Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə33/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   29   30   31   32   33   34   35   36   ...   107

3
Oğlanın  ad  familiyasını,  doğulduğu tarixi  və  yeri  yadında  saxladığından Əbdül
ora istədiyi vaxt gedə bilərdi.
- Yəqin  orada  da  sizi  kimi  qayğıkeş  adamlar  var, - Əbdül  dedi. - Hamı pis  ola
bilməz ki!
- Təki olsun, - üzü torpaq rəngində olan dolu bir qadın dilləndi. Ağzının qıraqları,
dodaqlarının  üstü  qırış-qırış  idi. – Pis  dünyadı,  qardaş,  indi  heç  kəs  heç  kəsin  kitabını
oxumur.
Adamlar dağılışdı. Əbdül əvvəl taksi saxlatmaq istədi. Çoxdan idi o, adam arasına,
tünlük yerə çıxmırdı. İnsanların nə düşündüyünü, necə yaşadığını görmürdü. Pis şeylər
onu tez mütəəssir edirdi. Zəhmətkeş ailədən çıxması onu insanlara qarşı həssas etmişdi.
Şükür  allaha  ki,  ailəsinə  babat  bir  güzəran  qurmuş,  onları  hamının  indi  istər-istəməz
düçar  olduğu  pis  dolanışıqdan  qurtarmışdı.  Rusiyadan  dönəndən  sonra  qazandığı  halal
pulları  qənaətlə işlədərək kənddə özünə bir  müəssisə  yarada bilmışdi.  Amma  hər şeyin
bir gündə alt-üst ola biləcəyini də bir an olsun yaddan çıxartmırdı. Ürəyi yumşaqlığı da
onu həmişə insanlara sarı səsləyirdi.
Taksi  onu  getdiyi  ünvanın  qabağında  saxladı.  Qapını  bir  yaşlı,  yorğun  üzlü  qadın
açdı. Əbdül:
-
Yaşarı görmək istəyirəm, - dedi.
Qadın onu tanımasa da Yaşarın qohumu olduğunu başa düşdü.
- Evi bir axşamlıq kirayə edib, - dedi.
- İndi harada olar? – Əbdül soruşdu.
- Dedi ki, bilet almağa gedir. Sonra da mer-meyvə almalıdır. – Gələndə nə deyim?
– Qadının onu evə dəvət etmək fikri yox idi.
Bacısına  söz  vermişdi  ki,  Yaşarsız  qayıtmayacaq.  Gəlini  toy  gecəsi  atıb  gəlmək
onların  ailəsinə  yaraşmayan  iş  idi.  El-oba  onları  qınayardı.  Qız  uzaq  qohum, abırlı
ailənin  altı  uşağından  biriydi.  Gəlib  30  yaşına  çatmışdı.  Az-çox  savadı  vardı,  bağça
müəlliməsiydi. Kənddə iş tapmadığından gününü dörd divar arasında keçirirdi. Atasının
dolanışığı  ağır  idi.  Altı  uşaqdan  heç  biri,  üstəgəl  arvadı  da  işləmirdi.  Kişi  başını
itirmişdi.  Qızlar  hamısı ərə  getmək  yaşındaydılar,  oğlanlarsa  balaca.  Rayonda  belə
ailələr çox idi. Oğlan uşaqları böyüyən kimi heç olmasa iş-güc dalınca şəhərə qaçırdılar.
Qızlar isə ev-eşikdən heç yana tərpənə bilmirdilər.
Yaşar  artıq  qırxa  çatırdı.  Bacısının  yeganə  subayı  o  idi.  Qız  uşaqlarını  pis,  yaxşı
bacısı ev eləmişdi. Bircə o qalırdı. Gəlini oğluna çoxdan gözaltı eləmişdi. Qız Əbdülün
də  ürəyinə  yatırdı.  Gözəl-göyçək,  nərmənazık,  tərbiyəliydi.  Yaşar  onu  bəyənməyə
bilməzdi. Bəs niyə belə iş tutmuşdu. Əbdülü də qorxudan elə bu idi. Yaşarı Rusiyaya 7 il
bundan qabaq Əbdül özü aparmışdı. O vaxt buna ciddi səbəb var idi. “Bəlkə...?” Ağlına
gələn  fikirdən Əbdülün  ürəyi  sancdı.  Yaşar  həmişə  ona  nümunəvi  oğul  təsiri
bağışlayırdı.  Bacısı  onu  atasız  böyütmüşdü.  Bacılarını ər  evinə  Yaşar  köçürmüşdü.
Demək  olar  ki,  o  bacılarına  həm  qardaş,  həm  də  ata  olmuşdu.  Anasına  yaxşı  pul
göndərirdi.  Amma  anası  onu  evləndirməkdən  savayı  heç  nə  istəmirdi.  Gözü  yollarda,
qulağı  telefonda  qalmışdı. Əbdülü  görən  kimi  dərdi  açılırdı:  “Özün  qayıtdın,  uşağı
kənddən  didərgin  saldın.  Bəlkə  ayağını  bağlasam  bir  şey  çıxdı.” – Bacısı  sadədilliklə
götür-qoy  edirdi.  Yaşarın  göndərdiyi  puldan  gəlinə  qızıl  üzük,  boyun bağı,  bilərzik,


4
gözəl  paltarlar  aldı.  Elçi  getdi.  Qız  evinin adamlarını arxayın edərək “oğlum gələcək,
başı qarışıqdır.” – dedi. Bacısı özü buna hamıdan çox inandığından Yaşarın bu gün, ya
sabah  gələcəyini  səbirsizliklə  gözləyirdi.  Budur,  Yaşar  gəlib  çıxdı.  Amma  onu  evdə
gəlin gözlədiyini bilən kimi heç kəsi xəbərdar etmədən elə ertəsi gün gecə qaçdı.
Əbdül  Yaşarın  ağıllı-dərrakəli  olduğunu  bilirdi. Əgər  Yaşar  belə  iş  tutmuşdusa,
nəsə  ciddi  bir  səbəb  olmalıydı.  “Bəlkə...”  Allah  şeytana  lənət  eləsin. Bu  fikir  artıq
neçənci  dəfə  idi  onun  ağlına  gəlirdi, evlənsə  çətin  olacaq.  Qızı  geri  qaytarmaq  lazım
gələcək.  Bacısının  bundan  ürəyi  partlardı.  Toyla  evə  gətirilən  qızı  geriyə  qaytarmaq, -
bacısı bununla barışmayacaqdı, - Allah bu nə günlərdir, - onlar gəlib çıxıblar. Yox, qoy
bunu Yaşar özü həll etsin. Əbdülün işi onu tapıb yola gətirməkdir”.
“28  may”  metrosuna  getmək  lazımdır.  Burada  girişdə  telefonla  danışmaq  üçün
jeton təklif edənlər həmişə olur. Yenə metro. Şəhərki əhvalatı unutmasa da öz qayğıları
onu qoynuna almışdı.
Əbdül  qatara  minib  boş  yerlərdən  birində  oturdu.  Bir  çarşablı  qadın  “nənəyə  pul
verin” deyərək oturanların qabağından keçir, dilini şirin salıb dualar edirdi.
30 yaşlı bir kişi “Yuxu yozumları”, “Xalq təbabəti” kitabını təbliğ edir, sərnişinlər
arasında müştəri axtarırdı.
Qarşısında pırtdaşıq saçlı, pal-paltarı əzik, çirkli 12-13 yaşında bir qız uşağı durdu.
Əyilib  Əbdülün  əlini,  onun  yanında  oturan  digər  kişinin  dizini  öpdü. Əbdülün  əti
ürpəşdi. Çox ədəbsiz üzü vardı. Pul istəyirdi. Bu sayaq dilənməyi birinci dəfə görürdü.
Qıza nəsə vermək fikri yox idi . Onun hərəkətləri Əbdüldə ikrah doğururdu. Yanındakı
kişi qızın ovcuna 10 qəpik basdı. Əbdül əvvəl “vermə, elələrini pula öyrətmək olmaz”
demək  istədi,  amma  nəsə  susdu.  Qız əlləri,  dizləri  öpə-öpə  oturanların  qarşısından
keçirdi.  Adamlar  görünür,  bu  mənzərəyə  alışmışdılar,  heç  kəsin  vecinə  deyildi.  Hamı
özünə qapılmışdı.
Düşmək  üçün  qapıya  yaxınlaşdı.  Vaqonun  qapıları  aşılar-açılmaz  dayanacaqda
qapını  kəsdirən izdiham  içəridəkilərin  çıxmasını  gözləmədən  qatara  minmək  üçün
beyinsiz  qoyun  sürüsü  təki içəriyə  dürtülməyə  başladılar.  Cavanlar  çiyinləri,  qolları  ilə
özlərinə  yer  edərək  uşaq-qoca,  kim  gəldi  sıxışdırırdılar.  Çox  gülünc  mənzərə
yaranmışdı. 2 taylı qapıdan içəridən çölə, çöldən içəriyə itələyirdilər. Heç kəs heç kəsə
güzəştə getmək istəmirdi. Hamı bir-birini günahlandırırdı. Acı sözlər, təhqirlər...
Əbdül  içəridəki  axının  təzyiqi  ilə  çölə  çıxmaq  istəyəndə,  çöldən  onu  elə  itələdilər
ki,  az  qaldı  ahıl  bir  qadının  qucağında  otursun.  İndi  o  da  dartınmağa  başladı    və  çölə
çıxanda  kostyumunun  düymələrinin  açılmasından,  qalstukunun  sallanmasından  utandı.
O  yan,  bu  yana  baxdı,  özündən  başqa  məzəmmət  etməyə  kimsəni  tapmadı.  Qapılar
çoxdan  bağlanıb,  qatar  yola  düşmüşdü.  Hamı  üst-başını  səliqəyə  salıb  öz  yoluyla
getməkdəydi.  Ondan  başqa  təəccüblənən yox  idi.  Bütün  bunlar  metroda  gedib-gələnlər
üçün, demə, adı hal sayılırdı.
...Keçməyə yol axtarırdı, yol yox idi. Hər yanda adamlar əyləşmişdi, qabaqlarında
da zənbillər, kisələr. Göyərti, lumu, mandarin satırdılar. Bir oğlan uşağı qabağını kəsdi.
“lezviya, cib dəsmalı, noski” təklif etdi. Çiynindən qadın alt paltarı, mayka sallanan bir
qadınla burun-buruna  dəydi.  Bir  də  onu  gördü  ki,  kiminsə  qarşısındakı  vedrəsinə  bir
təpik ilişdirdilər, ciyər, qursaq, ürək yerə səpələndi.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə