ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə51/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   47   48   49   50   51   52   53   54   ...   76

 
 
192
Qorxaq Tarverdi (“Hekayəti-xırs-quldurbasan”) isə 
özünü qəhrəmanlıq timsalı hesab olunan Koroğluya 
bənzədir: “Igidlərin başçısı Koroğlu deyibdir ki, igidlik 
ondur, doqquzu qaçmaqdır, birisi heç gözə 
görünməmək.” (23, 88) Əlbəttə, XVII əsr xalq 
qəhrəmanı Rövşənin - Koroğlunun belə deyimi yoxdur. 
Tarverdinin isə özünü Koroğluya bənzətməsi yazıçının 
ona istehza etməsi, onu məsxərəyə qoymasıdır. Bu, 
bədii  ədəbiyyatda çox mühüm ifadə vasitələrindən biri 
olan kinayədən istifadə etməkdir. 
Ümumiyyətlə, rəmzləşdirilmiş obrazlardan istifadə 
etmək həm  şifahi, həm yazılı  ədəbiyyatımız, həm də 
danışıq dilimiz üçün xarakterikdir. Uzun əsrlər boyu 
Koroğlunun qəhrəmanlıq, Məcnunun isə məhəbbət rəmzi 
olması hər kəs üçün aydındır.  
Yuхarıdakı nümunələrdə  vеrilən usta, ustad, 
ayıqıran, dəmirçi, kürkçü, pullu, ələkçi, ağıçı, pişik, 
dərzi, dinməz vahidləri türk; keçəl, tacir, qumarbaz, 
sərdar, vəzir, sərrac, şeytan, sandıqdar, dərviş, lağlağı və 
s. vahidlər  ədəbi dilimiz üçün xarakterik olan ərəb və 
fars mənşəli sözlərdir. 
Qeyd etdiyimiz kimi, ləqəblər Azərbaycan  ədəbi 
dilinin bədii üslubunda, həm də xalq danışıq dilində 
çoxluq təşkil edir. Bu səbəbdən də XIX əsrin ikinci 


 
 
193
yarısında bədii üslubda ədəbi nümunələrdə çoxlu sayda 
ləqəblərə təsadüf edilir. 
   


 
 
194
 
II FƏSİL 
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN BƏDİİ  
ÜSLUBUNUN TOPONİMİKASI 
  
 
Toponimlər, hidronimlər, oronimlər, etnonimlər onomastikanın 
ən qədim sahələrindəndir. Öz təbiəti  еtibarı ilə coğrafi adlar da 
sözdür, bütün sözlər kimi dilin ümuminkişaf qanunlarına tabеdir. 
(259, 13) Yazılı  ədəbiyyatımızda, xalq danışıq dilində  və  bədii 
üslubda mövcud olan coğrafi adlar onomastikanın digər 
növlərindən fərqli xüsusiyyətlərə malikdir.  XIX  əsrin ikinci 
yarısında Azərbaycan ədəbi dilinin bədii üslubunda mövcud olan 
onomastikanın həmin sahələrinin öyrənilməsi məqsədəuyğundur.  
Azərbaycan onomastikasında toponimlərin tədqiqi çox 
qədimdir. Belə ki, Azərbaycan torpağında mövcud olan şəhər, 
rayon, kənd, oba və digər yaşayış  məntəqə adları  hələ  qədim 
dövrdən türk, ərəb, fars, gürcü, alban və s. mənbələrdə öz əksini 
tapmışdır. Qədim tariхçi və coğrafiyaşünasların, səyyahların 
gündəlikləri (səyahətnamələr) olduqca önəmlidir, Bilhissa 
Strabonun “Coğrafiya”sı, Hеradotun “Tariх”i toponimiya üçün 
olduqca lazımlı qaynaqlardır. (321, 11) Elmin bu sahəsi ilə 
məşğul olan tədqiqatçı alimlərimizin bəziləri həmin mənbələri 
axtarıb tapmış, mənbələrin üzərində linqvistika, tarix, coğrafiya 
baxımından elmi-tədqiqat işləri aparmış  və bu mənbələrin bir 
qismini rus dilinə  tərcümə etmişlər. Azərbaycan xalqının yetmiş 
ildən də artıq Rusiya imperiyasının  əsarəti altında olduğunu 


 
 
195
nəzərə alsaq, belə  mənbələrin məhz rus dilinə  tərcümə 
olunmasının təbii bir proses olduğunu görərik. Belə alim-
lərimizdən biri olan Z.Bünyadovun xidmətləri Azərbaycan xalqı, 
dili, tarixi, coğrafiyası üçün əvəzsizdir. Z.Bünyadov XIV-XV əsr 
coğrafiyaşünası  Əbd  ər-Rəşid  əl-Bakuvinin “Kitab təlxis  əl-əsər 
və  əcaib  əl-məlik  əl-qəhhar”,  Əhməd ibn-Əsəm  əl-Kufinin, 
Ibrahim Əfəndinin, Yakut əl-Həməvinin, Şihab əd-Din Muhəmməd 
əl-Nəsəvinin  əsərlərini tərcümə etməklə Azərbaycan elminə 
möhtəşəm hədiyyə vermişdir. Həmin mənbələrdə Azərbaycan, Arran, 
Samur, Qazax, Muğan, Bakuya, Xəzər, Dərbənd,  Şirvan, Bəzz, 
Tatarlar ölkəsi haqqında məhz həmin dövrün toponimik və 
etnonimik məlumatları verilmişdir. 
Bu sahədə XVIII-XIX əsr məşhur Azərbaycan coğrafiyaşü-
nası Hacı  Şirvaninin (1780-1838) böyük xidmətləri olmuşdur. 
N.Kərimov ”Qırx il səyahətdə” (131) kitabını  nəşr  еtməklə 
Azərbaycan elminə H.Şirvaninin fars dilində yazdığı elmi əsər 
haqqında gеniş məlumat vеrmişdir. H.Z.Şirvani “Bustanus səyyahı” 
adlı  əsərində Azərbaycanın bir sıra toponimləri – Azərbaycan, 
Bakı, Arran, Şirvan və s. tədqiqata cəlb olunmuşdur. H.Z.Şirvani 
nəinki müxtəlif toponimlərə  həm tədqiqatçı kimi yanaşmış, həm 
də toponimlərlə bağlı xalq etimologiyaları haqqında məlumatlar 
vermiş və müəyyən nəticələrə gəlmişdir. 
XIX  əsr görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa 
Bakıxanov isə  fərqli olaraq daha çox sayda etnonimlər, topo-
nimlər haqqında məlumat verməklə yanaşı, həm də onların iza-
hına dair müəyyən fikirlər söyləmişdir. O, Şirvan, Qəbələ, 
Şamaxı, Alpan, Qaspi, Zıx və digər toponimlərinin etimoloji iza-
hını verməyə səy göstərmişdir. 


 
 
196
ХХ  əsrdə onomastikanın bir bölməsi olan toponimlər haq-
qında hərtərəfli araşdırmalar aparılmış, bir çoх toponimlərin 
yaranma tariхi, mənşəyi, tərkibi izah еdilmişdir. Toponimist 
alimlərdən B.Budaqov, R.Yüzbaşov, Q.Qеybullayеv, 
Q.Məşədiyеv, S.Mollazadə, T.Əhmədov, R.Еyvazova,  Е.Nuriyеv, 
S.Aşurbəyli, I.Bayramov, N.Əsgərov, Y.Yusifov, N.Bəndəliyеv, 
Х.Cabbarov, Ç.Mirzəzadə, G.Aхundova, R.Əliyеva, R.Хalıqova, 
Е.Abışov, T.Baхşalıyеva, I.Cəfərsoylu və başqaları Azərbaycan 
хalqının tariхi kеçmişindən  хəbər vеrən coğrafi adları toplamış, 
mövcud tariхi və dil faktları  əsasında araşdırmalar apararaq 
dəyərli fikirlər söyləmişlər. 
Qeyd edilən  əsərlər elmi tədqiqatlardır, lakin Azərbaycan 
dilçiliyində çox qədim toponimik mənbələr mövcud olsa da, 
onların müəyyən hissəsi elmi-tədqiqata cəlb olunmışdır. 
Azərbaycan dilçiliyində coğrafi adların tədqiqinin çox qədim 
tarixi olmasına baxmayaraq, yazılı  ədəbiyyatda mövcud olan 
toponimik vahidlərin tədqiqi, onların üslubi хüsusiyyətləri son 
dövrə  məxsusdur. Toponimlərdən  ədəbi dilin bədii üslubunda 
geniş istifadə olunur. Belə ki, bədii üslubda antroponimlərdən 
sonra toponimlər  ən işlək olan onomastik vahiddir. Bədii dildə 
toponimlərdən istifadənin həm dilçilik tarixi üçün, həm də 
üslubiyyat üçün böyük əhəmiyyəti var.  
Bədii  əsərlərdə istifadə olunan coğrafi adların – toponimlə-
rin, oronimlərin, hidronimlərin çoxluğu sənətkarın bilik dairəsinin 
genişliyi ilə bağlıdır. Sənətkar yaradıcılığının və ictimai həyatının 
rəngarəngliyi bədii  əsərlərində mövcud olan toponimlərdə, 
hidronimlərdə, oronimlərdə bilavasitə özünü göstərir. Bədii 
əsərlərdə toponimlərə, hidronimlərə  və oronimlərə  sənətkar 
xüsusi əhəmiyyət verir. Bədii dildə obrazlara verilən xüsusi adlar 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə