  Uşağa  da
rəhm eləmirsən. Teymursuz biz daıxırıq, onda qalmış atasız uşaq ola!
- Teymur  sizin  nəyinizdir,  darıxırsız?!  Uşağın əsl  atası,  telefonla  belə,
bir kərə onu axtarmır. Sizsə Teymurdan umursuz. Əgər bu yad adamı
belə tez  bəyənib  sevdizsə,  görün  onunkular  nə çəkir!  Teymur  mənə
görə evdən  çıxıb.  Onlar  da  onun  üçün  darıxırlar.  Günahkar  kimi
bilirlər, - məni! -Gör  nə qarğışlar yağdırırlar.  Nə isə.  Mən  bəxtsiz
adamam. Teymurun ailəsinə də bədbəxtlik gətirdim. Amma bilirəm ki,
düz  edirəm.  Teymur  gözləyib-gözləyib  yorulacaq.  Yenə onların
yanına qayıdacaq. Bunu çox istəyirəm. Qoy  mənə görə doğmaları ilə
üz-göz olmasın. Mən belə şeyi qəbul eləmirəm. Onu valideynlərindən
ayırmaq mənə xoşbəxtlik gətirməz.
Anasına  möhkəm  durmağı  tövsiyyə etsə də Mədinə valideynlərini
başa  düşürdü.  Onlar  Teymura  bağlanmışdılar.  Teymur  özünü  sevdirə
bilmişdi, onlara kəc baxmamışdı, onlarla səmimi olmuşdu.
Rauf  da  gözünə yaxşı  dəymirdi.  Məyus,  kefsiz  gəzirdi.  O  da
valideynləri kimi Mədinəni danlayırdı:
- Düz  eləmirsən, -
deyirdi.  Sən  razılığını  ver.  Valideynlərini  onun
öhdəsinə at.  “Razıdırlar”,  “deyillər”  bunu  Teymur  bilər.  Axırı
barışacaqlar. Onlar ürəyiyumşaq adamdırlar. Gec-tez təslim olacaqlar.
Mədinə də “kaş belə olaydı”, - fikirləşirdi. Amma “hə” deməyə dili
gəlmirdi.  Özü  də Teymur  üçün  darıxırdı.  Onun  sevimli  üzü,  incə
hərəkətləri  gözündən  getmirdi.  Mədinə boğulurdu.  Teymursuz  havası
çatmırdı.  Teymursuz  həyatın  ləzzəti  yox  idi.  Amma  Teymurun
zənglərinə cavab  vermirdi.  Qarşısında  görəndə üz  çevirib  gedirdi.  Öz
uğursuzluğunun yükünü özü çəkmək istəyirdi.
Rauf deyirdi ki, Teymurun atası da xəstəxanadadır. Onun da təzyiqi,
şəkəri  qalxmışdı.  Ancaq  Raufun  Teymurdan  başqa  heç  kəsə halı
yanmırdı.  Mədinəni  Teymurun  xatirinə dilə tutmağa,  yola  gətirməyə
çalışırdı :
- Teymur həmişəlik Fransaya getməyə hazırlaşır. Onu saxlaya bilərsən.
Bir  kəlmə sözün  bəsdir.  İndi  Moskvadadır.  Bu  onun  Moskvadakı
nömrəsidir.
Mədinə bilmirdi  nə fikirləşsin.  Hər  gün əlindəki  nömrəyə baxırdı.
Onları əzbərləmişdi.  Barmaqları  yığırdı,  amma  axırıncı  həmişə qalırdı.
“  Yox,  ona  sevgidən  başını  itirmək  yaraşmaz.  Subay  oğlanın  həyatına


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə