Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə36/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   32   33   34   35   36   37   38   39   ...   107

Ənlik-kirşandan hiss olunmayacaq dərəcədə istifadə edirdi. Saçını boyamırdı.
Sifəti girdə, üzünün sümüyü xırda, ovurdları azacıq batıq, çöhrəsi bəyaz, solğun idi.
Soyuq mavi gözləri, quru, nazik dodaqları vardı.
Pal-paltarını  tez-tez  dəyişməyi  sevmirdi. Bəzənməklə  arası  yox  idi.  Nə
qulağına sırğa taxırdı, nə barmağına üzük.
Gödək  geyinməzdi.  Onu  yay  aylarında  da  çiyni,  yaxası  açıq  paltarlarda  gör-
məzdin.  Qadınlara  xas  naz-qəmzə,  kişilərin  gözünə  girmək,  onların  diqqətini  cəlb
etmək üçün özünü nə yollasa bəyəndirmək kimi şıltaqlıqlar ona yad idi. Yeriyəndə
başı  aşağı  gedir,  yan-yörəsinə  baxmırdı.  Mən  onu  uzun  ayaqlı,  səssiz  yeriyən,
ətrafda heç nəyi saya salmayan yox, əhəmiyyət verməyən  məğrur, qiymətini bilən
quşa  oxşadırdım.
Adamlara  qaynayıb-qarışmazdı.  Həmişə  ciddi,  məşğul  kimi
görünərdi.  Elə  bil, onun  nə  danışmağa,  nə  də  ürəyini  boşaltmağa  ehtiyacı  vardı.
Əzəmətli,  əlçatmaz  idi.  Eyni vaxtda  gözünə  görünməyə  çalışmadığın,  danışmağa
can  atmadığın  adam  idi.  Onunla  qarşılaşanda  bərk  narahat olardıq.  Kişili-arvadlı
hamı  özünü  itirər,  tez  keçib  getməyini  arzulardıq.  Üzündə,  mənasını  araya
bilmədiyin  istehza  gəz-dirdiyindən  elə  bilirdin  nəsə  sənə  kəc  baxır.  Sanki
bilmədiyimiz nələri isə bilir və buna görə özlüyündə bizə gülürdü.
Onunla  üz-üzə  gələnlərin  nə  üçünsə  bir  anlığa  hərəkəti  donardı.  Farağat
dayanıb  salamlaşar,  sonra  keçərdilər.  Sənə  münasibətini  də  bilmirdin,  yaxşıdır,
yoxsa pis.  Çünki  üzünün  donuq  ifadəsi  dəyişməzdi.  Orada  nə  təəccüb,  nə  heyrət
oxunardı.  Qəzəbli  də  görünməzdi.  Hiss  və  həyacanlarını  göstərməyən  adam  idi.
Dedikcə  quruydu.  Bəlkə  buna  görə  də  öz  aramızda ona  "quru  balıq"  deyirdik.
Danışmağa  başlayanda  bu  quru  vücudun,  zərif  qamətin  içində  adamın  iradəsinə
təcavüz  edən,  onu  boğan  qüvvətli,  dəmir  dişli  məngənə  sıxıntısı duyur, amirlik,
hakimlik  hiss  edirdin.  Sanki  özü  bərabərliyində  təhsilli  adamlarla  yox,  itaətdə
saxladığı əsirləri ilə danışırdı.
Otaqda  olduğunu,  nə  vaxt  gəlib,  nə  vaxt  getdiyini  bilmirdin.  Pişik  kimi  asta
yeriyirdi. Rəişlik etdiyi şöbədə dəmir intizam vardı. İşdən əlavə söz-söhbət qəbahət
sayılırdı. Şöbədə hamının stolunun üstündə telefonu olsa da, bir-iki cümlədən artıq
danışmaq qadağan idi. Qadınlar bir-birinin təzə paltarını, bər-bəzəyini müzakirə edə
bilməzdilər. Məişət söhbətlərinə yalnız iş saatı qurtarandan sonra icazə verilirdi.
Çox oxuyurdu. İdarədən talonla ədəbiyyatı birinci o alırdı və həmişə stolunun
üstündə  qalın  jurnallar,  qəzetlər  olardı. İncəsənəti  sevirdi.  Amma  siyasətə  aid  hər
şeyi ötürmədən oxuyurdu. Çünki çox vaxt tanınmış siyasətçilərin harada nə vaxt nə
dediyini adamı heyrətləndirən tərzdə əzbər bilirdi.
Ailə  qura  bilməməsinin  səbəbi  aydın  idi.  Burada  mən  onu  başa  düşürdüm.
Çünki A. kimi öz qanunları və xarakteri olan adamın ömür-gün yoldaşı tapa bilməsi
çətindi. Tanışlar arasında A.-ya müvafiq kişi də görmürdüm. Saxta, tez keçən, ötəri,
şəhvani hisslər ona yad idi.
Hikkəsinin,  inadının  da  sərhədi  yox  idi.  Sözünü,  iradəsini  qanun  kimi
yeridirdi.  Bundan,  görünür,  həzz  alırdı.  Bir  dəfə  mən  də  onun  hikkə  qarmağına
düşmüşəm. Buna  səbəb  ərindən  boşanmış  Solmaz  adlı əsəbi,  bədbəxt  bir  qadın
olmuşdu.  Bu  qadın  dözülməz  idi.  Stolumuz  yaxın  olduğu  üçün  baş-qulağımı
aparırdı.  Dünən  dediyini  bu  gün  yenidən  təkrar  edir,  ərindən  danışır.  danışır
yorulmurdu.  İşi  də  tökülüb  qalırdı. Ona  yaman  rəhmim  gəlir,  qovmasınlar  deyə


kömək edirdim.
Bir neçə dəfə işə gecikmişdim ki, bunu da  yalnız Solmaz görmüşdü. Bir gün
məni çağırıb yaxşıca tənbeh etdilər. Bildim ki, söz ondan çıxıb. Anam yaşındaydı,
xəbərçiliyini heç cür gözləmirdim. O gündən onu dindirmədim.Ancaq məsələ belə
qurtarmadı. Solmaz  məndən  A.-ya şikayət  edib  yaşca  böyük  olduğu  halda  onun
salamını  almadığımı  deyərək  ağlamışdı.  A.-nın  Solmaza elə  bir  rəğbəti  yox  idi.
Ancaq deyəsən mən də onun ürəyincə deyildim. Çalağan təki üstümə şığıdı:
-
Onu dindirməsən partiya namizədliyini geri götürəcəyəm,-dedi.
-
Bunun  bizim  münasibətlərə  nə  dəxli var?  Zəmanəti  də  siz  verməmisiniz, -
dedim. - Laqeyd bəbəklərində əsəbi parıltı yanıb - söndü.
-
Mən verməmişəm, amma ləğv elətdirə bilərəm.
-
Necə istəyirsiniz, - sakit cavab verdim. Bu o demək idi ki, məni ağciyər bil-
məsin.
-
Halını pozmadı. Dodaqlarını gülmək istəyirmiş kimi istehza ilə büzdü.
O  vaxt  kommunist partiyasının sıralarına keçmək  mühüm  hadisə  olsa  da, bu,
xüsusilə hərbi təşkilatda, elə də asan deyildi. Bunun üçün sən də özünü həm işində,
həm  də  rəftarında  nümunəvi,  qüsursuz  göstərməliydin.  Onların  sözləri  ilə  desək,
daha  doğrusu,  buna  layiq  olmalıydın.  Bir  də  yuxarı  vəzifəyə  pillələr  həm  də
partiyalı  olmağından  asılıydı.  Ona  görə  buna  can  atanlar  vardı.  A.  özü də  bundan
keçmişdi. Amma, görünür, mənim namizədliyim çoxdan onun ürəyincə deyilmiş və
yolumu kəsmək üçün bu fürsət əlinə göydən düşmüşdü.
Bir  neçə  həftədən  sonra  eşitdim  ki,  raykoma  gedən  sənədlərin  arasından
mənimki çıxarılıb.  Bütün  bunlara  baxmayaraq mənim  A.-dan, nə  üçünsə, acığım
gəlmirdi.  Partiya  hadisəsini  də  unutmuş  kimiydim.  A.-nın  xasiyyətindəki  tündmə-
cazlığı tənhalığı  ilə  əlaqələndirirdim.  Əslində  ona  yazığım  gəlirdi  və  bunun da
səbəbi vardı!
O,  tez-tez  bizim qarşımızda  siyasi  mövzuda,  ya  işlə  əlaqədar  müxtəlif  mə-
sələlərlə bağlı  məruzələr  edir,  göstərişlər verirdi.  Bu  vaxt  mən  onun  üzünə
baxmamaq üçün heç bilmirdim nəzərlərimi hara ilişdirim. İlahi, onun batıq, solğun
ovurdları, alnındakı və gicgahlarındakı uzaqdan seçilən göy damarlar, qansız nazik
dodaqlan necə səyriyirdi. Elə bil, göydə sayrışan ulduzların biri yanır, biri sönürdü.
Bu əzələ  titrəyişləri  ara  vermir,  gah  çənəyə,  gah  sağ  qaşa,  gah  sol  gözə  keçir,
nəzərlərdən çəkilmirdi. Özünü gürurlu tutan bu təkəbbürlü, dikbaş qadının dərisinin
altına  bir  casus  kimi  soxulmuş  bu  xain  səyrintilər, elə  bil,  onun  amansız  düşməni
idilər.  Sanki  onun  gizlicindəki  göstərmək  istəmədiyi  əzab  və  iztirabları  nümayiş
etdirməklə ondan hansı intiqamlarınısa almaq istəyirdilər. Kim bilir, görünür onun
beyninin,  iradəsinin  "olmaz,  tərpənmə"  siqnalları əzələlərinə  çatmır,  onlara  təsir
etmirdi.  Bu  iradə  sahibi  onu ələ  verən,  gülünc  göstərən  səyrintilərin  əlində  aciz
qalmışdı,  onların  öhdəsindən  gələ  bilmirdi.  Əzaları  tabeçiliyindən çıxır,  sözünə
baxmırdı.  Qadınlar  bir-birinə  baxıb:  "Üzü  elə  bil  dovşan  üzüdür", - deyərək
pıqqıldaşırdılar.
Ancaq mən gülə bilmir, onun ümidsizlik girdabını xatırladan, arzuları sönmüş
gözlərindən dəhşətə gəlirdim. Və artıq uçurum qabağında dayanıb bir azdan oraya
yuvarlanacağı qaçılmaz  olan  bu  biçarə,  bədbəxt  qadının  halına  acıyır,  qəlbimdə
mərhəmət və şəfqətdən savayı heç nə tapmırdım.


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə