172
deyirdi ki, tikdirdiyiniz komalar yaramaz. Gərək ayrı komalar
tikəsiniz. Beş dənə də müsəlmanca yazılmış kitab verdi ki,
bunları oxuyun, burada barama saxlamaq qaydası yazılıb. Biz də,
başına dönüm, bisavad adamıq, kitabdan nə baş açacaq idik? Mən
o kitabın birini apardım mollaya verdim oxusun, o da, deyəsən,
bir şey başa düşmədi. Kitabı o yan-bu yana vərəqlədi, dedi: “boş
şeydir, ata-baba qaydanızla barama saxlayın. Az-çoxluğu bağlıdır
Allahın tövfiqinə, ürəyiniz düz olsa, biyabanda da barama
saxlayıb məhsul götürə bilərsiniz.” (108, 155) Göründüyü kimi,
kəndlilər də, kəndin mollası da fiziki cəhətdən tam sağlamdırlar,
lakin heç biri barama saxlamaq qaydasını izah еdən kitabı oxuyub
özləri üçün bir nəticə çıxarmağı bacarmırlar. Lakin onların
qonşuluğunda fiziki cəhətdən qüsurlu olan bir nəfər var: adına
Kor Minas deyirlər. Kəndlilər onun haqqında belə söyləyirlər:
“Onun işi ecazdır, ecaz! Budur neçə ildlr bir ev tikdirib, orada
barama saxlayır. Bir il eşitməmişəm ki, onun qurdları tələf olsun.
Mən soruşdum, deyir ki, kitab üzü ilə saxlayıram.” (108, 155)
Minas isə fiziki cəhətdən qüsurlu olmasına baxmayaraq, kitabda
yazılmış qaydalara əsasən barama qurdlarını saxlayır və bol
məhsul götürür. Deməli, əslində kəndin mollası və kəndlilər
“kor” – yəni öz xeyirlərini bilməyənlər, Minas isə zəmanəsinə
görə daha gözü açıqdır.
Insanın zahiri görünüşü, fiziki qüsuru ilə bağlı olaraq yaranan
ləqəblər daha çox mənfi xüsusiyyət daşıyır. Belə mənfi
xüsusiyyətli ləqəblər vasitəsilə bir obrazın ifadəsi ilə digər
obrazın şəxsiyyəti alçaldılır və təhqir olunur.
2. Obrazın doğulduğu, yaşadığı yeri, bəzən isə müəyyən bir
təsadüf nəticəsində getdiyi yeri, mənsub olduğu xalqı ifadə edən
ləqəblər.
173
Bu cür ləqəblərin eyni formalı təxəllüsdən fərqi ondadır ki,
onlar şəxs adından əvvəl gəlir, təxəllüslər isə şəxs adından sonra
işlənir. Məsələn; Zərdablı Qurban bəy (“Hekayəti-Müsyö Jordan
və Dərviş Məstəli şah”) – “Israğagün aşnası Zərdablı Qurban
bəyə kağız yazırdı ki, Şamaxı cəngilərinin vədəsini alsın.” (23,
40.)
Şirazlı Mirzə Nağı (“Aldanmış kəvakib”) – “Hanı Şirazlı
Mirzə Nağının əmlakı ?” (23, 219)
Damqanlı Cəfər (“Aldanmış kəvakib”) – “Hanı Damqanlı
Cəfər xanın kürurları?” (23, 219)
Muğanlı Sərfəli kişi (“Hekayəti–Müsyö Jordan və Dərviş
Məstəli şah”) – “Muğanlı Sərfəli kişini sevglisinə qovuşdurma-
dımı?”(23, 151)
Nemsə Fok (“ Hekayəti – xırs quldurbasan”) – “Lazımdır ki,
Nemsə Fok özü də hazır olsun.” (14, 93)
Qurbanəli Həmədanlı (“Mürafiə vəkillərinin hekayəti”) –
“Bu da Qurbanəli Həmadanlıdır ki, gecə hər iş əlindən gəlir.”(23,
187)
Qəzvinli Şeyda (“Mürafiə vəkillərinin hekayəti”) – “Bu da
Qəzvinli Şeydadır ki, gündüz sərraflıq edər, gecə əyyarlıq.” (23,
187)
Marağalı Hənifə (“Mürafiə vəkillərinin hekayəti”) – “Bu da
Marağalı Hənifədir ki, gündüz qoltuqfüruşluq edər, gecələr
mənim yanımda olur.” (23,287)
Kürd Ələkbər (“Sonrakı peşmançılıq fayda verməz”) - ləqəb
etnonimdən yaranmışdır. Əsərdə Kürd Ələkbər Salman bəyin
nökəridir. M.F.Minorski kürdlərin qədim dövrlərdə Atropaten
ərazilərində məskunlaşdığını, Strabon isə onların kirtlər kimi
tanındıqlarını qeyd etmişlər. (251, 183) Folklorumuzda “kürd”lə
174
bağlı ləqəblərə tez-tez rast gəlmək olar. “Koroğlu” dastanında
Kürdoğlu, Kürd Musa, “Qaçaq Nəbi”də Kürd Əli surətləri vardır.
Astarabadlı Mirzə Mehdi (“Kəmalüddövlə məktubları”) –
Nadir şahın hakimiyyəti, etdiyi müharibələr və onun qələbələri
haqqında məlumatı görkəmli Iran alimi, ədibi, siyasi xadimi,
Nadir şahın katibi və vəziri Astarabadlı Mirzə Mehdi vermişdir.
Kəmalüddövlə Iran tarixini yazıya köçürərkən lazımsız
ibarələrdən istifadə edən Mirzə Mehdini tənqid edir: “Astarabadlı
Mirzə Mehdi bu sirrin hikmətini və Nadirin zehnini və əqlinin
şərafətini əsla dərk etməyib, fəqət özünün zəhlətökən ibarələri ilə
oxucunu məşğul edir.” (26, 67)
3. Obrazın sənətini, peşəsini vəzifəsini ifadə edən ləqəblər:
Molla Ibrahimxəlil Kimyagər (“Hekayəti-Molla Ibrahimxəlil
Kimyagər”) – M.F.Axundov komediyanın birinci məclisində
ləqəbin verilmə səbəbi haqqında məlumat verir: “Kəldəkli Molla
Ibrahimxəlil, deyirlər ki, Tiflisə gedib, rüsxət alıb, gəlib Xaçmaz
dağlarında çadır qurub, kimya qayırır. Məsələn, bir zad dürüst
edibdir ki, adına iksir deyirlər. Bir misqal ondan bir batman misə
vurur, xalis gümüş olur.” (23, 24) Bu iksir nədir? Bu iksirin gücü,
qüvvəsi nədədir ki, “ondan bir misqal bir batman misə vurmaqla”
böyük var-dövlət sahibi olmaq olar? Əgər bu “iksirin belə
qüvvəsi” varsa, nə üçün Molla Ibrahimxəlil özü düzəltdiyi
gümüşdən istifadə etmir, həmin gümüşü yenidən müxtəlif
təbəqədən olan insanlara satır? Bu suallar Hacı Kərimi, Ağa
Zamanı, Molla Salmanı, Şeyx Salahı düşündürmür. Onları yalnız
“kimya qayırma”da son nəticə - gümüş maraqlandırır. Bu da bir
tərəfdən onların var-dövlətə hərisliyi, digər tərəfdən isə onların
avamlığı, cahilliyi ilə bağlıdır. Təəssüf ki, bu cahillik, avamlıq,
dar düşüncə yalnız Hacı Kərimə, Ağa Zamana, Molla Salmana,
175
Məşədi Cabbara, Şeyx Salaha, Səfər bəyə məxsus olan tipik
cəhətlər deyil, bütövlükdə XIX əsr Azərbaycan xalqının böyük
bir hissəsinə aid olan səciyyəvi xüsusiyyətlərdir.
Personajların hərəsi bir sənət sahibidirlər və onların sənət-
lərinə uyğun olaraq ləqəb verilmişdir – Hacı Kərim Zərgər, Ağa
Zaman Həkim, Məşədi Cabbar Tacir, Səfər bəy Mülkədar
bütövlükdə XIX əsr Azərbaycanın tipik burjua nümayəndələridir.
Onları bir məqsəd – asan yolla pul qazanmaq məqsədi birləşdirir.
Bu obrazlar öz sənət və peşələrinin gətirdikləri qazancla
yaşamağı bacarmırlar. Personajların cəmiyyətdə tutduqları mövqe
Hacı Nurunun dili ilə ifşa olunur – Hacı Kərim Zərgər qızıl və
gümüş oğrusudur, həkimlik sənətindən xəbəri olmayan Ağa
Zaman “bir qəbirstanlıq adam qırmışdır”, Səfər bəy Mülkədar isə
əkin-biçinlə məşğul olmur. Müəllif ləqəblərdən istifadə edərək
maddi durumu aşağı olan bu obrazların mənşəcə yüksək bir
təbəqəyə mənsub olduğunu göstərir. Bеlə ki, obrazların hər biri
müəyyən bir sənət sahibi olsalar da, ailələrini öz sənətlərinin
hеsabına dolandırmağı bacarmırlar.
Falçı Qurban (“Sərgüzəşti–vəziri–xani–Lənkəran”) –
“Getmişdim Falçı Qurbana dua yazdırmağa ki, allah sənə qızım
Şölə xanımdan bir oğlan kəramət eləsin.” (23, 121) “Falçı
Qurban” antroponimi M.F.Axundovun digər əsərlərindən bizə
tanış olan yalançı Kimyagər Molla Ibrahimxəlili və
Cadugər Məstəli şahı əvəz edir. Belə insanlar XIX əsrdə feodal-
patriarxal münasibətlərin mövcud olduğu bütün dövrlərdə insan
iradəsini əsarət altına almağı bacarmışlar. Bu da orta əsr feodal
geriliyi, cəhaləti ilə bağlıdır. Komediyada “Falçı Qurban” onomu
passiv antroponimdir. Həmin onomdan Pəri xanım obrazı
müvəffəqiyyətlə istifadə edərək Teymur ağanı Mirzə Həbibin
Dostları ilə paylaş: |