ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə54/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   50   51   52   53   54   55   56   57   ...   76

 
 
205
gəlmədirlər. Deməli, toponimin ikinci komponenti “Muğanlı” 
etnovahidi də  yəqin ki, sakinlərin Muğan düzündən köçüb 
gəlmələrinə  işarədir. XIV-XV əsr coğrafiyaşünası bakılı  əbd  ər-
Rəşid  əl-Bakuvinin “Kitabi təlxis  əl-əsər və  əcaib  əl-malik  əl-
qəhhar” əsərində də Muğan haqqında məlumat verilmişdir. (233, 
17) V.A.Nikonov toponimik lüğətdə Muğan toponimini “muq” 
(muğ), yəni “atəştpərəst” sözü ilə bağlayır. (276, 278.) Adətən, 
tədqiqatçılar Muğan toponimini “muğ” və “an” komponentlərinə 
ayırırlar. Lakin bir sıra tədqiqatçıların fikrinə görə, Muğan 
toponimi “öz tərkibində Kaspi dənizi sahillərində yaşamış Muğ 
(muq) tayfasının adını yaşadır.” (150, 363) 
Əlbəttə, M.F.Axundov Qarabağ vilayətinin Təklə-Muğanlı 
qışlağının  əvəzinə başqa toponimik vahidlərdən üslubi vasitə 
kimi istifadə edə bilərdi, lakin Fransanın, Parisin əvəzinə heç bir 
toponimik vahiddən üslubi vasitə kimi istifadə edə bilməzdi. Bu 
da  ədibin yaşadığı dövrdə Fransanın və Parisin mədəniyyətin 
inkişaf mərkəzi olması ilə əlaqədardır, buna görə də Şahbaz bəy 
məhz fransız dilini öyrənməyə cəhd göstərir. Qеyd еtmək olar ki
müasir dövrümüzə uyğun olaraq XIX əsrdə  də Parisin dəbin, 
modanın “beşiyi”, vətəni olduğunu toponimik vahidin üslubi 
хüsusiyyətləri  əsasında bilmək çox maraqlıdır: “Müsyö Jordan 
kitablarını açıb baxanda gözü bunlara sataşdı, çıxardı, mənə 
verdi, apar adaxlına göstər və dedi ki, bu il Parisin qızları  və 
gəlinləri belə paltar geyirlər. Keçən il ayrı tövr paltarları var idi. 
Gələn il bir özgə qayda ilə paltar geyəcəklər. Hər il Parisdə libas 
geymək sayağı dəyişilir.” (23, 52) N.Vəzirov M.F.Axundovun bu 
fikri ilə razıdır, çünki Bayraməli bəy (“Ev tərbiyəsinin bir şəkli”) 
də  oğlu Səfdərqulunun təhsil alması üçün Parisə getməsi 


 
 
206
arzusunda olur: “Əgər mən oxusaydım, məni Parisə göndərmək 
istəyirdi.” (224, 28) 
“Mürafiə  vəkillərinin hekayəti” komediyasında isə hadisə-
lərin cərəyan etdiyi yer Cənubi Azərbaycandır. M.F. Aхundov 
komеdiyanın rеmarkasında hadisələrin "şəhri-Təbrizdə" baş 
vеrdiyini yazır. Tədqiqatlarda göstərilir ki, komediyada mürafiə 
işləri tipik şəraitdə, tipik hadisə kimi göstərildiyinə görə, 
hadisələrin Təbrizdə  və ya Tiflisdə  cərəyan etməsinə müəllif o 
qədər də  əhəmiyyət verməmişdir; hətta bir nüsxədə hadisələrin 
Tiflisdə baş verdiyi qeyd olunmuşdur. (34, 240) Lakin kome-
diyanın süjeti, mövzusu, obrazları  səciyyələndirən  əsas cəhətlər, 
hətta onlara verilən adlar, titullar hadisələrin cərəyan etdiyi 
məkanın məhz Təbriz olması fikrinin daha uyğun olmasına 
gətirib çıxarır.  
“Mürafiə  vəkillərinin hekayəti” komediyasında isə hadisə-
lərin Şimali Azərbaycanda deyil, məhz Cənubi Azərbaycanda baş 
verməsi çar senzurasının təqibləri ilə bağlıdır. Qafqaz cani-
şinliyində məsul vəzifədə çalışan M.F.Axundov məhkəmələri və 
məmurların eyiblərini açıq tənqid edə bilməzdi, bu isə  əsərin 
yazılmasının əsas səbəbi olmuşdur. Ona görə də müəllif yеnə də 
toponimə üslubi cəhətdən müraciət еdərək hadisələrin baş verdiyi 
məkanın məhz Təbriz olmasını göstərmişdir.  
Tarixi mənbələrdən məlumdur ki, Təbriz Azərbaycanın  ən 
qədim  şəhərlərindən biridir. Təbrizlə bağlı belə bir rəvayət var: 
“Harunərrşidin arvadı Zübeydə xatun bin-Əbucəfər Mənsur, uzun 
sürən qızdırma xəstəliyinə mübtəla idi. O, ab-havasının lətafəti ilə 
məşhur olan Təbrizdə bundan səhhət tapdı. Buna görə, hicri 175-
ci (=792) ildə, bu şəhəri yenidən bina etdirib adını da Təbriz 
qoydu.” (44, 60) Digər bir mənbədə isə yazılmışdır: “Təbriz 


 
 
207
(Tavriz) – tarixdən məlum olan türk mənşəli bir tayfanın adıdır.” 
(226, 83) Tariхi mənbələrdən məlumdur ki, ərəb xilafəti 
zəiflədiyi dövrdə yaranmış Azərbaycan dövlətlərindən biri olan 
Rəvvadilər dövlətlərinin paytaxtı  Təbriz idi. Atabəy  Şəmsəddin 
Eldəniz və onun oğlanları dövründə Təbriz şəhəri çox böyüdü və 
bu zaman Təbriz qüdrətli Azərbaycan dövləti olan Atabəylər 
dövlətinin paytaxtı oldu. Dərbənddən Iran körfəzi sahillərinə  və 
Şərqdən Avropaya gedən dünya karvan yolları  Təbrizdə 
qovuşurdu. Buna görə  də  Təbriz o dövrdə Asiya ilə Avropa 
arasında çox mühüm ticarət  şəhəri idi. Təbriz  şəhərinin bu 
mövqeyi Rusiya və Iranı maraqlandırmaya bilməzdi, lakin bu 
maraq yalnız Təbrizin üzərində deyil, bütün Azərbaycan 
torpağının zəbt olunmasına gətirib çıxarırdı. 1804-cü ildə Rusiya 
ilə Iran arasında başlanmış müharibə 1813-cü ilin oktyabrın 12-də 
Qarabağın Gülüstan kəndində bağlanmış müqavilə ilə nəticələndi. 
Bu müqavilənin  şərtinə  əsasən, Naxçıvan və Irəvan xanlıqları 
Ordubad mahalından başqa, Araz çayından  şimaldakı bütün 
Azərbaycan torpaqları Rusiya imperiyasına qatıldı. Azərbaycanın 
Araz çayından kənardakı cənubdakı torpaqları isə Iranın ərazisinə 
qatılmışdır. Lakin Gülüstan müqaviləsindən sonra Rusiya və Iran 
yeni torpaqlar qəsb etmək məqsədi ilə 1826-cı ildə ikinci 
müharibəyə başladı. Iran şahı müharibəni uduzduğunu görüb 
1828-ci ilin fevralında Azərbaycanın Türkmənçay kəndində yeni 
bir müqavilə imzaladı. Onlar razılaşdılar ki, Azərbaycanın Qrdubad 
mahalı, Irəvan və Naxçıvan xanlığı da Rusiyanın  ərazisinə 
qatılsın. Beləliklə, Azərbaycanın Araz çayından şimaldakı bütün 
torpaqları Rusiyaya, Arazdan cənubdakı bütün torpaqları isə 
Iranın ərazisinə keçdi.  


 
 
208
Vətəninin zülm altında olduğunu görən, bütün ömrü boyu 
xalqına xidmət edən M.F.Axundov, demək olar ki, bütün 
əsərlərində bu tarixi hadisəni anlatmağa çalışmış, Iranın  ərazi-
sinin böyük bir hissəsinin Azərbaycan  ərazisi olduğunu üs-
tüörtülü  şəkildə qeyd etmişdir. Buna görə  də onun bədii dilində 
mövcud olan toponimlər Cənubi Azərbaycanla, Iranla sıx 
bağlıdır. Rusiya ilə Iran arasında bağlanmış  hər iki müqavilənin 
şərtlərinə  əsasən Iranla Azərbaycanın sərhəd xətti bu günə kimi 
Araz çayı olmaqdadır və bu sərhəd xəttini keçib doğma 
Vətənimizin bir hissəsi olan Cənubi Azərbaycana – Təbrizə 
getmək üçün mütləq etibarlı  sənədlər olmalıdır. Sərhəd xəttini 
keçərək qaçaq mal gətirməyə gedən Hacı Qara Kərəməlini də özü 
ilə aparmaq istəyir, lakin artıq Kərəməli bir dəfə biletsiz Salyana 
getmişdir. O zaman çar üsuli-idarəsinin işçiləri onu elə 
cəzalandırmışdılar ki, Kərəməli bir daha qanunu pozmaq istəmir, 
buna görə də Araz çayını keçmək üçün mütləq lazımi sənədləri – 
“başburt” tələb edir. M.F.Axundov “Müsyö Jordan və  Dərviş 
Məstəli  şah” komediyasında Məstəli  şahın ifadəsi ilə Irəvan 
xanlığının Azərbaycan torpağı olması, ora istənilən vaxt sərbəst 
gedib-gəlməyin sənədsiz də mümkün olduğunu oxucularına 
çatdırır: “On il bundan irəli Araz qırağına gəlmişdim, istəyirdim 
ki, Naxçıvan və  Şərur mahallarının qabağından keçib Irəvana 
gedəydim.” (23, 56) 
Х1Х  əsrin ikinci yarısında  ədəbi dilin bədii üslubunda 
"Irəvan" toponiminə rast gəldiyimiz üçün qеyd  еtmək lazımdır 
ki, Irəvan xanlığı 18-ci yüzilliyin ikinci yarısında yaranmışdır və 
xanlığın ərazisinə Azərbaycanın qərb torpaqları: Xanlıq, Qırxbulaq, 
Zəngibasar, Vedibasar, Sardarabad, Göyçə, Dərəçiçək və s. mahallar 
daxil idi. Xanlığın paytaxtı da Rəvan  şəhəri idi. Rəvayətə görə, 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə