147
qəbildən olan insanların bədii əksidir. “Danabaş kəndinin
əhvalatları” povеstinin süъеt хətti dindar bir obrazın –
Məhəmmədhəsən əminin məhz Kərbəlaya gеdib “kərbəlayi”
titulunu qazanmaq arzusu ilə bağlıdır. Arvadı Izzət Məhəmmədhəsən əmi
ilə eyni fikirdədir: “Sən gərək fikrə qalasan ki, yoldaşların çıxıb
gedib kərbəlayı olacaqdır, amma sən arvad kimi oturacaqsan
evdə.
- Inşallah, mən də gedərəm. Mən onlardan kəm deyiləm ki,
mən qalım, onlar getsinlər.” (167, 65)
M.F.Axundovun “Aldanmış kəvakib” povestində yaratdığı
Yusif Sərracın düşüncə tərzi, dünyagörüşü Məhəmmədhəsən
əmidən tam fərqlidir. Yusif Sərrac Kərbəla şəhərindəki müqəddəs
məqbərəni ziyarət etsə də, obrazın adına “kərbəlayı” titulu əlavə
olunmamışdır: “bir neçə ildən sonra Kərbəlaya rəvanə olub,
böyük alimlərin məclisində təkmili-ülumə-şüru etdi.” (23, 209)
Kəndxuda – türk və fars mənşəli sözlərin birləşməsindən
əmələ gəlib, qədim zamanlarda Azərbaycan kəndlərində inzibati
işləri idarə edən şəxsə verilən tituldur. XIX əsrdə “kəndxuda”
sözünün sinonimi olan ərəb mənşəli “katda” variantı da
işlənmişdir. Kəndin katdasını, kəndxudasını kəndlilər təyin etməli
idilər ki, bu da bədii üslubda öz əksini tapmışdır: “Indi iki il olar
ki, Xudayar bəy Danabaşda katdalıq eləyir. Bunun katda olmağının
da çox əhvalatları var. Xudayar bəy özgə katdalar kimi katda
olmayıbdı. Axır adət bu cürdü ki, katdanı camaat seçir. Amma
Xudayar bəyin katdalığı özgə tövr olubdu, yəni çox asan vəchlə
olub. Əvvəl, yəni iki il bundan əqdəm Xudayar bəy qlava yanında
çavuş idi. Iş elə gətirdi ki, qlava Xudayar bəyin anasını siğə elədi.
Aşkardı ki, qlava öz səmtini qoyub, özgəni katdalıqda
saxlamayacaq. Bir həftənin içində katdanı qısnayıb, qulluqdan
148
kənar elədi. Bir neçə vaxt kənd qaldı katdasız. Xülaseyi-kəlam,
camaat bir vaxt gözünü açdı gördü ki, Xudayar bəy katdadı ki,
katdadı. Xudayar bəy katda olan kimi dəyişildi. Əvvəl başladı
libasından.” (167, 22) XIX əsrin ikinci yarısında bədii üslubda
“katda” və “kəndxuda” titullu şəxslər hər zaman istirmarçı hakim
təbəqənin mənafeyini müdafiə etmiş, zəhmətkeş xalq isə, demək
olar ki, onların əməllərinə heç vaxt etiraz etməmişlər. Buna görə
də uzaq səfərə hazırlaşan Məhəmmədhəsən əmi eşşəyi Xudayar
bəyə vermək məcburiyyətində qalmışdır: “Yəni eşşəyi verməmək
olmazdı. Söz yox, nə tövr verməmək olar? Eşşəyi verməsəm,
onda dəxi kənddə baş gəzdirmək olar? Genə necə olsa, hakimdi,
katdadı. Günün günorta cağı gəldi, nahaq yerdən yaxaladı ki, bu
qədər israfındı ver, onda bəs necə olsun! Xeyr olmazdı ki,
vermiyeydim.” (167, 58)
Qazı - ərəb mənşəlidir, müsəlman dövlətçiliyində dini
hakimdir. Qazılər istər din məsələləri barəsində, istərsə də ailə,
miras məsələləri, qismən də cinayət hüquqi məsələləri barəsində
qərarlar qəbul edir, müsəlmanların öz dini vəzifələrinə riayət
etməsinə göz qoyur, bunun üçün Quranın və şəriətin göstərişlərini
əsas tuturdular. Qazı vəzifəsi VII əsrdə yaranmış, XIX əsrdən
başlayaraq isə müsəlman ölkələrində tədricən dünyəvi
qanunvericilik tətbiq edilməyə və qazı məhkəmələri (şəriət
məhkəmələri) ikinci dərəcəli rol oynamağa başladı. (127, 39)
XIX əsrin sonlarında şəriət məhkəmələrinin tutduğu mövqeyi
olduğu kimi anlayan C.Məmmədquluzadə titulun üslubi
çalarından istifadə еdərək dindən bir silah kimi istifadə edib
camaatın “qanını içən” qazıları tənqid edir, xüsusilə, qazının
müqəddəs Kərbəla şəhərini ziyarətə getmiş kişinin arvadının
kəbinini başqasına kəsməsi oxucuda təəccüb doğurmaya bilməz:
149
“Əhvalat bu idi ki, bir-iki ay bundan əqdəm bir şəxs gəlir qazının
yanına, deyir ki:
- Qazı ağa, sənə iki kəllə qənd verirəm, əgər filan övrətin
kəbinini kəsəsən mənə.
Qazı bir az fikirləşib cavab verir ki:
- Axı o övrət xalqın kəbinli övrətidir. Nə tövr xalqın
övrətinin kəbinini özgəyə kəsmək olar?!
Haman şəxs cavab verir ki:
- Qazı ağa, mən özüm də bilirəm ki, belədir. Pəs sənə mən
niyə iki kəllə qənd verirəm? Ondan ötrü iki kəllə qəndi verirəm
ki, kəbinli övrəti mənə alasan da! Yoxsa dul övrətin kəbinini
cicim də kəsər. Və bir də, qazı ağa, indi o övrətin əri gedib
Kərbəlaya. Kim nə bilsin gələ, gəlmiyə. Gələndən sonra yenə bir
düdük vermək çətin deyil...
Qazı iki kəllə qənd alıb haman şəxsin işini düzəltdi.” (127,
25)
Qlava – rus dilindəki “qlavnıy” (əsas, başçı) sözündən olub
Azərbaycanda Sovet hakimiyyəti dövrünə kimi idarəçilikdə
mövcud olan vəzifələrdən biri olmuşdur. Qlava “şəhər idarəsi
rəisi, bələdiyyə idarəsinin başçısı” deməkdir. (30, c.1, 531) XIX
əsrdə “qlava” titullu şəxslər böyük imtiyazlara malik olduqları
üçün kəndlilər, zəhmətkeş təbəqələr qlavadan çoх qorxurdular, bu
da bədii ədəbiyyatda öz əksini tapmışdı. Danabaş kəndində
Zeynəbin var-dövlətini ələ keçirməkdə Xudayar bəyə yardımçı
olan obrazlardan biri şəhər qazısı, digəri isə qlavadır. Zeynəbin
evinə gələn altı şəxsdən biri “qırx beş, bəlkə də əlli sində,
qırmızısaqqal, qara papaq bir kişidir. Bu, Danabaş kəndinin
qlavası Kərbalayı Ismayıldır.” (167, 78) Vəziyyəti hərtərəfli
fikirləşən Zeynəb isə qlavanın gəlişinin səbəbini yaxşı başa
150
düşür: “Ya xeyr, ola bilər ki, qlava Zeynəbi heç şəhərə də
göndərməsin. Hazır qazı ona pəsmi izharnamə göndərib. Indi bu
saat qlavanın külli ixtiyarı var Zeynəbi versin Qasıməlinin dalına
və aparıb salsın Xudayar bəyin evinə. Qlava da, söz yox
eləyəcək. Əvvəla ondan ötrü еləyəcək ki, bu işlər onun borcudur.
Ikinci də ki, bizə məlumdur ki, qlava Xudayar bəyin anasını siğə
eləyibdi. Pəs, Xudayar bəy olur onun ögey oğlu. Pəs elədə yəqin
bu işin üstünə düşüb, hər yolnan olmuş olsa, bu işi aşıracaq.”
(167, 83)
Məşədi ərəbcə “məşhəd” sözündəndir, “din uğrunda şəhid
olanların yeri” deməkdir. Məşhəd müasir Iranın ən böyük əyaləti
olan Xorasanın inzibati mərkəzidir. Quranda verilən məlumata
görə Əli Riza burada öldürülmüşdür. Onun məqbərəsi şiə
bayramları dövründə ziyarət obyektinə çevrilir, belə bayramlarda
şəhərin əhalisi təqribən iki dəfə artır. (127, 280) Bu məqbərəni
ziyarət edənlər isə “məşədi” titulunu qazanır.
Sənətkarlarımız XIX əsrin ikinci yarısında bədii üslubda
xaraktercə müxtəlif, bir-birinə bənzəməyən “məşədi” titullu ob-
razlar yaratmışlar - Məşədi Cabbar, Məşədi Qurban, Məşədi Cəfər,
Məşədi Oruc, Məşədi Tağı. Xarabakəndli Məşədi Tağı
(“Pəhləvanani-zəmanə”) “zəmanəsinin qəhrəmanları” Aslan
bəyin, Laçın bəyin iç üzünü açaraq onları ifşa edir: “Siz adınızı
qoymusunuz millətpərəst, amma belə hərəkətlərdən görünür ki,
millətpərəstliyiniz də pul tələsidir.” (224, 170) Hər bir işdə gəlir,
xeyir axtaran Məşədi Oruc (“Danabaş kəndinin əhvalatları”) isə
dövrünün bir çox din xadimlərinə məxsus xarakterik cəhətlərə
malikdir, hətta ziyarətə gedən şəxsin görüşünə gedərkən onu
yalnız mənfəət maraqlandırır: “Mən söz yox, gələcəyəm sənin
görüşünə. Sözüm orasındadır ki, görək aya, mənim bu
Dostları ilə paylaş: |