Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə34/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   30   31   32   33   34   35   36   37   ...   107

5
Lap  yaxında  qatıq  bankası  sındı, başını  qaldıranda  bir  pota  polis  işçisini
gördü.  Yaman  söyürdü.  Ağzının  qırağı  tüpürcəkdən  cəng  bağlamışdı.  Vedrəsi  dağılan
qadın  da  söyürdü,  lənətlər,  qarğışlar  yağdırırdı.  Ancaq  özünü  də  itirmirdi,  dağılan
matahını  təzədən  vedrəyə  doldurur,  ayrı  yerə  keçməyə  tələsirdi.  Bu  dəfə  də  göyərti
zənbili təpik zərbəsindən göyə qalxıb, balıq satanın zənbilinə düşdü. Göyərti satanın heç
səsi də çıxmadı. Cəld göyərtilərini balıq zənbilindən yığıb, hər ikisi qaçmağa üz qoydu.
Kartof  satan  oğlan,  deyəsən,  müştərisinə  kəf  gəlmişdi,  müştəri  əlində  tərəzi  kartofu
oğlanın təpəsinə çırpdı.
Yaxşı  ki,  o,  şəhərdə  yaşamırdı.  Kənddə  heç  olmasa  mal  aldığın  adamı  tanıyırsan.
Burada  adama  nə  gəldi  sırıya  bilərlər.  Köhnə  əti,  palçığa  düşmüş  göyərtini çirkli  suda
yaxalayıb sata bilərlər. Yox, onun yaddaşında qalan şəhər deyildi bu gəldiyi yer.
Yaşar  telefonu  söndürmüşdü. Əbdül  onu  axtarmağın  mənasız  olduğunu  get-gedə
daha çox anlayırdı. Gərək gəlməyəydi. Bəhanəsi də vardı. Maşınını bir ay vardı qarajdan
çıxara bilmirdi. Yol avtobusu ilə getməsini məgər bacısı ona məsləhət görməmişdimi?
Arvadı Əbdülü silkələyəndə Əbdül bərk qorxmuşdu. Ürəyinə xof düşmüşdü. İlahi,
ölən var  görəsən,  yoxsa, gecənin  yarısı  arvadına  nə  olub  onu  oyadır.  Yuxuya  hələ  indi
gediblər. Bacısının səsini eşidəndə lap ürək-ciyərini yedi.
- Nə olub, Səmayə? – deyib, - yataqdan dik qalxdı. – Bacısının evi ilə onların evi
arasında xeyli yol vardı. Gecənin bu vaxtı o yolu qət etmək, o demək idi ki, nəsə dəhşətli
bir  hadisə  baş  verib.  Nə  baş  verdiyini  Səmayənin  dilindən  eşidəndə  Əbdül  bir  az
yüngülləşdi.
“Şükür  Allaha,  bircə  ölümə  əlac  yoxdur”, - deyib baş-gözünə  döyən  bacısını
sakitləşdirdi. “Gəlin”də bacısının yanındaydı. Hürkmüş gözlərini onlara dikib durmuşdu.
Onun yalvarış dolu baxışları Əbdülü də təqib edirdi.
- Dayı, hara  baxırsan? – tez  ol, əyləş, - arxada  boş  yerimiz  var, - məktəb  yaşlı
çəlimsiz  bir  uşaq  qolundan  tutub  az  qala  səhər  gəldiyi,  “avtobus” deməyə  adam  utanır
“maşına”  bənzər  oturacaqlarından  adam  çimçəşən  alabaşa  sarı  çəkdi.  “Bu  nədir,
deyəsən, onu zorla rafa mindirmək istəyirdilər”.
- A bala, qolumu burax, - mən maşın axtarmıram.
- Onda, çəkil maşının qabağından, - uşaq yaşına yaraşmayan kobudluqla dilləndi.
- “Nəsimi  bazarı”,  “Nizami  metrosu”,  “Bakı  soveti”...qışqırmağa,  müştəri
çağırmağa başladı.
Əbdülün uşağa acığı tutmurdu. Onun tayları indi parta arxasında oturub bilik alır. O
isə atasına köməkçi olub. Əlbəttə, bu heç də ürəkaçan həyatdan irəli gəlməyib. Əbdül elə
bilirdi  içində  tərpənməyə  yer  olmayan,  havasızlığından  adam  boğulan  bu  görkəmsiz
maşınlar  ancaq  onların  kəndindən şəhərə  sərnişin daşıyır.  Demə,  bu sınıq-salxaq
avtobuslar paytaxtda da dəbdə  imiş.  Hara  getdi  80-cı  illərin  gözəl,  rahat,  3  qapılı
avtobusları,  trolleybusları,  tramvayları...  Bunları  xəttə  kim  çıxarır,  axı?! – Küçələr  də
heç rayon yollarından geri qalmırdı, asfaltsız, kələ-kötür, bərbad.
Bu nədir, Əbdülün gözünə görünür, yoxsa, həqiqətən bu cavan oğlanın burnundan
qan  gəlir?!  O,  evin  zirzəmisindən  çıxıb  üstündə  “Şuşa”  yazılmış  kiçik  marketə  sarı
gəlirdi.  Əbdül  diqqət  elədi,  orada  balıq  satırdılar.  Oğlan  quru  balıqlar  düzülmüş
piştaxtanı qucaqlayaraq “bura mənimdir, bunu min dollara almışam”, - deyib hay-küyə


6
gəlmiş  adamlardan  kömək  umurdu.  Fağır, yazıq təsir bağışlayırdı.
- Dedim  sənə  rədd  ol, - qara  saqqallı,  hündür,  qarnı  ağzına  dəyən  kişi  yumruğunu
düyünləyərək onun üstünə gəlirdi.
- Dədənin yeridir, köpək oğlu. Bu kişi şahiddi əlimlə polisə min dollar vermişəm.
- Bunların hansı düz danışır, oğlana rəhmi gəldiyi üçün Əbdül tamaşaya yığılanların
birindən soruşdu.
- İkisi də.
- Bu necə olur, - bir yeri 2 adama satıblar?
- A kişi bəzən lap 3 adama satırlar. Kim kimədir?! – Baxır, kimlə iş görürsən. Biri
pulu  sahə  müvəkkilinə  verir,  biri  icra  hakimiyyətinə,  digəri  polisə.  Onlar  pulları  alıb
aradan çıxır. Bu yazıqlar da beləcə bir-birini qırmağa başlayırlar.
Burada Əbdüllük  heç  nə  yox  idi.  Acıdığını əməlli-başlı  hiss  etdiyindən  oradan
uzaqlaşdı.  Yenidən  telefonla  çörəkpulu  qazanan  oğlanlara  yan  aldı.  Yaşar  onu
gözləyirmiş kimi:
-
Hə dayı, eşidirəm, - dedi, - harada olması ilə maraqlandı.
Əbdül yaxınlıqdakı Yaşarın dediyi kafeyə yollandı.
Üz-üzə  oturub  dinməz-söyləməz  ofisiantın  gətirdiyi  ev  dadını  verməyən
xörəklərdən yeməyə başladılar.
- Bilirəm  niyə  gəlmisən,  nə  deyəcəksən? – Yaşarın  səsi  yorğun  idi,  gözləri
qızarmışdı. Əbdül hiss etdi ki, bu hadisəni bacısı oğlu da faciə təki yaşayır.
Səhərdən  rast  gəldiyi  adamlarla  müqayisədə  Yaşar  olduqca  xoş  təsir  bağışlayırdı.
Şux, qətt-qamətli, yaraşıqlı. Tər-təmiz, zövqlə geyinmişdi. Ən asası da bu idi ki, inamlı,
qətiyyətli görünürdü. Gözlərində nə etdiyini yaxşı bilən adamlara məxsus soyuq parıltılı
kədər onun ciddiliyini daha çox qabardırdı. Kənd uşağı olmasından heç bir əsər-əlamət
qalmamışdı. Bu 7 ildə Yaşar bərkimiş, dünya görmüş, təmkinli adama çevrilmişdi.
Əbdül o vaxt onu Rusiyaya müalicəyə aparanda Yaşar Qarabağdan – ön cəbhədən
təzə qayıtmışdı. Məktəbi qurtaran təki onu əsgər aparmışdılar. Sonra da özü könüllülərin
sırasında  qalmışdı.  Çiynindən  yaralanmasaydı,  bəlkə  də  heç  qayıtmayacaqdı.  Cəbhə
həyatı,  səngər  dostlarının  ağır  itkiləri  bu  məktəbli  uşağı  vaxtından  tez  böyütmüşdü.
Saçlarına  dən  düşmüşdü.  Bacısı  yaralı  oğlunu  bağrına  basıb  ağlayanda Əbdülün  də
gözləri  yaşarmışdı.  Yara  sağalsa  da,  Yaşar  sağ  qolunu  tərpədə  bilmirdi.  Zədələnmiş
vətərlər  sözünə  baxmırdılar.  Yaşar  bunu  da  təmkinlə,  heç  kəsə şikayətlənmədən  içində
çəkirdi.
Əbdül  elə  o  vaxtlardan  çarəsizlikdən,  pis  dolanışıqdan  Rusiyada  ilişib  qalmışdı.
Bacısı  oğlunu  öz  hesabına  ora  aparsa  da,  sonralar  Yaşar  onun əvəzini  dayısına  birə-üç
qaytarmışdı.  Uzun sürən  yaxşı  müalicə öz  təsirini göstərmişdi. İndi  elə bil bu  yara  heç
olmamışdı.
Yaşar  orada  instituta girib  təhsil  aldı,  geri  qayıtdı,  ancaq  kənddə  həyat  əzab-
əziyyətə döndü. Yaşar yenidən yad ölkələrə üz tutdu. Kaunasda yaşadığı artıq 3 il vardı.
Əbdül  ona  baş  çəkməyə  vaxt  tapmasa  da  Yaşarın  evə,  anasına  hər  ay  müntəzəm  pul
göndərməsi, onunla telefonla əlaqə saxlaması onun yaxşı övlad olduğunu və heç də pis
dolanmadığını göstərirdi.
Onu  dilə  tutub  evə  qaytarmaq  Əbdülün  ən  vacib  tapşırığı  olsa  da  kənddə  belə


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə