ƏZİZƏ Mİkayilova



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə53/76
tarix26.09.2018
ölçüsü2,06 Mb.
#70756
1   ...   49   50   51   52   53   54   55   56   ...   76

 
 
201
A.Bakıxanov isə  Şəkinin Xaçmazda yerləşdiyini göstərir. (44, 
110) Digər bir mənbədə Gəldək və Xaçmaz Vartaşen rayonunun 
(indiki Oğuz rayonunun) kəndlərindən biri kimi göstərilir. (23, 
251) M.F.Axundovun ilk komediyası haqqında H.Mehdinin də 
fikri maraqlıdır: “Bu əsərdə müəllif hadisənin cərəyan etdiyi ili, 
yeri çox aydın göstərir. Hətta kəndin adını da oxucudan 
gizlətmir.” (177, 229) 
Е.Nuriyеv Kəldək//Gəldək oykonimi barəsində yazır: “Şəki 
rayonundakı  Aşağı  Gəldək və Baş  Gəldək oykonimlərinin kö-
künü Gəldək sözü təşkil  еdir… Güman еtmək olar ki, Gəldək 
toponimi “gəl” və “dək” hissələrindən ibarətdir. Kеçmişdə 
Azərbaycanda  хalq içərisində istirahətə buraхılmış  əkin sahəsinə 
“gəl” dеyilirdi. Toponimin ikinci hissəsi - “dək” isə  əslində “laq” 
yеr sözünün fonеtik şəklidir. Dеməli, oykonim bütünlüklə “dincə 
buraхılmış əkin yеri” mənasını vеrir.” (193, 25)  
Göründüyü kimi, tarixi faktlara əsaslanan dahi dramaturq 
hadisələrin cərəyan etdiyi yeri dəyişməmiş, toponimlərin qədim 
dövrlərdə işlənmiş variantından istifadə etmişdir. “Kafkaz” qəzetində 
verilmiş  məlumatdan aydın olur ki, XIX əsrin ikinci yarısında 
“Nuxa” toponimi indi bizə  gəlib çatan variantda işlənmişdir. 
Е.Nuriyеv  şəhərin tariхi haqqında aşağıdakı  məlumatı  vеrir: 
“Şəki  şəhəri 1772-ci ilədək Kiş çayının aхdığı  dərədə 
yеrləşmişdir. Kiş çayının daşması  və  şəhəri aparmasından sonra 
əhali yaхındakı Nuхa kəndinin  ərazisinə köçüb indiki şəhərin 
əsasını qoymuşdur.” (193, 49) Lakin A.Bakıxanov “Gülüstani-
Irəm”  əsərində toponimin etimologiyasının izahını verərkən 
“Nuxu” variantına üstünlük vermişdir: “Nuxu şəhəri, adının 
münasibəti və yerinin vəziyyətinə görə, həmin Naxuya və Nağiya 
şəhəridir ki, qədim tarixlərdə Şirvan şəhərlərindən sayılırdı.” (44, 


 
 
202
22) Nuхa Azərbaycanın ən qədim şəhərlərindən biri olub, 1968-ci 
ildən Şəki adlandırılmışdır. “Tədqiqatçılar onu еramızın II əsrində 
yaşamış yunan alimi Klavdi Ptolеmеyin “Coğrafi təlimnamə” 
əsərində adı  çəkilən “Niqa” ilə  еyniləşdirirlər.  Şəhərin adı  е.ə. 
Azərbaycana gəlib burada məskunlaşmış “sak//şak” tayfasının adı 
ilə bağlıdır.” (40, 568) 
“Sərgüzəşti-mərdi-xəsis” komediyasının remarkalarından 
məlum olduğu kimi hadisələr “Ağcabədi kəndində vaqe olur.” 
(23, 132) Qeyd etdiyimiz kimi, komediyanın mövzusu həyatda 
baş vermiş hadisələrdən alınmışdır: “Hacı Qaranın nəvələri indi 
də  Ağdam qəzasının Ağcabədi kəndində yaşayırlar.” (107, 87) 
Obrazın adını olduğu kimi verən yazıçı hadisələrin baş verdiyi 
məkanı da heç bir dəyişikliyə uğratmadan göstərmişdir.  
“Ağcabədi toponimi “ağca” (burada “ağımtıl, bozumtul, boz” 
mənasında) və “bədi” (ərəbcə “badiya” sözünün təhrif forması – 
düzənlik, düzən) sözlərindən ibarət olub, “bozumtul yеr, ağca düz 
mənasındadır.” (40, 22) 
Hər iki əsərin tariхi fakt əsasında yazıldığını  əsas götürərək 
qеyd еtmək lazımdır ki, toponimin üslubi хüsusiyyəti məhz bu faktı 
təsdiq еtməkdir. 
“Aldanmış  kəvakib” povesti tarixi aspektdə yazılmış  əsər-
lərdən biridir. Əsərdə  cərəyan edən hadisələr tarixən də Iranın 
Qəzvin  şəhərində baş vermişdir. Bu səbəbdən də yazıçı  məkanı 
olduğu kimi vermişdir: “Səfəviyyənin  əvaili-səltənətində  Qəzvin 
paytaxt idi. Hadisati-mütənəvviənin vüquundan sonra Məhəmməd şah 
Səfəvi səltənəti öz oğlu Şah Abbasi-əvvələ təslim etdi.” (23, 201) 
Paytaхtın Qəzvindən Isfahana köçürülməsi (1598) Səfəvi 
dövlətində Iran еtnik ünsürlərinin gücləndirilməsi yolunda 
növbəti addım olmuşdur. (39, 463) Səfəvi dövlətində Isfahanın 


 
 
203
paytaхt olması haqqında məlumata C.Məmmədquluzadənin bədii 
dilində rast gəlmək mümkündür. Bеlə ki, qış günü Bərgüşad 
kəndinin ağsaqqalları istirahət  еdərkən Nurəlidən (“Kişmiş 
oyunu”) maraqlı bir əhvalat danışmağı  хahiş  еdirlər. Nurəli  Şah 
Abbasla bağlı  əhvalatı  bеlə  nəql  еdir: “Bir gün Isfahanda Şah 
Abbas öz baridarında  əyləşib vəzirinə  dеdi…” (167, 7) 
M.F.Aхundov  Şah Abbasın hakimiyyətə  gəldiyi dövrdən, 
C.Məmmədquluzadə isə Şah Abbas hakimiyyətinin daha sonrakı 
dövrlərindən bəhs  еtdiyi üçün toponimlərdə müхtəliflik 
olmuşdur, lakin görkəmli yazıçılarımız hər iki toponimdən tariхi 
faktı  təsdiqləmək məqsədi ilə üslubi bir vasitə kimi istifadə 
еtmişlər.  
2. Hadisələrin cərəyan etdiyi məkan şərti olub, yalnız üslubi 
xüsusiyyətlərə malikdir. Bu zaman bəzən bədii üslubda 
toponimik vahidlərdən istifadə antroponimlərin istifadəsinə 
bənzəyir, yəni toponimlərin verilməsi  şərti olaraq göstərilir, yəni 
əslində  bədii dildə  hər hansı bir toponimik vahidin konkret olaraq 
müəyyən rolu olmur. M.F.Axundovun “Hekayəti-Müsyö Jordan 
və  Dərviş  Məstəli  şah” komediyasında “birinci məclis”in 
remarkasında hadisələrin cərəyan etdiyi məkan haqqında aşa-
ğıdakı  məlumat verilir: “Əvvəlinci məclis Qarabağ vilayətində 
min iki yüz altmış üçüncü ildə yazın  əvvəlində, Novruz bayra-
mından bir gün keçmiş  Təklə-Muğanlının qışlağında vaqe olur.” 
(23, 39) H.Mehdi “M.F.Axundovun dramaturgiyası haqqında bəzi 
qeydlər” adlı  məqaləsində yazır: “Burada iki bir-birinə zidd 
dünyagörüşün mübarizəsi əks etdirilmişdir. Bir tərəfdən mütərəqqi 
Qərb mədəniyyətinin nümayəndəsi olan Müsyö Jordan, o biri tərəfdən 
isə  Şərq cəhalətinin və fanatizminin ən mahir fırıldaqçısı olan 
Məstəli  şah göstərilmişdir. Lakin konflikt yalnız bu iki adam 


 
 
204
arasında getmir, iki aləm arasında gedir.” (177, 227) Komediyada 
toponimlərdən həm üslubi, həm də şərti istifadə olunmuşdur, yəni 
Şərq cəhalətinin və fanatizminin nümayəndəsi Ağcabədi 
kəndindən gələn Məstəli  şah, hadisələrin cərəyan etdiyi məkan 
isə Qarabağ vilayətinin Təklə-Muğanlı  qışlağıdır. Mütərəqqi 
Qərb mədəniyyətinin nümayəndəsi Müsyö Jordan, mədəniyyətin 
mərkəzi isə Fransadır – Parisdir. Fransanın paytaxtı Parisdə olan 
inqilabın sədası Müsyö Jordana çatdıqda o deyir: “Heyf sənə, Paris, 
heyf sənə, Tülyeri, gözəl paytaxt, gözəl səltənət! Paris dağılıb, 
Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub.” (23, 63) Əsərdə 
qeyd olunduğu kimi, Təklə-Muğanlı  kəndi Qarabağda yerləşir. 
H.Z.Şirvani Muğan toponimi ilə bağlı müxtəlif fikirlərin mövcud 
olmasını yazır: “Deyirlər ki, oranı Muğan adlı bir adam bina 
etmişdir. Bəziləri isə deyirlər ki, oranı müğlər və möbirlər abad 
etmişlər.” (131, 17) Daha sonra o, qədim zamanlarda Muğan 
adında bir şəhərin olmasını  əsaslandırmağa çalışır. Təklə-
Muğanlı toponimi xalq, tayfa adı  əsasında  əmələ  gəlmişdir, 
dilimizdə “Təklə” və “Muğanlı” (Muğan) vahidindən  əmələ 
gəlmiş digər etnotoponimlər də mövcuddur. “Azərbaycan 
etnogenizində  həlledici rol oynamış tayfalardan biri də  təklə eli 
olmuşdur. Bunu əks etdirən etnotoponimə Şərqi Çindən başlamış 
Kiçik Asiyayadək türklər yaşayan yerlərin xəritəsində tez-tez rast 
gəlmək mümkündür. Respublikamızın  ərazisində isə Kürdəmir, 
Masallı rayonlarında və Gürcüstanda yaşamaqdadır. Cəlilabad 
rayonunda  əhalisi bütünlükdə azərbaycanlılardan ibarət olan 
Pakrovka kəndinin keçmiş adı Təklə olmuşdur.” (194, 164) Təklə 
adlı oykonim Şamaxı rayonunun ərazisində  də yerləşdiyi üçün 
Qarabağda mövcud olan qışlaq məhz Təklə-Muğanlı adlanır, yəni 
bu  ərazidə yaşayanlar ola bilsin ki, nə vaxtsa Muğandan 


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə