ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə48/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   44   45   46   47   48   49   50   51   ...   76

 
 
180
(108, 103) Pyesdə “qəlyan” sözünə verilmiş qafiyələr Həsənin 
“şair” ləqəbi almasınıın səbəbi kimi izah edilir.  
4.  Bacarıqlı, güclü, səliqə-sahmanlı olmasına işarə edən lə-
qəblər:  
Böyük Pyotr və Böyük Fridrix (26, 63) 
Usta Rəhman (“Hekayəti – Molla Ibrahimxəlil Kimyagər”) 
haqqında məlumatı Hacı Nurunun dediklərindən öyrənirik – 
“Sənin atan Usta Rəhman Dəllək ülgüc-bülöv ilə  məqul dövlət 
qazandı, sən puç etdin.” (23, 26) Usta Rəhman Ağa Salman 
Həkimin atasıdır, zəhmətkeş xalqın nümayəndələrindən olmuşdur. 
O, öz əlinin zəhməti ilə var-dövlət qazanaraq oğluna böyük miras 
qoysa da, Ağa Zaman dövləti səmərəsiz yerə  xərcləyərək puç 
etmişdir.  
5. Təsadüfü bir əhvalatla bağlı yaranmış ləqəblər:  
Ayıqıran  Əmiraslan (“Hekayəti-xırs quldurbasan”) Kome-
diyanın  əsas obrazlarından biri olan Tarverdi maymaq və 
gülüncdür, qorxaq və kütbeyndir. O, varlı  Məşədi Qurbanın 
oğludur. Məşədi Qurban Pərzadı oğluna almaqla qızın atasından 
qalan var-dövləti ələ keçirmək fikrindədir. Buna görə də Pərzadı 
böyük məhəbbətlə sevən Bayram Tarverdiyə  tələ qurur. 
Tarverdini “qəhrəmanlıq göstərməyə” həvəsləndirmək üçün 
Namaz ona deyir: “Məgər sən Ayıqıran  Əmiraslanın nəvəsi 
deyilsən?” (23, 75) Namazın kələyi baş tutur, babasının ləqəbi 
Tarverdini “qəhrəmanlıq göstərməyə” sövq edir. Qorxaq bir 
obraz olan Tarvеrdi yol kəsib “qəhrəmanlıq göstərməyə” - 
quldurluq etməyə  həvəslənir. Yol kəsib, quldurluq etməyi 
qəhrəmanlıq hesab edən Tarverdidə belə  dəyişiklik ləqəbin 
müsbət motivi ilə bağlıdır. 
6. Sosial və iqtisadi vəziyyəti ifadə edən ləqəblər: 


 
 
181
Pullu Hacı  Rəhim (“Hekayəti–Molla Ibrahimxəlil Kimyagər”) – 
Komediyada Molla Salman öz məsləkdaşlarına məsləhət verir: 
“Əgərçi nəqd pulumuz yoxdur, amma mən Pullu Hacı Rəhim ilə 
dostam,  əgər bir ilə on-on iki fayda və möhkəm girov verməyə 
razı olursanız, mən ondan sizə  və özümə  nə  qədər pul istəsəniz 
ala bilərəm.” (23, 24) 
Pullu Hacı Rəhim də komediyanın digər surətləri kimi asan 
yolla pul qazanmaq istəyən Molla Salmana, Məşədi Cabbara, 
Hacı  Kərimə, Ağa Zamana, Səfər bəyə  bənzəyir və Molla 
Salmanın dediklərindən məlum olur ki, Pullu Hacı  Rəhim 
başqalarını istismar və qarət etməklə - sələmlə pul verməklə 
böyük var-dövlətə sahib olmuşdur.  
7.  Obrazın xarekteri, psixi xüsusiyyətləri və  əxlaqi keyfiy-
yətləri ilə bağlı olan ləqəblər: 
Məsud Qara (“Sərgüzəşti-vəziri-xani-Lənkəran”) – Kome-
diyada maraqlı onoma malik olan obrazlardan biri Xacə  Məsud 
Qaradır. O, Vəzir Mirzə  Həbibin hərəmağasıdır. “Xacə” fars 
mənşəli sözdür və bu vəzifə Azərbaycanda VII əsrdə - islam 
cəmiyyəti, müsəlmançılıqla bağlı olaraq tədricən yaranmış, 
təqribən XIX əsrin sonlarınadək mövcud olmuşdur. 
Xacə Məsud Qara qadınlarln – hərəmlərin arasında yaşasa da, 
vəzirə qulluq edir. Lakin o, Şölə xanıma, Nisə xanıma, Pəri 
xanıma daha çox etibarlıdır. Çünki qadınlar Xacə Məsud Qaranı 
Mirzə Həbib kimi tez-tez təhqir etmirlər, söymürlər. Xacə Məsud 
qadınların etibar etdikləri bir insandır. Belə ki, Teymur ağanın 
Nisə xanımı sevdiyini və onu tez-tez görməyə gəldiyini Xacə bilir, 
lakin bu barədə Mirzə  Həbibə heç nə demir, qadınların sirrini 
açmır. 


 
 
182
“Məsud”  ərəb dilində  “şad, xoşbəxt, bəxtəvər, səadətli” de-
məkdir. (29, 24) “Məsud” onomu obraza körpə ikən ata-ananın 
verdiyi şəxs adıdır, valideynlər körpələrinə bu şəxs adını verərkən, 
onu gələcəkdə şad, xoşbəxt, bəxtəvər görmək istəmişlər – bu şəxs 
adı valideynin istək və arzularını bildirir. Lakin Xacə  Məsud 
Qaranın həyatın keşməkeşli yollarında bəxti gətirməmişdir – tale 
yolları onu Mirzə  Həbibin hərəmxanasına gətirib çıxarmış, 
hərəmxanada isə o, “Qara” ləqəbini qazanmışdır. Qeyd etməliyik 
ki, rəng bildirən sözlərdən yaranmış  ləqəblər həmişə insanların 
zahiri görünüşünü  əks etdirmir. Onların semantikası insan 
xarakteri ilə sıx bağlıdır. Xalq arasında “qara” sözü daha çox pis 
niyyətli, bədxasiyyət adama (məsələn, Qara keşiş) ləqəb 
verilmişdir. Rənglərə münasibətdə  qədim insan “ağı” xeyir 
toteminin tanrısının, “qara”nı isə  şər toteminin əlamətini kimi 
qəbul etmişlər. (204, 32) “Məsud”  şəxs adının mənası obrazın 
xarakterinə, xasiyyətinə, ictimai həyatda tutduğu mövqeyə uyğun 
verilməmişdir. Bununla da, yazıçı həyatda həmişə tutduğu mövqe 
ilə  şəxsin adının mənası arasında uyğunluq olmadığını oxucuya 
çatdırmaq istəmiş və buna görə də Məsud obrazının adına “Qara” 
ləqəbini əlavə etmişdir. “Qara” ləqəbi Xacə Məsuda “qara bəxtli 
insan” mənasında verilmişdir.  
Dəli  Şirin (“Daldan atılan daş topuğa dəyər”) – N.Vəzirov 
əsərdə ləqəbin verilmə səbəbini obrazın öz dili ilə aşağıdakı kimi 
izah edir: “Mənim adım Dəli  Şirindir. Tamam vilayət məni dəli 
hesab eyləyir, mən bu saat sübut eyləyərəm ki, mən dəli deyiləm. 
Eşitmisənmi, dəlidən doğru xəbər. Mən elə o dəlilərdənəm.” (224, 
48) 
“Dəli” ləqəbi həm xalq danışıq dilində, həm folklorumuzda, 
həm də yazılı  ədəbiyyatımızda  ən çox yayılmış  ləqəblərdəndir. 


 
 
183
Belə ki, həmin ləqəb bəzən cəsarət, qorxmazlıq, düzgünlük 
mənasında, bəzən yerli-yersiz danışan, böyük-kiçik bilməyən, 
dəlisov mənasında, bəzən isə psixi xəstə mənasında işlədilmişdir. 
“Bizim şifahi xalq ədəbiyyatında “dəli” sözü çox zaman müsbət 
mənada işlənir. Koroğlunun dəliləri bu fikrin ən yaxşı sübutudur. 
“Dəli” sözünün hərfi mənası aydındır, məcazi mənası isə “aludə, 
vurğun” deməkdir. (205, 34) 
Dəli Xudaverdi (“Yağışdan çıxdıq, yağmura düşdük”) – 
Yazıçı “Daldan atılan daş topuğa dəyər” komediyasındakı  Dəli 
Şirin obrazından fərqli olaraq, bu komediyada “dəli” ləqəbini 
psixi xəstə  mənasında işlətmişdir. Belə ki, obrazlar bir-birini 
təhqir etmək, alçatmaq üçün həmin ləqəbdən istifadə etmişlər. On 
altı yaşında olan cavan qulluqçu Yetərlə evlənmək xəyalına düşən 
Hacı Qənbər arvadı Dilbər xanımı evdən qovmaq istəyir. Dilbər 
xanımı alçaltmaq istəyən Hacı Qənbər onun babasının ləqəbindən 
istifadə edir. “Məndən nə istəyirsən, ay Dəli Xudaverdinin 
nəvəsi?” Dilbər xanım da onun bu təhqirini cavabsız qoymur. O 
da Hacı  Qənbərin atasının sadə bir pinəçi olduğunu yada salır. 
Maraqlı budur ki, N.Vəzirov belə vaxtlarda ləqəbdən istifadə 
edir: “Səndən nə istəyirəm ki, Pinəçi Kazımın oğlu?” (204, 121) 
Bədii  ədəbiyyatda obrazların bir-birini təhqir edərkən, 
alçaldarkən ləqəblərdən istifadə olunması onun daha çox mənfi 
çalarlı olması ilə bağlıdır. 
Pişik  Əhməd (“Pəhləvanani–zəmanə”) – “O qədər çalışdım, 
ciddü-cəhd elədim, axırı  nə qazandım? Ləqəb, o da nə? 
Pişik...Pişik  Əhməd.” (224, 164) Əsərin başqa bir yerində oxu-
yuruq: “Siz mənim adımı “Pişik” qoymusunuz, lazımdır ki, pişiyə 
də hərdən-birdən dalaq atmaq.” (224, 184) Beləliklə, yazıçı Pişik 
Qulunun dili ilə həmin ləqəbin verilmə səbəbini izah edir. 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə