ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə47/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   43   44   45   46   47   48   49   50   ...   76

 
 
176
evindən çıxarır.  Əsərdə hadisələrin gedişindən məlum olur ki
yalançı falçılara – Falçı Qurbanlara, Məstəli  şahlara nəinki 
qadınlar, həm də kişilər inanmış, etibar etmişlər. 
Güman etmək olar ki, M.F.Axundov antroponimdən üslubi 
cəhətdən istifadə edərək belə falçıların qurbanlarının mühitin, 
dövrün böyük bir hissəsi olduğunu oxucuya çatdırmaq istəmişdir.  
Ağa Kərim Dəllalbaşı (“Mürafiə  vəkillərinin hekayəti”) – 
“Məlum ola ki, mənə Ağa Kərim Dəllalbaşı deyirlər.” (23, 174) 
M.F.Axundov Ağa Kərimə “Dəllalbaşı” ləqəbini verməklə 
personajın çoxbilmiş, aferist olmasına işarə edir. 
Həpo Qumarbaz (“Mürafiə  vəkillərinin hekayəti”) – “Bu 
Həpo Qumarbazdır ki, dünən  Ərdəbildən gəlibdir.” (23, 187) 
Əslində qumarbazlıq tipin peşəsi deyil, aludə olduğu oyundur ki, 
həmin oyun vasitəsi ilə o, öz maaliyyə xərclərini ödəyir.  
Ağa Həsən Tacir (“Mürafiə  vəkillərinin hekayəti”) – “Dünən 
Ağa Həsən Tacir məlikütüccərın və  kəndxudanın və Molla 
Bağırın arvadını bibinin yanına elçi göndərib səni xastkarlıq 
edibdir.” (23, 168) “Tacir” ləqəbindən istifadə edərək yazıçı 
Səkinə xanımın öz sevgisi naminə ictimai mənşəcə yüksək olan 
bir nəfərə rədd cavabı verməsini göstərir. 
Xacəbaşı Xacə Mübarək (“Aldanmış kəvakib”) – “Şah Abbas 
günortadan üç saat keçmiş qəsrdə öz məhbubəsi Səlma xatun ilə 
oturub söhbətə məşğul idi ki, Xacəbaşı Xacə Mübarək içəri girib, 
kürnuş edib ərz elədi.” (23, 201) 
Minəccimbaşı Mirzə  Sədrəddin (“Aldanmış  kəvakib”) – 
“Münəccimbaşı Mirzə  Sədrəddin qibleyi-aləmin ziyarətinə 
müşərrəf olmaq istəyir. ” (23, 201) 


 
 
177
Vəzir Mirzə Möhsün (“Aldanmış  kəvakib”) – “Bir dəqiqə 
sükutdan sonra Vəzir Mirzə Möhsün başladı danışmağa.” (23, 
202) 
Sərdar Zaman xan (“Aldanmış  kəvakib”) – “Sərdar Zaman 
xan əgərçi əhli-şəmşir idi, amma çox rəqiqülqəlb adam idi.” (23, 
206)  
Xacəbaşı, münəccimbaşı, vəzir, sərdar XIX əsrin sonu XX 
əsrin  əvvəllərinə kimi Azərbaycanda mövcud olan ictimai 
quruluşa mənsub olan vəzifə adlarıdır. Xacə  ərəb dilində “yiyə, 
sahib, hərəmağası” (94, 192); münəccim “yalançı astronom” (94, 
130); vəzir “şahın ən yaxın köməkçisi” (94, 31); sərdar isə fars dilində 
“başçı, komandan” (94, 162) deməkdir. M.F.Axundov dövrü 
üçün xarakterik olan bu sözlər – xacəbaşı, münəccimbaşı  ərəb-
türk, vəzir ərəb, sərdar isə fars mənşəlidir.  
Yusif Sərrac (“Aldanmış kəvakib”) – “Bu şəhri-Qəzvində bir 
nəfər nabəkar peyda olubdur ki, cəmi ruyi-zəmində ondan 
mücrimtər və  qətlə müstəhəq bir kimsənə tapılmaz; adına Yusif 
Sərrac deyirlər.” (23, 208) Sərrac  ərəb dilində “qoşqu  şeyləri 
(yəhər və s.) qayıran usta” dеməkdir. 
Əsərdə  əvvəl Yusif Sərrac kimi, sonra isə Yusif şah kimi 
tanıdığımız bu obraz Kərbəlayi Səlim adlı bir kəndlinin oğludur. 
O, Qəzvində anadan olmuş, orada da dini təhsil almışdır. 
Təhsilini davam etdirmək üçün Isfahana gedən Yusif orada 
görkəmli alimlərin məclisində  iştirak etmiş  və mollalıqdan 
xoşlanmadığı üçün bu zümrəyə daxil olmaqdan əl çəkmişdir. O, 
qırx yaşında ikən sərraclıq sənətini öyrənərək Qəzvinə qayıdır və 
dükan açıb ailəsini saxlayır. Dükanda oturub at cilovunu tikərkən 
böyük dəbdəbə ilə hökümət adamları zahir olur, ona şahanə əlbisə 


 
 
178
geyindirib saraya gətirir, başına tac qoyaraq şah elan edirlər. 
Beləliklə, Yusif Sərrac Yusif şaha çevrilir.   
 
Nalbənd Paqos (“Adı var, özü yox”) – “Işə bax ki, Nalbənd 
Paqos da yeddi manat pul istəyir.” (224, 87) Nalbənd fars mənşəli 
söz olub, birinci komponenti “atın ayağına vurulan dəmir”, ikinci 
komponenti isə “sədd, buxov, bağlama, azadlıqdan məhrum 
etmə” mənalarında işlənir. 
Dərzi Arakel (“Ev tərbiyəsinin bir şəkli”) – “Dərzi Arakelin 
oğlu bu gün sabah həkim gəlir.” (224, 33) 
Dəllək Qənbər (“Adı var, özü yox”) – “Ondan bəri Dəllək 
Qənbərin oğlu ilə yava-yava gəzir.” (224, 90) 
Dəllək Imamverdinin oğlu (“Dağılan tifaq”) – “Dəllək 
Imamverdinin oğlu Kərim bunu çox girləyirdi.” (108, 132) 
Çörəkçi Qulunun uşaqları (“Dağılan tifaq”) – “Məni tovlayan 
Çörəkçi Qulunun uşaqları oldu.” (108, 133) 
Papaqçı Məşədi Rəhim (“Adı var, özü yox”) - “Görüm, aga, 
Papaqçı Məşədi Rəhimdən ala bilərəmmi?” (224, 90) 
Pinəçi Kazım (“Yağışdan çıxdıq, yağmura düşdük”) –Adətən, 
yazıçı  bədii  əsərdə  ləqəbdən istifadə edərək obrazın ictimai 
mənşəyini göstərir. Dilbər xanım on altı yaşında olan qulluqçu 
Yetərə aşiq olan Hacı Qənbəri çox da “özündən razı olmamağa” 
çağırır, yəni ləqəbdən istifadə edərək onun ictimai mənşəyini 
yadına salır. 
Əzim bəy Pişxidmətbaşı (“Aldanmış kəvakib”) – “Əzim bəy 
Pişxidmətbaşı cavab verdi ki, biz sizin kəminə nökərləriniz.” (23, 
215) 
Sandıqdar Ağa Həsən (“Aldanmış  kəvakib”) – “Açarı 
Sandıqdar Ağa Həsəndədir.” (23, 217) 


 
 
179
Aşıq Vəli (“Yağışdan çıxdıq, yağmura düşdük”) – “Adımı 
soruşsuz, Aşıq Vəliyəm, Axtarmayın ağıllı, ya dəliyəm.” (224, 
106) Bu iki misra ilə dramaturq obrazın adını, sənətini, sənəti ilə 
bağlı istedadını (Vəliyəm, dəliyəm – sözləri qafiyələnmişdir), 
həm də sənəti ilə bağlı olan ləqəbini oхucuya çatdırır.  
Dəyirmançı  Qıdı (“Yağışdan çıxdıq, yağmura düşdük”) 
N.Vəzirov “əhli-məclisdə” həmin obraz haqqında belə  məlumat 
verir: “Dəyirmançı  Qıdı - kirvə, gödək, qoca kişi, üzü qırxıq, 
uzun sallamabığ.” (224, 93)  
Ağıçı  Bədircahan – “Zəmanə ki, o həm həkimlik bilir, həm 
ağıçıdır, həm mamaça.” (224, 57) Hekayədə  Bədircahanın üç 
sənətinin olması göstərilsə  də, obrazın ləqəbinin “ağıçı” olması 
heç də  təsadüfü deyil. Bu ləqəb obrazın ağıçılıqla bağlı olan 
həyatının qələmə alınması ilə əlaqədardır. Yazıçı hekayənin digər 
bir hissəsində Bədircahanın daha bir ləqəbi olmasını da qeyd edir: 
“Bədircahan xalaya deyən olmadı ki, sənin özünün ləqəbin nədir? 
Yaxşı ki, olmadı,  əgər olsaydı, savaşardı.” (224, 259) Obrazın 
ləqəbə belə münasibəti onun mənfi xüsusiyyətləri ilə bağlıdır. 
Baqqal Məhəmmədcəfər (“Ağıçı”) – “Bazara gedən Baqqal 
Məhəmmədcəfər cavab verdi ki, bilmir mərhum olan kimdir.” 
(224, 259) 
Hacı Nuru Şair (“Hekayəti-Molla Ibrahimxəlil Kimyagər”) – 
Dramaturq komediyada mənfi obrazları Hacı Nuru şair ilə 
qarşılaşdırır və onları Hacı Nuru Şairin dili ilə tənqid atəşinə tutur. 
Hacı Nurunun şairliyini isə “avar ləzgisinin altmış il bundan 
əqdəm Xanbutayın sərkərdəliyi ilə Nuxunu gəlib çapdığını nəzm 
etməklə” sübut edir. 
Şair Həsən (“Bəxtsiz cavan”) – “Bizim kənddə keçmişdə bir 
Şair Həsən var idi, o deyərdi: qəlyan, əl yan, mal yan, can yan.” 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə