Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə26/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   22   23   24   25   26   27   28   29   ...   107

müdaxilə etməyə haqqı çatmır. Səbrli olmaq, hər şeyi zamanın öhtəsinə
atmaq lazımdır. Vaxt həll edər, kifayətdir, vəssəlam”
***
Parisə Teymurun  yanına  Raufla  Rüfət  gəlirdilər.  O,  bacısı  üçün
viza  göndərmirdi.  Amma  Patrisiya  Teymursuz  bir  neçə dəfə uşaqlarla
Bakıda  olmuşdu.  O,  dili  bilmədiyindən  Nərgizlə danışa  bilmirdi.
Köməyə uşaqlar gəlirdi. Yaşları az olsa da Etibarla Cəmilə azərbaycanca
bilirdilər. Bu Teymurun səyi idi. Sanki Parisdə doğulmamışdılar. Nərgiz
onları bağrına basır, Teymurun ətrini alır, gözlərindən yaş sellənirdi.
“Nərgizin  istədiyi  qadınların,  elə bu  Patrisiyanın  nəyi  Mədinədən
yaxşı  idi?!” - O,  təəssüflə özündən  soruşurdu.  Mədinə həqiqətən
başqaydı. Nərgiz bunu indi etiraf edirdi. Amma gec idi. Özünü bağışlaya
bilmirdi. “ Bu mənə azdır”, - fikirləşirdi. Qardaşı uşaqlarının körpəliyini,
necə
böyüdüklərini  görməsə

onların  “bibi”  deyib  üzünə
gülümsəmələrindən doymurdu.
Anasının  ilindən  sonra  uzun  müddət  Bakıya  gəlməyən  qardaşını
yenidən görmək necə xoş idi. Həsrət onu bezdirmişdi. Elə bil, qarşısında
atası  dayanmışdı.  Gözlərinin  rəngini  çıxmaqla  Teymurun  səsi,  boy-
buxunu,  üzünün  cizgiləri,  seyrəlmiş  saçları,  xırdaca  qırışlarınacan  eyni
ilə atasınkı  idi.  Bu  adam  ona  necə əziz  idi.  Onun  yenidən  gedəcəyini
fikirləşəndə Nərgizin qanı qaralırdı.
Teymur da gəlişindən razı idi. Bu toy yerinə düşmüşdü. Nə yaxşı ki,
məzuniyyət  götürmüşdü,  yoxsa  Bakıdan  doymayacaqdı.  Bir  ay  bir  gün
təki keçsə də qohum- əqrəba, digər yaxınlar, tanışlar, dostlar, Rüfətin toy
mərasimi  də daxil  olmaqla  Azərbaycanın  çoxdan  həsrətdə olduğu
yerlərinə səyahət onda unudulmaz təəssüratlar qoymuşdu.
Qubada,  Qusarda,  Lənkəranda,  Gəncədə,  Qazaxda,  Tovuzda,  hər
yerdə bir  gün  gecələsə də Şamaxıda  bir  həftəyəcən  qaldı.  Ata  babası
şamaxılı  olduğundan  bu  yerlər  ona  son  dərəcə əziz  idi.  Məktəbli  ikən
Şamaxının kəndlərini  çox  gəzmişdi.  Baba  dağa  getmişdi.  Dədə Günəş,
Məlhəm, Sis, Pirqulu, Avaxlı, Dəmirçi kəndlərinə isə gözüyumulu bələd
idi.


Şamaxı ərazisi  onu  həmişə valeh  edirdi.  Buranın  iqlimi  dəyişkən
olsa  da  xoş  idi.  Qəribəsi  bu  idi  ki,  qışda  bir  yerdə qar  dizdən  olurdu,
sürüşkəndir  deyə,  yola  çıxmağa  qorxurdun,  amma  maşınla  bir  saat  fərq
olan  digər ərazidə isə uşaqlar  köynəkdə qaçırdılar.  Duman  dağları,
dərələri, düzləri bürüyür göz-gözü görmürdü. Çox valehedici mənzərəyə
düşürdün. Göylərin təravəti ruhuna işləyirdi. Dumanlı  dərələrdən quşlar
dəstəylə qalxırdılar.  Bir anda görünüb, bir anda da itirdilər.
Bildirçin  kababı,  dağ  göbələkləri  onun  şərəfinə kəsilən  hinduşka,
quzu ətindən  ləzzətdə heç  də geri  qalmırdı.  Hələ çobanların  qatığı,
bulaması, qaymağı, sac quran arvadların razyanalı-yağlı lavaşlarının dadı
damağından  getmirdi.  Bu,  dünyanın  heç  bir  yerində olmayan  bir  özgə
dad idi.
Amma  təəssüf  doğuran  şeylər  də vardı.  İyirmi  il  bundan  qabaq
gördüyü  meşələrdən  indi    yalnız    ağaclıqlar  qalmışdı.  Meşə seyrəlmiş,
yox  olmuşdu.  Yerində imarətlər  ucalırdı.  Elə bil,  meşəyə yox,  təzəcə
salınmış şəhərə girirdin.
Pirqulu  dağının  sağ  tərəfindəki  Dəmirçi  kəndinə gedən  yolda,
dərədə onun  bir  vaxt  meyvəsini  ləzzətlə yediyi  zoğal,  yemişan, əzgil,
alça  ağacları  vardı.  Onların  yerini  lap  gözübağlı  gəlsəydi  də tapardı.
Uşaq vaxtı buralarda çox əylənərdi. Elə də uzaqda olmayan çayın şırıltısı
sakitlikdə ruhunu oxşardı.
İndi  də Raufla  ağacları  asanlıqla  tapdılar.  Amma  birdən  qəribə
qoxu  hiss  etdilər.  Meşənin  içində,  yolun  qırağında  belə qoxu  ola
bilməzdi. -Kanalizasiya  borusunu  gördülər.  Yaxınlıqdakı  istirahət  evinə
məxsus  olan  bu  xətt  tamamlanmamışdı.  Buranı  xəlvət  bilib  eləcə
atmışdılar. Bu iyrənc su onun sevimli ağaclarının dibinə axırdı. Daha bu
zoğalları  dərmək  olmazdı.  Teymur  başını  yelləyir,  qəzəbindən
dodaqlarını  gəmirirdi.  Yolun  sağ,  sol  tərəflərindəki  meşələrdən əsər-
əlamət yox idi.  Elə bil, buraları biçmişdilər. Çəpərlər  gözə girirdi. Hərə
bir sahə götürüb çəpərləmişdi. Halbuki bu yerlər əvvəllər qoruq sahələri
idi.
***
Bakıya  dönərkən  gah  yamaca  qalxan,  gah  yoxuşa  enən əyri- üyri
yolların  genişləndirilməsi,  yaxşı  asfalt  örtüyü  qəlbinə fərəh  verirdi.  Lap
nağıllarda  da  yolların  abadlaşdırılması  mədəniyyətin  mühüm  atributu


hesab  olunurdu.  Yol  birincidir.  Şəhərin  siması  yoldan  başlayır.
Rayonlara,  kəndlərə,  şəhərə gedən  yolların  beləcə rahat  olması  yolçuya
ləzzət verməklə, vaxta da qənaət edirdi.
Parisə qayıtmaq vaxtı yaxınlaşdıqca bacısının qəmli üzü gözündən
qaçmırdı.  Bacısı  ilə danışanda  gözləmədiyi,  özündən  asılı olmayan
kövrək,  həzin  duyğular  ona  hakim  kəsilirdi.  Bacısının  səsindəki  ağrı,
yumşaqlıq, həyəcan qəlbindəki biganəliyi sıxışdırırdı. Bu səs ona anasını
xatırladırdı.  Yoxsa  anası  Nərgizlə Teymurun  arasındakı  soyuqluğu  yox
etmək üçün səsini Nərgizə bağışlamışdı? Elə bil, özü də onun çöhrəsinə
köçmüşdü.  Bu  kimin  sürəti  idi? – Bir  vaxt  geriyə dönmədən  qoyub
getdiyi  həsrətli  anasınınmı,  yoxsa  illərlə üzünü  görmək  istəmədiyi
bacısınınmı?!
Zaman  hər  şeyi  həll  etmişdi.  Teymur  özü  artıq  gücsüz,  həvəssiz,
yorğun düşmüşdü. Hiddət çoxdan onu tərk etmişdi. Bacısının əf diləyən
günahkar baxışları Teymurun ürəyinə işləyirdi.
- Teymur,  orada  qalmaq  lazım  deyil, - çıx  gəl, - bacısı  acizanə,
müticəsinə xahiş edirdi. Bir də səni kim bilir nə vaxt görəcəyəm?!
- Darıxma,  çatan  kimi  sənin  üçün  viza  göndərəcəyəm.  Lap  uzun
müddətə.  Gəlib  Parisi  gəzərsən. – O,  bacısını  uşaqlıqda  olduğu  kimi
bağrına  basdı. – Fransızca  indi  yaxşı  danışıram.  Sənə tərcüməçilik
eləyərəm, - Nərgizin  doluxsunduğunu  görüb  ağlamaması  üçün
zarafata keçdi.
***
Rüfətin  idarə etdiyi  “Cip”  onları  gəldiyi  yollarla  hava  limanına
aparırdı.  Gələrkən  maşında  hamı  dil-dil  ötsə də indi  ürəksıxıcı  sükut
hökm  sürürdü.  Ayrılığın  gətirdiyi  kədəri  qovmaq  üçün,  yəqin,  Rauf
ortaya ayrı söhbət saldı:
- Yadına gəlir, Zoya. - Anası məktəbdə yeməkxanada işləyən, - dedi.
Məktəb  yoldaşlarının  hamısı  Teymurun  yadında  qalmışdı.  Amma
Zoya Butuzova, xüsusilə, qalmışdı. – Nə gözəl idi, nə də yaxşı oxuyurdu.
Əksinə kifir idi, üçdən yuxarı qiymət almırdı. Onlar səkkizdə oxuyanda
sinifdə xəbər  yayıldı  ki,  Zoya  anasının  yanına  gələn kişilərdən  hamilə
qalıb. Onu məktəbdən çıxartdılar. Sonra Zoya bicbala doğdu. Adını İqor
qoydular. Amma Zoya buna görə Teymurun yadında qalmamışdı. O, bu


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə