ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə49/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   45   46   47   48   49   50   51   52   ...   76

 
 
184
Şeytan Qulu (“Pəhləvanani - zəmanə”) – “Gedək  Şeytan 
Qulunun yanına, ona da bir şey vəd edək, o, işimizi düzəltsin.” 
(224, 172) Islam etiqadına görə, Allaha inanmayan, iblisə tabe 
olan ruhlara, cinlərə şeytan deyilir. (127, 130) Oxucu komediyada 
Şeytan Quluya bir obraz kimi rast gəlməsə  də, yazıçı  ləqəbin 
üslubi imkanından istifadə еdərək onu bədxah, şər işlərlə məşğul 
olan, xeyirverməz bir insan kimi vermişdir. 
Ustad Məhəmmədvəli (“Adı var, özü yox”) – N.Vəzirov 
komediyada obrazın mahir, bacarıqlı, zirək olduğunu göstərmək 
üçün bu ləqəbi verməmişdir.  Əksinə, Cənnətəli ağanın rəiyyəti 
olan Ustad Məhəmmədvəli yalançı, özündənrazı bir obrazdır. 
Yazıçı obraza məxsus xarekterik cəhətləri oxucuya çatdırmaq 
məqsədi ilə kinayədən istifadə etmişdir. Bu da ləqəblərin daha 
çox emosionallıq, ekspressivlik daşımaları xüsusiyyətləri ilə 
bağlıdır. 
Hacı Qara Dinməz (“Adı var, özü yox”) – “Heydərqulu ağa 
bəhrəni tamam alıb, Hacı Qara Dinməzə satıbdır.” (224, 81)  
Lağlağı Sadıq (“Danabaş  kəndinin  əhvalatları”) - 
C.Məmmədquluzadə  əsərdə obraza həmin ləqəbin verilməsinin 
səbəbini Molla Sadığın dili ilə izah edir: “Naqafil Sadıq 
Axunddan bu cür soruşdu: 
- Axund çörəyə ərəbcə nə deyir? 
Axund çubuğu sümürüb, bir baxdı yerə  və öskürüb cavab 
verdi:  
- Bəradərim,  Ərəbistanda çörək olmaz ki, çörəyə bir ad 
qoyalar. Orda düyüdən savayı özgə şey yeməzlər. 
Sadıq dübarə Axunda sual verdi: 
- Pəs düyüyə ərəbcə nə deyir? 
Axund çubuğu sümürüb öskürdü və az keçdi cavab verdi: 


 
 
185
- Qardaş  oğlu, sən elə doğrudan lağlağı imişsən, kətdilər 
yerində sənə “Lağlağı” deyiblər...” (167, 11)  
Yazıçı  Qəzetçi Xəlilin dili ilə  ləqəbin verilməsinə bir daha 
aydınlıq gətirərək yazır: “Inşallah,  ərz elərəm nə  səbəbə  mənə 
Qəzetçi deyirlər, mənim yoldaşıma deyirlər Lağlağı Sadıq, yəni 
çox danışan.” (167, 14) Daha sonra isə yazıçı ləqəbi fərdiləşdirir: 
“Əgər hamı çox danışana Lağlağı demək olsaydı, gərək biz cəmi 
vaizlərə Lağlağı deyəydik, çünki onlar minbərə  çıxıb, yenmək 
bilməzlər.” (167,15) 
Qəzetçi Xəlil (“Danabaş  kəndinin  əhvalatları”) – Əsəri 
oxumayan, əsərdən bixəbər olan hər kəs bu ləqəblə tanış olarkən 
ləqəbin məhz peşə - sənətlə bağlı olaraq yarandığını güman edər. 
C.Məmmədquluzadə  ləqəbin verilmə  səbəbini izah etdikdən 
sonra daha incə bir məsələyə toxunur, bu da ləqəbin  şəxsiyyətə 
tam uyğun olmasıdır: “Əvvəl mənim adımı qoydular nağılçı, 
amma sonra gördülər ki, bu ad mənə yaraşmır. Xülaseyi-kəlam, 
mənim adım qaldı “Qəzetçi.” (167, 16)  
Ləqəbin xalq danışıq dilində geniş yayılması müəyyən bir 
dövrün, zamanın tələbi olmuşdur. Çünki bütün günlərini zəhmətlə, 
əziyyətlə keçirən kasıb, zəhmətkeş xalqın heç bir əyləncəsi – 
televizor, radio, teatr, kino, indiki kimi əyləncə  mərkəzləri 
olmadığından vaxtlarını  şən zarafatlarla, ləqəb qoymaqla 
keçirməyə çalışmışlar. Təbiidir ki, xalq danışıq dilində bu cür 
geniş şəkildə yayılan ləqəblər görkəmli yazıçılarımızın diqqətin-
dən kənarda qala bilməzdi, xüsusilə, komediya janrına tez-tez 
müraciət edən ustad sənətkarlarımız ləqəblərdən komizm yaradan 
üslubi vasitə kimi mütləq istifadə etməli idilər.  
8. Obrazın nitqi ilə bağlı olan ləbəqlər:  


 
 
186
Tıntın Imanqulu (“Yağışdan çıxdıq, yağmura düşdük”) – 
Yazıçı başmaqçılıqla məşğul olan bu obrazın nitqinin qüsurlu 
olduğunu göstərmək üçün həmin ləqəbdən istifadə etmişdir. 
9.  Bədii  ədəbiyyatımızda ləqəblərdən istifadə o qədər geniş 
yayılmışdır ki, hətta obrazın atasının adının yerində  də  ləqəb 
işlədilmiş, ata adı isə oxucu üçün gizli qalmışdır, bəzən isə atanın 
adı ləqəbi ilə birgə işlədilmişdir. Məsələn: 
“Mürafiə  vəkillərinin hekayəti”ndə  Mərdan Halvaçıoğlu - 
“Indi bu saatda bir işdən ötrü Ağa Mərdan Halvaçıoğlunun 
yanında idim.” (23, 174); Ağa Salman Ələkçioğlu - “Ağa Salman 
Ələkçioğlu razı olsa, onu vəkil edin.” (23, 176); “Dağılan 
tifaq“da Dəllək Imamverdinin oğlu (108, 132); Çörəkçi Qulunun 
uşaqları (108, 133) obrazlarının antroponimləri məhz atanın 
ləqəbi vasitəsi ilə yaranmışdır. 
Ə.Haqverdiyevin “Dağılan tifaq” pyesində eyni təbəqəyə
zümrəyə  mənsub olan obrazlar bir-birinə yardım edir. Yazıçı 
obrazların еyni təbəqəyə mənsub olmasını məhz onların ləqəbləri 
vasitəsi ilə göstərmişdir. Belə ki, Nəcəf bəyin oğlu Süleyman bəy 
Dəllək Imamverdinin qızını qaçırdıb dağda gizlətmişdir. Dəllək 
Imamverdinin oğlu Kərim bacısının intiqamını almaq üçün imkan 
axtarır və bu intiqamı almaqda ona özü kimi sadə  zəhmətkeş 
ailədən çıxmış Çörəkçi Qulunun uşaqları yardım edir. “Çörəkçi”, 
“dəllək” vahidlərindən ya-ranmış ləqəblərin eyni ictimai təbəqəyə 
mənsub olan obrazlara vеrilməsi apеlyativin lеksik anlamı ilə 
birbaşa  əlaqəlidir. Bədii dildə  ləqəblərin bu cür mövqеyə malik 
olması onların üslubi хüsusiyyət daşıması ilə bağlıdır.  Еyni 
təbəqəyə  mənsub insanlar çoх zaman həyatda da bir-birini başa 
düşür, oхşar həyat tərzi kеçirirlər, çətin anlarda bir-birinə yardım 


 
 
187
edirlər. Ləqəbin belə üslubi xüsusiyyətə malik olması birbaşa real 
həyatla əlaqəlidir. 
Bəkir paşa Dəmirçioğlu (“Aldanmış kəvakib”) - “On il bundan 
əqdəm ki, taifeyi – osmaniyyə  Bəkir paşa Dəmirçioğlunun 
sərakəskərliyi ilə yetmiş min nəfərə  qərib xaki-Irana hücum 
gətirməyə müsəmməm olmuşdular.” (23, 203) Həmin antropo-
nimə  Sərdar Zaman xanın ifadəsində rast gəlirik. Bədii üslubda 
Bəkir paşa Dəmirçioğlu kimi tarixi şəxsiyyətin antroponimini 
çəkməklə yazıçı  əsərin Iran tarixinə aid yazılmış olduğunu bir 
daha  əsaslandırır. Bəkir paşa Dəmirçioğlu XVII əsr Osmanlı 
qoşununun sərkərdələrindən biri olmuşdur. Azərbaycan 
onomastikasında “dəmirçi” tərkibli  еtnonim mövcud olmuşdur. 
(96, 83)  
Kürkçüoğlu Nadir (26, 67) - M.F.Aхundov “Kəmalüddövlə 
məktubları” əsərində “Kürkçüoğlu Nadir” dedikdə Iranın məşhur 
sərkərdəsi və hökmdarı Nadir şahı (1736-1747) nəzərdə 
tutmuşdur. Nadir şahın “Kürkçüoğlu” ləqəbi isə onun xalq 
arasından çıxmış bir şəxsiyyət olmasına işarədir. 
Adətən, yazıçı Halvaçıoğlu,  Ələkçioğlu, Çörəkçioğlu, 
Dəlləkoğlu, Dəmirçioğlu, Kürkçüoğlu və s. kimi ləqəblərin üslubi 
imkanlarından istifadə edərək, obrazın məxsus olduğu təbəqəni
onun ictimai mənşəyini göstərərək, xalq arasından çıxmasını 
oхucu üçün aydınlaşdırır.  
Dəmirçioğlu,  Ələkçioğlu, Halvaçıoğlu və  s.  kimi  ləqəblər 
yalnız XIX əsrin ikinci yarısında yazılı ədəbiyyat üçün deyil, həm 
də Azərbaycan folkloru üçün xarakterik adlardır. “Tarixdən 
məlumdur ki, hələ XIII əsrdən Azərbaycan dilində oğlu ünsürü ilə 
düzələn familiyalar mövcud olmuşdur. Oğlı  və -lı ünsürləri ilə 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə