Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə35/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   31   32   33   34   35   36   37   38   ...   107

7
adamın  iş  tapa  bilməyəcəyi  ay-gün  təki bəlliydi.  Dayısı  hey  fikirləşirdi,  Yaşara
münasib  iş  görmürdü.  Yalnız  bir  variant  qalırdı  ki,  anasının  bəyəndiyi  qızı  özü  ilə
aparsın.  Ancaq,  bunu  Yaşara  demək  lazım  idimi,  məgər  bu,  onun  özünün  ağlına
batmırdı?!
Dayısı  bacısı  oğlunun  təqsirkar,  məhzun  duruşundan  sözlü  adama  oxşadığını
görürdü.
- Evlənmişəm, - Yaşar salfetlə ağzını silib, - nəhayət öldürücü sükutu pozdu. – Altı
aylıq bir qızım var, - Nərgiz.
Əlini  cibinə  saldı.  Dayısı  ilə  göz-gözə  qalmaqdan  utandığı  üçün  naharın  pulunu
verməyi bəhanə edib bir anlığa Əbdülün gözündən yayındı. Qayıdıb yenidən əyləşdi.
- Mamaya,  qızlara  hədiyyələr  gətirmişəm.  Açmağa  imkan  tapmadım,  krovatımın
yanındakı korobkalardadır. Mamaya video almışam, işlətməyi ona öyrət. Nərgizi kasetə
çəkmişəm.  Qoy  baxsın.  Tez-tez  təzə  kasetlər  də  göndərəcəyəm.  Mən  Nərgizin  necə
böyüməsini  onun görməsini  istəyirəm...  Arvad  elə  iş  tutub  ki,  bilmirəm  nə  deyəm.
Mənim sözüm yoxdur. Mən sizi başa düşürəm, siz də məni başa düşməlisiniz.
- Mən  sənə  çıxış  yolu  göstərim. – Əbdül  həyəcanından  udqundu.  Söz  boğazında
sanki ilişib onu boğurdu:
- Bəlkə  qızı  aparasan, - mən  demirəm  ki,  o  biri  qadınla  münasibətini  kəs, - hər
halda el qızı ilə ailə qurmaq, - oğlum, başqa şeydir.
- Dayı  mən  onun  mənzilində  yaşayıram, - Yaşar  da  udqundu.  Onun  da  boğazı
həyəcandan qurumuşdu.
- Mən onun evinə girmişəm. Sən Rusiyada, lap elə digər yad yerlərdə didərgin kimi
yaşamağın nə demək olduğunu məndən pis bilmirsən. İndi mənim başımın üstündə dam
var. Heç kəs məni çərlətmir, təhqir etmir. Yadından çıxıb institutdan sonra kənddə işsiz
oturmağım.  Anamla  qalmaq  naminə  onun-bunun  evində  nökər  də  işləməyə  hazır  idim.
Nə  oldu?!  Sən  məni  heç  Bakıda  da  işə  düzəldə  bilmədin.  Səndən  nə  qədər  pul
istəmişdilər.  Bu  məbləği  eşidəndə  rəngin dəyişdi,  o vaxtkı üzünün  ifadəsi  indiyə  qədər
yadımdan  çıxmayıb.  Yox,  dayı,  geriyə  yol  yoxdur.  Vətən  bizə əzizdir,  biz  ona  yox. –
Mən  evə  pul  göndərirəm,  sən  bunu  yaxşı  bilirsən.  Mənim  borcum  budur,  bundan  artıq
heç nə edə bilmərəm.
- Elə  bilirsən  həyət-bacanın  pis  günə  qaldığını  görmədim.  Evimiz  də  köhnəlib.
Bostanda da kartof, kələm gözümə dəymədi. Anam qocalır. Daha heç nəyə gücü çatmır.
- Yox,  elə  deyil,  əkmişdi.  Çox  şey əkmişdi.  Mən  sənə  deyim  onu  elə  bostan
saxlayır.  Başını  qatır.  Ancaq  yuxarı  bulağın  başını  bağlayıblar.  Kimsə  bizim  kənddən
deyil, bura təzə gəlib, özünə fin üslubunda gözəl bina tikdirib, bulağı da salıb həyətinə,
heç  kəsə  axmağa  qoymur. – Özbaşınalıqdı,  bala. Əvvəllər  o  bulaq  bütün  kəndi
dolandırırdı. İndi pullu gəlmələr elə hoqqalar çıxarır ki, mətəl qalırsan. Bələdiyyələr də,
deyəsən, onlarla əlbirdir. Gərək gedəsən, xahiş edəsən, yalvarıb yaxarasan. Anan da ki,
səni kimi tərsin biridir, ona-buna əyilən deyil.
Yaşar  dayısının  qocalığını,  çox  düşdüyünü  indi  gördü.  Kişi  belə  yorğun,  aciz
olmamışdı.  İllər  öz  işini  görürdü,  görünür,  külfət  də  onu  bir  yandan  sıxırdı.  Qocalara
Yaşar indi lazım idi, o, isə çıxıb gedirdi.
- Dayı özünə, anama yaxşı bax. Fikir eləmə, biz də evimizi fin üslubunda tikəcəyik.


8
Bu  mənim  boynuma.  Bir  az pul  yığmışam, amma  bu  bəs  eləməz.  Ümidvaram  ki,
tezliklə hər şey yaxşı olacaq.
- Mən tez-tez gələcəyəm. Yaşar durdu, qolundakı yaraşıqlı saata baxdı.
- Bazara  da  getməliyəm.  Bir  az  mer-meyvə, - oralarda  olmayanlardan  alacağam.
Əlini dayısına uzatdı, sonra üzündən öpdü.
Əbdül də kövrəldi. Yeməkxanadan çıxdılar. Yaşar işgüzar addımlarla uzaqlaşdı.
Əbdül  onun  arxasınca  xeyli  baxdı.  Evə  qayıtmaq  problem  deyildi.  Ancaq Əbdül
səhər  xəstəxanaya  apardığı  oğlana  baş  çəkmək  istəyirdi.  Daha şəhərdə  görüləsi  işi  yox
idi.
Bakı, 2000


Quru balıq
Mən  bunu  niyə  yazıram?! - Yəqin  A.-nın  sağalmaz  xəstəliyə  düşməsi məni
bərk həyəcanlandırıb. Keçmiş tanışlarım, A.-nın iş yoldaşları deyirlər yazıq A. artıq
5  ildir  insultdan  yatır.  Saçları tökülüb,  üzü əl  boyda  qalıb,  gözləri  çuxura  düşüb,
yataqdan  dura bilmir.  Xəstə  baxıcılarının  biri  gəlib,  o  birisi  gedir.  Danışanda  bir
sözü uzun-uzadı çətinliklə deyir.
A.-nın çox yaşı yoxdur. Bu il 65 oldu. 65 nədir ki! 65 yaşda o qədər gümrah
adamlar tanıyıram ki! Yəqin siz də az tanımırsınız. - Deyəcəksiz, əlbət A.-nın çox
çətin həyatı olub, onun üçün də belə tez düşüb. Yox, qətiyyən yox! A. ürəyi istəyən
kimi yaşayıb. Heç nədən korluq çəkməyib, ağayana həyat keçirib. Çoxları elə buna
görə  A.-ya  həsəd  aparıb,  onun  mövqeyində olmaq  istəyib.  Axı, A.  həm  qadınlar,
həm  də  kişilər  arasında  barmaqla  göstərilən  rəislərdən  olub.  Bu  gün  də  keçmiş
xidmətlərinin səfasını görür. İndi xərcləməyə hətta 10 min manat tapmayanlar var.
A.  isə  keçmiş  imperiyaya  xidmətinin  əvəzində  böyük  məbləğdə  təqaüd  alır.  Bu
təqaüdlə  dünyanın  o başına  təyyarə  ilə  gedib  qayıtmaq  olar.  A.  isə  bu  pulu
təkbaşına özünə  sərf  edir,  çünki  A.-nın  heç  kimi  yoxdur.  Aldığı  o  böyük  məbləğ
olmasaydı,  bu  xəstəliklə  A.  çoxdan  qəbiristanlıqda  idi.  İndi  bu  pulları
qulluqçularına verir. Ayrı çıxış yolu yoxdur. Hələ ki, nəfəsi üstündədir, bazarlığını,
biş-düşürünü  edənə,  evini  yığışdırana,  pal-paltarını  yuyub  onu  çimizdirənə  və  s.
ehtiyacı var.
İndi deyəcəksiniz kimdir bu A.? Yəqin başa düşdünüz kı, adi adam deyil.
A.  istefada  olan  podpolkovnikdir.  Bu  vəzifəyə  adi  praporşiklikdən  qalxıb.
Mən onu tanıyanda mayor idi.
İndi 20  il  bundan  qabaqkı  hadisələrdən danışıram.  A.  milliyətcə  qatışığı ol-
mayan təmiz  rus  idi.  Bakıda  doğulmuşdu.  Atasını  tanıyıb  bilən  yox  idi.  Anasının
öldüyü  12  il  vardı.  İki  bacı  idilər.  Biri  Moskvada ərdəydi.  A.  institutu  Bakıda
qurtarmışdı. İngilis dili fakültəsini bitirmişdi. Yadıma gəlir A.-nın 45 yaşını o vaxt
iri bir çiçək çələngi ilə təbrik etdik. Hədiyyə almamışdılar. Onu tanıyanlar hədiyyə
sevmədiyini  deyirdilər.  Bəzi rəislər  kimi  acgöz, ələbaxan  deyildi.  Bir  sözlə,  heç
kəsin cibində, qazancında gözü olan deyildi A.
Şəhərin  mərkəzində, dənizin  qırağında  evi  vardı.  İdarədən  almışdı.  Bir  anası,
bir  özü  olsa  da,  mənzil  üç  otaqlı  idi.  Onunla  gediş-gəlişi  olanlar  deyirdilər  ki,  A.
son  dərəcə təmizkardır.  Evində  hər şey - döşəmədən tutmuş  pəncərə şüşələrinə
qədər  işıldayır.  Görünür,  hələ  o  illərdən A.  evində  iş-gücünü  görən  qulluqçu
saxlayırmış.  Çünki  A.-nın  bütün  günü,  mən  deyərdim,  bütün  ömrü  işdə  keçmişdi.
Tezdən gəlib hamıdan sonra gedərdi. Iş onun həyatını dolduran yeganə təsəlliydi.
A. ərə  getməmişdi.  Qarımış  qızlardan  idi.  Amma  mən  onu  qarımış  hesab
etmirdim. Aramızda 18 il yaş fərqi olsa da A.-nı çox şux, cazibədar görürdüm. Uca
boyu,  arıq,  zərif  qaməti,  münasib  geyimi  onu  gənc  göstərirdi.  Düppədüz,  kifayət
qədər  uzun  sarışın  saçlarını  alnından  arxaya  yumaqlayıb  sancaqlardı.  Bu  ona  həm
ciddi,  həm  də  səciyyəvi  görkəm  verirdi.  Onun  saç  düzümü  mənə  qədər,  məndən
sonra da dəyişməmişdi. Umumiyyətlə, hərdənbir, heç bayramlarda da saçını başqa
formaya salmazdı.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə