Əzizxan Tanrıverdi



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə25/64
tarix26.09.2018
ölçüsü1,6 Mb.
#70551
1   ...   21   22   23   24   25   26   27   28   ...   64

 
Язизхан Танрыверди 
 
 
76 
Asparux  (44–162).  Ümumtürk  səciyyəli  antroponimidir. 
―As‖  arxaik  vahidi  ―tayfa‖  və  ―güclü‖  mənalarında,  ―parux‖ 
vahidi isə it mənasında izah edilmişdir. ―Asparux‖ – güclü it, iri 
it  mənasını  ifadə  edir  (139–74).  ―Parux‖  dialekt  və  şivələri-
mizdə  ―parax‖  şəklində  işlənməkdədir.  Məsələn,  Başkeçid 
(Dmanisi) şivəsində ―parux‖ vahidi ―parax‖  fonetik variantında 
ləqəb  kimi  işlənir.  Məsələn,  ―Parax  Ədil‖.  Dialektlərimizdə 
―parax‖ sözü elə it adı kimi də işlənməkdədir. Məsələn, filankə-
sin  ―Parax‖  adlı  iti  var.  Əlavə  edək  ki,  it  anlamlı  ―parax‖  it 
damı,  müvəqqəti  yaşayış  evi  mənasını  da  ifadə  etmişdir.  Rus 
dilindəki  barak  (müvəqqəti  yaşayış  evi)  sözü  də  türk  mənşəli 
―parax‖ sözünün fonetik variantı kimi izah edilə bilər. 
Baybura.  ―Kitabi-Dədə  Qorqud‖un  antroponimikasına 
daxildir. Mürəkkəb quruluşlu ―Baybura‖ antroponiminin birinci 
hissəsi ―bay//bəy‖ tituludur. Həmin titul müasir ədəbi dilimizdə 
titul  kimi  arxaikləşsə  də,  Ağabəy,  Bəylər,  Əzizbəy  kimi 
antroponimlərimizdə  mühafizə  olunmaqdadır.  Baybura  antro-
poniminin  ikinci  hissəsi  isə  qurd  anlamlı  arxaik  bura//börü 
vahididir. 
Bayramxatun.  Müasir  antroponimikamızda  işlənməyən, 
arxaik  adlar  cərgəsinə  daxil  olan  ―Bayramxatun‖  ―Seydi  və 
Pəri‖  dastanında  qadın  adı  kimi  işlənmişdir.  ―Bayramxatun‖ 
antroponiminin  hər  iki  komponenti  türk  mənşəlidir.  ―Bayram‖ 
sözü dilimizdə antroponimik vahid, konkret desək, kişi adı kimi 
işlənməkdədir.  ―Xatun‖  (xatın)    isə  ümumi  söz  kimi  ədəbi 
dilimizin  lüğət  tərkibindən  çıxsa  da,  antroponimik  vahidlər 
sistemində qadın adı kimi işlənməkdədir. 
Barsbəy  (44  –  306).  İgidlik  motivi  əsasında  formalaşan 
antroponimlər  sisteminə  daxildir.  Apelyativi  ―bəbir‖  anlamlı 
arxaik ―bars‖ sözü  və ―bəy‖ tituludur. ―Bars‖ antroponimik va-
hid kimi Azərbaycan antroponimləri sistemində arxaikləşsə də, 
rus  familiyaları  sistemində  mühafizə  olunur..  Məsələn,  Barsu-
kov  antroponiminin  əsasını  təşkil  edən  ―barsuk‖  sözünün  ilk 


  
   Тцрк мяншяли Азярбайъан шяхс адларынын  тарихи-лингвистик  тядгиги 
 
 
77 
hissəsi  ―bars‖  sözüdür,  -uk  isə  kiçiltmə  funksiyalı  şəkilçidir 
(34–200). 
Basat  (103).  Apelyativi  öldürən,  yıxan,  qalib  gələn  an-
lamlı ―basmaq‖ feli və ―at‖ sözüdür. İgidlik motivi əsasında ya-
ranmışdır. ―Basat‖ antroponiminin necə yaranması ―Kitabi-Də-
də Qorqud‖ dastanında təsvir olunmuşdur (At basubən qan sü-
mürər). 
Buğa,  Buğac.  Hər  iki  antroponimin  apelyativi  ―buğa‖ 
zooleksemidir.  ―Buğa‖  zooleksemi  əsasında  formalaşan  antro-
ponimlər  Azərbaycan  antroponimikası  deyil,  türk  xalqları  an-
troponimikasında  yaşamaqdadır.  Məsələn,  qazax  antroponim-
ləri  sistemindəki  Buka,  Bukabay  kimi  antroponimlər  müasirli-
yini itirməyən adlar sırasına daxildir. Əlavə edək ki, gürcü  fa-
miliyaları  sistemindəki  ―Buğadze‖  familiyasının  əsasında  da 
türk mənşəli ―Buğa‖ antroponimi durur. 
Bulduq  xan (Övliya Çələbinin ―Səyahətnamə‖ əsərindən 
götürülmüşdür)  (21–234).  Apelyativi  tapmaq  anlamlı  arxaik 
―bulmaq‖  vahididir.  ―Bulmaq‖  apelyativindən  ―Bulduq‖  (Biz 
bulduq  –  yəni  biz  tapdıq)  yarandığı  kimi,  tapmaq  apelyativin-
dən  də  ―Tapdıq‖  antroponimi  yaranmışdır.  Hər  iki  antroponi-
min formalaşmasında arzu, istək motivi əsasdır. 
Bir sıra antroponimlərdə motivləşmə meyarı üst-üstə düş-
düyündəndir  ki,  arxaikləşən  apelyativin  mənasını  ifadə  edən 
sözlə (müasir ədəbi dildə işlənən vahid nəzərdə tutulur) həmin 
funksiyanı  yerinə  yetirən  yeni  bir  antroponim  yaradılmışdır. 
Məsələn, Bulduq – Tapdıq, Sunqur – Şahin, Uluğ – Ulu – Bö-
yük və s. Bu hadisə Azərbaycan antroponimikasında bir sistem 
təşkil edir. 
Buluş (XIX əsrdə Şamaxıda işlənib (192–23). Apelyativi 
tapmaq anlamlı arxaik  ―bulmaq‖ vahididir. Buradakı  ―-uş‖ şə-
kilçisi əzizləmə funksiyası yerinə yetirir. 
Börküyarıq (XII əsr) (57–7). Mürəkkəb quruluşlu antro-
ponimdir.  Təyini  söz  birləşmələrinə  daxil  olmayan  ismi 


 
Язизхан Танрыверди 
 
 
78 
birləşmələrin  inkişafı  nəticəsində  bir  mürəkkəb  vahidə  çevril-
mişdir.  ―Börküyarıq‖  antroponiminin  birinci  hissəsi  olan 
―börk‖ sözü papaq anlamlı arxaik sözdür. Həmin sözdən sonra 
gələn  –ü  mənsubiyyət  şəkilçisi  və  ―yarıq‖  sözü  isə  eynilə  mü-
asir ədəbi dilimizdə işlənir. 
Qara  Sunqur  (XI  əsr)  (4–4).  ―Qara‖  sözü  müasir  ədəbi 
dilimizdə  rəng  anlamlı  vahid  kimi  işlənməkdədir.  Antroponi-
mik  vahidlərdə  böyük,  igid,  məğrur  və  s.  mənaları  ifadə  et-
mişdir.  ―Qara  Sunqur‖  antroponimində  də  ―qara‖  sözü  həmin 
mənadadır. ―Sunqur‖ sözü isə şahin mənalı arxaik vahiddir. Ta-
rixi  antroponimikamızdakı  Ağ  Sunqur,  Bay  Sunqur  antropo-
nimləri  də  məhz  güc,  qüdrət  mənasındadır,  qədim  türklərdə 
onqon hesab olunan ―Sunqur‖la bağlıdır. 
Müasir antroponimikamızda ―Qara Sunqur‖ işlənməsə də, 
―qara‖  sözü  əsasında  formalaşan  onlarca  antroponimik  vahid 
vardır. Məsələn, Qara, Qaraxan, Qarabəy, Qaraca, Qaraş və s. 
Qabangüci. ―Kitabi-Dədə Qorqud‖ dastanının antroponi-
mikasına daxildir. Qəhrəmanın sonradan qazandığı ikinci addır. 
Şərti olaraq ləqəb sisteminə daxil etmək olar. Apelyativi müasir 
ədəbi  dildə  işlənir,  II  növ  təyini  söz  birləşməsinin  inkişafı 
nəticəsində bir mürəkkəb vahidə çevrilmişdir. 
Qonçabəyim  (XIX  əsr  Azərbaycan  şairəsi).  Mürəkkəb 
quruluşlu hibrid antroponimdir. ―Qonçabəyim‖ antroponiminin 
birinci  hissəsi  (qonça)  açılmamış  gül  mənasını  bildirən  fars 
mənşəli ―ğönçə‖ sözünün qalınlaşmış fonetik variantıdır. ―Qön-
çə‖  sözü  müasir  ədəbi  dilimizdə  həm  ümumi,  həm  də  xüsusi 
vahid kimi (qadın adı kimi) işlənməkdədir. ―Qonçabəyim‖ an-
troponiminin  ikinci  hissəsi  olan  ―bəyim‖  sözü  tarixən  bəyə 
məxsus,  bəy  qadını  mənasında  işlənmişdir.  ―Bəyim‖  sözü  mü-
asir  antroponimlərimiz  sistemində  həm  təklikdə,  həm  də  ayrı-
ayrı leksik vahidlərlə birlikdə işlənir:  Bəyim, Ağcabəyim, Bə-
yimxanım və s 


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə