154
belə padşahı əmin-amanlıq, ədalət və səadətin dayağı hesab edər.
Onun sayəsində patriot olar.” (26, 75) Ölkə, dövlət başçısı
haqqında N.Nərimanovun da fikirləri maraqlıdır: “Vətən, millət
qеyrəti çəkməyən, gününü еyş-işrətdə kеçirən, milləti daima
zülmlərə düçar еdən padşah əcəlini millətdən gözləsin. Millətin
və dövlətin tərəqqisinə çalışın, bu yolda təzə qanunlar qoyan,
vətənini zülmdən хilas еtmək istəyən padşah əvvəlinci gülləni öz
müqərrib adamlarından gözləsin.” (192, 152)
Seyyid - ərəb dilində olub, islam etiqadına görə Məhəmməd
Peyğəmbərin nəslindən olan adamlara verilən fəxri tituldur.
“Sеyyidlər ərəb tayfası hеsab olunurlar. Səfəvilərin zamanından
başlayaraq Azərbaycana gəlmişlər. Sеyidlər ərəblərin qürеyş
qəbiləsindəndir.” (222, 55) Islam qanunlarına görə kasıb seyyid-
lərə xüms (gəlirin onda birini vermək) və sədəqə vermək caizdir.
Seyyidlərə sədəqə vermək Məhəmməd Peyğəmbərin nəslinə
edilmiş hörmətdir ki, bu da həm N.Vəzirovun, həm də
Ə.Haqverdiyevin bədii dilində öz əksini tapmışdır. – “Bax, bircə
manat Seyid Əzimə vermişəm, bir üç manat da fəqir-füqaraya
paylamışam.” (224, 103) “Seyidin də yetimlərinə, necə ki,
buyurmuşdunuz, bir çuval un göndərdim.” (108, 145)
Şah – Qədim Iranda, Əfqanıstanda hökmdara verilən fars
mənşəli tituldur. (30, 502) M.F.Axundovun “Aldanmış kəvakib”
povestindəki Şah Abbas və Yusif Sərrac obrazını I.Minşinin
“Tarixi aləm-arayi-Abbasi” tarixi əsərində də görmək olar.
M.F.Axundovun yaratdığı bu iki obraz əsərdə qarşı-qarşıya
qoyulur: Şah Abbas despotizmin, zalımlığın, əsarətin, cəhalətin,
nadanlığın, ədalətsizliyin rəmzi kimi, Yusif Sərrac isə mütərəqqi
ideyaların carçısı kimi verilmişdir. Görkəmli dramaturq Şah
Abbas surəti ilə Iranın simasında bütün Şərq ölkələrində mövcud
155
olan idarə üsulunu satirik qələmlə ifşa etmişdir. Əsərdəki
əhvalatlar “Şah Abbasın ömründən ancaq iyirmi iki il keçmişdi
ki, baş verir.” (23, 202) Şah Abbas xalqın taleyi ilə
maraqlanmayan, zalım bir hökmdardır. Yalnız günlərini eyş-
işrətlə keçirən bu hökmdar ölkənin tərəqqi və inkişaf etməsinə
imkan vermir, xalqı həmişə qorxu içərisində saxlayır, hətta
Səfəviyyə nəslindən şahzadə ola bilən bütün oğlan uşaqlarını
öldürtdürmüş, ya da gözlərini çıxartdırmışdır.
Əslində, Şah Abbas ümumiləşdirilmiş bir obrazdır. Vilayəti
idarə edən Xan (“Hekayəti-vəziri-xani-Lənkəran”), feodal
quruluşlu ölkənin məhkəmə sisteminin başında oturan Hakimi-şər
(“Mürafiə vəkillərinin hekayəti”) obrazlarına bənzəsə də, Şah
Abbas daha kəskin tənqid atəşinə tutulmuşdur. Çünki “şah”
titullu şəxs dövlətin хarici və daхili işlərində, həm də хalqın
həyatında daha böyük məsuliyyət daşıyır.
“Aldanmış kəvakib” povesti tarixi planda yazıldığı üçün
Məhəmməd şah Səfəvinin də adı çəkilir. Məhəmməd şah Səfəvi
Şah Abbasın atasıdır. Əsərdə yazılır: “Hərəmlərin küllisi təzədən
razı oldular ki, şaha mənkuhə olsunlar, çünki şah çox cavan və
göycək oğlan idi və bir də hərəmlər bu əmri zarafat kimi bir şey
qiyas edirdilər və hərgiz əqillərinə çatmırdı Şah Abbas qəflətən
bir Abbas Məhəmməd oğlu ola.” (23, 211)
Yuxarıdakı nümunə feodal quruluşlu ölkənin hakim təbəqəsi
ilə sadə xalq kütləsinin antroponimləri arasındakı fərqi nə-
zərimizə çatdırır. Hakim təbəqələrin antroponimlərinin quruluşu
ad + titul + ailə-nəsli ləqəb; sadə xalq kütləsinin antro-
ponimlərinin quruluşu isə ad + ata adından ibarət olmuşdur.
“Beşinci otağın divarlarında Şah Ismayıl Səfəvi ilə şairlərinin
mabeynində vaqe olan cənglərin surəti rəqəm olunmuşdu.” (23,
156
217) Şah Ismayıl – XVI əsrdə Iran padşahı olmuşdur, Şah
Abbasın ulu babasıdır. Yazıçı bu antroponim vasitəsilə Səfəvilər
sülaləsinin hakimiyyəti haqqında məlumat verir, bu da tarixi
planda yazılmış əsərlərin üslubi vasitələrindən biridir. "Bədii
ədəbiyyatda onomastik vahidlər əsas vəzifə ilə yanaşı, bəzi
hallarda poetik yük də daşımalı olur. Xalq, qəbilə, şəxs, yer və
sair xüsusi ad bildirən sözlər bəzi tarixi hadisələrin
aydınlaşdırılmasında mötəbər mənbəyə çevrilir. Təhlil zamanı bu
xüsusiyyətləri ilə onların üslubi imkanlarını da aşkar etmək
lazımdır." (147, 59)
M.F.Axundov “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah”
komediyasında da “şah” titulundan istifadə etmişdir. Lakin yazıçı
bu komediyadakı “şah” titulunu “hökmdar, padşah” mənasında
deyil, ləqəb kimi işlətmişdir. “Bütün dillərdə olduğu kimi,
Azərbaycan dilində də sözlərin tələffüz qaydaları və titulların
ənənələri vardır. Bu qayda və ənənələri pozmaq gülüş doğurur.
Ağa olmayana ağa, bəy olmayana bəy demək gülüş doğura bildiyi
kimi, bu titulları daşıyan adamların adlarını onlarsız çəkmək də
onlara qarşı mənfi münasibət bildirir.” (118, 264) Sitatda qeyd
edilən münasibəti M.F.Axundovun “Kəmalüddövlə məktubları”
fəlsəfi əsərində də görmək olar: “Nadir xüruc etməzdən əvvəl nə
imiş və nə qərar ilə dolanarmış və işi-peşəsi nə imiş?” (26, 67)
Şahzadə - fars mənşəli söz olub, “şah oğlu” dеməkdir, padşah
ailəsindən olan şəxslərin övladlarına verilən tituldur.
M.F.Axundov Iranda mövcud olan feodal quruluşunun eybəcər-
liyini, despotizmi, zalım hökmdarları, ədalətsiz qanunları, əsarət
və özbaşınalığı, cəhalət və nadanlığı ifşa edərkən “Xanlar-Mirzə”
adı ilə tanınan macəranı nəql edir: “Şahzadə Sədri Yəzdinin gözəl
arvadı ilə eşqbazlıq edir və Sədri Yəzdini qonaqlıq bəhanəsi ilə
Dostları ilə paylaş: |