Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə60/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   56   57   58   59   60   61   62   63   64

 
Язизхан Танрыверди 
 
 
190 
e) Ləqəblər (bu sistemə yalnız apelyativi 
 arxaizm, arxaizm səciyyəli dialektizm və dialektizm olanlar  
daxil edilmişdir) 
 
Ağıçı Bədircahan (N.Vəzirov) 
Ağçuxa Ağabala (Şamaxı) 
A gədə Pirməmməd (Onomastik fond) 
Alp Eltəbər (VI əsr)  
Axtaxan (Ağa Məhəmməd şah Qacar  - Ə.Haqverdiyev) 
Boğazca Fatma (―Kitabi-Dədə Qorqud‖) 
Boğaz Bayram (Borçalı) 
Bəhrəm Yüzbaşı (Şamaxı) 
Bordaq Məhəmməd (Erm. respub. Kalinino rayonu) 
Bınbidi Güləbətin (Kalinino rayonu) 
Cinqoy Kazım (Şəmkir) 
Cında Hüseyn (S.Rəhman) 
Carçı Əvəz (Şamaxı) 
Cicişdi Sahibxan (Şamaxı) 
Cöyüzsatan Məsmə (Qazax) 
Cınqılı Mövsüm (Naxçıvan) 
Çuğul Kərbəlayı Məhəmməd (―Qaçaq Nəbi‖) 
Çarıqçı Murad (Şamaxı) 
Çılı Mustafa (Naxçıvan) 
Dağarcıq Ağamirzə (Oğuz) 
Danqır Abbas (M.Cəlal) 
Darqursaq Musa (Füzuli rayonu) 
Dəli Domrul (―Kitabi-Dədə Qorqud‖) 
Dəli Həsən (―Koroğlu‖) 
Dəli Muxtar (Şəmkir) 
Dinqidi Allahverdi (Kalinino) 
Dığ-dığ Gülsüm  (Bakı) 
Dızqax Nəsrəddim (Şamaxı) 
Dınqıl Əhməd (Oğuz) 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
191 
Dınqılı Əli (Naxçıvan) 
Dır-dır Dursun (Şamaxı) 
Dıppılı Saday (Şamaxı) 
Donqa Əhməd (Şəmkir) 
Dunux Salatın (Borçalı) 
Əvəçi Sənəm (Qazax) 
Əysibaldır Tapdıq (Qazax) 
Əliçatılı Məhəmməd (Şamaxı) 
Əfçi Nərgiz (Şəmkir) 
Güəzə//Gəvəzə Əhməd (Qazax)  
Girdik Həsən (C.Məmmədquluzadə) 
Gopçu Qasım (Tovuz) 
Gop Xalıd (Şamaxı) 
Gözüpiçalaqlı Anaxanım (N.Vəzirov) 
Halaypozan (―Koroğlu‖) 
Xaşal Qurban (Ə.Haqverdiyev) 
Xırça Məcid (Şəmkir) 
Yava Qurban (Kürdəmir) 
Karsala Çoban (Laçın) 
Keçəçi Əlabbas (Şamaxı) 
Kərəntidüzəldən Bayram (Qazax) 
Kirli Məhəmməd (Borçalı) 
Kirimiş Cahan (Şəmkir) 
Qaroy Muxtar (Borçalı) 
Qart Osman (Qazax) 
Qaxdağan Güləbətin (Kalinino) 
Qılçıq Məhəmməd (Şamaxı) 
Qısır Fatma (Borçalı)  
Qısırca Yengə (―Kitabi-Dədə Qorqud‖) 
Qırlı Çoban (Qazax) 
Laxbaş Əli (Şəmkir) 
Parax Bayram (Qazax) 
Pıçqı Əsgər (Tovuz) 


 
Язизхан Танрыверди 
 
 
192 
Sanlı Səməd (―Koroğlu‖) 
Sırt Yusif (―Koroğlu‖) 
Sırıx Əli (Qazax) 
Sığırçı Məhərrəm (Yevlax) 
Taytax Qurban (Şəmkir) 
Tayçarıq Məhəmməd (Şamaxı) 
Tosoy Tapdıq (Qazax) 
Topalaq Teybə (Kalinino) 
Toppulu Sənəm (Kalinino) 
Toxmaqvuran (―Koroğlu‖) 
Törə Osman (Şəmkir) 
Tupdağıdan (―Koroğlu‖ ) 
 Zağar Əli (Qazax) 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
193 
 
NƏTİCƏ 
 
Türk mənşəli Azərbaycan antroponimlərinin linqvistik ba-
xımdan  araşdırılması  aşağıdakı  nəticələri  qeyd  etməyə  imkan 
verir: 
Türk mənşəli əsl şəxs adlarının geniş etimoloji təhlili gös-
tərdi  ki,  antroponimik  vahidlər  dilin  qoruyucularıdır,    müasir 
ədəbi  dil baxımından arxaik  hesab olunan bir sıra  apelyativlər 
məhz  antroponimlərdə  leksik,  morfoloji  semantikası  donmuş 
halda mühafizə olunur, bəzi antroponimlərin apelyativi və özü 
arxaikləşsə də, onlar arxaizm səciyyəli dialektizm funksiyasın-
dadır:  məsələn,  Yağıbasan  –  yağı  (düşmən).  Bununla  bərabər, 
apelyativi  ilə  birlikdə  arxaikləşən  elə  antroponimlər  də  vardır 
ki,  müasir  ədəbi  dilin  lüğət  tərkibində,  o  cümlədən  antroponi-
mik vahidlər sistemində arxaik apelyativin və antroponimik va-
hidin  mənasını  verir  (məsələn,  bulmaq  –  Bulduq,  tapmaq  – 
Tapdıq;  sunqur  –  Ağ  Sunqur,  şahin  –  Şahin;  uluğ  –  Uluğ,  bö-
yük – Böyük). 
Azərbaycan  antroponimikasındakı  əsl  şəxs  adlarının  bir 
hissəsi  arxaikləşmiş,  bir  hissəsinin  apelyativi  arxaikləşmiş,  bir 
hissəsinin  isə  apelyativi  eynilə  müasir  ədəbi  dildə  işlənmək-
dədir. 
Türk mənşəli kişi adlarının yaranmasında iştirak edən va-
hidlər,  əsasən,  müsbət  motivli,  igidlik,  məğrurluq,  qüdrətlilik 
çalarlıdır ki, bu da türk xarakteri, türk psixologiyası ilə bağlıdır. 
Türk  mənşəli  qadın  adlarının  yaranmasında  iştirak  edən 
vahidlər, əsasən,  gözəllik çalarlıdır. Bu əsasda formalaşan qa-
dın adları türk estetikasının zənginliyini göstərir. 
Türk  mənşəli  əsl  şəxs  adlarının  formalaşmasında  türkün 
maddi varlıq və mənəvi anlayışları qiymətləndirmə baxışı, icti-
mai-sosial  həyata  münasibəti,  mifik  dünyagörüşü,  etnoqrafi-
yası, istək və arzusu əsas olmuşdur. Türk mənşəli əsl şəxs ad-


 
Язизхан Танрыверди 
 
 
194 
larının leksik-semantik qrupları da elə bu meyarlara görə müəy-
yənləşir. 
Azərbaycan antroponimləri sistemində Laçın, Tərlan kimi 
antroponimlər  müştərəkdir.  Bu  cür  müştərəkliyə  səbəb  həmin 
varlıqların iki əsas keyfiyyətə malik olmasıdır. Əgər ―laçın‖ və 
―tərlan‖dakı  sürətli  uçuş  kişi  adlarının  motivləşməsi  baxımın-
dan əsasdırsa, həmin varlıqlardakı zahiri gözəllik əlamətləri qa-
dın adları üçün əsasdır. 
Toponimik  vahidlər  əsasında  düzələn  əsl  şəxs  adlarının 
yaranmasında  böyüklük,  ucalıq,  əzəmət,  vüqar,  coşqunluq, 
həmçinin torpağa, vətənə məhəbbət və s. xüsusiyyətlər əsas gö-
türülmüşdür.  Bu  tip  antroponimlər  kişi,  həm  də  qadın  adları-
mızın tərkibində müşahidə edilir. 
―Baq‖, ―qut‖ və ―tar‖ teonimləri əsasında formalaşan an-
troponimlər  təkcə  Azərbaycan  antroponimikası  baxımından 
deyil, həm də türk xalqları antroponimikası baxımından xarak-
terikdir. Bu əsasda formalaşan antroponimlər müasir antroponi-
mikamızda  müşahidə  edilsə  də,  işlək  adlar  cərgəsində  deyil. 
Qeyd  olunan  teonimlərin  türk  toponimikasında  da  xüsusi  yeri 
vardır. 
Təxəllüsün  əsl  şəxs  adına  çevrilməsində  denotatın  daha 
çox tanınması, xüsusilə milliyyəti əsas götürülür. Bu cür antro-
ponimlərinn motivləşməsində yazıçı şöhrəti, yazıçı qüdrəti əsas 
götürülür, apelyativin leksik semantikası isə donmuş halda olur, 
yaxud nəzərə alınmır. 
Qohumluq münasibəti bildirən sözlərlə əsl şəxs adlarının 
yaradılması  türk  antroponimikasında  xüsusi  yer  tutur.  Bu  tip 
antroponimlərin  motivləşməsində  hörmət,  əzizləmə,  emosional 
müraciət və s. xüsusiyətlər əsasdır. Antroponim yaradıcılığında 
qohumluq münasibəti bildirən sözlər daha çox titullarla birlikdə 
ad  yaradıcılığına  cəlb  edilmişdir  ki,  bu  da  əksər  titulların 
yüksək təyinatı ilə bağlıdır. 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə