ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə58/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   54   55   56   57   58   59   60   61   ...   76

 
 
219
M.F.Axundovun dram əsərlərindən fərqli olaraq N.Vəzirovun, 
Ə.Haqverdiyevin, N.Nərimanovun bədii dilində hadisələrin cərə-
yan etdiyi məkan, yəni toponim konkret olaraq göstərilmir, 
bununla yanaşı  əsərlərdə baş verən  əhvalatlar XIX əsrdə bütün 
Azərbaycan kəndləri üçün xarakterikdir. Adətən,  əsərlərin 
remarkalarında müхtəlif otaqlar təsvir olunur. Bеlə ki, məkan 
obrazın ictimai-sosial vəziyyəti haqqında məlumat vеrir. 
Remarkalarda hadisələrin baş verdiyi məkanın konkret olaraq 
göstərilməməsi həmin  əsərlərin müəyyən dərəcədə bir-birinə 
bənzəməsinə gətirib çıxarır və oxucu üçün bir qədər anlaşılmazlıq 
əmələ  gəlir. Bu anlaşılmazlıq da bədii üslubda toponimik 
vahidlərin əhəmiyyətini, rolunu bir daha aydınlaşdırır.  
C.Məmmədquluzadə isə “Danabaş  kəndinin  əhvalatları” 
satirik povestində hadisələrin cərəyan etdiyi məkan  əsasən 
Danabaş  kəndidir, lakin Xudayar bəy öz məqsədi üçün şəhərə 
gedir.  Şəhərin adını konkret olaraq göstərməyən yazıçı yalnız 
Xudayar bəyin ərizəsinin üzərində hadisələrin “N” qəzasında baş 
verdiyini göstərir: “Qaziyi-uyezdi –“N” Hacı Molla Səfər Salib 
Sultanzadə”, yəni “N” uyezdinin qazısı Hacı Molla Salib 
Sultanzadə.” (167, 75)  
6.  Bədii üslubda istifadə olunan toponim əsərdə hadisənin 
cərəyan etdiyi məkanla bağlı deyil, yalnız sənətkarın bildirmək 
istədiyi fikirlə,  əsərin ideyası  və qayəsi ilə  əlaqədardır. Belə 
toponimik vahidlərin üslubi aspektdə öyrənilməsi bədii  əsərin 
təhlilində əsas rol oynayır. M.F.Axundov “Müsyö Jordan və Dərviş 
Məstəli  şah” komediyasında Məstəli  şahın ifadəsi ilə Iran 
ordusunda mövcud olan vəziyyət, özbaşınalıq, qanunsuzluq və s. 
kimi halları  tənqid atəşinə tutur: “Məgər mənim divlərim Iran 
sərbazı idi ki, müftə qulluq edələr.” (23, 59) “Mən Tehranda bir 


 
 
220
yol öz gözüm ilə gördüm ki, Hacı Mirzə  Ağası Topxana 
meydanında Mirvarid topuna baxırdı. Birdən yeddi yüz sərbaz 
onun dövrəsinə çevrəyib başladı  məvacib istəməyə. Haman saat 
Hacı Mirzə Ağası əyilib, ayağından başmağının bir tayını çıxarıb, 
əlinə alıb, beş min yaman ilə, alıcı quş kimi, cumuldu onların 
üstünə. Sərbazlar kəklik sürüsü kimi onun qabağında dağılıb 
qaçdılar. Heç birisini tuta bilməyib, qayıdıb topun yanına gəldi, 
üzün hüzurda duran xanlara tutub xitab eylədi: “Həzarat, 
gördünüz? Belə qorxaq qoşun ilə heç bilmirəm Heratı necə 
alacağam?” (23, 60) 
Şahbaz bəyin isə planı Parisdə müəyyən mənsəbə catdıqdan 
sonra Tiflisdə hökümət işində qulluq etməkdir ki, bunu nişanlısı 
Şərəfnisə xanım da ona məsləhət görür: “Əgər qulluq etmək 
istəyirsən, get Tiflisə, orda qulluq elə.”; “Parisdən qayıdandan 
sonra genə gedib Tiflisdə qulluq edəcəyəm.” (23, 53) Şahbaz 
bəyin Tiflisdə qulluq etməsi arzusunda olması Mirzə  Fətəlinin 
tərcümeyi-halı ilə  sıx bağlıdır: “M.F.Axundov 1836-cı ildə 
dekabr ayında Tiflis qəza məktəbinə Azərbaycan və fars dilləri 
müəllimi təyin olunmuş  və 1840-cı ilin sentyabr ayına qədər bu 
vəzifədə çalışmışdır.” (34, 188)  
“Sərgüzəşti-mərdi-xəsis” komediyasında Naçalnik əsərin so-
nunda Heydər bəyi Sona xanıma zamına verir. Uzun müddət Rusiya 
ilə Dağıstan arasında gedən çəkişmələri M.F.Axundov Heydər 
bəyin ifadəsində toponimik vahiddən üslubi vasitə kimi istifadə 
edərək oxucuya çatdırır: “Naçalnik, mən hazıram ki, bu təqsirimi 
öz qanım ilə Dağıstanda padşahın düşmənlərinin qabağında 
yuyum.” (23, 164)  
Komediyada Təbrizdən qayıdarkən Hacı Qara öz peşələrin-
dən razı olan Tuğ əkinçiləri – iki erməni millətindən olan Arakel 


 
 
221
və Mkrtıç ilə üzbəüz gəlir və onlar özlərini belə  təqdim edirlər: 
“Tuğluyuq, getmişdik çöldə taxılımızı biçirdik, biçib qurtarıb 
evimizə qayıdırıq.” (23, 150) T.Əhmədov “Tuğ” oykoniminin 
mənasını belə izah edir: “Tuğ” Azərbaycan dilində “bayraq” 
deməkdir. (80, 37) A.Donuk isə yazır: “Qədim türk dövlətində 
“sancaq” (yəni “bayraq” – Ə.Mikayılova) “tuğ” kəlməsi ilə ifadə 
olurdu. Sancaq - bayraq sayılmaz, bayraq başqadır. “Tuğ” kəlməsi 
“DLT”də  еyni zamanda… “baş  qəbilə” mənasındadır.” (307, 88) 
Tədqiqatçı A.Z.Ismayılova isə yazır: “Hadrut rayon daxilində 
yerləşən Tuğ  kəndinin adının da etnonimdən yaranması maraq 
doğurur. Qeyd edək ki, kənd öz adını Tuğ dağının adından 
götürmüşdür. Kəndin yaxınlığındakı bu dağın zirvəsində  qədim 
xarabalıqlar vardır. Tuğ  kəndinin  əhalisinin çox hissəsi 
ermənilərdir, lakin mötəbər mənbələrdə ermənilərin oraya 
sonradan gəlib məskunlaşması qeyd edilir. Göstərilir ki, 
qıpçaqların “tuk” tayfasının adından götürülərək Tuğ 
adlandırılmışdır. Bu fakt kəndin ilk sakinlərinin türkdilli 
olduğunu sübut edir.” (126, 155) Qеyd  еtmək lazımdır ki, ХIХ 
əsrdə Quba qəzasında Tuq kəndi,  Şuşa qəzasında Tuq dağı  və 
Tuq kəndi, Zəngəzur qəzasında Tuqyurd dağı (140, 84), həmçinin 
ХХ  əsrdə isə  Хocavənd rayonunda Tuğ dağı, Tuğ yalı, Tuğ 
kəndi, Tovuzda Tuğ Günеyi (176, 160) qеydə alınmışdır. 
XVI-XVII  əsrlərdə Iranda dövlət hakimiyyətinin Qəzvin 
şəhərindən idarə olunması haqqında məlumat verən M.F.Axundov 
həmin dövrdə elm və  mədəniyyət mərkəzini isə Isfahan şəhəri 
hesab edir: “Bir neçə ildən sonra Yusif Sərrac ki, həddi-büluğa 
yetişib, asari-rüşd özündə mülahizə elədi, təhsili-elm üçün 
Isfahana getdi.” (23, 209) Ümumiyyətlə, adətən hər hansı bir 
ölkə, şəhər, rayon ya mədəniyyəti, ya tarixi, ya elmi inkişafı, ya 


 
 
222
hər hansı bir sənət və ya sənaye istehsalı ilə üstündürsə, bu 
sənətkarların diqqətindən kənarda qalmamışdır: “Sənin keçmiş 
şöhrətini biz başqalarından, sənin əzəmətinin indiyə qədər yeganə 
şahidi olan qədim yunan tarixlərindən öyrənirik; çünki 
Yunanıstan sənin möhtərəm, qocaman tarixini qədim dünyanın 
başqa xalqlarına nisbətən daha yaxşı öyrənmişdir.” (26, 49) 
Hər kəsə  məlumdur ki, Şamaxı uzun zaman mədəniyyət və 
ticarət mərkəzi olmuşdur. Buna görə  də Zalxa Tarverdiyə  məhz 
Şamaxıdan gələn tacirlərin mallarını soymağı  məsləhət görür: 
“Düş  Şamaxı yoluna, beş yüz sövdəgər gəlib-gedir, birin, ikisin 
soy, malın gətir.” (23, 75) Hatəmxan ağa isə  qızı  Şərəfnisə 
xanımın toyuna məhz  Şamaxı  rəqqasələrini gətirtmək 
arzusundadır. (23, 40) M.F.Axundovun komediyalarında işlənən 
“Şamaxı” toponimik vahidinin üslubi xüsusiyyətlərindən bəhs 
etməzdən  əvvəl  Şamaxı  şəhərinin tarixi, tutduğu mövqeyi, 
mədəniyyəti, istimai-siyasi vəziyyəti və  nəhayət, toponimin 
yaranması ilə  əlaqədar olan bəzi fikirləri xatırlatmaq məqsə-
dəuyğundur.  Şamaxı Azərbaycanın  ən qədim  şəhərlərindən biri-
dir.  Şəhər uzun əsrlər boyu Şirvanın iqtisadi və siyasi mərkəzi 
olaraq xalqımızın tarixində böyük bir rol oynamış  və  şöhrət 
qazanmışdır. Şamaxı şəhərinin tarixi haqqında ərəb, fars, Avropa 
səyyahları olduqca maraqlı  məlumat verirlər. Bu məlumatların 
içərisində, xüsusilə, IX əsrdən başlayaraq  ərəb tarixçiləri və 
coğrafiya alimlərinin verdikləri məlumat diqqəti cəlb edir. Ərəb 
alimlərindən  Əhməd Bəlazori ibn-Həvqə, Məsudi,  Əstəxri, Yaqut 
Həməvi ibn-Xurdabeh, Əlfakex, ibn-Ələşir və başqaları  Şamaxı 
haqqında maraqlı  məlumatlar vermişlər.  Şamaxı  şəhərinin hansı 
tarixdən salındığı, onun XII əsrə qədərki yeri haqqında əlimizdə 
mükəmməl məlumat yoxdur, lakin şəhərin hələ  ərəb istilasından 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə