168
H.A.Bayramov göstərir ki, “ayama” sözünün M.Kaşğarı
divanında “aya” şəklində işlədilməsi inandırıcı deyil. Çünki
həmin mənbədə bir isim olmaq etibarı ilə “ayama” sözündən
deyil, “ayamaq” felindən bəhs edilir. O, “ayama” sözünü
“qorumaq ” məsdərindən düzələn isim kimi qəbul edir və
“qoruma” mənasında olması nəticəsinə gəlir. (45, 67)
Azərbaycanın müxtəlif dialekt və şivələrində ləqəb və ayama
mənasında ayalğa (Şamaxı), nəssə (Culfa), təyəlğa – təlğa
(Qazax), ayalğa-əyalğa-əlğa və s. variantları da vardır. (13, 47)
K.T.Ramazanov da “ayalğa” sözünün etimologiyasından
bəhs edərək həmin sözün Şuşa, Ağcabədi, Mirbəşir, Bərdə,
Yevlax rayonlarında çox işləndiyini yazır: "Ayalğa” sözü “ay” və
“alğa” morfemlərindən ibarətdir. Bu sözün birinci morfemi türk
dillərinin qədim yazılı abidələrində “ay//ıy” şəklində “danışmaq,
demək, adlandırmaq, ad vermək, ad qoymaq , ləqəb vermək”
kimi mənalar daşıyan müstəqil mənalı leksik vahid, ikinci
morfemi – “alğa” isə leksik şəkilçidir. (198, 26 ) Daha sonra
S.Əlizadə “ayama” sözünün kökünü “aya” kimi vermiş (91),
M.Adilov “ayaq” və “ad ” sözlərini “ay//əy//ey//ad”-la
eyniləşdirmiş və “ad” mənasında işləndiyini göstərmişdir. (11,
87) A.Paşa isə “ayama” sözünün “aya” felindən əmələ gəldiyini
əsaslandırmışdır. (195, 50) B.Əhmədovun fikrinə görə isə
danışmaq, çağırmaq, səsləmək, demək mənalarını verən “ay”
sözümüz olub. Ondan “ayıtmaq” – “ayama” kəlmələri əmələ
gəlib. Ayama “ad qoymaq” (çağırmaq vasitəsi ) deməkdir. Indi
daha çox ləqəb anlaminda işlədilir. (77, 17) E.Əzizov isə Füzuli
rayonu şivələrində “ay” sözünün “demək”, “söyləmək”
mənasında hələ də işləndiyini göstərir. (98, 230)
169
“Ayama” sözünün məhz “ad vermək”, “adlandırmaq” “ad
qoymaq”, “ləqəb vermək“ mənasını bildirməsi düzgün və
inandırıcıdır. Bu məna həmin sözün müasir dilimizdə başa düş-
düyümüz, anladığımız mənasıdır.
Bədii əsərdə ideyanı qabarıq nəzərə çarpdırmaq üçün istifadə
olunan üslubi vasitələrdən biri də ləqəblərdir. “Adların seçilməsi
ilə yanaşı, ləqəblərin seçilməsinə də xüsusi diqqət verilir. Gülüş
doğura biləcək adlara və ləqəblərə daha çox yer verilir.” (35, 34)
Bədii ədəbiyyatımızda ləqəblərdən bir üslubi vasitə kimi istifadə
edilməsi onun xalq danışıq dilində çox geniş yayılması ilə bağlıdır.
Bu fikrə görkəmli ədibimiz C.Məmmədquluzadənin 1894-cü ildə
yazdığı “Danabaş kəndinin əhvalatları” əsərində də rast gəlmək
olar: “Hələ bizə hörmət qoyublar: bizim ləqəbimiz çox gülməli
deyil. Elə ləqəblər var bizim Danabaş kəndində ki, desəm uğunub
gedərsən. Məsələn, Girdik Həsən, Dəvə Heydər, Yalançı Səbzəli,
Eşşək Muxtar, Doşan Qasım, müxtəsər, bu cür ayamalar bizim
Danabaş kəndində hədsizdi. Əgər duram hamısını ərz etməkliyə,
bütün Rusiyyətin karxanalarında kağız qalmaz.” (167, 14) Daha
sonra Xudayar bəyin şəxsiyyəti və xarici görünüşü haqqında
məlumat verən ədib yazır: “Boyu ucadı, çox ucadı. Buyun
ucalığından ötrü keçən vaxtda Xudayar bəyə bir ayama deyirdilər.
Amma mən söz verdim ki, onun keçəcəyindən danışmayım.
Qorxuram yalançı olam.” (167, 21) Ləqəblərə belə münasibət
onun daha çox mənfi xüsusiyyətləri daşıması ilə bağlıdır.
XIX əsrin ikinci yarısında bədii ədəbiyyatda ləqəb
problemindən bəhs edərkən M.F.Axundovun, N.Vəzirovun,
Ə.Haqverdiyevin, N.Nərimanovun C.Məmmədquluzadənin (XIX
əsrin sonlarında yazılmış əsərləri nəzərdə tutulur) bədii
yaradıcılığında yaranmış ləqəblərin tarixindən, leksik-semantik,
170
morfoloji təsnifatından, onların əmələgəlmə səbəbləri və tarixi
haqqında yaranmış əfsanə və rəvayətlərdən danışacağıq. Lakin
XIX əsrin ikinci yarısında həm ümumxalq dilində, həm elmi, həm
də bədii üslubda “titul” termin kimi formalaşmadığı üçün Şərqdə
ancaq “ləqəb” terminindən istifadə olunurdu. Mövcud olan
ictimai quruluşu tənqid edən M.F.Axundov yazır: “Vəqti ki, xalq
proqresə başladı, vəqti ki, elm rəvac tapdı və qeyri-adi işlərin və
kəramatın qeyri mümkün olmadığından bixəbər oldu və
sivilizasyon dairəsinə ayaq basdı, Şeyx Əhməd Bəhreyninin də,
Babın da, “Rükni-rabe”nin də, bunların taylarının da yolu
başlanar, xalq cəhalətdən, fitnə və fəsaddan azad olar və
despotdan da xilas olar və despot da başqa ləqəb ilə millətin rəisi
olub, həm öz xalqı tərəfindən sevilər, həm də öz xeyirxahlığına
görə bütün dünyada təriflənər, millətin hüsni-rəğbəti və
səmimiyyəti sayəsində onun ölkəsinə göz dikən bütün
qəsbkarların, hər cür daxili və xarici düşmənlərin şərindən
qorunar.” (26, 140)
Ləqəblər bir şəxsi başqasından fərqləndirməklə yanaşı, eyni
zamanda bədii əsərdə fərdiləşdirməyə, həm də komizm və yumor
yaratmağa xidmət edir. Yazılı ədəbiyyatda xüsusi adlardan komik
vasitə kimi geniş istifadə olunur. (150, 513) Söz ustaları qarşıya
qoyduğu məqsədinə çatmaq üsün bədii üslubda işlətdikləri
yüzlərlə, minlərlə ləqəblər vardır ki, həmin ləqəblər məhz хalq
arasında yaranmışdır.
XIX əsrin ikinci yarısında yaranmış ədəbi dilin bədii üslu-
bunda işlədilmiş ləqəblərin leksik-semantik təsnifatını verərkən
onları aşağıdakı qruplara bölmək olar:
1. Obrazın zahiri görünüşü və fiziki qüsuru əsasında for-
malaşan ləqəblər. Görkəmli yazıçılarımızın - M.F.Axundovun,
171
N.Vəzirovun, Ə.Haqverdiyevin, N.Nərimanovun, C.Məmmədquluzadənin
yaradıcılığında belə ləqəblər çox saylıdır.
Keçəl Oruc (“Hekayəti-xırs-quldurbasan”) – “Bəli, Keçəl
Oruca ad-san çox lazımdır.” (23, 76.)
Keçəl Hacı, Kor Əhməd (“Adı var, özü yox”) – “Baqqal Kor
Əhməd üç yüz manat üstümə səribdir, Keçəl Hacı Mehdi doqquz
yüz manat.” (224, 87)
Dabanıkəsik Heydərqulu (“Mürafiə-vəkillərinin hekayəti”) -
M.F.Axundov həmin ləqəbin verilmə səbəbini belə izah edir: ”Bu,
Dabanıkəsik Heydərqulunun oğludur ki, gündüz Əhərdə görünüb,
gecə iki günlük yol piyada gəlib, Təbrizdə mərhum qaim-
məqamın evindən bir cəvahir mücrüsünü aparıb, genə elə o gecə
Əhərə qayıdıb, sübh çağı karvansara dalında yatmış imiş. Aləm
tamam heyran qalmışdı onun bu əməlinə, məhz onun bu hünərinə
görə iş açılandan sonra onu öldürməyib ancaq dabanlarını
kəsdilər. (23, 188)
Qotur Paşa (“Pəhləvanani – zəmanə”) – N.Vəzirov obrazın
ləqəbi ilə bacarığını, fəaliyyətini müqayisə edir və təzad yaradır:
“Adın Qotur Paşa, belə hökumət işlədəsən?” (224, 171) “Kor
Ümmi, Gözü pıçalaqlı Anaxanım və Kaftar Göhər” bir-birinə
növbət vermirlər. (“Ağıçı”) (224, 259)
Kor Minas (“Bəxtsiz cavan”) – Bu ləqəbin bədii dildə iş-
lənməsi insanın fiziki qüsuru, zahiri görünüşü ilə bağlı olaraq
yaranan digər ləqəblərdən fərqlidir. Faciənin ikinci məclisində
Hacı Səməd ağanın evində kəndlilər Fərhada barama saxlamağın
onlara xeyir vermədiyindən danışırlar: “Barama yaxşı olmadı. Bu
il bir urus gəlmişdi, deyirdilər ki, içəridən göndəriblər, gəldi
bizim barama komalarımıza baxdı. Sonra dedi ki, siz barama
saxlamağın qaydasını bilmirsiniz, o səbəbə qurdlarınız qırılır. O
Dostları ilə paylaş: |